Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Homofobi
Homofobiya ( q.yun. ὁμός "oxşar, eyni" φόβος "qorxu") - homoseksuallıq və ya LGBTQ+ ( lezbiyan, gey, biseksual və transgenderlər ) kimi tanınan və qəbul edilən insanlara qarşı mənfi münasibət və hisslər. "Homofobiya" termini Avropa rəsmi sənədlərində istifadə olunur, burada bəzi hallarda bu termin irqçilik, ksenofobiya, antisemitizm və seksizmlə bərabər qoyulur. "Homofobiya" termini tez-tez tənqid olunur, belə ki, homofobiya klinik mənada bir fobiya deyil. == Terminologiya və əlaqəli anlayışlar == === Terminin tarixi === "Homofobiya" termini ilk dəfə 1960-cı illərin sonlarında Amerikalı klinik psixoloq Corc Veynberq tərəfindən istifadə edilmişdir. Bir ay sonra “Time” jurnalının üz qabığına həsr olunmuş “Amerikada homoseksual” məqaləsində “homofobiya” sözü işlədildi. İlk dəfə elmi nəşrdə "homofobiya" termini 1971-ci ildə "Homofobiya: Təxmini Şəxsiyyət Profili" adlı məqalədə Kennet Smit tərəfindən istifadə edilmişdir.(ing. Kenneth Smith) 2012-ci ildə Veynberq The Huffington Post - dakı bloqunda homofobiyanın rəsmi psixi pozğunluqlar siyahısına daxil edilməsini təklif etdi. === Ensiklopedik təriflər === Homoseksuallıq Ensiklopediyası (1990) "homofobiya" termininin müxtəlif təriflərinə işarə edərək, onların ümumi xüsusiyyətini - homoseksual insanlara və homoseksuallığa mənfi münasibəti qeyd edir. Həmçinin qeyd edilir ki, cinsi qərəzin fobiya kimi səciyyələndirilməsi bir çox səbəblərdən, o cümlədən cinsi qərəzin mədəni normaların təzahürü deyil, irrasional qorxu və fərdi patologiyanın təzahürü olduğunu ifadə etmək kimi tənqid olunur.
Moroni
Moroni (fr. Moroni, ərəb. موروني‎) — Komor adalarının paytaxtı, Nqazica muxtar adasının inzibati mərkəzi, ölkənin ən iri şəhəri. Hesab edilir ki, şəhərin adı malaqasi dilidə olan moron — "sahil" sözündən yaranıb ya da Kartala vulkanına işarə olaraq "odun ürəyi" deməkdir. Digər versiyaya görə ad Oundroni sözündən yaranıb "rifah" deməkdir. Şəhərdə dəniz portu və şahzadə Səid İbrahim adına beynəlxalq aeroport vardır. Moronidə kənd təsərrüfatı və emal müəssisələri vardır. 1886–25 iyul 1912-ci ildə Moroni Bambao sultanlığının paytaxtı olub. 1962–6 iyul 1975-ci ildə Fransa nın dəniz ərazisi Komor adalarının paytaxtı olub. 6 iyul 1975-ci ildən Moroni müstəqil Komor adalarının paytaxtıdır.
Omolon çayı
Omolon çayı (saxa Омолоон) — Rusiyanın Uzaq Şərq regionunun şimalından axan çay. Kolıma çayının sağ və ən iri qoludur. Saxa, Çukotka muxtar dairəsi və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 1114 km təşkil edir. Çay hövzəsinin ümumi sahəsi 113 000 km²-dir. Çayın adı Yukagirlərin Omol ("yaxşı") qəbiləsinin adı və on ("çay") sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yəni "Omol qəbiləsinin çayı" mənasını verir. Başlanğıcını Otaykaçan silsiləsinin yamaclarından götürür və Kolyma silsiləsi arasındakı vadidə axır. Çay qar və yağış ilə qidalanır. Orta su axını təxminən 680 m³/s.
Calophyllum mooni
Calophyllum mooni (lat. Calophyllum mooni) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.