Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Onil
Onil (isp. Onil) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Oyya-de-Kastalya ərazisinin 48,41 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 7723 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 30 km uzaqlıqda yerləşir.
Onix
Gəvən (lat. Astragalus) – paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Andrey gəvəni (Astragalus andreji Rzazade) Çin gəvəni (Astragalus chinensis L.fil.) Tükcüklüçiçək gəvən (Astragalus dasyanthus Pall.) Biyanyarpaq gəvən (Astragalus glycyphyllos L.) Zarlı gəvən (Astragalus membranaceus Bunge) (=A.penduliflorus Lam.) Monqol gəvəni (Astragalus mongholicus Bunge) (=A.penduliflorus Lam.) Sıxyarpaq gəvən (Astragalus picnophyllus Stev.) Keçəbudaq gəvən (Astragalus piletocladus Freyn et Sint.) == Bakı gəvəni == Status. Azərbaycanın nadir endem bitki növüdür. Yayılması. Abşeron yarımadasında, Mərdəkan, Şüvəlan, Buzovna qəsəbələri ətrafında. Bitdiyi yer. Dənizkənarı qumluq sahələrdə. Ehtiyatı. Çox azdır.
Oni
Oni (bələdiyyə) — Fransada bələdiyyə. Oni (şəhər) — Gürcüstanda şəhər. Oni (iblis) — yapon mifologiyasında iblis.
Oliy Majlis
Özbəkistan Respublikasının Ali Məclisi (özb. Oʻzbekiston Respublikasi Oliy Majlisi) — Özbəkistan Respublikasının parlamentidir, dövlət hakimiyyətinin təmsilçisi və qanunverici orqanı. 27 yanvar 2002-ci il tarixli ümumxalq konstitusiya referendumunun nəticələrinə görə, Özbəkistan Respublikası Ali Məclisi iki palatadan - Özbəkistan Respublikası Ali Məclisi Senatından (yuxarı palata) və Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasından (aşağı palata) ibarətdir. 1994-cü ildə qurulduğu gündən və referenduma qədər Özbəkistan Respublikasının Ali Məclisi birpalatalı parlament idi. Hər iki palatanın səlahiyyət müddəti beş ildir. Özbəkistan Respublikası Ali Məclisinin sələfi 1938-1994-cü illərdə mövcud olan Özbəkistan SSR/Özbəkistan Respublikası birpalatalı Ali Sovetidir. == Aşağı palata == Qanunvericilik Palatası qanuna uyğun olaraq seçilmiş 150 deputatdan ibarətdir. Qanunvericilik Palatasında əsas şəxs Ali Məclisin Qanunvericilik Palatasının sədridir. İndi bu vəzifəni yeni seçilən Nurdincon İsmoilov tutur.Aşağı pakata deputatlarından 135-i birbaşa ümumi seçkilərdə seçilmiş, 15 yer Özbəkistan Ekoloji Hərəkatı üçün ayrılmışdı. Qanunvericilik Palatasının fəaliyyət qaydası Özbəkistan Respublikasının Konstitusiyası, "Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası haqqında" qanun və digər qanunvericilik aktları ilə müəyyən edilir.
Onik Qasparyan
Onik Viktori Qasparyan (erm: Օնիկ Վիկտորի Գասպարյան; 6 yanvar 1970, Karvansaray) — Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi olan erməni general-polkovnik. == Tərcümeyi-halı == 1970-ci ilin yanvar ayında anadan olub. 1976–1985-ci illərdə İcevan şəhərindəki 5 nömrəli orta məktəbdə və 1985–1986-cı illərdə İrəvandakı 147 nömrəli orta məktəbdə oxuyub. 1993-cü ildə Ermənistan Ordusuna qoşulub. Daha əvvəl 1988-ci ildən Sovet Silahlı Qüvvələrində xidmət etmişdir. İlk karyerasında İcevandakı Saro dəstəsinin tərkibində Ermənistanın müdafiəsində iştirak etmişdir. 1994-cü ildə döyüş tapşırığını yerinə yetirərkən minanın partlaması nəticəsində ağır yaralanıb. 90-cı illərin ortalarında Rusiya Müdafiə Nazirliyinin Vistrel Ali Zabit Kurslarında oxudu. 1998–2001-ci illərdə Rusiyanın Rusiya Kombinasiya edilmiş Silahlar Akademiyasında oxuyub və fərqlənmə diplomu ilə oranı bitirib. 2001–2005-ci illərdə 68617 saylı hərbi hissəyə köçürülməzdən əvvəl xidmət göstərmiş olduğu 51191 saylı hərbi hissənin komandiri olmuşdur.
Onir (mifologiya)
Onir (yun. Όνειρος, "yuxu") — yunan mifologiyasında yuxunu tərənnüm edən yarımtanrı, yarımruh, Niks və Erebin oğlu, Hipnos, Tanat və Momun qardaşı. Hesioda görə "Onirlər" yuxu kütlələri olub Niksdən tırənmişlər. Troya müharibəsində Zevsin göstərişi ilə Onir Nestor cildində Aqamemnonun yuxusuna girərək ona döyüşü başlayacağı təqdirdə yunanların qələbə çalacağını deyərək, onu aldatmış olur. LXXXVI orfik nəğmə tanrı Onirə həsr edilmişdir.
Only Teardrops
Only Teardrops — (Azərbaycanca: Yalnız Gözyaşları) Danimarkanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Şon Onil
Sean O'Neil (31 iyul 1967) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. == Karyerası == Sean O'Neil Birləşmiş Ştatları 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci pillənin sahibi olub. Daha sonra Sean O'Neil Birləşmiş Ştatları 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Gülsin Onay
Gülsin Onay (12 sentyabr 1954, İstanbul)- İngiltərənin Kembric şəhərində yerləşən alman əsilli aparıcı türk konsert pianoçusudur. == Həyatı == Onayın anası məşhur türk riyaziyyatçısı və alimi Kərim Erimin qızıdır. Onun atası alman skripkaçısı Yoahim Royşdur. Onayın oğlu Erkin Onay peşəkar skripkaçıdır. Hazırda Ankara Dövlət Opera və Baletinin orkestrinin konsertmeysteridir. Onay Kembric Universitetində Cəbr və Saylar Nəzəriyyəsi professoru Tony Scholl ilə evlidir. == Təhsili == Musiqiçi ailəsində dünyaya gələn Gülsin Onay üç yaşında piano ifa etməyə başlayıb. Onun ilk müəllimi anası olmuşdur. Gülsin Onay 6 yaşında ikən ilk konsertini TRT Radio İstanbulda verdi.[1] 10 yaşında “Üstün Yetenekli Uşaqlar Kanunu” (Fövqəladə İstedadlı Uşaqlar Qanunu) çərçivəsində xüsusi dövlət təqaüdü aldı və bu, ona əvvəlcə Ankarada Mithat Fenmen və Əhməd Adnan Sayqunun yanında, iki il sonra isə Paris Konservatoriyasında təhsil almağa imkan verdi. burada müəllimləri Pierre Sancan, Monique Haas, Pierre Fiquet və Nadia Boulanger idi.
Oni (bələdiyyə)
Oni (fr. Osny) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Serji. Əhalisi — 16.274 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimal-qərbdə, Serji belediyyənin 4 km şimalda yerləşir.
Oni (iblis)
Oni (yap. 鬼) — yapon mifologiyasında qırmızı, mavi və qara dəriyə malik olan, cəhənnəmin yaponlarda analoqu olan Ciqokuda yaşayan, böyük caynaqları və buynuzu olan insanabənzər iblisdir. Oninin Avropadakı analoqu şeytan və cindir. Oni çox güclü və çətin öldürüləndir. Beləki bədəninin kəsilmiş hissələrinin yerində yenisi çıxır. Döyüşdə tikanları olan dəmir əmuddan - kanabodan istifadə eləyir. Pələng dərisindən hazırlanan fundosi adlanan yan sarğı geyinirlər. Axmağa bənzər xarici görünüşünə baxmayaraq, oni çox hiyləgər və ağıllıdır, həmçinin, insanlara çevrilməyi bacarır. İnsan ətini xoşlayır. Bəzi əfsanələrdə, onların soyaya nifrət eləməsi bildirilir.
Oni (şəhər)
Oni — Qərbi Gürcüstanda şəhər. Dərin vadidə Rioni çayının sol sahilində yerləşir. Oni Bələdiyyəsinin inzibati mərkəzidir Dəniz səviyyəsindən 830m, Tbilisidən 210 km uzaqda yerləşir. == Tarixi == Oni mənbələrdə ilk dəfə XV-XVI əsrlərdə qeyd olunur. Feodal şəhəri Oninin iqtisadi əhəmiyyəti orta əsrlərdə böyüdü. Raçanın əhəmiyyətli ticarət nöqtəsi inkişaf etdirildi və sənətkarlıq inkişaf etdi. 1846-cı ildən Kutaisi vilayətinin Raça Mazur inzibati mərkəzi var idi. Oni ərazisində bürünc baltalar (Tunc dövrü) tapılmışdır. Şəhərin sənaye müəssisələri, səhiyyə, təhsil və mədəniyyət müəssisələri var. Oni Nikorcminda yeparxiyasının iqamətgahıdır.
Only Love Survives
Only Love Survives — (Azərbaycanca: Yalnız Sevgi Xilas Edir) İrlandiyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
I Was Only Nineteen
"I Was Only Nineteen", "Only Nineteen" və ya A Walk in the Light Green – Avstraliya folk qrupu Redgumun ən məşhur mahnısı.
You are the Only One
You are the Only One (azərb. Sən yeganəsən‎) — Rusiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Sergey Lazarev "You are the Only One" mahnısı ilə Rusiyanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnının sözləri Filipp Kirkorov və Dimitris Kantopulos, musiqisi isə Con Ballard və Ralf Çarli tərəfindən yazılmışdır. Mahnının eyni zamanda rus dilində səslənən versiyası ("Pust ves mir podozhdyot") da mövcüddür.
Good Guys Only Win In Movies
Good Guys Only Win in Movies (azərb. Yaxşı Oğlanlar Yalnız Filmlərdə Qalib Gəlir‎) – C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnıdır. == Mahnı haqqında == Mahnının sözlərinin bəziləri "Ulduz yolu: Orijinal serial"ın epizodlarındakı cümlələrdən ibarətdir: "...Computerized half-breed", "My mother was a teacher", "I was happy": "Cənnətin bu tərəfi" filmindən (ing. This Side of Paradise) "Including the captain": "Dönüş Bədəməli" filmindən (ing. Turnabout Intruder) "Ahead warp factor one, Mister Sulu": "Sahil Məzuniyyəti" filmindən (ing. Shore Leave) "I read no evidence of malfunction": "Edenə yol" filmindən (ing.
I’m Not the Only One
“I’m Not the Only One” (azərb. Mən tək deyiləm‎) — Britaniyalı müğənni və mahnı müəllifi Sem Smitin 2014-cü ildə çıxan “In the Lonely Hour” adlı debüt studiya albomundan olan dördüncü sinql. Mahnı Sem Smit və Ceyms Naper tərəfindən yazılmışdır. == Mahnı haqqında məlumat == Sinql, 2 iyul 2014-cü ildə ABŞ-də, 31 avqust 2014-cü ildə isə Böyük Britaniyada çıxıb. Sentyabrın 9-da sinqlın reper A$AP Rocky-nin iştirakı ilə yazılmış remiks versiyası çıxıb. "I’m Not the Only One" Birləşmiş Krallıqda “UK Singles Chart” hit-paradında üçüncü yerə kimi, ABŞ-nin “Billboard Hot 100” hit-paradında isə yeddinci yerə kimi yüksələ bilmişdir. “I’m Not the Only One” klipinin rejissoru Lyuk Monahan olub. Klipin premyerası 1 avqust 2014-cü ildə YouTube-da keçirilmişdir. Klipdə “Xor” serialı və “Mən dördüncüyəm” filmi sayəsində məşhur olan aktrisa Dianna Aqron və “Mindi layihəsi” serialından olan aktyor Kris Messina çəkilib.
The 7-Inch Decade Remix (only in Spain)
The 7-Inch Decade Remix (only in Spain) – C. C. Catch tərəfindən 1990-cı ildə ifa edilmiş mahnıdır.
Donia
Grindelia (lat. Grindelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Eney
Eney (q.yun. Αἰνείας, lat. Aenēās) — qədim yunan mifologiyasında dardan hökmdar nəslindən olan Troya müharibəsi qəhrəmanı, Qədim Roma mifologiyasında isə Romanın banisi olan Rem və Romulun Troya müharibəsi zamanı sağ qalmış troyalıları məhv edilənlər içərisindən çıxarıb İtaliyaya gətirmiş əfsanəvi əcdadı.
Eniş
Eniş (fr. L'aurore, ing. Dawn) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1881 - ci ildə işlənmiş rəsm əsəri. Əsərdə suya enən Aurora təsvir edilmişdir. Bu səbəbdən də əsər bəzən "Auroranın enişi" də adlandırılır. "Eniş" əsəri hazırda İngiltərənin Birmingerm İncəsənət Muzeyində saxlanılmaqdadır.
IONIS
IONIS Education Group (fr. Groupe Ionis) — fransız tədris istehsalçısı. 1980-ci ildə yaradılan qrupda 29 məktəb var. 2023-cü ildə 35 min şagird və 100 min məzun var.
JONY
Cahid Əfrayıl oğlu Hüseynli (29 fevral 1996, Bakı) — Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli ifaçı. == Həyatı == Əsl adı Cahid Hüseynli Əfrayıl oğlu olan Jony 1996-cı ildə bir Bakı şəhərində anadan olub. Tezliklə valideynləri özü və qardaşı ilə birlikdə Moskvadakı daimi yaşayış yerinə köçdülər. Cahidin təxəllüsü olan JONY adı anası sayəsində yaranmışdır."Johnny Bravo" cizgi filmini izləməyi çox sevən Cahidə anası Jony deyə səslənirdi. Paytaxtda Cahid orta məktəbi bitirib musiqi ilə maraqlanmağa başladı. Ancaq atası oğlunun musiqi karyerasına qarşı çıxdı, amma anası Cahidin tərəfində olsa da, o Dövlət İdarəetmə Universitetində "Beynəlxalq idarətmə" ixtisası üzrə təhsil almağa başladı. Təhsil aldığı müddətdə Cahid musiqini unutmadı və İnstaqramında populyar mahnıların müxtəlif versiyasılarını səsləndirdi. Bunun sayəsində Elman Zeynalov (El'man) Cahidə RAAVA Music-də işləməyi təklif etdi. Sonra öz mahnıları üzərində işləməyə başladı. == Karyerası == Jony beş musiqi — "Пустой стакан", "Френдзона","Звезда" , "Аллея" və HammAli & Navai ilə birlikdə oxuduğu "Без тебя я не я" musiqilərini çıxartdı.
Knin
Knin (xorv. Knin) — Xorvatiyanın Şibenik-Knin qraflığında, Dalmatiya diyarnın iç bölgəsində yerləşən şəhər. Şəhər Krka çayının mənbəyinin yaxınlığında olub Zaqreb ilə Split arasındakı qovşağın və dəmiryol xətləri üzərindədir. Knin şəhərinin əhəmiyyəti tarixdə iki dəfə artmışdır. Həm orta əsrlərin Xorvatiya Krallığının, həm də XX əsrin sonunda Krayina Serb Respublikasının paytaxtı olmuşdur. == Ad == Orta əsrlərdə şəhər macarca Tinin, italyanca Tenin, latınca Tinum adlanmışdır. Tinum sözü indi də bir yepiskop titulu adı kimi işlənməkdədir. == Coğrafiya == Knin şəhəri Dalmatiya diyarında yerləşmiş olub sahil şəhəri Şibenikdən 56 km uzaqlıqdadır. Şəhərin yaxınlığında Knin meşəsi, Krka çayı, Dinar Alp dağları yerləşir. == Milli etnik tərkib == == İdman == Şəhərin başlıca futbol klubu 1913-cü ildə qurulmuş "Dinara" FK-dır.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. == Tarixi == Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
Əniq
Əniq (Qusar)
Ənıx
Əniq (Qusar)
Why'd You Only Call Me When You're High?
"Why'd You Only Call Me When You're High?" – ingilis indi-rok qrupu Arctic Monkeys-in mahnısı. 11 avqust 2013-cü ildə beşinci studiya albomu olan AM-dən üçüncü sinql olaraq buraxıldı. Mahnı qrupun ifaçısı Aleks Törner tərəfindən yazıldı, prodüserliyini isə Ceyms Ford etdi. 30 avqust 2013-cü ildə sinqlin B tərəfinin "Stop the World I Wanna Get Off with You" adlı audio treki Arctic Monkeys-in rəsmi YouTube kanalında yayımlandı. Nabil Elderkin tərəfindən çəkilən mahnı klipi 2013-cü ilin iyulunda yayımlandı. Qrup mahnını müxtəlif məkanlarda və həmçinin AM Tour -da dəfələrlə ifa edib.
Abıy ulusu
Abıy ulusu (saxa Абый улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Belaya Qora şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Arktikada (coğrafi koordinatları: 146 ° 25 'şərq uzunluğu və 68 ° 32' şimal enliyi), Kolıma ovalığında yerləşir. Allayıaxa, Orta Kolıma, Yuxarı Kolıma, Muoma və Ust-Yana ulusları ilə həmsərhəddir. Ərazi — 69,4 min km²-dir. Rusiyadakı on birinci ən uzun çay olan İndigirka və Uyandı çayları rayon ərazisindən axır. Aşağıdakı yaşayış məntəqələri rayonda yerləşir: Suturuoxa, Kuberqan, Abu, Sıagqannah, Kenq-Kuel. Çoxlu sayda kiçik və böyük göllərə sahibdir (təxminən 12000), bunlardan ən böyüyü Ojoqino gölüdür. Landşaft əsasən meşə-tundra ilə təmsil olunur. Bitki örtüyündə Qmelin şamı üstünlük təşkil edir.
Anıl Piyancı
Anıl Piyancı (17 iyul 1990, Qarşıyaxa, İzmir ili) == Həyatı == Anıl Piyancı 17 iyul 1990 İzmir, Karşıyakada doğulan rep sənətkarıdır. Anadolu Universitetində beynəlxalq münasibətlərini oxuyan musiqi karyerasına çox gənc yaşda başlamış və bir çox proyektdə yer almışdır. 2007-ci ildə Yeşil Oda adlı bir studio qurmuşdur. Hal-hazırda da işlərini bu studioda davam etdirir. Rep vokalistliyindən başqa prodüser də olan olan sənətkarın Yeşil Oda studiosu nəzdində bir çox yeraltı sənətkarın albomlarında imzası vardır.Piyancı rep və hip-hop tərzindəki musiqilərə olan marağını kiçik yaşda kəşf etmiş, bu sahədə istedadlı olduğunu düşünərək ilk sözlərini 13–14 yaşlarında yazmağa başlamışdır. 14 yaşında ilk səsyazmasını edən rap sənətkarı eyni zamanda hip-hopun başqa bir qolu olan qrafitti sənəti ilə də illərlə məşğul olmuşdur. Bu dövrdən sonra özünü tamamilə musiqiyə həsr etməyə qərar vermiş, yeraltı rep dünyasında ulduzu parıldayan və fanları qısa müddətdə artan rep sənətkarlarında olmağı bacarmışdır. Bir çox təşkilatda yer alaraq adını eşitdirən Piyancı rep dünyasının vacib adlarıyla birlikdə işləyib MC-lik etmişdir. 2006-cı ildən bu tərəfə albom işlərini davam etdirməkdə və çıxartdığı albomların videolarını internetdə yayımlamaqdadır. == Karyerası == Piyancı 16 yaşında Yeşil Oda adlı ilk hip-hop studiosunu yaratmışdır.