Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oponi
Oponi (q.yun. Οπώνη) — Afrika buynuzunda qədim Somali şəhəri. Şəhər əsasən qədim misirlilər, romalılar, yunanlar, bizanslılar, farslar və hindistanlılarla ticarət etməsiylə tanınır. Arxeoloji tapıntılara əsasən, tarixi liman şəhərinin müasir Somalinin şimal-şərqində yerləşən Hafun şəhəri olduğunu əsaslanmışdır. Güman edilir ki, bu liman şəhəri Qədim Misirin Punt torpağı adlandırdığı ərazidir. Puntlular qədim misirlilərlə Qədim padşahlıq, Orta padşahlıq və Yeni padşahlıq dövrlərində ticarət edirdilər. Oponidəki qəbilərdə tapılan dulusçuluq nümunələri e.ə. XVI–XI əsrlərdə çiçəklənən Yunanıstanın Mikena krallığı dövrünə təsadüf edir. Şəhərin əsas fəallığı e.ə. I əsrə və III–V əsrlərə təsadüf edir.
Çyornıy adası
Çyornıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Qusinnıy yarımadasından 100 metr şərqdə yerləşir. Komsomoles adasından 4 km şimalda Qırmızı Ordu boğazında qərarlaşır. Şimaldan-cənuba 1,2 km məsafədə uzanır. Eni 1 km-dir. Şimalı qayalıqdır. Cənub hissəsində buxta vardır. Buxtada kiçik adsız adalar vardır.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.