Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moryanka
Moryanka (lat. Clangula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Orlovka
Orlovka (Arxangel) —
Alberto Orlando
Alberto Orlando (it. Alberto Orlando; 27 sentyabr 1938, Roma) — italiyalı keçmiş futbolçu, yarımmüdafiəçi və hücumçu kimi çıxış edib. == Karyerası == "Alberto", "Roma", "Messina", "Fiorentina", "Torino", "Napoli" kimi İtaliya komandalarında oynayıb. "Fiorentina"da oynayarkən, "İnter" klubunun hücumçusu Sandro Matsola ilə birlikdə 1964/65 İtaliya çempionatında bombardir olmuşdur. İtaliya millisində 1962–1965-ci illərdə 5 matç keçirmişdir. 1964-cü il Avropa Çempionatının seçmə mərhələsində Türkiyəyə qarşı 2 dekabr 1962-ci ildə Bolonyada baş tutmuş oyunda 4 qol vurmuşdur.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir. Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. == Tarixi == Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir.
Orlando Blum
Orlando Blum (ing. Orlando Jonathan Blanchard Bloom; 13 yanvar 1977[…], Kenterberi, İngiltərə, Birləşmiş Krallıq) — Britaniya aktyoru. Ona bu nadir adı XVI əsrdə yaşamış bəstəkar Orlando Gibbonsun şərəfinə qoyublar. Orlando uşaqlıqdan disleksiya xəstəliyindən əziyyət çəkib. Çətinliklə danışsa da, bir neçə saat içərisində məktəb dərnəyi üçün Şekspirin bütün pyes və monoloqlarını əzbər öyrənirdi. Orlando Blum sənətə gəlişini belə izah edir: "Mənim 9 yaşım olanda məktəb yoldaşlarımla bir qıza vurulmuşduq. Hər gün parkda qaçıb, onun sevgilisinin bu dəfə kim olacağını müəyyən edirdik. Mən istəyirdim ki, Supermen olum və onu xilas edim. Bir gün anladım ki, Supermenləri aktyorlar ifa edir. Onda özümə dedim "Bax bu iş əsl mənlikdir""...
Orlando Magic
Orlando Mecik — Florida ştatının Orlando şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır. Orlando Mecik NBA-ya 1989-cu ildə, liqanın genişləndiriliməsinin 2-ci mərhələsində Minnesota Timbervulvzla birlikdə Mayami ilə Şarlotdan bir il sonra qədəm qoyub. Əvvəlcə liqa rəhbərliyi 3 yeni komandanın yaranmasını nəzərdən keçirirdi. Onlardan biri Floridada yerləşməliydi. Lakin Mayami və Orlando ayrı-ayrılıqda liqaya çox əlverişli təklif göndərdiklərinə görə Asosasiya hər iki komandanı qəbul etmək məcburiyyətində qalır. Klubun adının seçimi üçün azarkeşlər arasında sorğu keçirilir. Nəticədə 4296 təklifdən Mecik seçilir. Komanda ev oyunlarını 20 min azarkeş tutumuna malik Amvay Sentrdə keçirir. Orlandonun ilk baş məşqçisi Mett Quokas olub.
Orlando Mecik
Orlando Mecik — Florida ştatının Orlando şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır. Orlando Mecik NBA-ya 1989-cu ildə, liqanın genişləndiriliməsinin 2-ci mərhələsində Minnesota Timbervulvzla birlikdə Mayami ilə Şarlotdan bir il sonra qədəm qoyub. Əvvəlcə liqa rəhbərliyi 3 yeni komandanın yaranmasını nəzərdən keçirirdi. Onlardan biri Floridada yerləşməliydi. Lakin Mayami və Orlando ayrı-ayrılıqda liqaya çox əlverişli təklif göndərdiklərinə görə Asosasiya hər iki komandanı qəbul etmək məcburiyyətində qalır. Klubun adının seçimi üçün azarkeşlər arasında sorğu keçirilir. Nəticədə 4296 təklifdən Mecik seçilir. Komanda ev oyunlarını 20 min azarkeş tutumuna malik Amvay Sentrdə keçirir. Orlandonun ilk baş məşqçisi Mett Quokas olub.
Orlovka (Arxangel)
Orlovka (başq. Орловка, rus. Орловка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Orlovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 17 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 26 km. Kənd ərazisindən Zilim çayı axır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (43%), ruslar (52%) üstünlük təşkil edir.
Orlovka (Bakalı)
Orlovka (başq. Орловка, rus. Орловка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 19 km, kənd sovetliyindən (Mixaylovka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 94 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (72%) üstünlük təşkil edir.
Orlovka (Uçalı)
Orlovka (başq. Орловка, rus. Орловка) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 76 km, kənd sovetliyindən (İlçəqol): 1 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 16 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94 %) üstünlük təşkil edir.
Branka Rauniq
Branka Rauniq (bosn. Branka Raunig; 1 yanvar 1935, Sarayevo – 13 iyun 2008, Bixaç, Bosniya və Herseqovina Federasiyası) — Bosniya arxeoloqu, tarixdən əvvəlki dövrün tədqiqatçısı və muzey kuratoru. == Erkən illər == Branka Rauniq 1 yanvar 1935-ci ildə Sarayevoda anadan olmuşdur. Ömrünün ilk illəri Kraljevoda keçib . 1954–1958-ci illərdə Belqrad Universitetinin Fəlsəfə fakültəsində arxeologiya təhsili alıb . Müəllimlərindən biri arxeoloq Branko Havela idi . == Karyerası == Universiteti bitirdikdən sonra, Rauniq Bosniya və Herseqovinaya geri qayıdır, Bihaçdakı Punye muzeyində işləməyə başlayır . Rauniq, yapodlar qəbiləsinə aid arxeoloji materiallarla işləyərkən sonrakı elmi karyerasını həsr etdiyi bu qədim Hind-Avropa xalqı ilə maraqlanmağa başlayır . 1963-cü ildə Rauniq, Punye bölgəsinə diqqət yetirərək yapodların tarixini öyrənməyə davam etdiyi Djakovo bölgəsində yerləşən muzeydə işə başlayır . Bu bölgədəki arxeoloji materiallara əsaslanaraq 1971-ci ildə müdafiə etdiyi magistr işini yazır .
Franka Bateliç
Franka Bateliç (xorv. Franka Batelić; d. 7 iyun 1992, Riyeka, Xorvatiya) və ya sadəcə Franka — Xorvatiya müğənnisi və bəstəkarı. O, Xorvatiyanın Showtime musiqi yarışmasındakı qalibiyyətindən sonra şöhrət qazanmışdır. Franka "Crazy" mahnısı ilə Xorvatiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və karyerası == === 1992–2006: Erkən illəri === Franka Bateliç 7 iyun 1992-ci ildə Xorvatiyanın Riyeka şəhərində anadan olmuşdur. İnqrid və Damir Bateliç onun valideynləridir. Frankanın Nikola adlı özündən yaşda balaca olan qardaşı da var. Nikola Xorvatiyanın "Storm" qrupunda gitaraçı olaraq fəaliyyət göstərir. Franka hələ üç yaşında ikən oxumağa başlamış və ilk öncə "Minicantanti" xorunda solist olaraq yer almışdır.
Franka Falkutchi
Franka Falkutçi (it. Franca Falcucci; d. 22 mart 1926, Roma, İtaliya — ö. 4 sentyabr 2014, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri, Amyntor Fanfaninin vaxtında partiya katibinin müavini olub. == Həyatı == Franka Falkutçi Roma məktəblərində latın və yunan dilindən dərs keçmişdir. O, 1968–1992-ci illərdə Senatın üzvü və 1982–1987-ci illərdə Təhsil Naziri olmuş ilk qadın idi.
Franka Falkutçi
Franka Falkutçi (it. Franca Falcucci; d. 22 mart 1926, Roma, İtaliya — ö. 4 sentyabr 2014, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri, Amyntor Fanfaninin vaxtında partiya katibinin müavini olub. == Həyatı == Franka Falkutçi Roma məktəblərində latın və yunan dilindən dərs keçmişdir. O, 1968–1992-ci illərdə Senatın üzvü və 1982–1987-ci illərdə Təhsil Naziri olmuş ilk qadın idi.
Franka Raymondi
Franka Raymondi (8 iyul 1932 — 1988) — italyan müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Aprite Le Finestre" mahnısı ilə təmsil etmişdir.
Leya Orqana
Şahzadə Leya Orqana (ing. Princess Leia Organa), sonradan General Leya Orqana (ing. General Leia Organa) kimi tanınan personaj, Ulduz müharibələri franşayzının qəhrəmanıdır. Ulduz müharibələri filmlər seriyasında bu personaj aktrisa Kerri Fişer tərəfindən canlandırılmışdır. İlk dəfə "Ulduz müharibələri" (1977) filmində təqdim edilən Leya Alderaan planetinin şahzadəsi, İmperiya senatının üzvü, Üsyançılar alyansının agentidir. O, sithlərin qəddar lordu Dart Vayderə mane olur və İmperiyanın qorxunc silahı olan Ölüm ulduzunun məhv edilməsinə kömək edir. "İmperiya cavab zərbəsi endirir" (1980) epizodunda Leya üsyançıların bazasına rəhbərlik edir Vayderə qalib gəlir və kontrabanda ilə məşğul olan Han Soloya aşiq olur. "Cedayın qayıdışı" (1983) epizodunda Leya Solonun yad planetli cinayətkar Cabba Hattdan xilas edilməsi əməliyyatına başçılıq edir, məlum olur ki, o, Vayderin qızı və Lyuk Skayuolkerin əkiz bacısıdır. Prikvel filmi olan "Sithin qisası" (2005) epizodunda məlum olur ki, əkizlərin anası Nabu planetinin senatoru (keçmiş kraliça) Padme Amidaladır və o, uşaqları dünyaya gətirərkən vəfat edib. Senator Beyl və Alderaan kraliçası Breha Orqana Leyanı övladlığa götürürlər.
Linqva franka
Linqva franka (it. lingua franca - frank dili) — ortaq dil mənasına gələn latınca ifadə. Bundan başqa bəzən vasitəçi dil, körpü dil, müəyyən sahədə və ya ərazidə etnoslararası münasibət üçün istifadə edilən, bütün tərəflərin başa düşdüyü ortaq dil. == Terminin yaranması == Tarixən Aralıq dənizi regionunda yaşayan xalqların dillərini adlandırmaq üçün istifadə edilmişdir. Bu ad ərəb dilinin italyan dilinə tərcüməsidir lisan al-ifrang. Ərəb dilində isə bu ad xaç yürüşləri zamanı ərəblərin avropalıları franklar adlandırmasından yaranıb. == Tarixi == İlk dəfə xalqlararası dil kimi Makedoniyalı İsgəndərin ordusunda koyne dili işlənmişdir. == Nümunələr == Azərbaycan türkcəsi orta əsrlərdə (XX əsrin əvvəllərinədək) Şimali Qafqazda (qumuq dili ilə birgə), Zaqafqaziyada, İran, İraq, Küveyt, Suriya və Şərqi Anadoluda Linqva-franka dili olmuşdur. XX əsrdə rus dili Postsovet məkanında və Şərqi Avropada Linqva-Franko dili olmuşdur. == Ədəbiyyat == Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования.
Oriana Fallaçi
Oriyana Fallaçi (it. Oriana Fallaci; 29 iyun 1929[…], Florensiya, İtaliya – 15 sentyabr 2006[…], Florensiya, İtaliya) — İtalyan jurnalist, müəllif və siyasi Müsahib idi.Hələ 17 yaşındaykən jurnalistika peşəsinə addım atan Fallaçi,Ruhullah Musəvi Xomeyni, Henri Kissincer, Müəmmər əl-Qəzzafi, Qolda Mayer, Ariel Şaron, İndira Qandi, Zülfüqar Əli Bhutto,Rza şah Pəhləvi kimi bir çox məşhur liderlə etdiyi təəccüblü reportajlara diqqətləri üzərinə yığaraq adını eşitdirdi.
Lankasterli Blanka
Lankasterli Blanş (ing. Blanche of Lancaster; 25 mart 1342 – 12 sentyabr 1368) — Plantagenetlər sülaləsinin üzvü, İngiltərə krallığının ən varlı və ən güclü zadəganlarından 1-ci Lankaster hersoqu Qrosmontlu Henrinin qızı. O, III Eduardın oğlu Gentli Conun ilk xanımı, İngiltərə kralı IV Henrinin anasıdır. == Mənbə == Weir, Alison (1999). Britain's Royal Families: The Complete Genealogy. London: The Bodley Head. pp. 74–76. Mortimer, Ian (2008). The Perfect King The Life of Edward III, Father of the English Nation.
Ernest Orlando Lourens
Ernest Orlando Lourens (ing. Ernest Orlando Lawrence; 8 avqust 1901[…] – 27 avqust 1958[…], Palo-Alto[d], Kaliforniya, ABŞ[…]) — amerikalı fizik, Nobel mükafatına layiq görüldüyü (1939) ilk siklotronun yaradıcısı (1930). Nüvə fizikasında araşdırmalar apardı və atom bombasının yaradılmasında iştirak etdi. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1934), SSRİ Elmlər Akademiyasının xarici fəxri üzvü (1942). == Həyatı == === Erkən illəri === Ernest Orlando Lourens 8 avqust 1901-ci ildə Cənubi Dakotanın Kanton şəhərində anadan olub. Valideynləri Karl Qustavus və Qunda (Yakobson) Lourens, atasının direktoru olduğu Kantonda orta məktəbdə oxuyarkən tanış olan Norveç mühacirlərinin nəsillərindən idi. Daha sonra tibb sahəsinə girən və nüvə tibbində qabaqcıl olan kiçik bir qardaşı Con Lourens var idi. Uşaqlıqdakı ən yaxşı dostu sonradan çox bacarıqlı bir nüvə fizikası olan Merl Tuve idi. Lourens Kanton və Pyer dövlət məktəblərində təhsil aldı, sonra Minnesota ştatının, Nortfild Müqəddəs Olaf Kollecinə daxil oldu, ancaq bir il sonra Vermillion Cənubi Dakota Universitetinə köçürüldü. Kimya fakültəsini 1922-ci ildə, fizika üzrə magistr dərəcəsini 1923-cü ildə Minnesota Universitetindən Uilliam Frensis Qrey Suonnanın rəhbərliyi ilə almışdır.
Gi Orlando Rouz
Gi Rouz (ing. Guy Rose; 3 mart 1867[…], San Qabriel[d], Kaliforniya – 17 noyabr 1925[…], Pasadena, Kaliforniya) — ABŞ-ni rəssamı, Kaliforniya impressionizminin görkəmli nümayəndələrindən biri.
Ornanda dəfn (Kurbe)
“Ornanda dəfn” (fr. Un enterrement à Ornans) — 1849—1850 ci illərdə fransız rəssamı Qüstav Kurbe tərəfindən işlənilmiş geniş formatlı: ölçüləri 315 × 668 sm olan tablo. Ornan — Kurbenin doğulduğu, Fransanın şərqində, İsveçrə ilə sərhəddə yerləşmiş Franş-Konte regionunda bir şəhərdir. Tabloda 1848 ci ildə salınmış o dövr üçün yeni Ornan qəbirstanlığı təsvir edilmişdir. Güman olunur ki, Kurbe bu tabloda ana tərəfindən olan babası Udonun ya da babasının qardaşı Klod Etyen Testin dəfn mərasimini təsvir etmişdir Rəsm əsəri ilk dəfə 1851 ci ildə Paris Salonunda sərgilənərkən tamaşaçıların sərt reaksiya və tənqidlərinə məruz qalır. Tənqid edənlərin əksəriyyəti adi bir kənd dəfn mərasimini belə bir geniş formatda təsvir etməyə layiq görmürdülər. Bir çoxu da əsəri ələ salırdılar — onlardan biri K. Vinyon yazırdı:: Kurbe əsərdə məhz şəxsiyyəti məchul qalan mərhumun ruhuna toxunmadan sırf onun cisminin dəfnini göstərməyə çalışmışdır. Kompzisiyanın qıraqlarında qərar tutmuş başı açıq fiqurlar Kurbenin iki babasına aiddirlər. Onlar dəfn arxası planda mehriban sahiblər kimi görünürlər. Sol tərəfdə indicə cənazəni gətirmiş olan geniş kənarlı şlyapalı dörd nəfərdən biri “Ornanda nahardan sonra dincəlmək” əsərindən tanıdığımız skripkaçıdır.
Vittorio Emanuele Orlando
Vittorio Emanuele Orlando (19 may 1860[…], Palermo, İki Siciliya krallığı[d] – 1 dekabr 1952[…], Roma, İtaliya) — İtaliyalı hüquqşünas, akademik, diplomat, dövlət xadimi və 23 oktyabr 1917-ci ildən 23 iyun 1919-cu ilədək İtaliyanın Baş naziri. Birinci Dünya Müharibəsinin sonunda Versal sülh müqaviləsinin iclaslarında iştirak etdi. Tez-tez "Qələbənin Baş naziri" olaraq xatırlanır. Vittorio Emanuele Orlando Siciliyanın Palermo bölgəsində anadan olub. Atası torpaq sahibi bir zadəgan idi, oğlunun anadan olmasının qeydiyyatını təxirə saldı çünki Cüzeppe Qaribaldinin 1000 vətənpərvər vətəndaşı İtaliya dövləti yaratmaq yolunun ilk addımında Siciliyaya hücum etmişdilər. Məzun olduğu Palermo Universitetinin Hüquq Fakültəsində elmi fəaliyyətə başlamışdı. 1897-ci ildə Partiniko bölgəsindən İtaliya Deputatlar Palatasına (it. Camera dei Deputati) seçildi və 1925-ci ilə qədər yenidən eyni bölgədən seçildi. 1892–1921 arasında 5 dəfə İtaliyanın Baş naziri vəzifəsini icra edən Covanni Colittiyi dəstəklədi. 1919-cu ildə İtaliyanın baş naziri olaraq Paris Sülh Konfransında iştirak etmişdi.
Xuan Orlando Ernandes
Xuan Orlando Ernandes (isp. Juan Orlando Hernández; 28 oktyabr 1968) — 2014-cü ildən Honduras prezidenti.
Şri-Lanka
Şri-Lanka, tarixi adı ilə Seylon və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi. Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. Hindistandan Polk boğazı vasitəsilə ayrılır. Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır.