Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oran
Vəhran (ərəb. وهران‎ Wahrān) və ya Oran — Əlcəzairin ikinci iri şəhəri. Aralıq dənizinin sahilində yerləşir. Vəhran vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 609.940 nəfərdən ibarət olmuşdur.
Oruc
Oruc – Allaha xatir və onun müqəddəs dərgahında savaba nail olmaq üçün müəyyən müddət daxilində yemək və içməkdən imtina etmə. == Etimologiya == "Oruc" sözü "namaz" sözü kimi fars dilindən alınmış روجك rôcik sözünün Türk dilində söylənişidir. Quranda صوم savm və صيام sıyam olaraq göstərilib. == İslam dini == Ramazan ayının orucu hər bir həddi-büluğa çatmış, müsafir və xəstə olmayan müsəlmana vacibdir. Ramazan ayının orucunu tutan müsəlman aşağıdakılara riayət etməlidir: Sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən, və buna bənzər işlərdən (onanizm) çəkinməlidir. Başını tam olaraq suya salmamalıdır. Müsafir, yaxud xəstə olan, oruc tuta bilməyən kəslər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd təam (750 q yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) verməli, Ramazan ayı qurtardıqdan sonra isə münasib günlərdə orucun qəzasını tutmalıdır. Ramazan ayının orucunu tutan kəs bilərəkdək orucunu pozsa, ay qurtarandan sonra boynuna orucun bir gün qəzası ilə bərabər onun kəffarəsi də gəlir. Kəffarə ya bir qul azad etmək, ya 60 gün oruc tutmaq, belə ki onun 30 günü ardıcıl olmalıdır, ya 60 fəqiri doyuzdurmaq, yaxud onların hər birinə 1 müdd təam verməkdən ibarətdir. === Müstəhəb oruc === Müstəhəb oruc tutulduqda isə əgər, məsələn, bir mömin qardaşın səni yeməyə dəvət edirsə, orucunu aça bilərsən və bu halda orucun savabı da sənə yazılır.
Orue
Orue (fr. Aurouër) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor (Alye) kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03011. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 375 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 231 yaşda olan (15-64 yaş arasında) 180 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.9%, 1999-cu ildə 73.8%). Fəal 180 nəfərdən 173 nəfəri (93 kişi və 80 qadın), 7 nəfəri işsizdir (1 kişi və 6 qadın). Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Oyun
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunlarıKino"Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film.Musiqi"Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. == Xarici keçidlər == Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Aşıq Oruc
Aşıq Oruc Əhmədov (d. 1920, Göyçə mahalı, Yarpızlı – ö. 1976, Gədəbəy rayonu, Zəhmətkənd) — ustad aşıq, əməkdar mədəniyyət işçisi. == Həyatı == Oruc Vəli oğlu Əhmədov 20 mart 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində "Fərzalılar" nəslində anadan olub. Atası Vəli (1854–1929) də Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub.1949-cu ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma kəndlərindən Gədəbəy rayonunun Zəhmət kəndinə deportasiya olunmuşdur. 1929-cu ildə atası vəfat etdikdən sonra onun sazını sinəsinə alaraq çalıb oxumağa başlamışdır. Bir neçə il Aşıq İbrahim Alışan oğlunun şəyirdi olub. 1939-cu ildən müstəqil aşıqlığa başlayıb. Azərbaycanda aşıqlar arasında tezliklə tanınan Aşıq Oruc Vəli oğlu respublikada keçirilən mədəni tədbirlərdə, festivallarda, Azərbaycan aşıqlarının III qurultayında (1961) iştirak edib, əməkdar mədəniyyət işçisi adına layiq görülüb. 60-dan çox saz havasını çalıb-oxuyurmuş.1953–1970-ci illərdə Gədəbəy aşıqlarına ağsaqqallıq edib.
Birjada oyun
Birnəfərli oyun
Tək oyunçulu oyunlar (İngilis dilində: single-player) — videooyunlarda yalnız bir oyunçunun daxil ola bildiyi və daha çox oyunçunun girməsinə imkan vermədiyi vəziyyət tək oyunçulu oyun adlanır. “Tək oyunçulu oyun” oyunu yalnız bir adamın yönləndirə biləcəyini izah etmək üçün istifadə olunur; “Tək oyunçu formatı” oyun oynamanın multiplayer (ən azı iki oyunçu) olma seçimini gətirir. Tək oyunçu formatı ikiyə bölünür: Virtual rəqiblərə (botlar) qarşı tək oyunçu formatı. Virtual rəqiblər (botlar) və ya oyunçunun özündən başqa real oyunçu yoxdur.Videooyun tarixinin ilk mərhələlərində oyunlar tək oyunçulu idi. İki oyunçu oyunları əvvəlcə fərdi kompüterlərdə görülmüşdür. Beləliklə, çoxnəfərli oyunların da əsası qoyuldu. 1990-cı illərin əvvəllərində lokal şəbəkələr və sıfır modemlərlə real mənada çoxnəfərli oyunlar ilə qarşılaşdıq. Doom, bu tip oyunların ən yaxşı nümunələrindən biridir. Tək oyunçulu oyunların böyük satış rəqəmlərini tuta bilməsi, maraqlı hekayələrində, təsirli qrafikalarında və real personaj detallarında gizlədilmişdir. Bu vəziyyətə Half-Life nümunə göstərilə bilər.
Böyük Oyun
Böyük oyun — (ing. The Great Game), həmçinin Kölgələr Turniri olaraq da adlandırılır ( rus. Турниры теней, Turniri Teney) — XIX əsrdən başlayaraq strateji bölgələrin böyük güclər tərəfindən paylaşılma mübarizəsini təsvir etmək üçün istifadə edilən addır. Böyük Oyun (Neftçi - Xəzər Lənkəran) — Neftçi PFK və Xəzər-Lənkəran FK arasında oynanmış Azərbaycan futbol derbisidir.
Bənövşə (oyun)
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Dama (oyun)
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. == Ümumi məlumat == Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Dəvə (oyun)
Dəvə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. == Oyunun qaydaları == Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Halay (oyun)
Halay - Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. == Oyunun quruluşu == Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumi razılıq ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstəbaşılar təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedirlər. Oyunçular qol-qola girib, sonra bir yana çəkilirlər. Onlar xəlvəti öz aralarında kimi necə adlandırmaq (məsələn, kimin "armud", kimin "alma") barədə şərtləşib dəstəbaşıların durduğu yerə gəlir və deyirlər: - Halay gəlmişik. Dəstəbaşının biri digərinə : - Gəl! (yəni qəbul et) - deyir. O biri cavabını verir.
Horun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.
Lorun (Nəmin)
Lorun (fars. لرون‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (31 ailə).
Monopoliya (oyun)
Monopoliya — stolüstü oyun növü. Burada oyunçular altı tərəfli zəri monopoliya taxtasının üzərində hərəkət etdirərək ticarət məhsullarının alqı-satqısı ilə məşğul olur, evləri və ya otelləri böyüdürlər. Oyunçular öz rəqiblərini iflas etməklə onlardan icarəyə mülklər götürürlər. Pul, həmçinin, Şans və İcma kartları və vergi xalları vasitəsilə əldə edilə və ya itirə bilər; oyunçular bir neçə şəraitdən birini yerinə yetirənə qədər hərəkət edə bilməyəcəkləri həbsxanada ola bilərlər. Oyunun bir sıra ev qaydaları və yüzlərlə vesiyası mövcuddur. Monopoliya oyunu beynəlxalq səviyyədə tanınaraq 103-dən çox ölkədə lisenziyalaşdırılmış və 30-dan çox dildə tərtib edilmişdir. Monopoliya oyunu 1903-cü ildə ABŞ-də Elizabet Maqi tərəfindən yaradılan Landlord's Game versiyasından götürülmüşdür. == Tarixi == 1935-ci ildə yaradılmışdır. == Monopoliya taxtası == Monopoliya oyununu 40 boşluqdan ibarət olan taxtada oynanılır. Bu 40 boşluqda iyirmi səkkiz mülkiyyət yeri—iyirmi iki küçə (səkkiz müxtəlif rəngli qrupa bölünmüşdür), 4 dəmiryol xətti və iki kommunal yer—üç Şans küçəsi, üç İcma yeri və Lüks vergi yeri, Gəlir vergisi yeri və dörd ədəd künc meydanı: GET, (içəri) Həbsxana/Sadəcə səfər et, Pulsuz parkinq, and Həbsxanaya get adlı xanalar yerləşir.
Mübariz Örən
Mübariz Hümbət oğlu Rəfiyev və ya Mübariz Örən (13 iyul 1967, Jdanov) — azərbaycanlı yazıçı, "Qızıl Kəlmə" mükafatçısı. == Həyatı == Mübariz Rəfiyev 1967-ci il iyulun 13-də Beyləqan rayonunda anadan olub. 1974–1982-ci illərdə Beyləqan rayonunda A. Puşkin adına Qəhrəmanlı kənd tam orta məktəbində, 1982–1984-cü illərdə Cəbrayıl rayonunda Horovlu kənd tam orta məktəbində təhsil alıb. 1986–1988-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. == Təhsili == Mübariz Rəfiyev 1984–1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti), 2013–2015-ci illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alıb. == Fəaliyyəti == 1991–2012-ci illərdə Rusiya Federasiyasının Tümen vilayətində "PAO Varyoqanneft"də neft mütəxəssisi kimi fəaliyyət göstərib. 2012-ci ildən biznes sahəsində fəaliyyət göstərir. 2014-cü ildən "Yazı" ədəbiyyat dərgisində baş redaktor müavini işləyir. 2019-cu ildə Moldovada keçirilən "Kvadrat" Beynəlxalq proza festivalında Azərbaycanı təmsil edib.2019-cu ildə "LiFFt-2019" Avrasiya ədəbi festivalında Azərbaycan təmsilçilərindən biri olub."Ulduz", "Literaturnaya Azerbaycan", "Yazı", "Azərbaycan" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə roman, hekayə və müsahibələri dərc olunub.
Məmməd Oruc
Məmməd Oruc (Orucov Məmməd Kazım oğlu; 8 mart 1947, Vedi) — yazıcı-publisist, tərcüməçi, SSRİ Jurnalistlər İttifaqının (1970), SSRİ Yazıçılar İttifaqının (1983) üzvü. == Həyatı == Məmməd Oruc 1947-ci il mart ayının 8-də Vedibasar mahalının (Ermənistan SSR) Böyük Vedi kəndində doğulub. 1951-ci ildə bu kəndin böyük bir qismini, o cümlədən M. Orucun ailəsini mövcud hakimiyyətin qərarı ilə Beyləqan rayonunun Şahsevən kəndinə (Azərbaycan SSR) köçürüblər. 1965-ci ildə Şahsevən kənd orta məktəbini bitirən M. Oruc C. M. Kirov adına ADU-nin Filologiya fakültəsinin Jurnalistika şöbəsinə daxil olmuş və 1969-cu ildə bu təhsil ocağını bitirərək "Azərbaycan gəncləri" qəzetində əmək faəliyyətinə başlamış və qısa bir müddətdən sonra Ədəbiyyat və İncəsənət şöbəsinə müdir təyin edilmişdir. 1971–72-ci illərdə hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan sonra Azərbaycan Dövlət televiziya və Radio verlişləri komitəsində əmək fəaliyyətini davam etdirmiş, redaktor, böyük redaktor və şöbə müdiri vəzifəsində çalışmışdır. 1980-ci ildə Azərbaycan Yazıçıları İttifaqının "Azərbaycan" jurnalına ədəbi işçi kimi işə qəbul olunan M. Oruc bu günə kimi həmin dərginin əməkdaşıdır, publisistika şöbəsinin müdiridir. Azərbaycan Dövlət Televiziya və Radio şirkəti ilə əməkdaşlığını fasilələrlə də olsa, indi də davam etdirir. 1970-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1983-cü ildən isə SSRİ Yazıçılar İttifaqının üzvüdür. === Ailəsi === Ailəlidir: Üç övladı var, bir oğlan, iki qız.
Ogün Samast
Ogün Samast (28 iyun 1990, Üsküdar, İstanbul ili) — 19 yanvar 2007-ci ildə, İstanbulun Osmanbey bölgəsinin Halaskarqazi küçəsində yerləşən "Agos" qəzeti binasının qarşısında jurnalist Hrant Dinki öldürən şəxs. == Həyatı == Samast Türkiyənin Trabzon şəhərində dünyaya gəlmişdir.Valideynləri bir-birindən ayrı yaşayan Ogün Samast orta məktəb məzunudur. === Hrant Dink suiqəsdi === 19 Yanvar 2007 tarixində Hrant Dinki iş yerinin qarşısında silahla 3 dəfə atəş açaraq öldürmüşdür. === Həbs olunması === Ogünün atası Əhməd Samast televizorda oğlunun cinayət şübhəlisi olduğunu görəndə polisə zəng edərək oğlunu şikayət etmişdir.Cinayəttən 36 saat sonra Ogün Trabzona gedərkən jandarm tərəfindən saxlanılır və həbs olunur.
Oqun ştatı
Oqun ştatı (ing. Ogun State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat == Adı == Ştatın adı onun ərazisində axan Oqun çayından gəlir.
Oran sülaləsi
Oran və ya Оran-Nassaus sülaləsi (nid. Oranje-Nassau) — Niderland krallığının 1815-ci ildən kral sülaləsi, Nassau knyaz evinin qolu. XVI əsrdən Oran şahzadəsi Birləşmiş Vilayətlər Respublikasında stathauderlər seçilən nüfuzlu oliqarx ailəsidir. Sülalə rəngi kmi narıncı rəng qəbul edilib.
Oron gölü
Oron gölü (evenk Ооран) — Rusiya Federasiyası İrkutsk vilayətinin Bodaybin rayonunda, Vitim qoruğu ərazisində yerləşən bir göl. == Adın mənşəyi == Oron gölünün adının Evenk dilində işlənən oron sözündən törədiyinə inanılır. Bu isə "maral" deməkdir. Toponimin təhrif olunmuş bir variantıda xrondur. Bununda "ocaq yeri", "düşərgə yeri" olduğu fərziyyəsi də mövcuddur. Lakin çox güman ki, gölün adı evenk dilindəki ooron sözündən əmələ gəlmişdir. Mənası isə astana deməkdir. == Coğrafi xüsusiyyətləri == Gölün uzunluğu 24 km, maksimum eni 6 km, minimum eni 4 km, sahəsi 51.3 km², maksimum dərinliyi 184 metrə (gölün cənub hissəsində) çatır. Göl güzgüsünün hündürlüyü dəniz səviyyəsindən 354 m-dir. Sututarının şimal hissəsinin dərinliyi nisbətən azdır.
Oruc (Culfa)
Oruc (fars. اروج‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (32 ailə).
Oruc Cabbarov
Oruc Akif oğlu Cabbarov (6 dekabr 1999; Nərimanabad, Yevlax rayonu, Azərbaycan — 4 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oruc Cabbarov 1999-cu il dekabrın 6-da Yevlax rayonunun Nərimanabad kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Oruc Cabbarov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Oruc Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Oruc Cabbarov oktyabrın 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 2021-ci ilin ilk günlərində tapılan nəşi həmin ilin 2 yanvar tarixində doğulduğu Yevlax rayonunun Nərimanabad kəndində dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Cabbarov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.