Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İşoba
İşoba və ya Eyşabad — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehestanında yerləşən kənd. Mərənddən 20 kilometr aralı, Mişov dağlarının ətəyində geniş qoz və ərik bağları arasında, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir. Kəndin yaxınlığında İşoba şəlaləsi mövcüddür. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 339 nəfərdən və 103 ailədən ibarət idi. Milli tərkibi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Soba
Soba - odun, qaz, yağ və kömür yandırmaqla nəzarətli istilik yaratmq üçün tətbiq olunan qurğudur. Sobalar tətbiq sahələrinədn asılı olaraq müxtəlif formalara malik olurlar. Buraya yemək hazırlamaq üçün istifadə olunan sadə sobalardan tutmuş, polad və digər metalların əridilməsi üçün tətbiq olunan domna sobaları daxildir. Uzun müddət kömür sobaları ən geniş yayılmış sənaye sobaları idilər. kömür sobalarına istənilən ölçüdə rsat gəlmək olurdu. Kömür oduna nisbətən daha yüksək temperaturda yanır. Buna görə də kömür sobalarının konstruksiyası daha istiyə davamlı olurdular. Odun sobalarından fərqli olaraq kömür sobalarını həm odun, həm də kömürlə işlətmk olur. Kömür sobaları torla təchiz olunurlar ki, bu da havanı aşağıdan verməyə şərait yaradır. Alovun altından verilən havanın miqdarı kömürün növündən asılıdır.
İşoba şəlaləsi
İşoba şəlaləsi və ya Eyşabad şəlaləsi- Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehastanının İşoba kəndində yerləşən şəlalədir.
Mikrodalğalı soba
Mikrodalğalı sobanın iş prinsipi elktromaqnit dalğalarının təsir mexanizminə əsalanır. Məlum olduğu kimi atomda elektron bir stasionar haldan digərinə keçərkən enerji şüalandırır, bu enerji şüalanmanın tezliyi (y) ilə bağlı olur, E=hy ilə ifadə olunur və bu enerji kvant adlanir. Burada h=4 .10–15ev.c = 6.10–34coul.c –Plank sabitirir. Bir elektron – volt (ev) 1 volt gərginlikli sahədə 1 elektronun qovulmasına, başqa sözlə sürət verilməsinə sərf olunan enerjidir. Elektromaqnit (EM) dalğaların bu kvantlara bölmək olar və göründüyuü kimi onun şüalanma enerjisi tezliklə bağlıdır. EM dalğaları, spektrinə və dalğa uzunluğuna gorə şərti olaraq, 8 tezlik diapazonuna bölünür: səs tezlikli dalğalar, radio, UYT (mikrodalğalı şüalar), infraqırmızı (İQ) şüalar, görünən içıq, ultrabənövşəyi (UB) şüalar, rentgen şüaları, qamma şüalar. Ultrayüksək tezlikli (UYT) kvantların enerjisi — atom və malekullarda rəqsi rərəkətləri həyəcanlandırmağa bəs edir, İQ -atmosferdə udulur, görünən işığın kvant enerjisi — 2–3 ev-a bərabərdir və hər hansı kimyəvi əlaqəni qırmağa və kimyəvi reaksiyanın getməsinə səbəb ola bilər, gözün torlu qişasına, fotoplyonkaya təsir edir, UB şüalar — daha da güclü kimyəvi rabitəni qırmağa, xarici elektronu qoparmağa, atomu ionlaşdırmağa qadirdir və həyat üçün zərərlidir, Rentgen şüaları- hətta atomun daxili təbəqəsindən elektron qopara və nüvəni həyacanlandıra bilər, Qamma şüalar- atom nüvəsini dağıtmağa qadirdir və güclü energetik qamma şüaları elementar hissəciyin daxilinə kecib , proton və neytrona təsir edir. Mikrodalğalar, başqa sözlə, UYT-li şüalar –dalğa uzunluğu 1m- dən 1mm-ə qədər olan, EM –dalğalarıdır. Mikrodalğalar təbiətdə də var- Günəş EM –dalğaları şüalandırır. Bu dalğalar fəzada 300 000 km/s – işıq sürəti ilə yayılır.
Soba (bürc)
Soba (lat. Fornax) — göyün cənub yarımkürəsində bürc.
Aşoka
Aşoka (e.ə. 304, Patna, Mauriya İmperiyası – e.ə. 232, Patna, Mauriya İmperiyası) — Mauriya sülaləsindən olan və demək olar ki, bütün Hindistan yarımqitəsini e.ə 268 və 232-ci illər arasında idarə etmiş Buddist monarx. Ara müharibələrindən sonra atasının taxt-tacını ələ keçirmişdir. Aşoka tayfa müharibələrini ittiham edən və birləşmiş dövləti təbliğ edən buddizmi qəbul etmişdi. Ucqar cənubdan başqa, demək olar ki, bütün Hindistan Aşokanın hakimiyyəti altında birləşdirilmişdi. Aşokanın hakimiyyəti illəri Hindistan mədəniyyətinin, memarlığının inkişafı, yazının yayılması dövrüdür. Aşokanın ölümündən sonra onun çarlığı dağılmışdır. == İstinadlar == == Mənbə == Rauf Məlikov, Nizami İbrahimov. "Məktəblinin tarix lüğəti", "Aşoka" məqaləsi.
Kosova
Kosova (), Kosovo (serb. Косово) və ya rəsmi adı ilə Kosova Respublikası (alb. Republika e Kosovës, serb. Република Косово) — Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli dövlət. Kosovo Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştina şəhəri, ümumi sahəsi 10,887 kvadrat kilometrdir. Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 101 ölkə tanıyıb.
Opoka
Opoka — gilli maddənin, orqanizmlərin skelet hissələrinin (diatomea, radiolyariya və silisiumlu süngərlərin spikulaları), mineral dənələrinin (kvars, çöl şpatları, qlaukonit) qarışığı olan, amorf silisium oksidi — opaldan (92–98%-dək) təşkil olunmuş mikroməsaməli süxurlar. Bəzi müəlliflər opokalar diatomit, sponqolit və trepellərin dəyişilmə məhsulu, digərləri isə onları dəniz kimyəvi əmələgəlmələri hesab edirlər. Opokalar təbaşir və alt dördüncü dövr çöküntülərində geniş yayılmışdır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Osaka
Osaka — Yaponiyanin böyüklükdə Tokiodan sonra ikinci şəhəridir. 1905-ci ildə Rusiyadan Yaponiyaya mühacirət etmiş tatar ailəsi Osakada ilk məscid tikdirmişdir.
Ostya
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Qoşaoba
Qoşaoba — Azərbaycan Respublikasının Zərdab rayonunun Qoşaoba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zərdab rayonunun Zərdab şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qoşaoba kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zərdab rayonunun Qoşaoba kəndi Zərdab şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qoşaoba kənd inzibati ərazi vahidi yaradılmışdır.
Şorba
Şorba — Kökü Hindistana bağlıdır. Şorba sözünün mənası "yaxşı bəslənmə" deməkdir. 10 min il əvvəl şorba hazırlandığı və yeyildiyi haqqında məlumatlar tapılıb. Çində 2400 illik şorba arxeoloqlar tərəfindən Şian antik kəndində tapılıb. İnsanın ilk dəfə şorbanı yeməsi, III yüzilliyə təsadüf edilir. O dövrün insanlarından olan Patroklus, çörəyi suya batıraraq, üzərinə duz səpərək yeyib. Patroklusun yeməyi daha sonra Avropanın bəslənmə yeməyi olacaq şorbanın ilk halı olaraq ortaya çıxır. Fransada soğan şorbası mövcuddur. Bu şorbanı alta 6 ədəd çörək qoyub, üzərinə ət suyu tökərək hazırlayırlar. Şorbanın indiki halda olması isə, François Pierre La Varenne tərəfindən yaradılıb.
Oriba
Anemonoides (lat. Anemonoides) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Aiolon Lunell Nemorosa Ruppius ex Nieuwl. Anemonanthea Gray Arsenjevia Starod. Oriba Adans. Tamuria Starod.
Psora
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Opobo
Opoba Nigeriyada yerləşən və Aro konfederasiyanın bir hissəsi olan şəhər-dövlətdir. Niger Deltasında, İmo çayının sol sahilində, Bonni körfəzinin sahillərində, Port Harkortun cənub-şərqində, Bonnidən 20 kilometr şimal-şərqdə yerləşir. Opobo Krallığı 67 hərbi kanoe evindən ibarətdir və 14 hissəyə ("Polo") qruplaşdırılmışdır. Bunlar on dörd hissədir: Biriye, Dipiri, Dapu, dappa və Amakiri, Epelle və Fubaracvoro. Digərləri Iroanya, Jaja, Kala-omuso, Kipirima, Ovuji və Tolofaridir. 1869-cu ildə Bonni əyalətindən keçmiş qulları xüsusilə Niger Deltasının şərq hissəsində bir dövlət yaratdılar. Opobonun etnik əsasını İjo xalqı təşkil etmişdir. 1869-cu ilin oktyabrında Minimada Ticarət və məhkəmə rüsumlarının, habelə hərbi dəstələrin xaric edildiyi bir xəzinə olan Opobo İdarəetmə Şurasının yaradılması haqqında saziş bağlandı. Opobonun etnik əsasını İjo xalqı təşkil edirdi. 1869 - cu ilin oktyabrında Minimada ticarət və məhkəmə rüsumlarının ödənildiyi bir xəzinə olan, Opobo İdarəsi Şurasının hərbi hissələrin yaradılması haqqında müqavilə bağlanmışdır.
Tasoba
Persicaria (lat. Persicaria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Peutalis Raf.
Osmia
Chromolaena (lat. Chromolaena) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Heterolaena Sch.Bip. ex Benth. & Hook.f. Osmia Sch.Bip. Viereckia R.M.King & H.Rob.
Oşoqbo
Oşoqba — Nigeriyada yerləşən şəhər, 1991- ci ildə Osun əyalətinin paytaxtı oldu. == Tarixi == Oşoqbo, XVII əsrin əvvəllərində quraqlıqdan əziyyət çəkən yaxınlıqdakı kənddən olan ovçular tərəfindən qurulmuşdur. Köhnə Oyo süqutundan sonra, digər Yoruba şəhərlərindən miqrasiya səbəbindən şəhər əhalisinin sayı artdı. Oşoqbo Oşun çayı üzərində yerləşir və Laqosdan Kanoya dəmir yolu ilə keçir. Şəhər öz sənət məktəbi və keçmiş hökmdarın sarayı olan Oca-Oba bazarının binası ilə məşhurdur. NP-nin mərkəzinin hündürlüyü dəniz səviyyəsindən 308 metrdir. Oşoqbo kənd təsərrüfatı bölgəsinin ticarət mərkəzi hesab edilir. Yam (bitki), maniok, tütün, pambıq və digər məhsullar burada yetişdirilir. Bir neçə mehmanxana və 10 min tamaşaçı tutumuna malik futbol stadionu var. 1988-ci ildən etibarən əhalinin 27%-i kənd təsərrüfatında, 8%-i ticarətdə, 30%-i isə işçi və müəllimlər idi.
Oroga
Qaraqınıq (lat. Origanum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir.
Orba
Orba (isp. Orba) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 17,73 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 2629 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 86 km uzaqlıqda yerləşir.
Saba
Saba (ada) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən ən kiçiyi[ Saba (ad) — qadın adı. Saba rayonu — Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Sobu
Sobu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. Əsasını Şamlı tayfaları qoymuşdur. Sobu kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsinin 1827-ci ildə Cənubi Azərbaycanın Sobu kəndindən köçüb gəlmiş ailələr salmişlar. Miqrant toponimdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Zəngilan rayonu ərazisində çay. Xaçın çayının sağ qoludur. Ədəbiyyatlarda Sobudərə kimi da qeydə alınmışdir.
Soda
Soda: Kalsium soda, Paltar ağartma sodası — Natrium-karbonat - Na2CO3. Kristallik soda — Kiristallohidrat kalsiumlu sodanın ümumi adı: Natrit — Na2CO3*10H2O. Termonatrit — Na2CO3*H2O. İçməli soda, ərzaq sodası — Natrium-hidrokarbonat - NaHCO3.
Fo (şorba)
Fo (vyet. phở) — vyetnam mətbəxinin xörəyidir. Təqdim ediləndə mal və ya toyuq əti, gec-gec qızardılmış balıq əti ilə təqdim edilən, ərişdəli şorbadır. Bu təyam bir neçə ad daşıyır: birinci halda — fo bo (vyet. phở bò), ikinci halda — fo qa (vyet.phở gà), üçüncü halda isə — fo ka (vyet. phở cá). Şorba üçün ərişdəni əsasən düyü unundan hazır edirlər. Xörəyi reyhanın aziya növü, nanə, laym və munq tumları ilə bəzəyirlər. Xörək Hanoy ilə əlaqələndirir, orda 1920-ci ildə ilk fo restoranı açılmışdı. == Tarixi == Fo XX əsrin əvvəllərində Vyetnamın şimal hissəsində meydana gəlmişdi.
Hebe odora