Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Otkrıtie Arena
Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir. Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb. Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi.
Otkrıtıy adası
Otkrıtıy adası — Şimal Torpağı arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Qırmızı Ordu boğazının mərkəzi hissəsində Qusinnıy yarımadasından 100 m qərbdə (Oktyabr İnqilabı adası) yerləşir. Adadan 3 km şimalda Komsomoles adası yerləşir. Oktyabr İnqilabı adası ilə birlikdə Tixaya buxtasını əmələ gətirir. Buxta ondan cənubda yerləşir. Şimaldan cənuba doğru uzanır. Uzunluğu 2,3 km, eni isə 800 m təşkil edir. Adanının sahilləri əsasən hamardır. Maksimal hündürlük 17 metrdir.