Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cek (pavian)
Cek (ing. Jack) və ya ləqəbi ilə Siqnalçı Cek (ing. Jack the Signalman; ö. 1890) – Cənubi Afrikada fiziki məhdudiyyətli dəmiryol siqnalçısı olan sahibinə kömək etməsi ilə məşhurlaşan çakma pavianı.1880-ci ildə Cənubi Afrikada Port-Elizabet ilə Keyptaun şəhərləri arasındakı dəmiryolunda işləyən Ceyms Uid adlı fiziki məhdudiyyətli dəmiryol işçisi Eytenxaxedəki bazarda gəzərkən öküzlərə çobanlıq edən paviana rast gəldi. Meymunun bacarıqlarından təsirlənən Uid onun sahibinə yaxınlaşaraq onu aldı, ona Cek adını verdi və onu öyrədərək şəxsi köməkçisinə çevirdi.Uidin gündəlik həyatda köməyə ehtiyacı var idi. İllər öncə hər iki ayağını da bir iş qəzası zamanı itirmişdi və bu, qatar stansiyasına gediş-gəlişini çətinləşdirirdi. Uidin kotteci stansiyadan yarım mil uzaqlıqda idi və onun Cekə öyrətdiyi ilk şey əlil arabasını itələmək idi. Daha sonra Cek ev işlərində kömək etməyə, yerləri süpürməyə, zibilləri atmağa başladı. Əvvəlki sahibi Uidə xəbərdar etdi ki, əgər hər gecə Cekə bir qurtum Ceyp konyakı verməsə, Cek növbəti gün özünü qaşqabaqlı aparacaq və heç nə etmək istəməyəcək. Bir gün Uid Cekə bunu etməyə unutduğuna görə Cek onu işə aparmaqdan imtina etmişdi.
Pavian hamadril
Papio hamadryas (lat. Papio hamadryas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin əntərmeymunlar fəsiləsinin pavianlar cinsinə aid heyvan növü.
Pavia
Paviya (it. Pavia) — İtaliyanın Lombardiya regionunda şəhər.
Cəfər Kavian
Cəfər Məhəmmədəli oğlu Kavian (Kaviani, Məmmədzadə) (1895, Təbriz – 1975, Bakı) — Cənubi Azərbaycan Milli hökumətinin müdafiə naziri, general-mayor == Həyatı == Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərmişdir. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Gavian kimi tanınmışdı. Onun atası Təbriz yaxınlığındakı Sağalan(Səhlan) kəndindən idi. Səttarxan hərəkatı başlananda Sağalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin sırasına qoşuldu.O, oxumaq, yazmaq öyrəndi. Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə – ön cərgədə Sağalanlı Məhəmmədəli kişi də vardı. Səttarxanın azadlıq hərəkatı İran hakimləri tərəfindən yatırıldıqda, Sağalanlı Məhəmmədəli də həbsə atıldı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat etdi. Məhəmmədəli Səhlanlının obrazı Makulu Pənahinin "Səttarxan" romanında öz əksini tapmışdır.
Françeska Pavan
Françeska Pavan (24 aprel 1979, Mestre[d]) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Pavan, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Pavia Universiteti
Pavia Universiteti (it. Università degli Studi di Pavia — UNIPV) — İtaliya Respublikasının Pavia şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == 1361-ci ildə yaradılmış Pavia Universiteti İtaliyanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir. == Xarici əlaqələri == Koimbra qrupunun üzvüdür.
Appian
İsgəndəriyyəli Appian (q.yun. Ἀππιανός Ἀλεξανδρεύς) (təx. 95, İsgəndəriyyə — 170, Roma) — milliyyətcə yunan olan Qədim Roma tarixçisi. Müxtəlif dövlət vəzifələrində çalışmışdır. Yunanca yazılmış "Roma tarixi"nin müəllifidir. Əsər Eneydən imperator Trayanın hakimiyyətinədək (II əsrin əvvəli) olan dövrü əhatə edirdi. Əsərin əvvəli 6—8 və 11—17-ci kitabları tam şəkildə, 1—5 və 9—10-cu kitabları isə fraqmentar şəkildə dövrümüzədək gəlib çatmışdır. Roma tarixinə aid ən mühüm mənbələrdən biri olan əsərdə qədim Azərbaycan tarixinə aid məlumatlar da var. == Mənbə == AME. I cild. Bakı 2009.
Cavidan
Cavidan Səhrəg oğlu (VIII əsr, Ərdəbil – 816, Bəzz qalası, Şərqi Azərbaycan ostanı) — Xürrəmilər hərəkatının başçısı (807-816). Ərdəbil şəhərində anadan olmuşdur. Uzun müddət xürrəmilərə başçılıq etmişdir. 816-cu ildə kiçik dəstəsi ilə Bəzz qalasına geri dönərkən Əbu-İmranın qəfil silahlı hücumuna uğramışdır. Döyüşdə Əbu-İmran Babək tərəfindən öldürülsə də, Cavidan da aldığı yaralardan üç gün sonra Bəzz qalasında ölmüşdür. Cavidanın ölümündən sonra, onun dul arvadı ilə evlənən şagirdi Babək Xürrəmdin (816-838) Xürrəmilər hərəkatını rəhbərlik etdi. == Həmçinin bax == Babək == İstinadlar == == Ədəbiyyat == Crone, Patricia. Bābak // Kate Fleet; Gudrun Krämer; Denis Matringe; John Nawas; Everett Rowson (redaktorlar). The Encyclopedia of Islam, THREE. BRILL Online. 2011.
Datian
Datian — Qafqaz Albaniyasının paqan çarı. Bacısı Satanik çar Artakseslə evlənmişdir. Bu haqda məlumat "Alban ölkəsinin tarixi" əsərində verilmişdir. Atasının ölümümdən sonra adı bilinməyən qəsbkar tərəfindən taxtdan məhrum edilmişdir. Artaksesin köməyi ilə hakimiyyətə qayıtmışdır. Xristianlığı qəbul etmiş Suxias və əsgərləri onun dövründə edam edilmişdir. == Adı == "Alban ökəsinin tarixi"ndə adı verilmir. "Şəhid Suxias və əsgərləri" əfsanəsində adı Datiandır. == Hakimiyyəti == === "Alban ökəsinin tarixi" əsərində === Artakses Yervanda hücum edəndə, Yervand Albaniyanın Uti vilayətində idi. Ordusunu orada saxlayıb, Artakses öz şəhərinə qayıdır.
Davdan
Davdan Pain (Xudafərin)
Fabian
Fabian (lat. Fabianus; 200, Roma – 20 yanvar 250, Roma) — Roma Papası (236–250), Fabian əslən zadəgan bir Romalı idi və atasının adı Fabius idi. Keçmişi haqqında başqa bir məlumat bilinmir. Fabian yekdilliklə Roma yeni yepiskopu elan edilmişdir. == Həyatı == Anteranın qısa hakimiyyətindən sonra Fabian yeni bir papa seçilməsi üçün kənddən Romaya gəldi. Fabianın seçilmәsi ilә Roma katolik kilsәsi tarixindә papa vә antipapaların әdavәti nәticәsindә baş vermiş ilk parçalanma tamamilә aradan götürülmüşdür. Fabian görkəmli və nəcib kilsə xadimi hesab edilirdi. Fabianın 14 illik hakimiyyəti dövründə xristianların təqibində sakitlik baş verdi. Fabian Romadakı xristian qәbiristanlıqlarında bәrpa işlәrinә başçılıq etmişdir. Filipp Ərәbin hakimiyyәti dövründә papa Pontian Romalının vә İppolit Romalının cәsәdlәrinin qalıqlarının Sardiniyadan Romaya köçürülmәsinә nail olmuşdur.
Paviya
Paviya (it. Pavia) — İtaliyanın Lombardiya regionunda şəhər.
Pavsani
Pavsani (coğrafiyaçı) — E.ə. II minillikdə Liviyalı səyyah və coğrafiyaçı olmuşdur. Pavsani (sərkərdə) — Yunan-İran müharibələri dövründə Sparta sərkərdəsi.
Radian
Radian (ixtisarı: rad; lat. radius — şüa, radius) — müasir riyaziyyatda və fizikada müstəvi bucaqların əsas ölçü vahidi. Radian, qövsün bucaq ölçüsü ilə təyin edilir. 1 rad = 180 π ≈ 57.2958 ∘ {\displaystyle 1\operatorname {rad} ={\frac {180}{\pi }}\approx 57.2958^{\circ }} Belə olduqda, tam çevrənin radianla ölçüsü 2πradiana bərabərdir. == Radianın başqa vahidlərlə əlaqəsi == Başqa bucaq ölçüləri ilə müqayisə:Dərəcə/radian çevrilmələri Radianı dərəcəyə çevirmək üçün göstərilən radianı 180 π {\displaystyle {\frac {180}{\pi }}} nisbətinə vurmaq lazımdır: 1 rad = 1 rad ⋅ 180 ∘ π ≈ 57 , 2958 ∘ {\displaystyle 1\operatorname {rad} =1\operatorname {rad} \cdot {\frac {180^{\circ }}{\pi }}\approx 57,2958^{\circ }} Nümunə: π 4 rad = π 4 ⋅ 180 ∘ π = 45 ∘ {\displaystyle {\frac {\pi }{4}}\operatorname {rad} ={\frac {\pi }{4}}\cdot {\frac {180^{\circ }}{\pi }}=45^{\circ }} .Dərəcəni radiana çevirmək üçün göstərilən dərəcəni π 180 ∘ {\displaystyle {\frac {\pi }{180^{\circ }}}} nisbətinə vurmaq lazımdır. Nümunə: 90 ∘ = 90 ∘ ⋅ π 180 ∘ = π 2 rad {\displaystyle {90^{\circ }}={90^{\circ }}\cdot {\frac {\pi }{180^{\circ }}}={\frac {\pi }{2}}\operatorname {rad} } == Riyazi analizdə radian ölçüsü == Riyazi analizdə, triqonometrik funksiyalara baxılarkən, arqument həmişə radianla ifadə edilir. Kiçik bucaqlar olduqda sinus və radianla ifadə edilmiş bucağın tangensi təxminən bu bucağın özünə bərabərdir ki, bu da yuvarlaq hesablamalar zamanı istifadə olunur: sin ⁡ α ≈ tg α ≈ α ; α ≪ 1.
Tatian
Tatián (ya da Tasian; təq. 120, Assuriya[d] – təq. 173, Assuriya[d]) — erkən xristian yazarı, apologeti və ilahiyyatçısı. O Müqəddəs kitabın 4 İncilini bir ardıcıl hekayəyə birləşdirmiş və redaktə etmişdir "Diatessaron" adlanan bu kitab Assuriya kilsəsi tərəfindən müqəddəs kitab kimi qəbul edilmiş və bir neçə yüzillik boyu orada rəsmi ibadətlərdə oxunmuşdur. Həmdə Diatessaronun Əhdi Cədidin kanonik (kilsə tərəfindən qəbul edilən) mətninin oluşması prosesində bəlli qədər rol oynamışdır. == Bioqrafiyası == Tatianın həyatı haqqında biliklər çox azdır. Əsərlərin birində o özü haqqında yazmışdır ki, "Assuriya torpaqlarında doğulmuşdur". Dəqiq ölüm ili və yeri də bilinməməkdədir. Güman edilir ki, o Assuriyada 185 ildə ölmüşdür. Bir çox ölkələrə səfər etmiş, çeşidli xalqların mədəniyyəti və dünyagörüşü ilə tanış olmuşdur.
Cavia
Cavia (lat. Cavia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinə aid heyvan cinsi.
Evian
Evian — Cenevrə gölünün cənub sahilindəki Évian-les-Bains yaxınlığında müxtəlif mənbələrdən gələn bir qablaşdırılmış mədən suyu markasıdır. Evian, Fransız Danone şirkətinə aiddir. Qablaşdırılmış suya əlavə olaraq, Danone Evian adını bir sıra üzvi dəriyə qulluq məhsulları və Fransadakı lüks kurort üçün istifadə edir.
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Padia
Düyü (lat. Oryza) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qabıqlı halda çəltik deyilir. Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. Dünyanın, demək olar ki, hər yerində istehlak olunur. == Düyü məhsulları == == Tərkibi == Kimyəvi tərkibi: su 13 %, nişasta 7 %, yağ 2,2%, karbohidrat 73 %, minerallar 1,2 %. == Düyü istehsalı ilə məşğul olan ölkələr == Düyünün illərə görə istehsalı min. ton.
Paqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. == Tarixi == Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
Çavan
Çəvan (Marağa)
Balian İbelin
İbelinli Baliyan — səlibçi zadəgan. == Həyatı == Balian İbelin Fransada doğulmuşdur. 1187-ci ildə Qüds kralı Gi De Luzinyanın orduları yürüşə yollananda Balian yürüşdən imtina edir. Gi de Luziyan Xittin döyüşündə Səlahəddin Əyyubiyə məğlub olur. Tezliklə müsəlmanlar Qüdsü mühasirəyə alırlar. Baliyanın rəhbərliyi ilə az sayda səlibçi şəhəri uzun müddət qəhrəmancasına qoruyurlar. Müsəlmanlar dəfələrlə hücuma keçsələr də itki verib geri çəkilirlər. Bu vaxt Baliyan qalada ehtiyatlarının tükəndiyini hiss edib, Səlahəddinə bütün xristiyanların və kraliçanın cıxıb getməsinə icazə verildiyi halda şəhəri təhvil verəcəyini bildirir. O, bildirir ki, əgər Səlahəddin buna icazə verməsə hər bir cəngavər ölənə kimi 10-12 müsəlman döyüşçüsünü öldürəcək. Səlahəddin məcbur qalıb xristiyanları buraxır.
Barbara Palvin
Barbara Pavlin (mac. Pavlin Barbara; d. 8 oktyabr 1993) — Macarıstan modeli. == Həyatı == 8 oktyabr 1993-cü ildə Macarıstanda Budapeşt şəhərində anadan olub. Erkən yaşlarından musiqi və futbol hobbisinə çevrilib. Aqnes və Bens Pavlini ailəsində doğulub. Özündən böyük bacısı da var. Barbara Palvini 13 yaşında Budapeşt küçələrində anası ilə gəzərkən bir model şirkətinin nümayəndəsi cənab Blajeli kəşf etdi. Hazırda da onun meneceridir. Blajeli Barbara Palvini test çəkilişlərə dəvət etdi.
Bavean adası
Bavean adası (indo. Pulau Bawean) — İndoneziyanın Yava dənizində yerləşən ada. Sahəsi 196,11 km²-dir. 2010-cu il iyul ayından etibarən adada, 70242 nəfər qeydə alınıb. Lakin 26 min nəfər (70 % kişi əhalisi) xaricdə yaşayır. Xaricdə işləmək əsasən XIX əsrin birinci yarısından İndoneziya, Sinqapur və Malayziyada sosial-iqtisadi həyatının əsas xüsusiyyətidir. Şərqi Yava əyalətinin tərkib hissəsi olan Qresik rayonu iki rayona bölünür: Sanqapur və Tambak. Zəngin görünüşə maikdir. Bir neçə dəniz, neft və qaz yatağı adanın yaxınlığında yerləşən dəniz şelfində yerləşir. İkinci Dünya müharibəsi dövründə, Adanın su sahəsindəki müttəfiq dəniz qüvvələri ilə Yaponiya arasında bir sıra böyük miqyaslı döyüşlər baş verib.
Cavidan Ağayev
Cavidan Mirzəağa oğlu Ağayev (16 iyul 2001, Səbail rayonu – 2 oktyabr 2020, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavidan Ağayev 2001-ci il iyunun 16-da Bakı şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Cavidan Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Cavidan Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Cavidan Ağayev Ağdam Xocavənd istiqamətdə şəhid olub. oktyabrın 2 də Bakı şəhəri Badamdar qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavidan Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.