Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lisandr
Lisandr - (Lysandros)(doğ.tarixi naməlum - e.ə 395-ci ildə ölüb, Aliartos, Beotiya) Afina ilə Sparta arasında olan Peloponnes müharibəsinin strateqlərindən biri, spartalı donanma və ordu sərkərdəsi. Yunan ədavətində maraqlı olan pers satrapı Kiçik Quruşdan alınan vəsait hesabına sürətlə böyüyən Sparta donanmasına e.ə 407-ci ildə komandan təyin olunmuşdu. Həmin il Lisandrın başçılığı altında Sparta donanması Afina donanmasını Noti burnu yanında məğlub etdi. Lisandr Kiçik Asiya şəhərlərində Afinaya düşmən olan oliqarxik partiyaları dəstəkləyirdi. E.ə 405-ci ilin dekabrında spartalı eskadra Eqospotamı yaxınlığında Afina donanmasını məhv etdi. Lisandr Afinaya müttəfiq bir neçə Frakiya və Hellespont şəhərini işğal etdi və orada hakimiyətə öz tərəfdarlarını qoydu. E.ə 404-cü ildə Afinanı qurudan və dənizdən mühasirəyə alaraq Afinanı tutdu. Spartanın Afinaya diqtə etdiyi sülh şərtləri olduqca sərt idi. Lisandrın tələbi ilə şəhərdə demokratik quruluş ləğv edilirdi və "otuz tiran"dan ibarət oliqarxik quruluş bərqərar olurdu. Pirey divarları və başqa istehkamlar uçurulmalı, donanma qalibə təhvil verilməli idi.
Hermiya və Lisandr
Hermiya və Lisandr (ing. Hermia and Lysander) — Britaniyalı illüstrator və miniatür portret rəssamı Con Simmons tərəfindən akvarel təsvir texnikası ilə 1870-ci ildə çəkilmiş rəsmdir. Uilyam Şekspirin komediya tamaşası olan "Yay gecəsində yuxu"nun ikinci səhnəsinin ikinci hissəsindəki səhnəyə əsaslanır. Uzunluğu 89 santimetr, eni 74 santimetrdir. IX əsrdə "Yay gecəsində yuxu"nun səhnələrinə əsaslananlar daxil olmaqla pərilərin rəsmlərinin bir çoxunun artan populyarlığı var idi və Simmons bu janrda bir neçə əsərlər yaratmışdı. I Viktoriya dövrü incəsənəti üzrə ekspert Xristofer Vuda görə Simmonsun pəri rəsmlərinə daxil olan detallar "təəccübləndirici bir dəqiqliklə icra edilmişdir" və şüşə səthində çəkilmiş təəssüratı verir. Simmonsun pəri təsvirlərinin çoxu çılpaq dişilərdir və Vud onları "I Viktoriya dövrünün dovşan qızları" hesab edir. Quaş istifadə edilən akvarel texnikası ilə çəkilmiş rəsm Hermiyanı sevgilisi Lisandr ilə itdikləri tilsimlənmiş meşədə göstərir. Cütlük pərilər tərəfindən əhatə edilib; bəziləri öz zərif qanadlarını istifadə edərək uçarkən təsvir edilmişdir, başqaları isə siçanlara bağlanmış arabalarda gedir. Cütlük yorğun və yollarını itirmişdir, onlar ətrafdakı heyvan və pəri kütləsindən xəbərsizdir.