Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Talnikovıy şəlaləsi
Talnikovıy (və ya Talnikovski) şəlaləsi — Rusiyanın ən hündür şəlaləsi, bəzi mənbələrə görə həm də Asiyanın ən hüdür şəlaləsi. Krasnoyarsk diyarında, Orta Sibr yaylasının Putoran platosunda yerləşir. Şəlalə Putorana qoruğunda, Dyupkun gölünün sağ sahilində, Birinci Qaqari və İkinci Qaqari çaylarının mənsəbləri arasındadır. Şəlalə mövsümü suların hesabına formalaşır və 1-2 ay davam edir. Trapesiya şahid dağı üzərində meydana gələn su kütləsi zirvədən ətəyə doğru on beş pilləkəni keçərək ümumən böyük bir kaskad sistemi yaradır. Şəlalənin hündürlüyü 600 metrdir. Turistlərin diqqətini cəlb edən şəlaləyə nəqliyyat və mehmanxana infrastrukturunun olmaması üzündən sıyahət çətinlik yaradır İlk öncə bir çox elmi ədəbiyyatlarda Talnikovıy çayı üzərində yerləşən şəlalənin hündürlüyü vizual olaraq 600 metr göstərilirdi. Dəqiq, xüsusi cihazlarının (teodolit) köməyi ilə ölçmə işlərinin aparılması təklifini ilk dəfə olaraq "Coğrafi kaleydoskop" kitabının müəllifi Petro Kravçuk irəli sürmüşdür. 1990-cı ilin 7 sentyabrında Dnepropetrovsk metallurgiya zavodunun "Stal" su-idman turist bölməsinin 8 nəfər üzvü ekspedisiya təşkil etdilər. Onlara SSRİ idman ustası Boris İliç rəhbərlik edirdi.