Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boris Pasternak
Boris Leonidoviç Pasternak (rus. Борис Леонидович Пастернак, təxminən 1920-ci ilə qədər Boris İsaakoviç Pasternak; 29 yanvar (10 fevral) 1890, Moskva – 30 may 1960[…], Peredelkino[d], Moskva vilayəti) — rus şair, yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1958). == Həyatı == Boris Leonidoviç Pasternak yəhudi əsilli rus sovet şairi və yazıçı, sovet ədəbiyyatının Nobel mükafatı alan ilk nümayəndəsidir. Moskvada, ziyalı ailəsində doğulmuşdu. Atası Leonid Pasternak Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq məktəbinin professoru və tanınmış portretçi-rəssam, anası Rozaliya Kaufman isə uşaqlarının tərbiyəsi üçün musiqi karyerasından imtina etmiş məşhur pianoçu idi. Ailənin adi güzəranına baxmayaraq, Pasternakların evi Moskva bomondunun toplaşdığı əsas yerlərdən biri idi. Bu evdə Lev Tolstoy, Raxmaninov, Skryabin, Erix Mariya Rilke və s. məşhur adamlar olmuşdular. Rəssamlıq və musiqi mühitində böyüyən Boris Pasternak əvvəlcə Moskva Konservatoriyasında kompozisiya nəzəriyyəsini öyrənməyə başlamışdı. Lakin musiqi duyumunun yetərincə olmadığını başa düşdükdən sonra bu işdən əl çəkmişdi.