Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Perekop
Perekop (krımtat. Or Qapu (Or), Ор Къапу (Ор)) — Or bərzəxində, Krım yarımadası ilə materik arasında torpaq əlaqəsini təşkil edən şəhər (1920-ci ilə qədər). Or-Kapı şəhərinin Krım-tatarca adı "xəndək qapı" deməkdir (krımtat. or — xəndək; qapı — qapı, darvaza). P. Peter Simon Pallasın fikrincə "Perekop" orijinal slavyan adıdır və bütün toponimlər, o cümlədən Krım tatar, yunan və s. ondan törəmişdir. Coğrafi mövqeyinə görə Perekop həmişə böyük strateji əhəmiyyətə malik olmuşdur. Bundan əlavə, antik dövrlərdə yaxınlıqda yerləşən duz yataqları səbəbindən zəngin bir ticarət şəhərinə çevrilir. 1-ci əsrdə Ellis Plininin qeydlərində Perekop və Or bərzəxi Tafros adı ilə ətraflı təsvir edilmişdir (qədim yunan dilindən - Perekop). Burada böyük qoruyucu bürcləri olan bir qaladan bəhs olunur.
Perevoz
Perevoz (rus. Перево́з) — Rusiyanın Nijeqorod vilayətində şəhər (2001-ci ildən), Perevoz bələdiyyə dairəsinin inzibati mərkəzi. Şəhər Pyana çayı üzərində yerləşir. Burada Moskva–Yekaterinburq magistralında üzərindəki Qorki dəmiryolunun Perevoz dəmiryolu stansiyasını yerləşir. Perevoz şəhəri 2007-ci ildə rayon abadlıq müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə şəhərdə üzgüçülük hovuzu, konkisürmə meydançası və kinoteatrı olan idman kompleksi tikilmişdir. Şəhərdə Mixail-Arxangelsk məbədi tikilmişdir. Пья́нский перево́з // Прокат — Раковины. — М. : Советская энциклопедия, 1955. — С. 390.
Freedom House
Freedom House (ing. dilindən tərcümədə "Azadlıq Evi" deməkdir) Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar və onların müdafiəsi üzrə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. O, hər ölkədə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır ki, onlardan siyasi elmlərdə tədqiqatlar zamanı istifadə olunur. Təşkilat 1941-ci ilin oktyabrında yaradılıb, onun fəxri sədrləri Vendell Villki və Eleonora Ruzvelt olub. Freedom House özünü "dünyada demokratiya və azadlıqların carçısı" kimi təsvir edir. == Hazırladığı reytinqlər == Mərkəzi və yerli hakimiyyət haqqında. 2005-ci ildən başlayaraq Freedom House təşkilatı oxucuları mərkəzi və yerli hakimiyyət haqqında təfərrüatlı analizlə təmin etmək məqsədiylə onlara dair ayrıca analiz və reytiqnləri tətbiq etməyə başlamışdır. Reytinqlər Freedom House təşkilatının, onun akademik məsləhətçilərinin və bu hesabatın müəllifnin apardığı araşdırmalar və sorğuların nəticələrini əks etdirirlər. == Hesabatları == === Azərbaycanın hesabatlarda yeri === Mətbuat azadlığı (2011) - 196 ölkə içərisində 171-ci yer; İnternet azadlığı (2011) - 37 ölkə arasında İnternetə çıxışda maneələr olan və istifadəçilərin hüquqları pozulan «qismən azad ölkə» statusu.
Rəşid Meredov
Rəşid Meredov (türkm. Raşit Meredow; 29 may 1960, Aşqabad, Türkmənistan SSR, SSRİ) — türkmənistanlı dövlət xadimi, Türkmənistan Respublikasının Nazirlər Kabineti sədrinin müavini (2003), Türkmənistan Respublikasının xarici işlər naziri (2001). Rəşid Meredov 29 may 1960-cı ildə Aşqabadda anadan olub. Atası milliyətcə türkmən, anası isə azərbaycanlıdır. Uşaqlığı Marı şəhərində keçib. 1982-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982–1984-cü illərdə A. M. Qorki adına Türkmənistan Dövlət Universitetində müəllim işləyib. 1984–1987-ci illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili alıb. 1990–1991-ci illərdə Türkmənistan Ədliyyə Nazirliyində işləyib. 1991-ci ildən Türkmənistan Xarici İşlər Nazirliyində və Türkmənitstan Prezidenti Aparatında çalışıb.
Your-Freedom
Your-Freedom (Azərbaycanca Sizin-Azadlıq) proqramı istifadəçilərin internetə anonim şəkildə daxil olmağını təmin edir. O, bunun üçün istifadəçilərin sorğularını əvvəlcə "Your-Freedom" serverlərindən göndərir və bu serverlərdən geri çatdırır. "Your-Freedom" veb brauzerlə işləyir, lakin onu elə nizamlamaq olur ki, kompüterdəki digər internetə daxil olan proqramlarla, məsələn SMS və ya ani mesajlaşma proqramları ilə də işləsin.
Çornı peredel
Çornı peredel (rus. Чёрный передел) — Peterburqda inqilabi xalqçı təşkilatı (1879-1882). "Zemlya i volya"nın parçalanmasından sonra yaranmış və onun proqramını saxlamışdı (siyasi mübarizənin və terrorun inkarı, fəhlələr arasında təbliğat). Peterburqda Mərkəzi dərnəyin təşkilatçıları G.V.Plexanov, L.İ.Akselrod, V.İ.Zasuliç və başqaları idilər. Moskva, Kiyev, Odessa və Xarkovda dərnəyin filialları fəaliyyət göstərirdi. Təşkilat "Çornı peredel" jurnalını, "Zerno" qəzetini nəşr edirdi. 1880-ci ildə təşkilatın liderləri mühacirətə getdilər. Təşkilatın mərkəzi Moskvaya keçdi. 1880-1881-ci illərdə keçirilən həbslərdən sonra "Çornı peredel" zəiflədi və fəaliyyətini dayandırdı. Üzvlərindən bir hissəi "Narodnaya volya"ya daxil oldu.
Sülli-Prüdom
Rene Sülli-Prüdom (fr. Sully-Prudhomme; əsl adı Rene Fransua Arman Prüdom, fr. René François Armand Prudhomme; 16 mart 1839[…], X arondisman (Paris) – 7 sentyabr 1907) — fransız şair, "Parnas" qrupunun üzvü, Ədəbiyyat üzrə Nobel mükafatının ilk laureatı (1901). Ədəbiyyat sahəsində ilk Nobel laureatı Rene Fransua Arman Prüdomun adı indi fransız ədəbiyyatı mütəxəssisləri istisna olunmaqla çox az adama məlumdur. O, Parisdə doğulmuşdu. İki yaşında atasını itirdiyindən əmisinin himayəsində böyümüşdü. İlk təhsilini Bonapart litseyində almışdı. Dəqiq elmlərə, xüsusən də riyaziyyata marağı böyük idi. Litseyi bitirdikdən sonra mühəndis ixtisasına yiyələnmək üçün məşhur Politexnik məktəbə daxil olmaq istəsə də, gözlərində yaranan problem buna imkan verməmişdi. Erkən gəncliyindən "həyat universitetləri" keçən Rene ilk poetik məcmuəsini – "Stanslar və şeirlər" kitabını 1865-ci ildə çap etdirmişdi.
Pərəm (Heris)
Pərəm (fars. پارام‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 833 nəfər yaşayır (172 ailə).
Ilex perado subsp. iberica
Şişyarpaq şümşə (lat. Ilex aquifolium) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinin şümşə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Şimali Afrika, Qərbi Avropa və Skandinaviya yarımadasında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-25 m-ə və gövdəsinin diametri 60 sm-ə çatan həmişəyaşıl, sıx piramidal və ya uzunsov çətirli ağacdır. Aşağı əyilən və ya düz yönələn budaqları möhləm, şabalıdı, Qonur rəngli qabıqla örtülmüşdür. Bozumtul-qonur rəngli zoğları çılpaq və ya qısa sıx tüklərlə örtülü olur. Yarpaqlarının uzunluğu 2-10 sm, eni isə 2-4,5 sm-ə çatan, yumurtavari və ya tərsyumurtavari formada olub, kənarları 2-9 batıq dişli, dalğavari, parlaq, dərivaridir, üstdən tünd-yaşıl, altdan tutqun rənglidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri keçən ilki zoğlarda qoltuğunda, çətirvari qalxanlarda yerləşir. Çiçəkləri ağ, ətirli, 4-5 üzvlü olub, qısa, çılpaq və ya qısatüklü çiçək saplağında yerləşir.
Ilex perado var. iberica
Şişyarpaq şümşə (lat. Ilex aquifolium) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinin şümşə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Şimali Afrika, Qərbi Avropa və Skandinaviya yarımadasında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-25 m-ə və gövdəsinin diametri 60 sm-ə çatan həmişəyaşıl, sıx piramidal və ya uzunsov çətirli ağacdır. Aşağı əyilən və ya düz yönələn budaqları möhləm, şabalıdı, Qonur rəngli qabıqla örtülmüşdür. Bozumtul-qonur rəngli zoğları çılpaq və ya qısa sıx tüklərlə örtülü olur. Yarpaqlarının uzunluğu 2-10 sm, eni isə 2-4,5 sm-ə çatan, yumurtavari və ya tərsyumurtavari formada olub, kənarları 2-9 batıq dişli, dalğavari, parlaq, dərivaridir, üstdən tünd-yaşıl, altdan tutqun rənglidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri keçən ilki zoğlarda qoltuğunda, çətirvari qalxanlarda yerləşir. Çiçəkləri ağ, ətirli, 4-5 üzvlü olub, qısa, çılpaq və ya qısatüklü çiçək saplağında yerləşir.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru. (男子高校生で売れっ子ライトノベル作家をしているけれど、年下のクラスメイトで声優の女の子に首を絞められている。, azərb. Mən liseydə oxuyan oğlanam və uğurlu ranobe müəllifiyəm, lakin seyyu və məndən yaşca kiçik olan bir qız sinif yoldaşım məni boğmağa çalışır.‎) — Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works nəşriyyatı tərəfindən 3 cildi buraxılmışdır. == Media == === Ranobe === Əsər Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyasıdır. Ranobe seriyasının ilk cildi 10 yanvar 2014-cü ildə ASCII Media Works nəşriyyatı tərəfindən buraxılmışdır. 10 iyun 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.