Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qastrit
Qastrit — mədənin selikli qişasında iltihabi və ya iltihabi-distrofik dəyişiklikləri ilə müşayət olunan, adətən uzunmüddətli gedişə malik xəstəliyidir. Qastrit morfoloji diaqnoz sayılır. Həkim, mədə selikli qişasının bioptatının morfoloji tədqiqatı olmadığı hallarda digər müvafiq müayinələrin nəticələrinə və xəstənin şikayətlərinə əsasən ancaq "funksional dispepsiya" diaqnozu qoya bilər. Qastrit gedişinə görə kəskin və xroniki olar bilər. Qarın nahiyəsində təkrarlanan şiddətli ağrı və qusma appendisitin əlaməti ola bilər. Appendisit çox vaxt qastritlə səhv salınır. Müalicə olunmayan appendisit həyati təhlükə yarada bilər. Kəskin qastrit mədənin hansısa səbəbdən kəskin qıcıqlanmasının nəticəsində əmələ gəlir və öz növbəsində 4 tipə ayrılır : Kataral və ya sadə qastrit - çox vaxt yüngül zəhərlənmələr və qeyri-düzgün qidalanma nəticəsində yaranır . Fibrinoz qastrit - adətən turşularla zəhərlənmələr və ya ağır infeksion xəstəliklər zamanı yaranır . Korroziv qastrit ( nekrotik, toksiki-kimyəvi qastrit) - ağır metalların, qatı halda turşuların və qələvilərin mədəyə düşməsi zamanı yaranır.
Detrit
Detrit (lat. detritus - ovxalanmış) — su mühitində üzvi lil və orqanizmlərin qalığı, torpaqda bitki maddələrinin qalığı – çürüntü. Detritin qalma müddəti qısa (milçəklərin təsiri ilə işlənən heyvan cəsətləri – bir neçə həftə, meşədə yarpaqlar – bir neçə ay, ağac gövdələri – bir neçə il) və olduqca çox müddətə qalır (humus, sapropel, torf, kömür, neft). Detrit bir çox bioloji varlıqlar üçün qida ehtiyatı olub onların normal fəaliyyəti üçün vacibdir. Göllərin lilindən, suvarılan tarlaların qalıqlarından üzvi gübrə kimi istifadə olunur.
Pertit
Pertit — albit və ya turş plagioklaz ilə qanunauyğun bitişmə əmələ gətirən kaliumlu çöl şpatı. Bitişmə formasına görə qaytanabənzər, pərdəcik, damarcıq, ləkəli pertit növlərinə ayrılır. Bunlardan birinci iki növ parçalanma, sonuncular isə əvəzolunma hesab olunur. Bitişmə cücərtilərin ölçüsünə görə pertit mikropertit və kriptopertitlərə ayrılır. Plagioklaz üzrə kalium çöl şpatının yeni əmələgəlmələri antipertitlər adlandırılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Petrie
Donald Petri (ing. Donald Petrie; 7 sentyabr 1846 – 1 sentyabr 1925, Oklend) — Yeni Zelandiya botaniki. Donald Petri toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Petrie, D. List of the flowering plants indigenous to Otago (англ.) // Transactions and Proceedings of the Royal Society of New Zealand (англ.)русск. : journal. — 1896. — Vol. 28. — P. 540—591. Petriella Zotov, 1943, nom.
Petsit
Petsit — mineral, Ag3AuTe2. Petsit - Kubik. Aqreqat: kip, dənəvəri. Ayrılması yoxdur. Rəngi poladı-bozdan dəmiri-qaraya kimi, çox vaxt dəyişən rəngli. Parıltısı metallik. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 9,02. Hidrotermal kvars Au-Ag damarlarında silvanit, kalaverit, hessit, sərbəst Te və sulfidlərlə birlikdə. Geologiya terminlərinin izahlı lüğəti.
Restit
Restit — qalıq anatektit süxur; tərkibcə prosesdə anatektik ərinməmiş kristallik qalıqdan: biotit ± hornblend + qranat ± kordiyerit + filiz mineralı + (bəzən) kvarsdan ibarət süxur. Anatektik temperaturda yenidən ərinməmiş metamorfik süxurlarla (amfibolitlər, mərmərlər, kvarsitlər və b.) birlikdə olur. Restit termini melanosom, kinsigit, skialit, relikt süxurlar anlayışlarına yaxındır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
ESPRIT arena
Merkur Spiel-Arena — Almaniyada stadion. Avroviziya 2011 müsabiqəsinin keçirildiyi bu arena 2004-cü ilin sentyabrında istifadəyə verilib.
Nevenka Petriç
Nevenka Petriç (serb. Nevenka Petrić, d. 11 mart 1927, Maslovare, Yuqoslaviya Krallığı — ö. 27 dekabr 2015, Belqrad, Serbiya) — Serbiya yazıçısı, şairi və pedaqoqu. Partizanlara 14 yaşındaykən qatılmışdır. Yuqoslaviya yerli rəhbərliyində gənclər rəhbəri və daha sonra Sağlamlıq və Sosial Siyasət başçısı olmuşdur. Yuqoslaviya Qadın Məclisinin üzvü, Yuqoslaviya Qadınların Sosial Karyera Konfransı katibi (1961-1969) və Yuqoslaviya Ailə Planlaması Şurası (1968-1976) başçısı olmuşdur. Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyası Mərkəzi Şurasında Avropanı təmsil etmiş və o orqana aid olan Avropa Təhsil Komissiyası-nın prezidenti olmuşdur. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu-nun araşdırma layihələrinə kömək etmişdir. Nevenka Petriç, 1927-ci ildin Mart ayının 11-də Maslovaredə (İndiki Bosniya və Herseqovina, Serb Respublikası) anadan olmuşdur.
Yersinia pestis
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Pestrav rayon bayrağı
Pestrav rayon bayrağı — Samara vilayətində yerləşən Pestrav rayonunun bayrağı
Bernqard Petri
Bernqard Eduardoviç Petri (17 sentyabr 1884 – 25 noyabr 1937)—sovet etnoqrafı və antrapoloqu. == Həyatı == Bernqard Eduardoviç Petri 17 sentyabr 1884-cü ildə Berndə anadan olmuşdu. Uşaqlığı İtaliyada keçmişdi. Gimnaziyanı və universiteti Sankt-Peterburqda bitirmişdi. Onun hamisi və ustadı akademik Vasili Radlov idi. Universiteti tamamlayandan sonra Rusiya elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyində ştatdankənar əməkdaş, sonra kiçik etnoqraf vəzifələrində çalışmışdı. Avstraliya və Okeaniya şöbəsinə başçılıq etmişdi. Bernqard Petri 1912, 1913 və 1916-cı illərdə Pribaykala antropo-arxeoloji ekspedisiyada iştirak etmişdi. Bernqard Petri 1918-ci ildən İrkutsk Universitetinin dosenti, sonra professoru vəzifəsində çalışmışdı. Onun diyarşünaslıq dərnəyinə gələcək akademik A. P. Okladnikov (1908–1981) və tarix elmləri doktoru M. M. Gerasimov (1907–1970) tez-tez baş çəkirdilər.
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Cordula petri
Paphiopedilum dayanum (lat. Paphiopedilum dayanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Kyu Kral Botanika Bağının məlumatına əsasən : Cypripedium spectabile var. dayanum Lindl. 1860 basionym Cypripedium dayanum (Lindl.) Rchb.f. 1862 Cypripedium petri Rchb.f. 1880 Cypripedium ernestianum L.Castle, 1887 Cypripedium peteri Rchb.f., 1887, orth. var. Paphiopedilum petri (Rchb.f.) Pfitzer 1894 Paphiopedilum dayanum var.
Frauke Petri
Frauke Petri (alm. Frauke Petry‎, qızlıq soyadı (Marquardt); d. 1 iyun 1975, Drezden, Almaniya Demokratik Respublikası) — AFR siyasətçisi, biznesmen. == Tərcümeyi-halı == 1975-ci ildə Drezdendə anadan olub. 1989-cu ilə kimi ailəsi ADR-in Şvartshayde şəhərində yaşayıb. Anası kimyaçı, atası mühəndis olub. Ailəsi üç dəfə Federativ Almaniyaya qaçmaq istəyib, ancaq istəyinə 1989-cu ildə nail olub. 1992-cu ildə ailəsi Berqkamen şəhərinə köçür (Şimali Reyn-Vestfaliya torpağı). 1998-cu ildə Redinq Universitetini (İngiltərə) kimyaçı bakalavr ixtisası ilə bitirir. 2004-cü ildə Gettinq Universitetinin doktoru olur.
Knopkirie petri
Knopkirie petri (lat. Knopkirie petri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin knopkirie cinsinə aid heyvan növü.
Oksford-strit
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Paphiopedilum petri
Paphiopedilum dayanum (lat. Paphiopedilum dayanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. Kyu Kral Botanika Bağının məlumatına əsasən : Cypripedium spectabile var. dayanum Lindl. 1860 basionym Cypripedium dayanum (Lindl.) Rchb.f. 1862 Cypripedium petri Rchb.f. 1880 Cypripedium ernestianum L.Castle, 1887 Cypripedium peteri Rchb.f., 1887, orth. var. Paphiopedilum petri (Rchb.f.) Pfitzer 1894 Paphiopedilum dayanum var.
Petit Beurre
Petit Beurre (azərb. kiçik kərəyağı‎) — Çayla yeyilən, tortlarda istifadə edilən, südlə əzilərək körpə yeməyi kimi istifadə edilen peçenye. İlk dəfə 1886-cı ildə Fransanın Nantes şəhərində Lefèvre-Useful Luis tərəfindən hazırlanmışdır. Şəklindən ötəri bu adı alan bu biskviti bu gün dünyanın bir çox ölkəsində dəyişik biskvit istehsalçıları çıxarır.
Uoll-Strit
Wall Street — ABŞ-də, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçə. Zaman keçdikcə bu söz, ABŞ maliyyə bazarının anoniminə çevrilmişdir. Buna görə Nyu-Yorku dünyanın hesab mərkəzi hesab edirlər. Nyu-Yorkda ümumi kapitalizasiyasına görə dünyada birinci yerdə olan iki fond birjası - Nyu-York Fond Birjası və NASDAQ yerləşir. Həmçinin Nyu-york Əmtəə Birjası, Nyu-York Ticarət Şurası və keçmiş Amerika Fond birjası kimi təşkilatların baş ofisi də burada yerləşir. Küçənin adı, XVII əsrdə şəhərin şimal sərhəddi hesab edilən divardan götürülmüşdür.1640-cı illərdə bu divar müstəmləkə sakinlərini əhatə edirdi.
Xizer Petri
Xizer Petri (13 iyun 1978, Oklend, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Xizer Petri, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Xizer Petri, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Xizer Petri, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Xizer Petri, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Etrit Berişa
Etrit Berişa (10 mart 1989, Priştina) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Torino" klubunun və Albaniya milli futbol komandasının qapıçısı. == Karyera == Berişa karyerasına Pristinanın yerli "KF 2 Korriku" klubunun gənclər komandasında başlayıb. 2008-ci ildə İsveçə köçən Etrit, burada "Kalmar" klubunun gənclər komandasına qoşulur. O, 2010-cu ildə "Kalmar"ın əsas komandsına dəvət edilir və tezliklə klubda debüt edir. Etrit Berişa debüt mövsümündə 14 liqada oyununda çıxış edərək özünü əsas komanda oyunçusu kimi göstərir. O, İsveç mepionatının 2011-ci il mövsümundə, klubun əsas qapıçısı kimi mövqeyini möhkəmləndirir. Növbətii mövsüm o, qapıçı olmasına baxmayaraq, meydanda qollarda vurur. O, ilk peşəkar qolunu 12 iyul 2012-ci ildə Şimali İrlandiyanın "Cliftonville" komandasına qarşı Avropa Liqasının seçmə oyununda penaltidən vurur və cəmi bir neçə ay sonra İsveç çempionatında "Helsinqborq" klubuyla görüşdə daha bir dəfə penaltidən fərqlənir. Mövsümdə o penaltidən iki dəfə qol vuran və komandasının liqada dördüncü yeri tutmasına kömək edən qapıçı olaraq, 2013-cü il mövsümundə, İsveç çempionatında ilin qapıçısı mükafatını qazanır.
Trednidl-strit
Threadneedle Küçəsi (ing. Threadneedle Street) İngiltərə'nin paytaxtı London'da, adı İngilis dilində thread (iplik) və needle (iynə) sözlərinin birləşməsiylə yaranmış bir yoldur. 1734 ilindən bəri eyni yerində xidmət verən İngiltərə Bankası'nın mərkəzi binasının bu küçə üzərində olmasıyla tanınır. Bank burada Threadneedle'ın yaşlı qadını kimidə tanınır. 2004 ilinə qədər Londonda Menkul Qiymətlər Borsası binası da bu küçədə yerləşmişdir.
Petit Albert
Petit Albert (ing. Lesser Albert) — 18-ci əsrin təbii və kabalistik sehrli qrimuarıdır.
Voll-Strit
Wall Street — ABŞ-də, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçə. Zaman keçdikcə bu söz, ABŞ maliyyə bazarının anoniminə çevrilmişdir. Buna görə Nyu-Yorku dünyanın hesab mərkəzi hesab edirlər. Nyu-Yorkda ümumi kapitalizasiyasına görə dünyada birinci yerdə olan iki fond birjası - Nyu-York Fond Birjası və NASDAQ yerləşir. Həmçinin Nyu-york Əmtəə Birjası, Nyu-York Ticarət Şurası və keçmiş Amerika Fond birjası kimi təşkilatların baş ofisi də burada yerləşir. Küçənin adı, XVII əsrdə şəhərin şimal sərhəddi hesab edilən divardan götürülmüşdür.1640-cı illərdə bu divar müstəmləkə sakinlərini əhatə edirdi.
Calanthe petri
Calanthe triplicata (lat. Calanthe triplicata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alismorkis veratrifolia Kuntze Amblyglottis veratrifolia Blume Calanthe veratrifolia R.Br. ex Ker Gawl. Limodorum veratrifolium Willd.