Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Perimetr
Perimetr (yun. περίμετρον — çevrə, yaxud yun. περιμετρέο — ətrafı ölçürəm) — fiqurun sərhəddinin ümumi uzunluğu (əsasən müstəvi üzərində). Uzunluq kəmiyyətləri ilə ölçülür. Bəzən həndəsi fiqurun sərhədini də perimetr adlandırırlar. Müxtəliftərəfli üçbucaq: a+b+c; Bərabəryanlı üçbucaq: 2a+b; Bərəbərtərəfli (düzgün) üçbucaq: 3a; Düzbucaqlı və paraleloqram: 2(a+b); Kvadrat və romb: 4a; Müxtəliftərəfli trapesiya: a+b+c+d; Bərabəryanlı trapesiya: 2a+b+c. Çoxbucaqlının perimetri onun tərəfləri cəminə bərabərdir. dairənin perimetri (onun çevrəsinin uzunluğu) ;;; P = 2 π r = π d , {\displaystyle P=2\pi r=\pi d,} -yə bərabərdir, burada π {\displaystyle \pi } =3.14159… -sabit, r {\displaystyle r} — dairənin radiusu; d {\displaystyle d} — dairənin diametridir. Üçbucaqla əlaqəli düsturlarda (məsələn üçbucağın sahəsinin Heron düsturu ilə hesablanması zamanı) yarımperimetr anlayışından da istifadə edirlər.
Altimetr
Altimeter — hündürlük və ya yüksəkliyi ölçmək üçün istifadə olunan bir cihazdır. Radar altimeter və aneroid altimeter kimi fərqli prinsiplərə uyğun işləyən altimetrlər var. Ancaq altimeter sözü ümumiyyətlə aneroid (barometrik) altimeterə aiddir. Altimetrlər alpinizm və aviasiyada geniş istifadə olunur. Aneroid altimeter, hər hansı bir təzyiq səviyyəsinə görə bir yerin hündürlüyünü ölçə bilən bir barometrdir. Ümumiyyətlə dəniz səviyyəsinə nisbətən hündürlüyü göstərir. Barometrlər təzyiqi adətən mmHg (mm civə) ilə təzyiq göstərir; altimeter metr və ya feet ilə hündürlüyü göstərir. Atmosfer təzyiqi dəniz səviyyəsindən qalxdıqca azalır. Məsələn, bir dağın başındakı təzyiq ayağındakı təzyiqdən daha azdır. Dəniz səviyyəsindən orta hesabla hər 10.5 m (30 ft) yüksəkliyə qalxarkən barometr 1 mmHg təzyiqin azaldığını göstərir.
Petimat Petirova
Petimat Petirova (12 fevral 1982) — Çeçen şairəsi və jurnalisti, Çeçenistan Respublikası Yazıçılar Birliyinin və Çeçenistan Respublikası Jurnalistlər Birliyinin üzvü, 2017-ci ilin oktyabrından " Qoç" ədəbi-bədii jurnalının baş redaktorudur. 1998-ci ildə Elistanjinski orta məktəbini, 2004-cü ildə Çeçenistan Dövlət Universitetinin filologiya fakültəsini bitirir. Bir neçə il Xattuni kəndində rus dili və ədəbiyyatı müəllimi işləyir. 2006-cı ildən Qroznıda kitab nəşriyyatında işləmişdir. Petimat Petirova işdən asudə vaxtlarında sevdiyini edir — şeir yazır. Şairə ilk şerlər toplusunu 2009-cu ildə buraxır. Petimat yalnız Çeçen dilində yazır. 2008–2017 Petimat "Zori İslam" qəzetində baş redaktor müavini vəzifəsində çalışmışdır. 2006–2008-ci illərdə Qroznı şəhərində kitab nəşriyyatında çalışır. Petimatın şeirləri "Nana", "Orqa", "Vaynax", "Stelaqad" (Göyqurşağı) jurnallarında və "Islaman zanarsh", (Zori Islam) "Daimoxk", "Hiekharxo" qəzetlərində, "Zluqa" (Arı) yumoristik jurnalında nəşr olunur. .