Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mihulka
Mihulka (çex. Mihulka) və ya silindrik Barıt qülləsi (çex. Prašná věž)— Praqa qəsrinin şimal hissəsində yerləşir və onun tarixi istehkamlarının tərkib hissəsidir. Praqa qəsrinin təhlükəsizliyi səbəbləri üzündən 1485-ci ildə memar Benedikt Reyt qala divarlarını möhkəmləndirmək məqsədilə şimal tərəfdən üç müdafiə istehkamı: Daliborka (həbsxana kimi istifadə olunurdu), Ağ və Barıt qüllələrini inşa etmişdi. Qüllələrin ətəklərində məşhur Maral xəndəyi yerləşir. Barıt qülləsi çox mühüm top batalyonu, eləcə də ən etibarlı və müasir istehkam obyekti idi. Onun diametri 20 metr, ümumi hündürlüyü isə 44 m olmuşdur. Onun dörd mərtəbəsi və beş zirzəmisi var idi, burada müxtəlif kolibrli döyüş silahları üçün atıcılıq meydançası yaradılmışdı. 1541-ci ildə Hradçanı və Mala Strana rayonlarında ciddi yanğın hadisəsi baş vermişdi və onun nəticəsində qüllə tamamilə dağılmışdı. Qüllənin yenidən bərpası kilsə zənglərinin tökməsi və silah istehsalı ilə məşğul olan Tomas Yaros tərəfindən həyata keçirilmişdi.
Niluka Qeetani Rajasekara
Boqaha Kotuve Gedara Niluka Qeetani Rajasekara (17 mart 1982, Kandi) — Şri-Lankalı marafonçu. Niluka Qeetani Rajasekara Şri-Lankanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Niluka Qeetani Rajasekara birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 11 dəqiqə 5 saniyəyə qət edərək 157 marafonçu sırasında 129-cu yeri tutdu.