Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pişkin tüməni
Pişkin tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Pişkin Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir . Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir.. Pişkin tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi .
Baç-Kişkun (medye)
Baç-Kişkun (mac. Bács-Kiskun) — Macarıstanda medye, Tisza və Tuna çayları arasındakı Cənub Alfölddə yerləşir. İnzibati mərkəzi — Keçkemet. Baç-Kişkun Baranya, Tolna, Feyer qərbdə (Dunay ilə); Medye Peşt şimalda, Yas-Nadkun-Solnok və Çonqrad şərqdə sərhəddir. Cənubda isə Serbiya dövləti ilə sərhəddir. == İnzibati bölgü == === Yaraşlara bölünməsi === == Rayonlara bölünməsi == == Xarici keçidlər == Vikianbarda Baç-Kişkun (medye) ilə əlaqəli mediafayllar var.
Mışkin
Mışkin — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Piskop
Piskop (fr. Piscop) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Ekuan. Əhalisi — 755 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalda, Serji belediyyənin 21 km şərqdə yerləşir.
Pisten
Pistən
Puşkin
Yaşayış məntəqələri Puşkin (Avurğazı) Puşkino — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir. Puşkin rayonu — indiki Biləsuvar rayonunun əvvəlki adı. Digər Puşkin küçəsi (Bakı) — Bakı şəhərinin Nəsimi rayonunda Fikrət Əmirov və Rixard Zorqe küçələrinə paralel küçə.
Vişkuv
Vişkuv (pol. Wyszków) — Polşada şəhər, Мazovec voevodstvosının Vişkuv povyatında yerləşir. Şəhərin gmina statusu vardır. Sahə 20,78 km². Əhalisi 26 948 nəfər (2004 il).
Çiskin
Çiskin — narın yağışlı-dumanlı hava. Su damlaları kicik diametrli (0,05 mm-ə qədər) olur. Adətən laylı buludlardan çox xırda damcılar şəklində düşən yağıntıdır.
Dikun
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Mikun
Mikun — Rusiya Federasiyasında yerləşən şəhər Komi Respublikasına daxildir
Pişin
Pişin (İran) — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi.
Pisum
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Diskin tutumu, diskin həcmi
Diskin tutumu, diskin həcmi (disk capacity)– diskə yerləşdiriləbilən baytların (simvolların) ümumi sayı. Kompüterin əməliyyat sistemi öz məqsədləri üçün diskdə müəyyən yeri ehtiyatda saxlayır, bundan başqa, fayıllar diskə bayt-bayt ardıcıl olaraq deyil, bloklar şəklində yazıldığından, diskin gerçək tutumu onun saxlamaq üçün mümkün olan sahəsindən bir qədər çox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aleksandr Puşkin
Aleksandr Sergeyeviç Puşkin (26 may (6 iyun) 1799, Moskva[…] – 29 yanvar (10 fevral) 1837, Sankt-Peterburq[…]) — rus realist istiqamətinin əsasını qoyan rus şairi, dramaturqu və nasiri, ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi, tarixçi, publisist, jurnalist; 19-cu əsrin birinci üçdəbirinin ən nüfuzlu ədəbi simalarından biri. Puşkin sağlığında ən böyük rus şairi kimi şöhrət qazandı. Puşkin müasir rus ədəbi dilinin banisi hesab olunur. == Həyatı == === Mənşəyi === Aleksandr Sergeyeviç Puşkinin mənşəyi, şəcərə əfsanəsinə görə, "vicdanlı ər" Ratşeyə qayıdan Puşkinlərin adsız nəcib ailəsindən gəlir. Puşkin öz şəcərəsi haqqında şeir və nəsrdə dəfələrlə yazıb; o, öz əcdadlarında əsl "aristokratiya" nümunəsini, vətənə vicdanla xidmət edən, lakin hökmdarların rəğbətini qazanmayan, "təqiblərə" məruz qalan qədim ailəni görürdü. O, dəfələrlə (o cümlədən bədii formada) I Pyotrun qulluqçusu və şagirdi, sonra isə hərbi mühəndis və general olmuş anası tərəfdən ulu babası — Afrikalı Abram Petroviç Hannibalın obrazına müraciət etdi. 17-ci əsrdə Puşkinin ata-babaları stüard rütbəsindən yuxarı qalxmadılar. I Pyotrun dövründə yaşamış ulu baba Aleksandr Petroviç Puşkin qarovulda çavuş idi və 1725-ci ildə dəlilik halında arvadını öldürdü; babası Lev Aleksandroviç artilleriya polkovniki, qvardiya kapitanı idi. Ata — Sergey Lvoviç Puşkin (1770–1848), dünyəvi ağıl və həvəskar şair. Puşkinin anası — Nadejda Osipovna (1775–1836), Hannibalın nəvəsi.
Aleksandr Riskan
Aleksandr Riskan (5 avqust 1989) — Moldovalı boksçu. Aleksandr Riskan Moldovanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. == Karyerası == Aleksandr Riskan birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 52 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Böyük Britaniyanın nümayəndəsi Məhəmməd Əli ilə üz-üzə gəldi. Həmin görüşdə Aleksandr Riskan rəqibinə 0:3 hesabı ilə uduzdu.
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. == Həyatı == Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nigahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Puşkin (Auırqazı)
Puşkin (başq. Пушкин, rus. Пушкинский) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Bişqayın kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Bişqayın): 23 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 12 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Çuvaşlar (100%) üstünlük təşkil edir.
Puşkin (Avurğazı)
Puşkin (başq. Пушкин, rus. Пушкинский) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Bişqayın kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Bişqayın): 23 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 12 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Çuvaşlar (100%) üstünlük təşkil edir.
Puşkin rayonu
Biləsuvar rayonu (əvvəlki adı: Puşkin rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Biləsuvar şəhəridir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Puşkin rayonunun tarixi adı özünə qaytarılaraq, Biləsuvar rayonu adlandırılmışdır. == Tarixi == Biləsuvar rayonu Azərbaycanın zəngin tarixi keçmişi olan ərazilərdən biridir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya İmperiyası daxilində qalan hissəsinin əhalisi 1914-cü ildə bu imperiya cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20–40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur.
Robertas Poşkus
Robertas Poşkus (lit. Robertas Poškus; 5 may 1979, Klаypеdа) — litvalı futbolçu, hücumçu, Klaypedos Qranitas klubunun baş məşqçisi. Daha çox Samaranın "Krılya Sovetov" klubundakı çıxışı ilə məşhurlaşan Robertas Rusiya Premyer Liqasında 3 mövsümdə keçirdiyi 79 oyunda 24 qol vurub. Vətənində "Klaypeda", "Jalqris" və "Kareda"nın şərəfini qorumuş Poşkus Almaniyada da top qovub və "Hamburq"un formasını geyinib. Bundan başqa, Robertas Polşada "Vidzev", "Polonya", Rusiyada "Zenit", Moskva "Dinamo"su, "Rostov" və İsrailin "Bney Saxnin" komandalarında da oynayıb. 2009-cu ilin avqustunda İnter Bakı klubuna transfer olub.
İvan Şişkin
İvan İvanoviç Şişkin (rus. Иван Иванович Шишкин; 25 yanvar 1832, Alabuqa — 1 aprel 1898, Sankt-Peterburq) — rus rəssamı, mənzərə ustası, Düsseldorf rəssamlıq məktəbinin nümayəndəsi, akademik (1865), professor (1873). == Həyat və yaradıcılığı == İvan Şişkin 25 yanvar 1832-ci ildə Rusiya İmperiyasının Vyat quberniyasının Alabuqa şəhərində anadan olmuşdur. Ortabab tacirin oğlu, qeyri-adi istedada malik İ. Şişkin Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirib və üç il xaricdə yaşayıb. Qürbətdə olduğu illərdə daim qızıl çovdar zəmiləri, bol sulu çayları, yamyaşıl meşələri olan ucsuz-bucaqsız rus təbiətinin həsrəti ilə yaşayıb. Yaradıcılığının erkən dövründə Şişkin XIX əsrin ortaları romantik mənzərə rəssamlığı ənənələrini davam etdirmişdir. 1860-cı illərdən yaradıcılığının əsas mövzusunu rus meşəsi təşkil etmişdir . Rəssamın vətənə qayıdan kimi yaratdığı şedevrlərdən biri “Günorta. Moskva ətrafında” (rus. Полдень.
Şişkin qovağı
Populus × canescens (lat. Populus × canescens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir. == Ekologiyası == İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir. == Azərbaycanda yayılması == Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır.
Puşkin dağnanəsi
Puşkin dağnanəsi (lat. Ziziphora puschkinii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dağnanəsi cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, kökümsovu nazik uzun bitkidir. Gövdəsi çoxsaylı, nazik, çox budaqlı, sərilən və ya qalxan, çox xırda buruqvari tüklü, çox vaxt qırmızımtıl və ya bənövşəyitəhər rəngli, uzunluğu 12 sm-ə qədər olan bitkidir. Yarpaqları qısa saplaqlı, xırda, 4-8 mm uzunluqda, yumurtavari, enli yumurtavari və ya yumru, küt və ya birdən ucu az sivri, əsasında az daralan və ya yumrutəhər, tamkənarlı və ya yuxarı hissədə seyrək dişli, hər iki tərəfdən çılpaq və ya zəif və qısa tüklüdür. Çiçəkqrupu başcıqlı, şarvari, ağtəhər, 1-1,5 sm diametrdədir. Çiçək çox qısa saplaqda, kasacıq 5-6 mm uzunluqda, dar boruvari; sıx uzun ağtüklüdür. Tacı 6-7 mm uzunluqda, bənövşəyi rənglidir. == Yayılması == Böyük Qafqazın Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Qayalı-daşlı və daşlı töküntülərdə bitir.