Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Poqonya
Litva Böyük Hersoqluğunun gerbi, da adlandırılır Poqonya (belar. Паго́ня, pol. Pogoń, lit. Vytís, Vitis) — Böyük Litva knyazlığının, eləcə də XIV əsrin sonlarından sülalənin süqutuna qədər Gediminlər sülaləsinin gerbi. Gerb həmçinin, 1918–1940-cı illər arasında Litvanın, 1918-ci ildə Belarus Xalq Demokratik Respublikasının və 1991–1995-ci illər arasında Belarus Respublikasının rəsmi gerbi olmuşdur. Poqonya hal-hazırda Litvanın dövlət gerbidir 14 may 2017 tarixində Poqonya Belarusun mədəni irsi elan edilmişdir. Böyük Litva knyazlığında 1366-cı ildən Belarus Xalq Respublikasında 1919-cu ilə qədər Poqonya adlanan qırmızı zəmin üzərində ağ atlı əsgər fiquru, Belarus torpaqlarında suverenlik quran müxtəlif dövlətlərdə rəsmi dövlət gerbi olaraq istifadə edilmişdir. Gerb, Böyük Litva knyazlığı 1795-ci ildə Rusiya imperiyası tərəfindən ihlaq edildikdən sonra da qismən olaraq istifadə edilməyə dəvam edildi. Əslən "Vytis" adında bir Litva rəmzi olan fiqur, böyük knyazlıq dövründə belaruslar tərəfindən öz slavyan rəmzləri olaraq da qəbul edildi. Belarus milliyətçiləri, Böyük Litva knyazlığındakı elitlərin böyük seqmentinin belaruslardan ibarət olduğu, bu səbəblə də gerbin belaruslara aid olduğu tezisini irəli sürmüşdür.
Pogonia graminifolia
Spathoglottis pubescens (lat. Spathoglottis pubescens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin spathoglottis cinsinə aid bitki növü. Spathoglottis plicata var.
Pogonia pleionoides
Pleione pleionoides (lat. Pleione pleionoides) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pleione cinsinə aid bitki növü.