Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Podzol torpaqlar
Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur. Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır.
Tarsius podje
Tarsius tarsier (lat. Tarsius tarsier) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin uzuntopuqlar fəsiləsinin uzuntopuq cinsinə aid heyvan növü.