Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pomosa məbədi
Pomosa məbədi (kor. 범어사) — Cənubi Koreyanın Busan şəhərinin yaxınlığında yerləşən qədim buddist məbədi. Pomosa məbədi Busan şəhərinin tanınmış yerlərindən olan Qeumjeonq dağının kənarında qurulmuşdur. 1.300 il əvvəl Şilla Krallığının dövründə (krallıq 678-ci ildə Qyeonqsanqdo əyalətinin böyük hissəini əlində saxlayırdı) Kral Munmunun (661 – 681) hökmdarlığının 18-ci ilində — 678-ci ildə keşiş Ui Sanq tərəfindən əsası qoyulmuşdur. İlk Pomosa məbədi binası İmjinvaran işğalı (Yaponiyanın Koreyanı işğal etməsi 1592-1598) zamanı dağıdılsa da 1713-cü ildə bugünkü günə qədər çatan formasında yenidən bərpa edilmişdir. Daeunqjeon binası Coson krallığının (1392 – 1910) ən incə memarlıq abidələrindən biridir. Üç mərtəbəli və dörd sütunlu paqoda olan İljumun isə IX əsrdə tikilmişdir. Bundan başqa yeddi kral tikilisi, üç darvaza, sayvanlar və on bir "tənhalıq yeri" vardır. Təbii abidə kimi elan olunan salxım ağacları və vadilər may ayında gözəl mənzərə yaratmaqdadır. Pomosa stansiyasından (Busan metrosu, 1-ci xətt) 5-ci və ya da 7-ci çıxışdan iki çıxış arasındakı yolda 5 dəqiqəlik piyada yolla Samsin avtobus stansiyasına çatıb orada 90 saylı avtobusa mindikdə Pomosa məbədinə giriş bileti kassasına; 37, 47, 48, 49–1, 50, 50–1, 80–1, 147, 148, 247 və ya 301 saylı avtobusa mindikdən və son dayanacaqda endikdən sonra 90 saylı avtobusa mindikdə və sonrasında taksi tutduqda Pomosa məbədinə çatmaq mümkündür.
Pomona (Kaliforniya)
Pomona — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər.