Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Podofil
Podofil (lat. Podophyllum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Rodonit
Rodonit CaMn4 [Si5O15] — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Faulerit (5-8 %-dək ZnO, 3-9 %-dək FeO, 6-7%-dək CaO), sixutsunit–maqneziumlu rodonit. Rəng – səciyyəvi cəhrayıdan tünd- və qəhvəyimtil-qırmızıyadək; bu fonda çox vaxt törəmə Mn hidroksidlərinin qara ləkələri, damarcıq və dendritləri müşahidə edilir; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, sədəfi, donuq; Şəffaflıq – qeyri-şəffafdan yarımşəffafadək, bəzən şəffaf; Sıxlıq – 3,67-3,76; Sərtlik – 5,5-6,5; Ayrılma – {110} üzrə 92° bucaq altında mükəmməl, {010} üzrə – orta; Sınıqlar – dənəvərlik dərəcəsindən asılı olaraq hamar, qabıqvarı, pilləri; Morfologiya – kristallar: nadir hallarda izometrik lövhə şəkilli, bəzən prizmatik; Mineral aqreqatları: bütöv sıx və dənəvər kütlələr, tək-tək hallarda–nodullar. Əsasən metamorfik yolla əmələ gəlir. Çökmə manqan filizlərinin regional və kontakt metamorfizmi nəticəsində meydana çıxır, gilli və kristallik şistlərdə, habelə bəzi başqa metamorfik süxurlarda rast gəlir. Kontakt-metasomatik yolla da əmələ gəlir. Manqanla zəngin ətraf süxurları assimilyasiya etmiş qranit peqmatitlərində qeyd edilir. Bəzən mineralın hidrotermal əmələgəlmələrinə də rast gəlinir. Birlikdə rast gəldiyi minerallar: braunit, manqanit, tefroit, franklinit, bustamit, Mn – qranat, kalsit, kvars və b.
Rodost
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Podia
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Qalxanabənzər podofil
Qalxanabənzər podofil (lat. Podophyllum peltatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin podofil cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub, düyünlü üfüqi istiqamətdə olan kökümsovunun uzunluğu 1 m, diametri 1,5 sm xaricdən qırmızımtıl-qonur, sındıqda isə ağ rəngli olur. Kökümsovunda çoxsaylı lətli çıxıntılar vardır ki, bunların uzunluğu 35sm, eni isə 5mm-ə bərabərdir. Kökümsovu xaricdən açıq-qonur, sınıq halda isə sarımtıl-ağ olub, xoşagəlməz iylidir. Gövdəsi düzqalxan, hündürlüyü 50sm, diametri isə 1,5 sm olub, xaricdən çəhrayı, daxili içiboş, oyuq, əsasında 1-3 ədəd qınlı yarpaqları, yuxarı hissəsində isə 3 ədəd qarşı-qarşıya dayanan yaşıl yarpaqlardan ibarətdir. Gövdəsinin sonunda uzun saplaqlı əyilmiş təksaylı çiçəkləri vardır. Yarpaqları uzun saplaqlı, dairəvi, qalxanvarı, diametri 20sm-ə qədər, dişli-bölünən, 7-9 ədəd ikiqanadlı, kənarları isə bərabər olmayan dişlidir. Çiçəyi ağ, əyilmiş, iri, diametri 7sm-ə qədər ətirli (qovun iyli), çiçək yatağı ikiqat yanlıqlı, 3-6 ədəd kasayarpaqlı və 6-9 ləçəkdən, çoxsaylı erkəkcikdən və yuxarı yumurtalıqlı oturaq dişicik ağzından ibarətdir. Meyvələri dairəvi və ya yumurtavari, limonu-sarı rəngli olub, uzunluğu 7 sm, aromatlı, yumşaq lətli və çoxsaylı qırışıqlı açıq-qəhvəyi rəngli toxumları vardır.