Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Voloqda
Voloqda (rus. Вологда) Rusiya Federasiyasının subyekti olan Voloqda vilayətinin idarəedici, mədəni və elmi mərkəzi olan şəhər. Voloqda çayının sahilində yerləşir. Şəhər Rusiyanın şimal-qərb bölgəsində mühüm nəqliyyat qovşağı kimi fəaliyyət göstərir. Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin açıqlamasına görə, Voloqda şəhəri Rusiya ərazisində yerləşən qırx bir, Voloqda vilayətində isə üç tarixi şəhərdən biri hesab olunur. Şəhərdə yerləşən 224 bina rəsmi şəkildə mədəni irs abidəsi siyahısına daxil edilmişdir. Voloqda Dövlət Texniki Universiteti Voloqda Dövlət Pedaqoji Universiteti N.V. Vereşaqin adına Voloqda Dövlət Südçülük Akademiyası Voloqda Biznes İnstitutu Filiallar: Moskva Dövlət Hüquq Akademiyasının Voloqda filialı Şimal-qərb İctimai Xidmətlər Akademiyasının Voloqda filialı Sankt-Peterburq Dövlət Mühəndislik və İqtisadiyyat Universitetinin Voloqda filialı Beynəlxalq Biznes və Yeni Texnologiyalar Akademiyasının Voloqda filialı Şəhərdə "Dinamo", "Lokomotiv", "Vityaz" kimi stadionlar, "Dinamo" və "Laqun" adında üzgüçülük hovuzları, "Spektrum" idman və konsert kompleksi, həmçinin müxtəlif fitness mərkəzləri və regional atletika mərkəzləri mövcuddur. Rusiya ikinci liqasında çıxış edən Dinamo klubu Voloqda şəhərini təmsil edir.
Paqoda
Paqoda — Uzaq Şərq ölkələrində dini xarakterli tikili, buddizm və hinduizm məbədi. Yaponlar ona - 塔 too; hindlilər - भगवत् bxaqavat, "müqəddəs, şərəfli" deyirlər. Тailand, Myanma, Şri-Lanka, Laos və Kambocada paqoda buddist məbədləri adlanır. Paqodalar bəzi ölkələrdə həm dini ibadətgah, həm də məbəd funksiyasını yerinə yetirirlər. Burada dini əşyaları saxlayır və memorial kompleks kimi fəaliyyət göstərirlər. Müxtəlif ölkələrdə paqoda kateqoriyasına müxtəlif tip binaları aid edirlər. Hər yerin milli motivinə uyğun olaraq paqodalar fərqli tərzlərdə olur. Nepal, Çin, Çinin Tibet bölgəsində, Koreya, Yaponiya, Vyetnam, İndoneziya, Hindistanın şimal bölgəsində və Qərb ölkələrində məbəd kimi istifadə edilən çoxmərtəbəli qüllələrə paqoda deyilir. Belə hesab edilir ki, ilk paqodalar Nepalda meydana gəlmiş, sonralar nepal memarları bütün Uzaq Şərq boyu yayılmışlar. Nepalda paqoda formasında hinduizm məbədləri tikirlər.
Polona
Polona, ​​Polşa Milli Kitabxanasının və əməkdaşlıq edən qurumların kolleksiyalarından rəqəmsal kitablar, jurnallar, qrafika, xəritələr, musiqi, flayerlər və əlyazmaları təqdim edən Polşa rəqəmsal kitabxanasıdır. 2006-cı ildə fəaliyyətə başlamışdır. 12 oktyabr 2017-ci il tarixinə 2016037 obyekt[] olmuşdur ki, onlardan 863400-ü ictimai mülkiyyətdədir. Hər gün Polona 2000-ə qədər rəqəmsal obyekt əlavə edir. Müəllif hüququ ilə qorunan materiala giriş Polşa Milli Kitabxanasının Varşavadakı oxu salonlarında və ya Polşa daxilində Academica kitabxana sistemi vasitəsilə mümkündür. 2 oktyabr 2017-ci ildə Polona/2milions adlı tədbirdə Polona-nın yeni versiyası təqdim edildi. Bu ad, o dövrdə Polonada mövcud olan 2 milyondan çox obyekti xatırladı. 1944-cü ildə Varşava üsyanının süqutundan sonra almanlar tərəfindən yandırılmış qədim çapların və əlyazmaların külü olan tabut 2 milyonuncu obyekt kimi kataloqa salınıb. Onlar əslən Varşavanın Okolnik 9 küçəsindəki Krasinski Kitabxanasından idilər. Polona/2milions təkmil axtarış, mətbuat paneli və ya şəxsi kolleksiyalar kimi bir neçə funksiya təqdim edir.
Polşada din
Polşada din — Polşa Respublikasında din. Polşa Avropanın ən dindar ölkələrindən biridir. Bu ölkə xüsusilə Avropada xristianlığın ən güclü olduğu ölkədir. Ölkə Konstitusiyasında dinlə əlaqədar hər hissədə katolikliyə yer ayrılmışdır. Bu mənada, Katolisizm dövlətin rəsmi dini olaraq qəbul edilməkdədir. Kilsə, dövlət, siyasət və cəmiyyət həyatında lazım olduğunda istifadə etdiyi ciddi bir nüfuza malikdir. Bəzi katolik keşiş və qruplar siyasətlə açıq-aşkar fəaliyyət göstərməkdə və bugünkü koalisiya iqtidarının ən böyük və ən kiçik partiyalarını dəstəkləməkdədir. Dövlət ilə Kilsənin rəsmi əlaqəsi 1989-cu ildə qəbul olunan qanuna əsasən təşkil edilməkdədir. Bu qanunlar, inanc azadlığını zəmanət altına almaqda, Roma Katolik Kilsəsinin radio və televiziya proqramları təşkil etməsinə; ayrıca məktəb, xəstəxana və tarixi dəyəri olan binaları işlətməsinə icazə verməkdədir. Polşa parlamenti olan Seymin Başçı kürsüsünün arxasında Xaç vardır.
Polşada turizm
Polşa ildən-ilə artan turist sayına görə qlobal turizm bazarında özünəməxsus bir yer tutur. Polşada turizmin ölkə iqtisadiyyatında xüsusi payı var. Polşada ən məşhur turist şəhərlərinə Krakov, Varşava, Qdansk, Vrotslav, Poznan, Şetsin, Lublin, Torun, Zakopan və Osventsimi (tarixi Auşvitz həbs düşərgəsinə görə) misal göstərmək olar. Polşa Ümumdünya Turizm Təşkilatının 2012-ci il sıralamasında ölkəyə gələn turist səfərlərinin sayına görə 17-ci yeri tutmuşdur. Polşa, xüsusi ilə 2004-cü ildə Avropa İttifaqına qoşulduqdan sonra turistlər tərəfindən çox səfər edilən ölkəyə çevrilmişdir. Polşada turistləri cəlb edən onun təbiəti, tarixi yerləri və mədəniyyət tədbirləridir. Bunlar hər il milyonlarla turisti ölkəyə gətirir. Turist İnstitutunun verdiyi məlumata görə, 2006-cı ildə ölkəyə 15.7 milyon turist, 2007-ci ildə 15 milyon turist səfər etmişdir. 2012-ci ildə Polşaya 13.5 milyon turist səfər etmişdir (UEFA Avro 2012 üçün gəlib, axşam Polşada qalmayan turistlər bu statistikaya daxil edilməyib). 2013-cü ildə 15.8 milyon, 2016-cı ildə isə 17.5 milyon turist Polşaya səfər etmişdir.
Tintin Konqoda
Tintin Konqoda - Belçikalı yazıçı Erjenin yaratdığı Tintin macəraları komiksinin 2-ci seriyası. Seriyanın qəhrəmanı gənc qəzet müxbiri Tintindir. Bu macəra 1930-cu ilin 5 iyunundan 1931-ci ilin 11 iyununa qədər Belçikanın "Le Petit Vingtième" qəzetində ("Le Vingtième Siècle" qəzetinin uşaq əlavəsi) yayımlanmışdır. 1931-ci ildə ağ-qara albom şəklində yayımlanmışdır. 1946-cı ildə rəngləndirilmiş, 1975-ci ildə dəyişikliyə uğramışdır. "Tintin Konqoda" Tintin macəralarının ikinci seriyasıdır. Hekayənin əvvəlində Tintin və Milu Belçika Konqosuna (o dövrdə Konqo Belçikanın müstəmləkəsi idi) gedən gəmidədirlər. Milu gəmidə olarkən bir neçə qəza keçirir, amma sonda Konqoya yetiçirlər. Limanda onlar bir maşın kirayəyə alırlar və Koko adlı uşağı özləri üçün bələdçi seçirlər. Konqonun daxili bölgələrinə doğru irəliləyirlər və tək olmadıqlarını hiss edirlər.
Voloqda vilayəti
Voloqda vilayəti (rus. Вологодская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Polşada islam
Polşada islam — azsaylı dinlərdən biridir. Ərəb mənbələrində Polşa haqqında ilk qeyd 10-cu əsrdə ərəbdilli səyyah İbrahim ibn Yakub tərəfindən qeyd edilmişdir. Müsəlmanların Polşada daimi mövcudluğu 14-cü əsrdə başlamış və ilk növbədə Polşa-Litva tatarları ilə əlaqəli olmuşdur. Hazırda Polşada müsəlmanların ümumi sayı təxminən 31 000 nəfərdir. Polyakların müsəlmanlarla ilk təmasları 13-cü əsrdə, monqol-tatar istilası zamanı baş verdi və artıq 14-cü əsrdə tatarlar müasir Polşa ərazisində məskunlaşdılar. Çoxsaylı arxeoloji qazıntılar zamanı tapılan çoxlu sayda ərəb sikkələrinə əsasən ərəb tacirlərinin bu bölgə ilə sıx əlaqəsi olduğu müəyyən olundu. XIV əsrdə Litva Böyük Hersoqluğunun torpaqlarında ilk tatar tayfaları məskunlaşdı. Tatarlara hərbi xidmət öhdəliyi müqabilində dinlərini saxlamağa icazə verilirdi. XV əsrdə tatar süvariləri, atıcılar və kəşfiyyatçı qoşunları bir çox döyüşlərdə iştirak etmişlər. Məşhur Qrunvald döyüşündə Cəlaləddin Xanın komandanlığı altında tatarlar iştirak edirdi.
Böyük paqoda
Böyük paqoda (ing. The Great Pagoda) — Avropada Çin memarlıq ruhunda ilk bina. III Kral Corcun anası olan Avqustanın istəklərinə uyğun olaraq saray memarı olan Vilyam Çembers tərəfindən hazırlanmış layihə üzrə 1761-dən 1762-ci ilədək Riçmondda Kyu Kral Botanika Bağında inşa edilib. Paqodanın hündürlüyü - 50 m, aşağı dərəcəli diametri - 15 metrdir Paqodanın içində 243 addımlı pilləkən, damı isə kirəmitli kafelden düzəldirilmişdir. == Tarixi == 2006-cı ildən, paqoda yay aylarında turistlər üçün açıqdır. Kyu Kral Botanika Bağında digər obyektləri kimi paqoda Ümumdünya irsi sayılır və YUNESKO tərəfindən qorunur.
Dəmir paqoda
Dəmir paqoda - 1049-ci ildə Çinin Kayfın Şəhərinin, Henan əyalətində Çinin Song sülaləsi (960-1279) zamanında tikilmişdir. Bu tikili dəmir filizindən hazırlandığına görə, həm də dəmiri xatırlatdığına Dəmir paqoda adlandırılır. Bu abidə 1044-ci ildə ildrım çaxması nəticəsində yanmışdır buna görədə taxtadan tikilmiş paqoda kərpicdən tikilən paqoda ilə əvəz olunmuşdur. Liuhe, Lingxiao, Liaodi, Pizhi və Beisi paqodaları ilə yanaşı, bu Song sülaləsi memarlığının şah əsəri kimi qiymətləndirilir. == Memarlıq == Bu səkkizguşəli-baza qurumun hazırkı hündürlüyü 56.88 metr (186.56 fut) təşkil edir.Bu tikili bərk özəyi olan kərpiclə, daxildən dolama daş pilləkənlərlə və işıq və hava axını üçün kənar gözlərlə əhatə olununmuşdur.Xarici daha əlli müxtəlif növ və 1600 mürəkkəb, zəngin oymalardan o cümlədən Budda oturan yer,daimi rahiblər, müğənnilər və rəqqaslar, uçan çiçəklər, şir, əjdahalar və digər əfsanəvi heyvanlar eləcə də bir çox gözəl rəsmlərə malikdir.Abisənin təməli Xuanxe çayının sahilində yerləşir.Dəmir Paqodanın daxilində Çin nağılları, Qərbə belə Yol klassik freskaları var. == Tarixi == Şimali Song sülaləsi (960-1127) mərkəz Kayfın şəhərində, məşhur memar Yu Xao tərəfindən Youguo Məbədinin (965-995) bir hissəsi kimi möhtəşəm taxta paqoda inşa edilmişdir. Təəssüf ki,ümumi heyranlıq strukturu 1044-cü ildə ildrım çaxması nəticəsində yanmışdır. İmperator Renzong-un (1022-1063) sərəncamı ilə 1049-cu ildə onun yerində yeni paqoda inşa edilmişdir.Yeni qüllə alışmayan kərpic və daşdan tikilmişdi və onun metal rəngi rənginə görə "Dəmir Paqoda" adlandırırlar.1847-ci ildə Xuanxe çayı öz məcarasından çıxaraq Youguo Məbədini dağıtmışdı,amma Dəmir Paqoda dağılmamışdır.Tarixən, paqoda 38 zəlzələ, altı daşqın və digər fəlakətlər yaşayıb, ancaq 1000 ildən çoxdur ki,heç bir zərər görmədən bu günümüzə qədər qalmışdır.
Quercus pagoda
Quercus pagoda (lat. Quercus pagoda) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Nu, poqodi!
Nu, poqodi! (rus. Ну, погоди!) — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, helə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır. Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir. Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.
Polşada insan hüquqları
Polşada insan hüquqları (pol. Prawa człowieka w Polsce) — 1997-ci ildə ratifikasiya olunmuş ölkə Konstitusiyasının ikinci bölməsində sadalanan hüquqlardan ibarətdir. Polşa insan hüquqları ilə bağlı bir sıra beynəlxalq müqavilələrin, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin, Helsinki aktının, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın, İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Paktın, Hüquqlar və Uşaq Hüquqları Konvensiyasının iştirakçısıdır. Polşada insan hüquqlarına praktikada heç də həmişə riayət olunmur. 1959-cu ildən 2019-cu ilə qədər Avropa İnsan Haqları Məhkəməsi Polşanın 989 işdə insan hüquqlarını pozduğuna dair qərar çıxarıb. 2021-ci ildə ILGA-Europe Polşanı ikinci il ardıcıl olaraq LGBT hüquqlarına görə Avropa İttifaqında ən aşağı yerə qoyub. İndi insan hüquqları adlandırılan elementlərə Polşa dövlətinin ilk dövrlərində rast gəlmək olar. Yəhudi azadlıqlarının ümumi xartiyası olan Kalişin Nizamnaməsi (1264-cü ildə verilib) Polşada yəhudi azlıqları üçün bir çox hüquqlar təqdim edib. 1573-cü il Varşava Konfederasiyası Polşanın bütün sakinlərinin dini etiqad azadlığını təsdiqlədi ki, bu da o zamankı çoxmillətli Polşa cəmiyyətinin sabitliyi üçün son dərəcə vacib idi. Varşavada toplaşan bütün zadəganlar bütün əsas dinlərin nümayəndələrinin qarşılıqlı dəstək və tolerantlıq vəd etdiyi bir sənəd imzaladılar.
Məsihin Qolqofa yolunda çöküşü (Rafael)
Məsihin Qolqofa yolunda çöküşü (it. Spasimo di Sicilia) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1516–1517-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Məsihin Qolqofa yolunda çöküşü əsəri hal-hazırda İspaniyada Madrid şəhərində [[]Prado muzeyində] saxlanılır.
Polşada Azərbaycan günləri (film, 1970)