Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qolomyannıy adası
Qolomyannıy adası — Şimal Torpağının tərkib hissəsi olan Sedov arxipelaqına daxil ada. Şimal Buzlu okeannın Kara dənizi suuları ilə əhatələnmişdur. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 26 metr təşkil edir. Hündürlük adanın cənub-şərqində qərarlaşır. Bütünlüklə Kara dənizi suları ilə yuyulur. Adanın uzunluğu 6 km, eni isə 1–2 kimolmetr arasında dəyişir. Sedov arxipelaqının ucqar qərb nöqtəsini təşkil edir. Ucqar nöqtəsi Promıslovıy burnudur. şimal Torpağına daxil olan adalar arasında Şmitf adası adasından sonra ən qərbdə yerləşən ikinci adadır.