Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Polterqayst
Polterqayst (alm. poltergeist‎) — alman folklorunda pis və narahat ruhları simvolizə edən mifik canlı. Alman dilindən dünya dillərinə olduğu kimi keçmiş sözün hərfi tərcüməsi səs-küy salan ruh kimi tərcümə edilir. Folklordakı təsvirlərə görə polterqaystlar bir evə daxil olduğu zaman ev əşyalarını məqsədli şəkildə yerə salır, otaqların işıqlarını yandırıb-söndürür və qapı zənglərini çalırdılar. Polterqaytslar tərəfindən təqib edilən evlər, malikanələr əsasən lənətli məkanlar hesab olunurdu və qədim alman inanclarında hesab olunurdu ki, onlarla mübarizə aparmaq çox çətin, bəzi hallarda isə mümkünsüzdür və yeganə yol həmin evi tərk etməkdən ibarətdir. Polterqayst fenomeni tədricən təkcə alman folklorunun bir elementi olmaqdan çıxmış, xüsusi ilə XIX əsrin ortalarından etibarən Şimali Amerika və Avropada ayrı-ayrı oxşar olaylarla diqqət çəkmişdir. XIX əsrin sonlarına yaxın İngiltərədə yerləşən Borley Rektorluğunda baş vermiş paranormal hadisələr polterqayst fenomenin ən məşhur nümunələrindən biri hesab olunur. Alman folklorunda təsvirlərə görə polterqaystlar hücum çəkdiyi evlərdə asanlıqla yanğınlar çıxara bilir, evdə yaşayan sakinləri dişləyə, çimdikləyə və vura bilərdilər. Yatmış vəziyyətdə olan şəxsin yatağı ilə birlikdə yatağından kənara atılması da, folklorda rast gəlinən elementlərdən biri olmuşdur. Fenomen qorxu filmi janrında xüsusi yerə malikdir.