Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Protista
İbtidailər və ya birhüceyrəlilər (q.yun. πρώτιστος "ən birinci, ilkin" və ya ən sadə) — nüvəlilərin heyvanlara aid olan heterogen qrupu. Birhüceyrəli heyvanların va ya ibtidailərin bədəni bir hüceyrədən ibarətdir. Bu heyvanlar bütün həyat proseslərinə – qidalanma, ifrazat, tənəffüs, qıcıqlanma, çoxalma, hərəkət, mühitə uyğunlaşma və s. malikdir, qeyri-cinsiyyətli və cinsiyyətli yolla çoxalırlar. Əksəriyyətı sista əmələ gətirir. Birhüceyrəlilər şirin sularda dəniz və okeanlarda, rütubətli torpaqda, insan və heyvan orqanizmində yaşayır. Qidalanma tərzinə görə ibtidailərin böyük əksəriyyəti heterotrofdur. Onlar əsasən torpaqda yaşayan mikroorqanizmlərlə (bakteriyalar, yosunlar, göbələklərin sporları) qidalanır. Onlar arasında bitki qalıqlarının həll olmuş üzvi maddələri ilə qidalanan saprofitlər də (qamçılılar) vardır.
Xortisa
Xortisa (ukr. Хортиця) — Dneprdə ən böyük ada, Zaporojye şəhəri yaxınlığında (indiki Dnepr HES) yerləşir. Milli Tarix və Mədəniyyət Qoruğudur. Ada şimal-qərbdən cənub-şərqə doğru uzanır, uzunluğu 12,5 km, eni isə 2,5 km-dir. Xortisa adı ilk dəfə Bizans imperatoru VII Konstantin Baqryanarodnının "İmperiyanın idarəsi haqqında" traktatında xatırlanmışdır. 2007-ci ildə Xortisa "Ukraynanın yeddi möcüzəsi"ndən biri adlandırılmışdır. "Xortisa" adının bir neçə versiyası mövcuddur. Adanın (mənbələrdə Xrtiç adası) adını qonşu çay Xortisadan alır, burada "xort" — < хъртъ, yəni "sürətli, cəld" deməkdir. Beləliklə, xortisa "sürətli su" anlamına gəlir. 1981-ci ildə "Mən Xortisayam" adlı film çəkilmişdir (Rejissor: Aleksandr İgişev).
Zornitsa Marinova
Zornitsa Marinova (d. 6 yanvar 1987) — Bolqarıstanı təmsil edən bədii gimnast. Zornitsa Marinova, Bolqarıstanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. Zornitsa Marinova, 2004-cü ildə Bolqarıstanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Eleonora Kejova, Janeta İliyeva, Kristina Ranqelova, Qalina Tançeva və Vladislava Tançeva ilə birgə finalda 48.600 xal toplayaq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Zornitsa buxtası
Zornitsa buxtası (bolq. залив Зорница, ‘Zaliv Zornitsa’ \'za-liv zor-'ni-tsa\) — 7 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Varna yarımadası sahillərindən 3.1 km şimalda yerləşmişdir. Rove burnu ilə Skesa burnu arasında, II İohann pavel yarımadasından qərbdə yerləşmişdir. Buxta şimal-şərqi, cənub-şərqi, cənub-qərbi Bolqarıstanda yerləşən Zornitsa şəhərinin adını daşıyır. Zornitsa buxtası 62°34′10″ c. e. 60°50′50″ q. u. koordinatlarında yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Daniel Opritsa
Daniel Opritsa (10 avqust 1981) – Rumıniya futbolçusu. == Həyatı == Daniel Opritsa 1981-ci il avqustun 10-da Dregeneşti-Olt şəhərində anadan olub. == Karyerası == Daniel Orpitsa karyerasına Reşitsa klubunda başlayıb. 2002-ci ilə qədər bu klubun şərəfini qoruyub, 33 matçda 7 qol vurub. Daha sonra Styaua Buxarest klubuna transfer olunan hücumçu karyerasının ən parlaq dövlərini məhz burada keçirib. Buxarest klubunda keçirdiyi 5 mövsümdə 107 matçda forma geyib və 15 qola imza atıb. Daha sonra Dinamo Buxarest klubuna yollanan forvard burada yalnız 5 matçda meydana çıxıb. 2008-ci ildə UTA Arad klubunun heyətində çıxış edib. Burada da çox qalmayan (6 oyun) futbolçu ardınca İspaniyada legioner həyatı yaşayıb. Amma onun İspaniya macərası çox çəkməyib.
Portiya Dabldey
Portiya Enn Dabldey (ing. Portia Ann Doubleday; 22 iyun 1988, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası.
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.
Zornia partita
Avstriya ilanbaşı (lat. Dracocephalum austriacum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Gövdəsi bir və ya bir neçə, hündürlüyü 20–50 sm, tüklü, aşağı hissəsi bənövşəyi rənglidir. Qısa saplaqlı yarpaqları 3–7 xəttvari küt hissəyə bölünmüşdür, qısa yan budaqlarının yarpaqları ucları biz olan 3 hissəyə bölünmüşdür və ya bütövdür. Köbələri azçiçəklidir, bəziləri gövdənin təpəsində başcıqlı çiçəkqrupu şəklində yığılmışdır. Kasacığı 10–13 mm, uzuntüklü, bənövşəyidir. Tacı 3–4 sm, tünd bənövşəyi, xaricdən seyrək tüklüdür. Toxumcaları 3 mm uzunluqda, qabırğacıqları qanadabənzər şəkildə enlənmişdir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında subalp qurşağında yayılmışdır. Çəmənlərdə, dağ çəmənlərində bitir.
Layoş Portiş
Layos Portiş (4 aprel 1937, Zalaeqerseq) – mövqe tərzinə görə ona "Macar Botvinnik " ləqəbini qazandıran macar şahmat qrosmeysteri . 1960-cı illərin əvvəllərindən 1980-ci illərin sonuna kimi ən güclü qeyri-sovet oyunçularından biri olan o, 1962-ci ildən 1993-cü ilə qədər ardıcıl on iki zonalararası yarışda iştirak edərək, ümumilikdə səkkiz dəfə (1965, 1967, 1967, 1911, 1980, 1983, 1985 və 1988). Portiş Şahmat Olimpiadalarında bütün zamanların bir neçə rekordunu qoydu . Macarıstan şahmat çempionatında , o, ya titulu bölüşdü, ya da cəmi səkkiz dəfə (1958, 1959, 1961, 1964, 1965, 1971, 1975 və 1981) qalib gəldi. O, karyerası ərzində bir çox güclü beynəlxalq turnirlərin qalibi olub. 2004-cü ildə Portiş Macarıstanın ən yüksək milli idman nailiyyəti mükafatı olan " Nemzet Sportolója " (Millətin İdmançısı) adına layiq görülüb . O, hələ də ara-sıra yarışır. Onun əsas hobbisi opera ariyaları oxumaqdır; onun incə bariton səsi var, bu keyfiyyət şahmat üzrə dünya çempionu və opera müğənnisi kimi istedadı olan qrosmeyster Vasili Smıslovun paylaşdığı keyfiyyətdir . Onun kiçik qardaşı Ferenc (1939-cu il təvəllüdlü) Beynəlxalq Ustadır. == İlk illər == Portiş 1955-ci ildə Antverpendə keçirilən yeniyetmələr arasında şahmat üzrə dünya çempionatında Macarıstanı təmsil etdi .