Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mosul
Mosul (ərəb. الموصل‎ – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir. == Tarixi == Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir.
Mosul (Zaqatala)
Mosul — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənd 9 obadan ibarətdir. Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, məscid, 2 kitabxana, futbol meydançası, müasir tipli ATS, poçt vardır. Tarixi abidələr: 1781-ci ildə Ədür-Rəhman Bədəvi, Hüseyin və Məhəmməd Çərdəklilər tərəfindən tikilmiş məscid, 6 hücrə, 2 qədim qəbristanlıq. == Coğrafiyası və iqlimi == Mosul kəndi, rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir. Əliabad qəsəbəsi, Yengiyan və Kəpənəkçi kəndləri, cənubdan isə Alazan çayı sərhəd olmaqla Gürcüstan Respublikası ilə həmsərhəddir. Kəndin ərazisi 2302,6 hektardir. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən kənddə 2.939 nəfər (1.454 nəfəri kişilər, 1.485 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən kənd əhalisi 3.009 nəfərdir. Rəsmi məlumata əsasən kənd əhalisinin əksəriyyətini azərbaycanlılar, qeyri-rəsmi məlumatlara əsasən isə ingiloylar təşkil edir.
Mosul (dəqiqləşdirmə)
Mosul — İraqda şəhər. Mosul (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Mosul Atabəyləri
Zəngilər — 1127-ci ildə Levant bölgəsində qurulmuş dövlətdir. == Tarixi == Adları qədim mənbələrdə "sanqi" şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngiçay da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər. Böyük qazax mütəfəkkiri Çokan Vəlixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir. Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi, lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də hakimiyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş. Prof.
Mosul muzeyi
Mosul Muzeyi - İraqın Mosul şəhərində yerləşən, ölkənin ikinci ən mühüm muzeyidir. Muzeyin əsası 1952-ci ildə qoyulmuşdur. 2003-cü il İraq müharibəsi zamanı muzey ciddi talana məruz qalmışdır. Müharibədən sonra bərpa edilmiş muzey 2014-cü ildə yenidən açılmış, lakin, 2014-cü ildə Mosulun İraq Şam İslam Dövlətinin nəzarətinə keçməsi ilə muzey də ekstremist-islamçıların əlinə keçmişdir. İslamın dini qaydalarını əsas gətirdiyini iddia edən İŞİD muzeydə saxlanan dəyərli tarixi eksponatları məhv etmişdir. 26 fevral 2015-ci ildə İŞİD dəyərli artefaktların məhv edilməsini əks etdirən video yaymışdır. == İstinadlar == == Ədəbiyyat == Directorate-General of Antiquities: Mosul Museum. Government Press, Bagdad 1958. Ministry of Culture & Guidance Directorate-General of Antiquities: Guide book to Mosul Museum. 2.
Mosul mübahisəsi
Mosul mübahisəsi və yaxud Mosul münaqişəsi, Mosul problemi (1918-1926) - Böyük Britaniya və Türkiyə arasında Birinci Dünya müharibəsindən əvvəl Osmanlı imperiyasının tərkibinə daxil Mosul vilayətinin Kərkük, Ərbil və Süleymaniyyə bölgələri ilə birlikdə Mosulun neft bölgəsinin mülkiyyəti ilə bağlı ərazi məsələsi. Mosul vilayəti I Dünya müharibəsinin sonuna qədər, İngiltərə tərəfindən işğal edilənədək Osmanlı imperiyasının tərkibində olub. Türkiyə İstiqlaliyyət müharibəsindən sonra yeni Türkiyə Cümhuriyyəti Mosulu Misak-i Milli adı ilə anılan "Əhd-i Milli Bəyannaməsini"ndə müəyyən edilmiş mühüm məsələlərdən biri hesab edirdi. İngiltərə daimi müqavimət göstərməsinə baxmayaraq, məsələni beynəlxalq arenaya çıxara bildi və onu Türkiyə ilə İraq arasında sərhəd probleminə çevirə bildi. 1924-cü il mayın 19-da Türkiyə ilə İngiltərə arasında İstanbul konfransı keçirildi. Konfransda Türkiyə tərəfi Mosulun tarixən həmişə Osmanlı ərazisi olaraq qaldığını və Birinci Dünya müharibəsinin sonunda bu vəziyyətin dəyişmədiyini, əyalət əhalisinin üçdə ikisinin müsəlmanlardan ibarət olduğunu, milliyətcə türk və kürdlərin üstünlük təşkil etməsini bildirərək buna görə Mosulun tarixi, hərbi və etnik səbəblərə görə Türkiyə sərhədləri daxilində qalmağını əsaslandırdı. Böyük Britaniya tərəfi Türkiyə dövlətinin tələbini tamamilə rədd etdikdən sonra İstanbul konfransı buraxıldı. Mübahisə Millətlər Liqası səviyyəsinə qaldırıldı. Burada Türkiyə tərəfi İstanbul konfransında öz tezislərini təkrar edərək referendum (ümumi referendum) keçirilməsini tələb etdi. İngiltərə də bölgə əhalisinin siyasi mövqeyi olmadığını bildirərək plebissit tələbinin rədd edilməsinə nail oldu.
Mosul qəzası
Mosul qəzası (ərəbcə: قضاء الموصل) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın və mühafazanın inzibati mərkəzi Mosul şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 4.471 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən altı nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Mosul nahiyyəsi (ərəbcə: قضاء الموصل), Başixa nahiyyəsi (ərəbcə: ناحية بعشيقة), Şura nahiyyəsi (ərəbcə: ناحية الشورة), Hamam əl-Əlil nahiyyəsi (ərəbcə: ناحية حمام العليل), Kiyarra nahiyyəsi (ərəbcə: ناحية القيارة) və Məhəlləbiyə nahiyyəsi (ərəbcə: ناحية المحلبية). == Əhalisi == 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Mosul qəzasının əhalisi 1.588.428 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Mosul qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 51.13%-ni təşkil edirdi.
Mosul sancağı
Mosul sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Mosul şəhəri idi. == Mənbə == Vilayet de Mossoul. — Sandjak de Mossoul, page 814–846. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Mosul vilayəti
Mosul vilayəti — Osmanlı İmperiyası tərkibində, 1878–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Mosul şəhəri idi. == İnzibati bölgü == Vilayət inzibati cəhətdən 3 sancağa bölünürdü: Mosul sancağı Şəhr-i Zor sancağı Süleymaniyə sancağı == Əhali == == Mənbə == Vilayet de Mossoul, page 761–875. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Mosul şəhəri
Mosul (ərəb. الموصل‎ – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir. == Tarixi == Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir.
Katolski Posol
Katolski Posol () — Sorb kilsə qəzeti. Qəzetin naşiri Kiril və Methodiusun Sorb Cəmiyyətidir. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. == Tarixi == Həftəlik 1863-cü ildə Mixal Qornik tərəfindən təsis edilib. Katolski Posol, "Katolik Serblər Assosiasiyası" (bu gün - Müqəddəs Kiril və Methodius Cəmiyyəti) sosial-mədəni təşkilatının köməyi ilə nəşr edilmişdir. 1923-cü ildə Meissen yeparxiyasının bərpa edilmiş ilk sinodunda qəzet kilsə əleyhinə meyllərdə ittiham edildi. Bundan sonra keşiş Yakub Skalinin təklifi ilə Kiril və Methodius cəmiyyətinin nəzarətinə keçib. 1939-cu ildən Milli Sosializm dövründə qəzet qadağan edildi. Müharibədən sonra katolik qəzeti üçün ADR hakimiyyət orqanlarından lisenziya almaq çox çətin idi. Yalnız 1950-ci ildə lisenziya qəzetə qaytarıldı, çünki Sovet hərbi rəhbərliyi və ADR hakimiyyəti kilsə mətbuatına mənfi münasibət bəsləyirdi.
Mosul mühasirəsi
Mosul Mühasirəsi — Qaraqoyunlular ilə Cəlairilər sultanlığı arasında baş vermişdir. == Mühasirə == Bayram xoca 1375-ci ildə Mosulu mühasirəyə aldı.Bu zaman şəhər Pir baba adlı bir əmir tərəfindən idarə olunurdu.Bayram xocanın yanında Türkmən ordusu ilə yanaşı Qaraqoyunlu tayfa ittifaqına yeni qatılmış kürd əmirlər,Hısn keyfa və Mardin döyüşcüləridə var idi.Bayram xoca Pir babaya bir elçi vasitəsiylə,Pir babanın Mosul müdafiəsini buraxacağı təqdirdə onu Sincata hakim təyin edəcəyini və qızını ona verəcəyini dedi. Müdafiə etməyə gücü qalmayan Pir baba bu təklifi qəbul etdi və Mosul şəhəri fəth edilərək Birdi Xocaya verildi.
Marqarit Poul
Marqarit Pol (ing. Margaret Pole) (d. 14 avqust 1473 - ö. 27 may 1541) — İngilis əsilzadəsi, İngiltərə kralı IV Eduard və III Riçardın qardaşı Klarens hersoqu Corc Plantagenetlə İzabella Nevilin qızı. O, XVI əsrdə İngiltərədə ərindən müstəqil şəkildə ünvan qazanan 2 qadından biri idi. Gül müharibəsindən sonra Plantagenet sülaləsindən həyatda qalan azsaylı insandan biri kimi, Marqarit Pol 1541-ci ildə əmisi qızı Yorklu Elizabetin oğlu VIII Henrinin əmriylə edam edildi. Papa XIII Lev onu 29 dekabr 1886-cı ildə Roma-Katolik kilsəsi üzrə şəhid elan etdi. == Həyatı == == Mənbə == Pierce, Hazel (2003).
Mosul müharibəsi (2016)
Fəth əməliyyatı və ya Fəttah əməliyyatı, daha çox Mosul müharibəsi, adı ilə tanınmış toqquşmalar. Döyüşlər Mosul şəhərini nəzarəti altında saxlayan İraq Şam İslam Dövlətinə qarşı, müttəfiq qüvvələr tərəfindən aparılır.
Mosul əməliyyatı (2016)
Mosul əməliyyatı (ərəb. معركة الموصل‎) - İraq ordusu, Kürdüstan Regional Hökumətinə tabe olan silahlı birləşmələr və xarici koalisiyanın dəstəyi ilə Mosul şəhərinin İraq Şam İslam Dövlətinin nəzarətindən çıxarılması uğrunda aparılan hərbi əməliyyat. Döyüşlər Biz Nineviyaya gəlirik (ərəb. قادمون يا نينوى‎; Qadimun Ya Naynawa) şüarı altında 2016-cı ilin 16 oktyabr tarixində başlanıb. 2014-cü ilin iyun ayında İraq Şam İslam Dövlətinin İraq ordusu ilə apardığı 6 günlük müharibə nəticəsində şəhər İŞİD-in nəzarəti altına keçib və həmin tarixdən sonra şəhərin azad olunması üçün aparılan əməliyyatlarda bir nəticə əldə olunmayıb. Mosul şəhərinin itirilməsi 2003-cü ildə ABŞ-nin İraqdakı Səddam Hüseyn rejiminə qarşı apardığı hərbi əməliyyatlardakı məğlubiyyətlərdən sonra ikinci ən böyük məğlubiyyət hesab olunur. Mosul şəhərinin azad olunması üçün 2015-ci ildə keçirilmiş Mosul əməliyyatı və 2016-cı ilin mart ayında başladılmış Mosul uğrunda əməliyyatda ciddi nəticələr əldə olunmamış, şəhər əvvəlki kimi İraq Şam İslam Dövlətinin nəzarəti altında qalmışdır. Müttəfiq qüvvələr əvvəlki iki əməliyyatda Mosul ətrafında yerləşən qəsəbə və kəndləri azad etməyə nail olmuşdular. Mosul müharibələrdən əvvəl 1.5 milyon əhalisi ilə İraqın ən böyük üçüncü şəhəri hesab olunurdu. İraq Şam İslam Dövlətinin özünə paytaxt olaraq elan etdiyi Suriya ərazisində yerləşən Əl-Rəqqa şəhəri ilə birlikdə Mosul, İŞİD nəzarətində olan ən böyük iki şəhərdən biridir.
Mosul muzeyi artefaktlarının dağıdılması
Mosul muzeyi artefaktlarının dağıdılması 26 fevral 2015-ci ildə İŞİD tərəfindən dağıntıları əks etdirən videonun yayımlanması zamanı məlum olmuşdur. == Mosul muzeyi == 1952-ci ildə açılmış Mosul muzeyi İraq Milli Muzeyindən sonra ölkənin ikinci böyük muzeyidir. Muzey əsasən dörd istiqamətdə toplanmış kolleksiya və onlara həsr edilmiş zallarla məşhurdur: Assuriya zalı, Hatra zalı, İslam zalı və Qədim dövr zalı. === Regionun vacibliyi === Müasir İraq dövlətinin sərhədləri tarixi Mesopotamiyanın demək olar bütün ərazisini əhatə edir. Ən qədim şəhərsalma mədəniyyəti mərkəzlərindən biri olan Mesopotamiyada insan yaşayış məntəqələrinin tarixi e.ə. IV minilliyə kimi gedib çatır. “Şəhər” yeni sosial sistemin mərkəzinə çevrilməklə mərkəzləşdirmə həyata keçirən güclərin mərkəzi kimi formalaşırdı. Bədii baxımdan İraq torpağı stilləşdirilmiş təsvirlərdən insan fiqurunun daha realistik təsvirlərinə keçid dövrünə şahidlik etmişdir. Həmin dövrlərdə bu ərazidə ilk dəfə yazının yaranması ilahi fiqurları təsvir etməyə və dini nəzəriyyələşdirməyə imkan vermişdir. Arxeoloji qazıntılar nəticəsində Mesopotamiyada Bibliya hekayələrində təsvir edilən hadisələr qədər qədim artefaktlar aşkarlnmış, əldə edilmiş mixi yazılı kitabələrdən isə Bibliya hekayələrinin daha qədim variantları öyrənilmişdir.
Mosul əməliyyatı (2016-17)
Mosul əməliyyatı (ərəb. معركة الموصل‎) - İraq ordusu, Kürdüstan Regional Hökumətinə tabe olan silahlı birləşmələr və xarici koalisiyanın dəstəyi ilə Mosul şəhərinin İraq Şam İslam Dövlətinin nəzarətindən çıxarılması uğrunda aparılan hərbi əməliyyat. Döyüşlər Biz Nineviyaya gəlirik (ərəb. قادمون يا نينوى‎; Qadimun Ya Naynawa) şüarı altında 2016-cı ilin 16 oktyabr tarixində başlanıb. 2014-cü ilin iyun ayında İraq Şam İslam Dövlətinin İraq ordusu ilə apardığı 6 günlük müharibə nəticəsində şəhər İŞİD-in nəzarəti altına keçib və həmin tarixdən sonra şəhərin azad olunması üçün aparılan əməliyyatlarda bir nəticə əldə olunmayıb. Mosul şəhərinin itirilməsi 2003-cü ildə ABŞ-nin İraqdakı Səddam Hüseyn rejiminə qarşı apardığı hərbi əməliyyatlardakı məğlubiyyətlərdən sonra ikinci ən böyük məğlubiyyət hesab olunur. Mosul şəhərinin azad olunması üçün 2015-ci ildə keçirilmiş Mosul əməliyyatı və 2016-cı ilin mart ayında başladılmış Mosul uğrunda əməliyyatda ciddi nəticələr əldə olunmamış, şəhər əvvəlki kimi İraq Şam İslam Dövlətinin nəzarəti altında qalmışdır. Müttəfiq qüvvələr əvvəlki iki əməliyyatda Mosul ətrafında yerləşən qəsəbə və kəndləri azad etməyə nail olmuşdular. Mosul müharibələrdən əvvəl 1.5 milyon əhalisi ilə İraqın ən böyük üçüncü şəhəri hesab olunurdu. İraq Şam İslam Dövlətinin özünə paytaxt olaraq elan etdiyi Suriya ərazisində yerləşən Əl-Rəqqa şəhəri ilə birlikdə Mosul, İŞİD nəzarətində olan ən böyük iki şəhərdən biridir.
Mosul döyüşü (2016–2017)
Mosul əməliyyatı (ərəb. معركة الموصل‎) - İraq ordusu, Kürdüstan Regional Hökumətinə tabe olan silahlı birləşmələr və xarici koalisiyanın dəstəyi ilə Mosul şəhərinin İraq Şam İslam Dövlətinin nəzarətindən çıxarılması uğrunda aparılan hərbi əməliyyat. Döyüşlər Biz Nineviyaya gəlirik (ərəb. قادمون يا نينوى‎; Qadimun Ya Naynawa) şüarı altında 2016-cı ilin 16 oktyabr tarixində başlanıb. 2014-cü ilin iyun ayında İraq Şam İslam Dövlətinin İraq ordusu ilə apardığı 6 günlük müharibə nəticəsində şəhər İŞİD-in nəzarəti altına keçib və həmin tarixdən sonra şəhərin azad olunması üçün aparılan əməliyyatlarda bir nəticə əldə olunmayıb. Mosul şəhərinin itirilməsi 2003-cü ildə ABŞ-nin İraqdakı Səddam Hüseyn rejiminə qarşı apardığı hərbi əməliyyatlardakı məğlubiyyətlərdən sonra ikinci ən böyük məğlubiyyət hesab olunur. Mosul şəhərinin azad olunması üçün 2015-ci ildə keçirilmiş Mosul əməliyyatı və 2016-cı ilin mart ayında başladılmış Mosul uğrunda əməliyyatda ciddi nəticələr əldə olunmamış, şəhər əvvəlki kimi İraq Şam İslam Dövlətinin nəzarəti altında qalmışdır. Müttəfiq qüvvələr əvvəlki iki əməliyyatda Mosul ətrafında yerləşən qəsəbə və kəndləri azad etməyə nail olmuşdular. Mosul müharibələrdən əvvəl 1.5 milyon əhalisi ilə İraqın ən böyük üçüncü şəhəri hesab olunurdu. İraq Şam İslam Dövlətinin özünə paytaxt olaraq elan etdiyi Suriya ərazisində yerləşən Əl-Rəqqa şəhəri ilə birlikdə Mosul, İŞİD nəzarətində olan ən böyük iki şəhərdən biridir.
Bozul
Bozul (fr. Bozouls, oks. Boason) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Bozul kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12033. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 18 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2772 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1768 nəfər (15–64 yaş arasında) 1360 nəfər iqtisadi fəal, 328 nəfər hərəkətsiz (fəaliyyət göstərici 80,6%, 1999-cu ildə 76,6%) idi.
Doşulu
Doşulu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Doşulu oyk., düz. Cəbrayıl r-nunun Balyand i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Cənubi Azərbaycandan gəlmiş Doşu və Gəybəy adlı iki qardaş burada məskunlaşaraq indiki Doşulu və şəybəy yaşayış məntəqələrinin əsasını qoymuşlar. Oykonim Doşu (Ģ.a.) və -lu (mənsub.şək.-si) komponentlərindən düzəlib, "Doşuya məxsus kənd, doşulular" deməkdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Fosil
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, et/ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Konsul
Konsul (lat. consul) — bir dövlətin hökumətinin başqa dövlətinin ərazisində rəsmi nümayəndəsi. Adətən konsulun işi öz dövlətinin vətəndaşlarına yardım etmək, onları müdafiə eləmək və ölkələrin əhaliləri arasında ticarəti və dostluğu asanlaşdırmaqdır. Konsul münasibətlərinin qaydalarını Konsul əlaqələri haqqında Vyana Konvensiyası müəyyən edir. == Konsul dərəcəsi == Vyana Konvensiyası 9-cu maddədə konsulluq müəssisələri başçılarının dörd dərəcəsini müəyyən edir. Konsul müəssisələrinin başçıları baş konsullara, konsullara, vitse-konsullara və konsul agentlərinə bölünürlər. Baş konsul konsulluğun başçısı və müəyyən ərazidə ən yüksək vəzifəli konsuldur. Baş konsul həmçinin başqa konsulluqlarının olduğu, bir ölkənin çərçivəsindəki konsul rayonu üçün cavabdeh ola bilər.
Köhül
Köhül (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Köhül (Şəbüstər) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. Köhül (Bicar) — İranın Kürdüstan ostanının Bicar şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Köhül (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Köhül (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Köhül (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Xaraba-i Köhül (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Könül
Könül — Qadın adı və təxəllüs. Bu adı olan tanınmış şəxslər Könül Xasıyeva — azərbaycanlı muğam ifaçısı Könül Kərimova — Azərbaycan müğənnisi. Könül Abdulrəhimova — Azərbaycan alimi. Könül Hüseynova — Rejissor. Könül Mehrəliyeva — azərbaycanlı müğənni, aktrisa. Könül Bünyadzadə — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007). Könül Arifqızı — Ssenari müəllifi. Aparıcı Könül Talıbova — Könül Yazar — Könül Əliyeva — Könül Babayeva — Könül Bunyatova — Könül Ömərova — Bu təxəllüsü olan tanınmış şəxslər Ülviyyə Könül — Klipmeyker. Rejissor. Ssenari müəllifi.
Modul
Modul (ing. module, ru. модуль) - proqramlaşdırmada: müəyyən məsələni yerinə yetirən və ya spesifik mücərrəd verilənlər tipini təsvir edən altproqramlar və verilənlər strukturlarının toplusu. Modullar, adətən, iki hissədən ibarət olur: sabitlər, verilən tiplərindən, dəyişənlərdən və digər modullara vəya altproqramlara müraciət edən altproqramlar özündə saxlayan interfeysdən və modulun məzmunundan – modulun altproqramlarının ilkin mətnlərindən ibarət olan lokal (yalnız bu modulda əlçatan olan informasiya) hissədən ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Morul
Morul — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində keçmiş kənd. 2001-ci ildən etibarən Şəmkir şəhərinə daxildir. == İqtisadiyyatı == Morul kəndinin əsas gəlir mənbəyi əkinçilik , heyvandarlıq və Rusiyadan mədaxil olan pullardır , Əkinçilik sahəsində nəyinki Morullular ümumiyyətlə bütün şəmkir çox irəli bir səviyyədədir beləki Azərbaycanda mövcud olan parniklərin 75% məhz Şəmkir rayonunda yerləşir . Parniklərdən yığılan tərəvəzlərin sortlandırılması gedir , 1 ci sort və defektsiz olan tərəvəzlər Rusiya bazarlarına göndərilir , 2 ci sort tərəvəzlər Bakıya 3 cü sort isə rayonlara və konservasiyaya. Morul da heyvandarlıq da inkşaf etmişdir , beləki Morul Kür yanı qışlaqlar və Gədəbəy yaylaqlarının mərkəzində yerləşmişdir , bu isə kiçik baş heyvandarlıqda çox böyük müsbətdir .
NoSQL
NoSQL — verilənlər bazasının idarə edilməsində ənənəvi relasiya cəbrindən və SQL-dən istifadə etməyən verilənlər bazalarıdır. NoSQL sorğu dili kimi SQLi istifadə etmir. Bu termini ilk dəfə 1998-ci ildə Carlo Strozzi istifadə etmişdir.
POSCO
POSCO (кор. 포스코 Pxosıkxo) — Cənubi Koreyanın polad şirkəti. 2017-ci ildə istehsal etdiyi poladın həcminə görə dünyanın 5-ci ən iri şirkəti (42,19 mln ton). Forbes Global 2000 jurnalında 2018-ci il üzrə ən iri şirkətlərin siyahısında 228-ci yeri tutub. Əldə etdiyi gəlirə görə 141-ci, təmiz gəlirə görə 297, aktivlərinə görə 410-cu, bazar kapitallasiyasına görə 515-ci yeri tutub Fortune jurnalı dünyanın 500 ən iri şirkəti arasında POSCO 184-ci yerdə qərarlaşıb. == Haqqında == Cənubi Koreyanın XX əsrin ikinci yarısında reallaşan inkişaf proqramının mühüm nəticəsi hesab edilən “Posco” şirkəti dünyanın 30 nəhəng ağır sənaye şirkətindən biridir. 2011-ci ilin statistik məlumatlarına görə, dünyada ağır sənayenin qara metallurgiya sahəsi üzrə 1,49 milyard ton polad istehsal olunmuşdur ki, onun da əsas hissəsi Asiyanın payına düşür. Asiyada həmin işi əsasən “Posco” şirkəti həyata keçirmişdir. Statistik məlumatlardan aydın olur ki, 1968-ci ildə Tae Jon Park tərəfindən qurulan “Posco” polad şirkəti bu gün dünyanın ən böyük polad nəhəngləri arasındadır. Hazırda şirkətin 37 milyard dollarlıq sərmayəsi vardır.
POSIX
POSIX (ing. Portable Operating System Interface for Unix — azərb. Unix üçün daşına bilən əməliyyat sistemləri interfeysi‎) Bir əməliyyat sistemi xidmətini təyin edən Elektrik və Elektronik Mühəndisləri İnstitutu (IEEE) standartı. POSIX standartını istifadə edən proqramlar bir sistemdən digərinə asanca daşına bilər. POSIX, UNIX sistem xidmətlərinə dayanır, ancaq başqa əməliyyat sistemləri tərəfindən də inkişaf etdirilə biləcək şəkildə yaradılmışdır.
Perul
Perul (fr. Peyroules, oks. Peirolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04148. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 136 nəfər arasında (15-64 yaş) 95 nəfər iqtisadi cəhətdən fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.9%, 1999-cu ildə 72.1%). Fəal olan 95 nəfərdən 76 nəfər (46 kişi və 30 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi.