Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tofiqi
Tofiqi — Azərbaycan Respublikasının Ağdaş rayonunun Tofiqi kənd inzibati ərazi dairəsində kənd. Tofiqi kəndi Şirvan düzündədir. XIX əsrə aid mənbədə Toyfiqi formasında qeydə almmışdır. Yerli əhali Toroo şəklinda da işlədir. Oykonim çox güman ki, Tofiq antroponimi ilə əlaqədardır. Kənddə Tofiqi kənd məscidi dini icması fəaliyyət göstərir.
Tofiq
Tofiq və ya Tofik — Kişi adı. Tofiq Babayev Tofiq Babayev (bəstəkar) — bəstəkar Tofiq Babayev (general-mayor) — Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayor Tofiq Babayev (alim) — Tofiq İsmayılov Tofiq İsmayılov (rejissor) — Azərbaycan kino rejissoru və aktyoru, kinodramaturq, nasir Tofiq İsmayılov (akademik) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi Tofiq Hacıyev Tofiq Hacıyev (akademik) — Alim, türkoloq, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü-akademik. Tofiq Hacıyev (professor) — Alim, müasir azərbaycan dilçisi, filologiya elmləri doktoru-professor. Tofiq Hacıyev (siyasətçi) — Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, təhsil işçisi, Tofiq Hüseynov Tofiq Hüseynov (aktyor) — Azərbaycan aktyoru. Tofiq Hüseynov (alim) — İqtisad elmləri doktoru Tofiq Hüseynov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Tofiq Hüseynov (Cavad oğlu) — Şəmkir rayonu İcra hakimiyyətinin sabiq başçısı Tofiq Hüseynov (professor) — Alim, filologiya elmləri doktoru, Professor. Tofiq Kərimov Tofiq Kərimov (siyasətçi) — Azərbaycanın daxili işlər naziri (18.11.1991 – 20.02.1992). Tofiq Kərimov (fotoqraf) — fotoqraf Tofiq Məmmədov Tofiq Məmmədov (rejissor) — Azərbaycan kinorejissoru. Tofiq Məmmədov (botanik) — AMEA-nın Mərdəkan Dendrarisinin direktoru. Tofiq Hüseyn — şair, publisist, "Tərəqqi" medalına layiq görülüb (2005).
Dərman poruğu
Dərman poruğu (lat. Stachys officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü.
Kofiau adası
Kofiau adası (ind. Pulau Ayu) — İndoneziya ərazisinə daxil olan ada. İnzibati baxımından İndoneziyanın Qərbi Papua vilayətinin Raja Ampat adaları dairəsinə daxildir. Mərcan qalxması nəticəsində meydana gələn adada vulkan mənşəlli təpələr vardır. ada bir çox endemik canlıların məskənidir.
Meşə poruğu
Mərcanotuçiçək poruq (lat. Stachys sylvatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. Stachys canariensis Jacq. Stachys cordata Gilib. [Invalid] Stachys cordatifolia Gilib. [Invalid] Stachys foetida Gueldenst. ex Ledeb. Stachys glaucescens Muss.Puschk. ex Spreng. Stachys trapezuntea Boiss.
Tofiqi bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baha Tofiq
Baha Tofiq (türk. Bahâ Tevfik; 13 aprel 1884, İzmir, Aydın vilayəti – 15 may 1914, Konstantinopol) — Osmanlı mütəfəkkiri, yazıçısı, fərdiyyətçi (individualist) anarxisti. Baha Tofiq 1884-cü ildə Osmanlı imperiyasının Aydın vilayəti ərazisinə daxil olan İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini burada almışdır. Tofiq Məktəb-i Mülküyədə ali təhsil almış, 1907-ci ildə oradan məzun olmuşdur. O, İkinci Məşrutiyyətdən sonra vilayət maiyyət məmurluğu ilə qısa bir müddət Məclis-i Əyan katibliyində çalışmışdır. Rəhbər-i İttihad-i Osmani Məktəbində fəlsəfə üzrə dərs deməyə başlamış, vəfatına qədər bu vəzifədə çalışmışdır. Tofiq yazıçı Ömər Seyfəddinin fransız dili müəllimi olmuşdur. Baha Tofiq appendisitdən əziyyət çəkirdi. O, 15 may 1914-cü il tarixində, 30 yaşında vəfat etmişdir.
Cahanbəxt Tofiq
Cahanbəxt Tofiq (az-əbcəd. جهانبخت توفیق‎ ing. Jahanbakht Tofigh d. 9.2.1931, Sərab), ö. 28.4.1970 — azərbaycanlı məşhur sərbəst güləşçi. İranın dünya üzrə güləş çempionatlarında ilk qızıl medalını qazanmışdır. 1931-ci ilin fevral ayının 9-da Şərqi Azərbaycan ostanının Sərab şəhərində anadan olmuşdur. Cahanbəxt Tofiqin qaraciyərində irsi xəstəlik olmuşdur. Bu xəstəlikdən anasını və qardaşını itirən Cahanbəxtin özü də 1970-ci ildə, cəmi 39 yaşında müalicə aldığı London şəhərində vəfat etmişdir. Zahirəddövlə məzarlığında dəfn edilmişdir.
Qara Tofiq
Tofiq Hüseynli, Tofiq Hüseynov və ya Qara Tofiq (1952, Qovlar, Tovuz rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992), sabiq Kənd təsərrüfatı naziri (1993), Müsavat Partiyasının sabiq başqan müşaviri. 1952-ci ildə Tovuz rayon Qovlar qəsəbəsində anadan olub. 1977-ci ildə Politexnik İnstitunun texnologiya fakültəsini bitirib və həmin ildən Tovuz rayon İstehsalat Kombunatında Texniki-Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978–1979-cu illərdə 98 saylı Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini işləyib. 1989-cu ildə Azərbaycan Xalq Hərəkatına qoşulmuşdur. 20 yanvar 1990-cı il tarixində Kommunist Partiyasının üzvlüyündən imtina etmişdir. Tovuzda AXC şöbəsinin təşkilatçılarından və liderlərindən olmuşdur. 1991-ci ilin aprel ayından Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini işləyib. 1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 4 mart 1993-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərüfatı naziri təyin edilib.
Sofiq Hüseynov
Sofiq Kəlbi oğlu Hüseynov (22 iyul 1950, Çöpədərə, Zəngilan rayonu – 30 dekabr 1997, Azərbaycan) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı (1995), Professor (1993). Sofiq Hüseynov 1950-ci il iyul ayının 22-də Zəngilan rayonunun Çöpədərə kəndində kəndli ailəsində anadan olmuşdur. Zəngilan şəhərində orta məktəbi bitirdikdən sonra 1967-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin iqtisadiyyatı" fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur. Əyani təhsil dövrünün son iki ilində axşamlar Vano Sturua adına Gəmi Təmiri zavodunda fəhlə işləmişdir. Ali məktəbi bitirdikdən sonra, 1971-ci ildə təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilmişdir və həmin il əyani aspiranturaya daxil olmuşdur. 1973–1974-cü illərdə həqiqi hərbi xidmətdə qulluq etmişdir. 1977-ci ildə aspiranturada təhsilini başa vurduqdan sonra iqtisad elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984–1986-cı illərdə Moskvaya – SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutuna ezam olunmuş, orada doktorluq dissertasiyası üzərində işi başa çatdırmışdır. 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Sofiq Hüseynov 1997-ci il dekabr ayının 30-da 47 yaşında vəfat etmişdir.
Tofiq Abdullayev
Tofiq Əlövsət oğlu Abdullayev (1 aprel 1948, Məlikçobanlı, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri (2012-ci ildən), siyasi xadim, filoloq. 1948-ci il aprel ayının 1-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. Tofiq Əlövsət oğlu Abdullayev Əlcəzair, İraq və Yəmən Demokratik Respublikasında tərcüməçi işləmiş, 20 ilə yaxın Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmışdır. 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində işləyir. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı və Türkiyədəki səfirliklərində müşavir vəzifəsində çalışır. 2006–2012-ci illərdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanında və eyni zamanda Yəməndə, Oman Sultanlığında, Bəhreyn Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri və İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının Daimi Nümayəndəsi olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikasının Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfiridir.
Tofiq Allahverdiyev
Tofiq Əliheydər oğlu Allahverdiyev (18 fevral 1917, Bakı – 9 iyun 1987, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri (1966–1982), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1955–1961), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1948–1950), SSRİ Ali Sovetinin (III və V çağırış) və Azərbaycan SSR Ali Sovetinin (III, VII–X çağırış) deputatı. Tofiq Əliheydər oğlu Allahverdiyev 1917-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1930-cu ildə yeddiillik məktəbini başa vuraraq fabrik-zavod şagirdliyi məktəbində oxumuş və burada komsomol üzvü olmuşdur. 1934-cü ildə fabrik-zavod şagirdliyi məktəbini bitirdikdən sonra Paris kommunası adına zavodun komsomol təşkilatında çalışmışdır. 1935-ci ildə hazırlıq kurslarını bitərərək Azərbaycan Sənaye İnstitutunun tələbəsi olmuş, institutun komsomol komitəsinin katibi seçilmişdir. Ardınca o, Azərbaycan LKGİ Bakı Şəhər Komitəsinin Məktəbli gənclər şöbəsinin müdiri, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin Kadr və təşkilat-təlimat şöbəsinin müdiri olmuşdur. 1940-cı ildə Azərbaycan Sənaye İnstitutunu mədən mühəndisi ixtisası üzrə bitirən Tofiq Allahverdiyev həmin il Azərbaycan LKGİ Bakı Komitəsinin katibi seçilmiş və 1942-ci ilədək bu vəzifədə çalışmışdır. 1942-ci ilin yanvar ayından Fəhlə-Kəndli Qırmızı Ordusunda xidmət etmişdir. Böyük Vətən müharibəsi iştirakçısı kimi o, atıcı diviziyanın siyasi şöbəsində hərbi xidmət keçmişdir. Yaralandıqdan sonra ordudan tərxis edilmiş, yenidən komsomol işinə qayıtmışdır.
Tofiq Alxazov
Tofiq Həsən oğlu Alxazov (27 sentyabr 1932, Bakı, Azərbaycan SSR, SSRİ – 2020) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru (1969), professor (1971), AMEA-nın müxbir üzvü (1989). Tofiq Alxazov 27 sentyabr 1932-ci ildə Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinu Mühəndis texnoloq ixtisası üzrə bitirib. Tofiq Alxazov 1960-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1969-cu ildə kimya elmləri doktoru elmi dərəcələrini, 1971-ci ildə professor elmi adını alıb. O, fiziki kimya ixtisası üzrə professordur. 1989-cu ildə AMEA-nın (əsas kimyəvi kinetika və kataliz) müxbir üzvü seçilib. İlk təcrübədə alkilaromatik karbohidrogenlərin oksidləşmə yolu ilə dehidrogenləşmə prosesinin yerinə yetirmə mümkünlüyü göstərilmişdir, bərk oksid katalizatorlar üzərində sıxlaşma məhsullarının əmələ gəlməsi prosesində oksigenin rolu göstərilmişdir, hidrogen-sulfidin elementar kükürdə qədər oksidləşməsi üçün dünyada ən yaxşı yüksək selektiv katalizatorları işlənmişdir. Tofiq Alxazovun rəhbərliyi ilə yaradılan Ekoloji kataliz problem laboratoriyasında təbii qazın və sənaye qazlarının kükürd tərkibli birləşmələrdən təmizlənməsi, zərərsizləşdirilməsi və elementar kükürdün alınması, daxili yanma karbüratoru və dizel mühərriklərinin tullantı qazlarının toksik birləşmələrdən təmizlənməsi, hidrogensulfidin havanın oksigeninin iştirakı ilə bir mərhələdə sulfat turşusuna oksidləşməsi, sənaye tullantı qazlarının tərkibində karbohidrogen qalıqlarının və dəm qazının tam oksidləşməsi prosesləri işlənib hazırlanıb. Kimyaçı alimin rəhbərliyi altında 40 namizədlik və 5 doktorluq dissertasiyası müdafizə olunub. Tofiq Alxazov 400-dən artıq elmi əsərin, o cümlədən 131 müəlliflik şəhadətnaməsi və 4 monoqrafiyanın müəllifi olub.
Tofiq Axundov
Tofiq Hüseyn oğlu Axundov (rus. Тофик Гусейнович Ахундов; 28 noyabr 1941, Bakı) — Azərbaycan əsilli rusiyalı sirk artisti və heyvan təlimçisi. Rusiyanın və Azərbaycan SSR xalq artisti. Tofiq Axundov 28 noyabr 1941-ci ildə Bakı şəhərində rəssam və aktyor Hüseyn Axundovun ailəsində anadan olub. 1965-ci ildə Dövlət Sirk və Estrada Sənəti Məktəbini bitirib. Elə həmin ildən də "Rosqossirk"də işləməyə başlayıb. O, həyat yoldaşı Lyudmila Axundova ilə birlikdə "Rəqs edən begemotlar" proqramı ilə dünyanın 30-dan artıq ölkəsində çıxış edib. 2011-ci ilin martında Bakı Dövlət Sirkinin dəvəti ilə Tofiq Axundov Bakıda da konsert proqramı ilə çıxış edib. Rusiya Federasiyasının əməkdar artisti (RF Prezidentinin fərmanı, 23.12.2001 № 1473). Rusiya Federasiyasının xalq artisti (RF Prezidentinin 21 mart 2012-ci il tarixli 315 saylı fərmanı).
Tofiq Ağababayev
Tofiq Məmmədəli oğlu Ağababayev (d. 8 sentyabr 1928, Bakı) — Azərbaycanın xalq rəssamı (2007), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992). Tofiq Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda hərbçi ailəsində anadan olub. Orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbinin rənkarlıq şöbəsinə daxil olub (1946-51). Rəssam 1953-59-cu illərdə Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasının (keçmiş V.Muxina adına Ali Bədii-Sənaye rəssamlıq məktəbi) keramika-şüşə fakültəsində təhsil alaraq, şüşə-keramika ixtisasına yiyələnib. Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. "Azərbaycan lirikası" triptixi (keramika, 1960, Azərbaycan İncəsənət Muzeyi), Bakı Dövlət Sirkində "Azərbaycan sirki" mozaik lövhəsi 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin mükafatına layiq görülüb ("Zorxana" və s., smalta, 1967). Bakıda uşaq dəmir yolu parkı yaxınlığında miniatür üslubda "Bahar" mozaik pannosu (mərmər, smalta, 1970), həmçinin "Abşeron qoruğu", "Bakı nefti cəbhəyə", "Meşəbəyi", "Torpağın nəfəsi", "May, 1945-ci il, Bakı" və s. dekorativ əsərləri diqqəti cəlb edir. Yağlı boya ilə işlənmiş portretləri: "Tələbə qız" (1972); "Akademik Z.Bünyadov" (1978); "Akademik İ.Orucova" (1978); "Şah İsmayıl" (1988–89); "Ü.Hacıbəyov" (1992).
Tofiq Ağahüseynov
Tofiq Ağahüseynov — (tam adı: Tofiq Yaqub oğlu Ağahüseynov (1 fevral 1923, Nuxa – 12 may 2021, Bakı) — SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk və yeganə azərbaycanlı. Tofiq Yaqub oğlu Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olub. 1930-cu ildə T.Ağahüseynov atası, anası, özündən böyük iki qardaşından ibarət olan ailəsi ilə birlikdə yeddi yaşında olarkən Bakıya köçüblər. Orta məktəbi Bakıda bitirib. 4-cü sinifi bitirərkən T.Ağahüsyenov bərk xəstələnir. Ayağa qalxmaq belə iqtidarında olmayan Ağahüseynov buna görə Mərdəkandakı uşaq sanatoriyasına göndərilir. Sonralar səhhəti yaxşılaşan Ağahüseynov 10-cu sinifi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Sənaye İnstitunun energetika fakültəsinə verir. 1941-ci ilin sentyabrında isə o, Bakı Zenit Artilleriya Məktəbinə daxil olur. Bir il yarımdan sonra Tofiq leytenant rütbəsi alır və bu rütbə ilə Bakıdan ayrılmalı olur. 1944-cü ilin yanvarında Sağsahil Ukraynada Sovet qoşunlarının hücumları başlandı.
Tofiq Şahsuvarov
Tofiq Surxay oğlu Şahsuvarov — Geologiya-mineralogiya elmləri doktoru, professor. Tofiq Surxay oğlu Şahsuvarov 1929-cu ildə Laçın şəhərində anadan olmuşdur. 1937-ci ildə orta məktəbin birinci sinfinə getmiş, 1948-ci ildə orta məktəbi bitirmişdir. 1948-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olaraq tələbə adını qazanmışdır. 1953-cü ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1954-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) əmək fəaliyyətinə başlamışdır. 1954-1957-ci illərdə Tofiq Şahsuvarov mühazirə assistenti kimi çalışmışdır. 1957-ci il namizədlik dissertasiyasının müdafiə etmişdir. 1960-cı il dosent elmi dərəcəsini almışdır. 1967-ci il doktorluq dissertasiyasını müdafiə etmiş "Geologiya-mineralogiya elmləri doktoru" elmi dərəcəsini almışdır 1986-92-ci illə Geoloji-coğrafiya fakültəsinin dekanı vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.
Tofiq Şahverdiyev
Tofiq Rzaqulu oğlu Şahverdiyev (12 sentyabr 1938, Bakı, SSRİ) — Sovet və rus rejissoru, ssenarist və fotoqraf, Rusiya Federasiyasının əməkdar artisti (2005), Azərbaycanın xalq artisti (2018). Tofiq Şahverdiyev, əslən Azərbaycanlıdır və Bakı şəhərində anadan olub lakin Taqanroq-da böyüyüb. Atası II Dünya müharibəsi zamanı şəhid olub. 1960-cı ildə o, Taqanroq Radio Energetika İnstitutunu bitirmişdir. Daha sonra o, Riqa və Minsk zavodlarında mühəndis işləmişdir. 1964-cü ildə , o, səs texnik kimi Riga kinostudiya işləməyə başladı. 1971-ci ildə o, yaradıcı birliyin direktoru və ssenaristi üç il sonra , teatr Artisti(seminar Voytetskogo) və Şahverdiyev kinofakultet Kiyev Dövlət İnstitutunu bitirib "Ekran ". Sonra 1991-ci ilədək o, onlara , studiyalarda işləmişdir. Acı , " kiçik ", " Mosfilm " və VPTO "Movie ". Onun yaradıcılıq dövrü Sovet dövrünə təsadüf edir, o uşaq film jurnalı "-nın bir neçə seriyasının direktoru olmuşdur.
Tofiq Əbdülhəsənli
Tofiq Əbdüləziz oğlu Əbdülhəsənli (30 dekabr 1955) — Filologiya elmləri doktoru, professordur. Əməkdar Mədəniyyət İsçisidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Qızıl Qələm", "Həsən Bəy Zərdabi" və "Araz Ali Ədəbi" mükafatları laureatıdır. 1955-ci il dekabrın 30-da Neftçala rayonunun Pirəbbə kəndində anadan olmuşdur. 1973–1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində oxumuş və fərqlənmə diplomu ilə bitirərək filoloq, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir. 2000-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1972–1985-ci illərdə istehsalat yönümlü müəssisədə çalışmışdır. 1974–1976-cı illərdə hərbi xidmətdə olub. 1985–1990-cı illərdə "Gənclik" nəşriyyatının redaktoru işləyib.
Tofiq Əfəndiyev
Tоfiq Əfəndiyеv-yazıçı, İlyas Əfəndiyevin qardaşı Tоfiq Mir Məhəmməd əfəndi оğlu 31 mаrt 1922-ci ildə Qаryаgində (Hаzırкı Füzuli şəhərində) dünyаyа gəlmişdi. Оrtа məкtəbi bitirəndən sоnrа Qаryаgin Pedoqoji Tехniкumunа dахil оlmuşdu. Tехniкumu tаmаmlаyаndаn sоnrа müхtəlif məкtəblərdə müəllim işləmişdi. (1941-1948). Sоnrа "Аzərbаycаn müəllimi" qəzеtində хüsusi müхbir vəzifəsində çаlışmışdı. (1948-1951). Аzərbаycаn Dövlət Pedoqoji Хаrici Dillər Institutunun ingilis dili şöbəsində təhsilini dаvаm еtdirmişdi (1951-1955). Bir müddət Bакı şəhəri 7 nömrəli məкtəbdə müəllim (1955-1959), Аzərbаycаn Dövlət Tеlе-Rаdiо Vеrilişləri Коmitəsində ədəbi-drаm vеrilişləri bаş rеdакsiyаsındа bаş rеdакtоr işləmiş, sоnrа yаzıçı кimi bütün qüvvəsini ədəbi fəаliyyətə həsr еtmişdi. Tоfiq Əfəndiyеvin əsərləri: Аğ çiçəкlər (hекаyələr və оçеrкlər), Bакı, 1962, Dаğ yоlu (rоmаn), Bакı, 1965, Cənub mеhi (rоmаn), Bакı, 1969, Prокurоr (rоmаn), Bакı, 1976, Münаqişə (rоmаn), Bакı, 1980, Qаrа qаpılаr (rоmаn), Bакı, 1984.
Tofiq Əhmədov
Tofiq Əhmədov (geofizik) — geologiya-mineralogiya elmlər doktoru, professor. Tofiq Əhmədov (musiqiçi) — Azərbaycan musiqiçisi, dirijor, bəstəkar, kino dirijoru Tofiq Əhmədov (filoloq) — filologiya elmləri doktoru, professor. Tofiq Əhmədov (idmançı) — Azərbaycan idmançısı Tofiq Əhmədov (jurnalist) — SSRİ Jurnalistlər İttifaqının üzvü.
Tofiq Əkbərov
Tofiq Əliyev
Tofiq Əliyev (rektor)
Tofiq Əmirli
Tofiq Şəmsəddin oğlu Əmirli (27 fevral 1992; Cəlilabad rayonu, Azərbaycan - 13 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Tofiq Əmirli 1992-ci il fevralın 27-də Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olub. Çevik Hərəkat Dəstəsinin giziri olan Tofiq Əmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Tofiq Əmirli oktyabrın 13-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (15.12.2020) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) • (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) ( (azərb.)).
Tofiq Əsgərov
Tofiq Nəzir oğlu Əsgərov- 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. Tofiq Nəzir oğlu Əsgərov 1935-ci ildə bakı şəhərinin Binə kəndində anadan olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlananda, ailəsi ilə birlikdə QazaxıstanınSemipalatinsk vilayətinin Iasmin rayonuna sürgün olunmuşdur. 1952-ci ildə Tofiq Əsgərov Tükmənistan Dövlət Tibb İnstitutuna daxil olur. 1958-ci ildə institutu bitirdikdən sonra, təyinat ilə Krasnovdsk şəhər xəstəxanasında həkim -cərrah kimi fəaliyyətə başlayır və həmin xəstəxananın baş həkimi vəzifəsində çalışır. Bakıya qayıtdıqdan sonra 1965-ci ildə o, biliyini daha da artırmaq üçün Azərbaycan Dövlət Tibb Universitetinin klinik ordinaturasına daxil olmuşdur. 1967-ci ildə ordinaturanı bitirərək Azərbaycan respublikası xəstəxanasında cərrah-uroloq kimi işləməyə başlayır. Həmin ilin noyabr ayında Sankt-Peterburq şəhərində həkimlərin təkmilləçdirilməsi institutunun uroloji aspiranturasına daxil olmuşdur. Tofiq Əsgərov 1971-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi adını alır. Dissertasi müdafiəsindən sonra Azərbaycan respublikası Uroloji xəstəxanasında akademik M.D.Cavadzadənin rəhbərliyi altında cərrah-uroloq vəzifəsində çalışmağa başlamışdır.