Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Travnik
Travnik (bosn. Travnik, serb. Травник, xorv. Travnik) — Bosniya və Herseqovinada şəhər. Eyniadlı icmanın və Mərkəzi Bosniya kantonunun mərkəzi. Bu şəhər, Osmanlı İmperiyası dövründə xüsusilə önəmli bir idarəetmə və mədəniyyət mərkəzi olmuşdur. Travnik Bosniya və Herseqovinanın mərkəzi hissəsində, Bosniya Dağlıq Bölgəsində yerləşir. Travnik Laşva çayı vadisində, təbii gözəllikləri və ətrafındakı dağlarla əhatələnmişdir. Şəhər dağlıq və yaşıl landşaftı ilə seçilir. Müasir dövrdə şəhərin əhalisi təqribən 15,000 nəfərdir, lakin onun metropol ərazisi ilə birlikdə daha çox insanı əhatə edir.
Prank
Prnak (ing. prank — şuluqluq, dəcəllik; zarafat) — telefon xuliqanlığı, telefon zarafatı. Pranklar kimsə başqa adamın adından zəng edirlər. Provokasiya ilə qarşı tərəfdən maraq doğuracaq cavab almağa çalışırlar. == İstinadlar == == Mənbə == Пранк — розыгрыш или хулиганство?
Leonid Kravçuk
Leonid Makaroviç Kravçuk (ukr. Леонід Макарович Кравчук; 10 yanvar 1934[…], Velikiy Jitin[d], Volın voyevodluğu[d] – 10 may 2022, Münxen) — sovet və ukraynalı partiya, dövlət və siyasi xadimi, Ukrayna Respublikasının 1-ci Prezidenti (5 dekabr 1991 – 19 iyul 1994). Ukrayna Respublikasının Ali Radasının sədri I–IV çağırış deputatı. 1958–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası üzvü, 1990–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası MK sədri. == Həyatı == Leonid Makaroviç Kravçuk 1934-cü ildə Polşa Respublikasının Böyük Jitin kəndində (indiki Rivne vilayəti, Ukrayna) anadan olmuşdur. Atası — Makar Alekseyeviç Kravçuk (17.03.1906–1944) 1930-cu illərdə polşa kavaleriyasında xidmət edib. Anası — Yefimiya İvanovna Kravçuka polşa osadniki ətrafında işləyib. İkinci Dünya müharibəsi vaxtı 1944-cü ildə Makar Alekseyeviç Kravçuk cəbhədə həlak olmuş, Belarusda dəfn olunmuşdur. Leonidin anası isə 1980-ci ildə insult səbəbindən vəfat etmiş, doğma kəndində dəfn edilmişdir. Leonid Kravçuk 1958-ci ildə Kiyev Milli Universitetini bitirmiş, 1958–1960-cı illərdə Çernovtsı Maliyyə Texnikunda dərs demişdir.
Murad Paranuk
Murad Salehoviç Paranuk (rus. Мурат Салихович Паранук; 5 may 1912, Kuban vilayəti[d] – 4 iyul 1970, Maykop, Krasnodar diyarı) — adıgey-sovet şairi. O, adıgey dilində ilk yazılı şeirin müəllifi hesab olunur. == Həyatı == Murad Paranuk 5 may 1912-ci ildə Rusiya imperiyasına bağlı Kuban vilayətinin (indiki Adıgeya) Pçeqatlukay kəndində anadan olmuşdur. O, 1930–1933-cü illərdə Krasnodar Pedaqoji İnstitutunda təhsil alıb. Paranuk 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, müharibədən orden və medallarla qayıtmışdır. O, 4 iyul 1970-ci ildə vəfat etmişdir. == Yaradıcılığı == Murad Paranuk 1931-ci ildə adıge dilində ilk "Uraza" şeirini yazıb nəşr etdirmişdir. O, 1934-cü ildə "Ayıq ol" şeirini yazmışdır. "Şeirlər" (1940), “Şeir və poemalar" (1950), "Səadət nəğməsi" (1955), "Könül səsi" (1961), "Sakit səhər" (1966), "Düma" (1968) lirik toplularının müəllifidir.
Amblyseius pravus
Amblyseius pravus (lat. Amblyseius pravus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius pravus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Vladimir Pravik
Vladimir Pravik (ukr. Володимир Павлович Правик ; rus. Владимир Павлович Правик) - Çernobıl faciəsi zamanı qəza bölgəsində xidmət etmiş yanğınsöndürən, Sovet İttifaqı Qəhrəmanı və Lenin mükafatı laureatı. Yanğınsöndürən xidməti vəzifəsini icra edərkən aldığı radiasiya zədələnmələri nəticəsində vəfat etmişdir. Pravik Çernobıl faciəsindən sonrakı, xilas etmə işləri zamanı həlak olmuş 27 yanğınsöndürəndən biridir.