Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Friz
Friz — tikilinin hər hansı hissəsini bəzəyən, qabartmalarla işlənmiş üfüqi zolaq və ya lent şəklindəki dekorativ kompozisiya. Antik Roma və yunan memarlığında geniş istifadə olunmuşdur. Klassik memarlıqda friz deyərkən antablementin arxitrav və karniz arasında yerləşən mərkəzi hissəsi nəzərdə tutulur. Dorik orderdə friz zolağı ardıcıl gələn triqlif və metopalarla hissələrə ayrılır.
Pariz
Pariz və ya Bariz— İranın Kirman ostanının Sircan şəhristanının Pariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,527 nəfər və 1,231 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiəmüsəlmandırlar.
Qrız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
TRIZ
TRİZ və ya TRIZ (rus. теория решения изобретательских задач, teoriya resheniya izobretatelskikh zadatch, eynən:"İxtiraçılıq probleminin həlli nəzəriyyəsi") "qlobal patent ədəbiyyatında ixtira nümunələrinin öyrənilməsi nəticəsində yaranan problem həll etmə, təhlil və proqnozlaşdırma vasitəsi"dir. TRİZ texnikası, 1946-cı ildən başlayaraq rus ixtiraçısı və elmi-fantastik müəllif Genrix Altşuller (1926–1998) və həmkarları tərəfindən hazırlanmışdır.
Riz
Riz— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,802 nəfər və 415 ailədən ibarət idi.
Ariz Məhərrəmov
Ariz Fərzulla oğlu Məhərrəmov (10 dekabr 1982, Krasnoselski, Saatlı rayonu – 20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ariz Məhərrəmov 1982-ci il dekabrın 10-da Saatlı rayonunun Qara Nuru kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ariz Məhərrəmov oktyabrın 20-də Madagizin azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ariz Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
E.Pritz.
Ernst Georq Pritzel (alm. Ernst Georg Pritzel‎ və ya alm. Ernst Pritzel‎; 15 may 1875 – 6 aprel 1946, Berlin) — Almaniya botaniki, pedaqoqu və müəllim.. == Şərəfinə adlandırılmış taksonlar == Pritzeliella Henn. bitki cinsi; Aşağıdakı bitki növləri: Podotheca pritzelii Acacia pritzeliana C.A.Gardner == Əsərləri == Fragmenta Phytographiae Australiae Occidentalis (Bot. Jahrb. 35, 662 pp. 1905). Südwest-Australien (Fischer, Jena, 1933). Wälder in Nordost-Queensland (Fischer, Jena, 1934).
Friz dilləri
Friz dilləri — Frizlər tərəfindən danışılan dillər. German dilləri qrupuna aid dillər.
Hipertonik kriz
Hipertonik kriz — arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir.Hipertonik kriz zamanı beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödəmi, kəskin böyrək çatmamazlığı).Hipertonik krizlər bir neçə prinsiplər üzrə təsnif edilir. AT-nin yüksəlmə mexanizmlərinə əsasən hipertonik krizlər hiperkinetik, hipokinetik və eukinetik tiplərə bölünür. Hiperkinetik krizlər periferik damarların normal və ya zəifləmiş tonusu, ürək atımının yüksəlməsi ilə xarakterizə olunur – belə hallarda sistolik təzyiq artır. Hipokinetik krizin inkişaf mexanizmi ürək atımının azalması, periferik damarların müqavimətinin kəskin artması ilə bağlıdır, bu da əsasən diastolik təzyiqin yüksəlməsinə gətirib çıxarır. Eukinetik hipertonik krizlər normal ürək atımı və periferik damarların yüksək tonusu ilə səciyyələnir, nəticədə həm sistolik, həm də diastolik təzyiq yüksəlir.Klinik əlamətlərinə görə hipertonik krizin 2 qrupa ayrılması qəbul olunmuşdur: ağırlaşmamış hipertonik kriz (I tip); ağırlaşmış hipertonik kriz (II tip). == Hipertonik kriz səbəbləri == Kriz hipertoniya xəstəliyinin istənilən mərhələsində baş verə bilər. Əsas səbəblərə aiddir: yüksək psixoemosional gərginlik; hipertoniya xəstəliyinin qeyri-adekvat müalicəsi; antihipertenziv preparatların qəbulunun dayandırılması; xörək duzunun izafi qəbulu; alkoqoldan çox miqdarda istifadə; bəzi ikincili hipertenziyalar və s. == Hipertonik kriz əlamətləri == Hipertonik kriz əlamətlərinə daxildir: intensiv baş ağrıları (yayılan və ya ənsə və yaxud gicgah nahiyəsində lokalizasiyalaşan), başda küy, başgicəllənmə, ürəkbulanma, qusma, görmənin pozulması (göz önündə qara nöqtələr).Təcili tibbi yardım xidmətinin çağırılması və həkim briqadası gələnədək xəstəyə ilkin yardımın göstərilməsi xəstənin həyatını xilas edə bilər. Bunun üçün xəstəni uzatmaq və yarımoturaq vəziyyət vermək, təmiz hava qəbulunu təmin etmək (pəncərəni açmaq), titrəmə varsa ayaqları isitmək lazımdır. Arterial təzyiqi endirmək üçün təcili yardım preparatları verilməlidir: kaptopril çeynəmək, dil altına nitroqliserin tableti qoymaq, sidikqovucu dərman (furosemid) içmək və s.
Karl Prin
Karl Prin (20 avqust 1967) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Karl Prin Birləşmiş Krallıqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub. Daha sonra Karl Prin Birləşmiş Krallıqı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Karl Prin Birləşmiş Krallıqı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Manuela Friz
Manuela Friz (16 avqust 1978, Aqordo[d], Veneto) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Manuela Friz İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Qrız (dəqiqləşdirmə)
Qrız — Qubada kənd
Qrız bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qrız dili
Qrız dili (qrız. КърыцӀаь мез) — Qrızlıların danışdığı dili. Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. == Tədqiqi == Qrız dili Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. Qrız dilinə ən yaxın dil Buduq dilidir. Həmçinin, Qrız dilində yaxın dillərdə Cek, Əlik, Haput və Yergüc kəndlərində də danışılır. Bu kəndlərdə danışılan dillər Qrız dilindən xeyli fərqlənir ki, buna görə də alimlərin fikrincə onları ayrı bir dil kimi götürmək olar. Məsələn, ceklilər Cek dilində danışır. Lakin bu dili araşdıran linqvist və alimlərin bir qismi bu dili Qrız dilinin ləhcələri kimi qəbul etmişlər. Hətta onlardan bəziləri "Cek dili" terminini "Qrız dili"nin alternativ adı adlandırırlar.
Qrız körpüsü
Qrız körpüsü — Azərbaycanın ən hündür körpüsü. Qrız kəndi ilə Quba rayon mərkəzini birləşdirən yol-nəqliyyat ötürücüsü. == Tarixi == Körpünün inşasına 2009-cu ildə başlanılmışdır. Kənd sakinlərinin və yerli bələdiyyənin maliyyə vəsaiti hesabına inşa edilən körpü 2012-ci ilin noyabr ayında istifadəyə verilmişdir. Rayon mərkəzindən 38 km uzaqlıqda yerləşən Qrız kəndi Qubanın dağ kəndlərindən olduğu üçün ərazidə körpünün olmaması sakinlərin rayona gediş-gəlişində problemlər yaradıb. Qrızlılar xüsusilə, qış fəslində böyük çətinliklərlə qarşılaşırdılar. Kənd sakinləri bu yol ötürücüsünün açılışına qədər təhlükəli vəziyyətdə və ibtidai formada kustar üsulla inşa olunmuş körpüdən istifadə edib. == Göstəriciləri == Körpünün uzunluğu 20 metr, eni isə 3,5 metrdir. Körpü dəniz səviyyəsindən 2500 metr, Qudyalçayın yatağından isə 38 metr yüksəklikdə inşa olunmuşdur.
Qrız kəndi
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Rudolf Priç
Rudolf Priç (6 avqust 1881, Opava – 1940, Katın[d], Smolensk vilayəti) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı.
Olqa Prik
Olqa Prik (rus. Ольга Яковлевна Прик; 23 aprel 1921, Evpatoriya, Tavriya quberniyası[d] – 3 iyun 2010, Hayfa) — Sovet türkoloqu, karait dilinin tədqiqatçısı, pedaqoji elmlər namizədi (1953), dosent (1960). == Bioqrafiya == Milliyyətinə görə - Karaite. Atası - Yakov Mixayloviç Prik, mühasib, anası - Raisa Abramovna Prik, evdar qadın. 1939-cu ildə Simferopoldakı 1 saylı orta məktəbi əla attestatla bitirib. 1939-cu ildən 1941-ci ilin martına qədər Krım Pedaqoji İnstitutunun (rus dili və ədəbiyyatı şöbəsi) tələbəsi olub. Tədqiqat Krımın alman qoşunları tərəfindən işğalı səbəbindən yarımçıq qalıb. 1943-1944-cü illərdə Simferopol şəhərində işğal olunmuş ərazidə olarkən, o, gizli təşkilatın üzvləri ilə əlaqədə olub və Sovet hökumətinin xeyrinə çalışıb ki, bu da deputatın verdiyi arayışla təsdiqlənir 7 iyun 1944-cü il tarixli, № 237. təsdiqlənir. 1944-cü ildə Krım alman işğalçılarından azad edildikdən sonra Moskvaya yola düşdü.
Riz Uizerspun
Lora Cin Riz Uizerspun - ABŞ aktrisası, Oskar mükafatı laureatı (2005-ci il "Xətti keçmək" filminə görə). Ən çox maaş alan Hollivud aktrisalarından biri. Həyat yoldaşı Rayan Filippdir.
Riz qras
Riz qras- Burkina-Faso mətbəxinə aid əsasını düyü və ət təşkil edən yemək. Bu yemək Seneqal və Qvineya kimi ölkələrdə də yayılmışdır. Bu yemək tiebou djen adlı yeməkdən yaranmışdır. Həmin yemək Seneqal mətbəxinə aiddir və tərkibinə balıq və ət qatılır.
Sen-Pri
Sen-Pri (Val-d'Uaz)
Xezer Piz
Xezer Piz (29 sentyabr 1975) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Xezer Piz Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Xezer Piz Olimpiadanın qalibi olub.
De-Friz yarımadası
De-Friz yarımadası (rus. Полуостров Де-Фриз) — Rusiyanın Primorsk diyarı ərazisində yerləşən yarımada. Amur körfəzinin şimal hissəsində qərarlaşır. Şərqdən Uqlovoy buxtasının suları ilə yuyulur. Yarımada amerikalı fermer Vladivastokda 15 il yaşayan Ceyms Kornelius De-Frizin şərəfinə adlandırılmışdır. Yarımadada De-Friz qəsəbəsi yerləşir. == Maraqlı fakt == De-Frizdə əfsanəvi rus hərbi təyyatəçisi Pavel Mitt dəfn edilmişdir.Sovet hakimiyyəti illəri burada bütün ölkədə ən məşhur pioner düşərgəsi («Kosmos») vardı.
Prix Femina Etranger
Femina — Fransanın Ədəbiyyat üzrə nüfuzlu mükafatı.
Qərbi friz dili
Qərbi friz dili (Frysk, nid. Westerlauwers Fries Niderlandca tələffüz: [ˈʋɛstərˌlʌuərs ˈfris]) əsasən Hollandiyanın şimalında yerləşən Frizland (Fryslân) vilayətində danışılır.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.