Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prilotka
Prilotka — tək at qoşulan nəqliyyat növu. Quruluşca qazalağa oxşayırdı və ona bir at qoşulurdu. Dord əsas hissədən ibarət idi: ox və təkərlər ox uzərindəki iki ədəd yay arabanın "evi" arabanın qolları Prilotkanı qurşadırmaq ucun əvvəlcə ox və təkərlə hazırlanırdı və yaylar oxun ustunə bərkidirdi. Sonra qollar uzərində qurulmuş prilotkanı "evi" yayların ustunə qoyularaq xüsusi dəstəklə onlara bağlanırdı. Prilotka qazalağa nisbətən daha rahat nəqliyyat novu idi. Onun "evi" nin icərisində hazırlanmış yumşaq oturacaqda ili adam əyləşə bilirdi. Oturacağı doşəmədən xeyli hundurdə yerləşirdi. Təkərlərin qaldırdığı toz-torpağın qarşısını almaq məqsədilə təkərlərini ustunu "evin" yanlarına "qanad" adlanan hissələr bağlanırdı. XIX əsrin 30-cu illərinə qədər işlədilmiş pritlotkanı daha yumşaq nəqliyyat novu etmək ucun onun təkərlərinə son zamanlar rezin şinlər də kecirilmişdi. Təntənəli gunlərə ondan istifadə etmək boyuk şərəf sayılırdı.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.