Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prisbit
Prisbit və ya Parsbit — Xəzər xaqanlığının qadın hökmdarı. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılır.
Prospekt
Prospekt – 1)şəhərdə böyük enli küçə; 2)nəşr olunmağa hazırlanan, gələcək elmi əsərin, dərs vəsaitinin, jurnalın və s. ətraflı, müfəssəl planı, məzmunu; 3)nəfis tərtibatlı broşur formasında çap reklamı və kommersiya təbliğatı vasitəsi. Bir qayda olaraq, prospekt yüksək poliqrafik səviyyədə hazırlanır və reklam verən, onun əməkdaşları və buraxılan məhsullar haqqında məlumatları özündə əks etdirir. Təbliğat prospektləri də mövcuddur; 4)nəyi isə reklam edən gözəl nəşr. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Prosper Merime
Prosper Merime (fr. Prosper Mérimée; 28 sentyabr 1803 – 23 sentyabr 1870) — XIX əsr məşhur fransız yazıçısı, Fransa Akademiyasının üzvü. Yenilik tərəfdarı, XVIII əsr ideyaları ruhuna sadiq olan kimyaçı alim və rəssam Jan Fransua Leonor Merimenin ailəsində doğulmuş Prosper erkən yaşlarından özündə gözəl zövq və incəsənət sevgisini inkişaf etdirməyə başlamışdır. Parisdə hüquq elmləri kursunu bitirən gənc Prosper əvvəlcə iyul monarxiyası dövrünün nazirlərindən qraf d’Artunun katibi olmuş, sonralar isə Fransa tarixi abidələrinin baş inspektoru təyin edilmişdir. 1830-cu ildə İspaniyaya ilk səfəri zamanı o, qraf Teba və onun xanımı ilə tanış olmuşdur. Gələcək Fransa imperatriçası Yevgeniya qraf Tebanın qızı idi. Fransada İkinci imperiya dövründə Merime qrafinya Montihonun ailəsinin köhnə dostlarından biri kimi Tüilrilərin sarayına yaxın adam hesab olunurdu. İmperatriça Yevgeniya və III Napoleon onunla dost idilər. 1853-cü ildə Merime senator dərəcəsi almışdır. Merimenin ədəbiyyat sahəsində ilk addımı 20 yaşında yazdığı "Kromvel" tarixi dramıdır.
Pripek burnu
Pripek burnu (bolq. нос Припек, ‘Nos Pripek’ \'nos 'pri-pek\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şimal-qərbdə yerləşən burundur. Burun şimali, cənub-şərqi, şimal-şərqi və cənubi Bolqarıstanda yerləşən Böyük Pripek şəhərinin adını daşıyır. Tuorda burnundan 3.65 km şimalda, Rossa burnundan 3.55 km şimal-şərqdə, Biser burnundan 6.8 km cənub-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD).
Altıncı prospekt (Manhetten)
Altıncı prospekt (ing. Sixth Avenue; rəsmi adı Avenü Amerik (ing. Avenue of the Americas) olmasına baxmayaraq Nyu-Yorklular bu adı çox da işlətmirlər) — Nyu-York şəhəri Manhetten borosunun əhəmiyyətli yolu, burada nəqliyyat şimala və ya kənar bölgələrə hərəkət edir. Altıncı prospekt Kanal Strit küçəsindən 4 kvartal aşağıda başlayır, şimala doğru gedərək Mərkəzi Parkda bitir. Küçə Soho və Qrinviç Villic rayonların yolunu kəsərək, təxminən Çelsini Fletayron və NoMaddən ayırır, Dərzi dairəsini keçir və Midtaundan keçərək Teatr kvartalının uc hissəsində dövrə vurur. Altıncı prospektin Mərkəzi Parkın şimalından keçən hissəsi 1887-ci ildə Lenoks prospekti adlandırıldı.
Beşinci Prospekt hoteli
Beşinci Prospekt hoteli (ing. Fifth Avenue Hotel) — 1859-1908-ci illərdə Nyu-York şəhəri Manhetten rayonunun Beşinci prospektində mövcud olmuş lüks hotel. Onun Medison Skverin cənub-qərb kənarında, 23 və 24-cü küçələr arasında bütöv fasad bloku var idi. == Sökülməsi == Beşinci Prospekt hoteli 4 aprel 1908-ci il tarixində gecə yarısı bağlanmış və sökülmüşdür. Bildirilmişdir ki, son iş günündə hotel barını ziyarət edənlər içkiyə 7000 dollar xərcləmişdilər. Onun yerində 1909-cu ildə Beşinci prospekt binası (sonradan Oyuncaq Mərkəzinə çevrildi) kimi tanınan bir ofis binası peydə olmuşdur. 2007-ci ilə qədər burada Beynəxalq Oyuncaqlar Mərkəzi yerləşirdi, hansı ki fevralda keçirilən oyuncaqlar yarmarkası zamanı toptancılarla dolu idi. Hazırda binanın yerində Oyuncaq Mərkəzi yerləşir. Oraya qoyulan lövhələrin biri hotelə həsr edilmişdir.
Beşinci Prospekt oteli
Beşinci Prospekt hoteli (ing. Fifth Avenue Hotel) — 1859-1908-ci illərdə Nyu-York şəhəri Manhetten rayonunun Beşinci prospektində mövcud olmuş lüks hotel. Onun Medison Skverin cənub-qərb kənarında, 23 və 24-cü küçələr arasında bütöv fasad bloku var idi. == Sökülməsi == Beşinci Prospekt hoteli 4 aprel 1908-ci il tarixində gecə yarısı bağlanmış və sökülmüşdür. Bildirilmişdir ki, son iş günündə hotel barını ziyarət edənlər içkiyə 7000 dollar xərcləmişdilər. Onun yerində 1909-cu ildə Beşinci prospekt binası (sonradan Oyuncaq Mərkəzinə çevrildi) kimi tanınan bir ofis binası peydə olmuşdur. 2007-ci ilə qədər burada Beynəxalq Oyuncaqlar Mərkəzi yerləşirdi, hansı ki fevralda keçirilən oyuncaqlar yarmarkası zamanı toptancılarla dolu idi. Hazırda binanın yerində Oyuncaq Mərkəzi yerləşir. Oraya qoyulan lövhələrin biri hotelə həsr edilmişdir.
Con Presper Ekkert
Con Presper Ekkert (6 aprel 1919[…], Filadelfiya, Pensilvaniya – 3 iyun 1995[…], Brin-Mar[d], Pensilvaniya) — amerikalı mütəxəssis, ENIAC elektron hesablama maşınının yaradıcılarından biri. ENIAC adlı ilk universal elektron hesablama maşınının yaradıcılarından biri, amerikalı mütəxəssis Con Presper Ekkert (John Presper Eckert) 9 aprel 1919-cu ildə anadan olmuşdur. O, həm də ABŞ-də ilk satış məqsədilə yaradılmış UNIVAC kompüterinin müəlliflərindən biridir. Ekkert bu kompüterin layihələndirilməsi işlərinə həmkarı Con Mouçli (John William Mauchly) ilə birgə əsasını qoyduğu "Eckert-Mauchly Computer Corporation" şirkətində başlamışdır. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Yeddinci prospekt (Manhetten)
Yeddinci prospekt (ing. Seventh Avenue) — Manhetten borosunun Vest Sayd rayonunda yerləşən küçə. Yeddinci prospekt Varik və Klarkson küçələrinin kəsişməsindəki Qrinviç Villicdə başlayır, Mərkəzi Parkın cənub sərhədi olan 59-cu küçə ilə məhdudlaşır və şimaldan parkın sərhədi olan 110-cu küçə boyunca davam edir və Harlem çayı üzərindəki Makomba dambasında bitir. Mərkəzi Parkın cənubundan küçədəki yol hərəkəti bir tərəflidir və şimaldan cənuba yönəlib, parkın şimalından isə ikitərəflidir. Yeddinci prospekt və Brodveyin kəsişməsində Tayms-skver yerləşir. Prospektin şimal hissəsinə Adam Kleyton Pauell kiçiyin Bulvarı (ing. Adam Clayton Powell Jr. Boulevard) adı verilib. Yeddinci prospekt 1811 Manhettenin baş planına uyğun olaraq inşa edilmişdir. Əvvəlcə küçənin cənub sərhədi 11-cü küçə sayılırdı.
Üçüncü prospekt (Manhetten)
Üçüncü prospekt (ing. Third Avenue) — Manhetten borosunun İst Sayd rayonunda və Cənubi Bronksda yerləşən küçə. Üçüncü prospekt Aşağı Manhettendaki Kuper Skverdən başlayır, eyniadlı körpüyə qədər davam edir, Cənubi Bronksu keçir və Fordem Roud magistral yolu ilə kəsişmədə bitir. Üçüncü prospekt, Cənubi Bronksun sosial-mədəni nüvəsi olan "Hab"ı təşkil edən dörd küçədənbiridir. 1960-cı ilin iyul ayından Kuper Skverdən 24-cü küçəyə qədər Üçüncü prospekt ikitərəfli yoldan ibarətdir. Sonra Üçüncü prospekt körpüsünə qədər küçədəki yol hərəkətı birtərəfli olur və cənubdan şimala yönəlir. Körpüdə hərəkət də birtərəflidir, ancaq şimaldan cənuba yönəlir. Bronksda prospekt bütövlüklə ikitərəflidir. 19-cu əsrdə Üçüncü prospekt boyunca estakada dəmir yolu tikildi. O, 1878–1955-ci illərdə Manhettendə və 1973-cü ilə qədər Bronksda fəaliyyət göstərmişdir.
On Birinci prospekt (Manhetten)
On Birinci prospekt (ing. Eleventh Avenue) — Nyu-York şəhərinin Manhetten borosunun ən qərb hissəsində, Hudzon çayı yaxınlığında yerləşən şimal-cənub avtomobil yolu. On birinci prospekt, Qansevoort küçəsi, Qrinviç Vilic və Vest Villic məhəllələri ilə qonşuluqda yerləşən Mitpekinq rayonunda başlayır; On Birinci prospekt, Onuncu prospekt və Vest küçəsinin kəsişdiyi yerdə. 22-ci küçə ilə Qansevoort küçəsi arasındakı Vestsayd şossesinin bir hissəsi hesab olunur. 59-cu və 107-ci küçələr arasında prospekt Vest End prospekti kimi tanınır. Vest End prospekti və On birinci prospekt eyni yolun bir hissəsi hesab olunurlar. On birinci prospekt, 2015-ci ilin sentyabr ayından bəri 34-cü küçənin altındaki stansiyada tikilən və 7-ci metro genişləndirilməsinin hissəsi olaraq qurulan Nyu-York metropoliteninin 7 və <7> qatarları tərəfindən xidmət göstərilir. M12 marşrutu 2014-cü ilin sentyabr ayından bu prospektdə işləyir; avtobus marşrutu planları 2014-cü ilin əvvəlində tərtib edilmişdir.
Polkovniku nikto ne pişet
"Polkovniku nikto ne pişet" (rus. Полковнику никто не пишет, azərb. Polkovnikə məktub yoxdur‎). Həmçinin — "Polkovnik" (rus. Полковник) — Belarus və Rusiya rok qrupu olan "Bi-2"nin mahnısı. Rusiya-ABŞ birgə istehsalı olan "Qardaş 2" filminin saundtrekinə, həmçinin qrupun ikinci studiya albomuna daxil edilmişdir. Bu mahnı qrupa geniş populyarlıq qazandırıb. Mahnının mətni Qabriel Qarsiya Markesin "Yüz ilin tənhalığı" və "Polkovnikə məktub yoxdur" əsərlərinin motivləri əsasında yazılıb. Yeqor Bortnikin (Lyova Bi-2) dediyinə görə, mahnının adının Markesin romanından götürülməsinə səbəb, onunla Aleksandr Umanın (Şura Bi-2) uşaqlıqda yazıçının əsərlərini sevərək oxumaları olub. O, həmçinin bildirib ki, qismən istisna olmaqla, mahnının romanla birbaşa əlaqəsi yoxdur: onların mahnısı yalnız kitabdakı əhvali-ruhiyyəni saxlayır.
Doqquzuncu prospekt xətti, Ay Ar Ti
Doqquzuncu prospekt xətti, Ay Ar Ti (ing. IRT Ninth Avenue Line) — Manhetten və Bronks borolarında Ay Ar Ti şirkəti tərəfindən idarə olunan Nyu-York metropoliteninin keçmiş estakada xətti. 1870-ci illərdə inşa edilmiş, 1940-cı ildə demək olar ki tamamilə bağlanmışdır, nəhayət 1958-ci ildə tam bağlandı. Betteri Parkdan Kortland küçəsinə qədər olan ilk sahə 1868-ci ildə kanat tramvayı prinsipilə işləyən eksperimental birxətli xətt kimi istifadəyə verildi. Çoxsaylı texniki problemlər üzündən xətt 1870-ci ildə dayandırıldı və sonra yenidən satılaraq buxar dəmir yolu kimi yenidən quruldu. 1903-cü ildə xətt elektrikləşdirildi; elə həmin ildə mövcud sahədə elektrik liftləri olan xəttin ən yüksək (küçə səviyyəsindən 20 m yüksəklikdə idi) "110-cu küçə" stansiyası quruldu. 1917-ci ildə xətt üzərində ekspress qatarlar üçün üçüncü bir yol inşa edildi. Xətt 1940-cı ildə, şəhər rəhbərliyi metronun bütün hissələri birləşdirildikdən dərhal sonra bağlandı. 1958-ci ilə qədər işləyən son stansiya Polo Qraunds ("115-ci küçə" stansiyası yaxınlığında yerləşən o vaxt məşhur olan stadionun şərəfinə) adlanırdı.
Üçüncü prospekt xətti, Ay Ar Ti
Üçüncü prospekt xətti, Ay Ar Ti (ing. IRT Third Avenue Line) — Manhetten və Bronks borolarında "Ay Ar Ti" şirkəti tərəfindən idarə olunan Nyu-York metropoliteninin keçmiş stansiyası. 1878—1920-ci illərdə tikilmişdir, cənub hissəsi 1955-də, şimal hissəsi isə 1973-cü ildə bağlanmışdır. 1916—1917-ci illərdə xətt üzərində sürətli qatarlar üçün üçüncü bir yol inşa edildi. Yeraltı xətlərin çəkilməsinə başladıqdan sonra estakadalar köhnəlmiş elan edildi və söküldü. Bu xəttin digərlərindən daha uzun müddətdə fəaliyyətdə qaldı, çünki onu yeraltı İkinci prospekt xətti ilə əvəzlənməsi planlaşdırılırdı. Lakin bu yeraltı xəttin tikintisi maliyyə problemləri üzündən təxirə salındı ​​və nəticədə estakada xətti digərlərindən sonra söküldü. 1973-cü ilə qədər onun Bronksdaki şimal hissəsi Ay Ar Ti estakada xəttindən qalan fəaliyyətdə olan son hissə idi.
İkinci prospekt xətti, Ay Ar Ti
İkinci prospekt xətti, Ay Ar Ti (ing. IRT Second Avenue Line, digər adı İkinci prospektin estakada xətti) — 1878-1942-ci illərdə ABŞ-nin Nyu-York şəhəri Manhetten borosunda mövcud olmuş estakada dəmir yolu. 1940-cı ilə qədər "Interborough Rapid Transit Company" tərəfindən idarə olunsa da, daha sonra "IRT" (oxunuşu: Ay Ar Ti) keçdi. 57-ci küçədən şimal istiqamətində olan marşrut 11 iyun 1940-cı ildə bağlandı, xəttin qalan hissəsi isə 13 iyun 1942-ci ildə bağlandı. 1875-ci ildə "Sürətli Tranzit Komissiyası" (ing. Rapid Transit Commission) "Gilbert Elevated Railway Company" şirkətinə Beteri Parkdan İkinci prospekt boyunca Harlem boğazınadək dəmir yolu çəkmək hüququnu verdi. Ayrıca komissiya "Gilbert Elevated Railway Company"-yə Altıncı prospekt xətti üzərində idarəçilik hüququnu verdi və qısa müddət sonra " Gilbert Elevated Railway" adını "Metropolitan Elevated Railway" olaraq dəyişdirdi. Təxminən 1900-cü ildə xətt elektrikləşdirildi. 1914-1916-cı illər arasında pik saatlarında xəttdə sürətli xidmətlər göstərmək üçün üçüncü yol inşa edilirdi. Ekspres xidmət 17 yanvar 1916-cı ildə başladı.