Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Proxodna mağarası
Proxodna mağarası (bolq. Проходна) – Bolqarıstanın Loveç vilayətinin Lukovit bələdiyyəsinin Karlukovo kəndinin yaxınlığında, İskar dərəsində yerləşən karst mağarası. Mağara tavanındakı Tanrının gözləri adlı iki gözəbənzər dəliyi ilə məşhurdur. == Haqqında == Proxodna mağarası Karlukova dərəsində yerləşən məşhur görməli yerlərdən biridir. Həmin region Bolqarıstanda ən böyük karst regionlarından biridir və speleologiya üçün populyar məkandır. Dördüncü dövrdə formalaşan Proxodna mağarası 262 metr uzunluğundadır və Bolqarıstandakı ən uzun mağara keçididir. Mağaranın iki girişi var və girişlər qarşı tərəflərdə yerləşir. Girişlər, uyğun olaraq, Böyük giriş və Kiçik giriş adlanır. Kiçik giriş 35 metr hündürlüyündə, Böyük giriş 42,5-45 metr hündürlüyündədir. Mağaranın adı bolqar dilindən tərcümədə "Keçid mağarası" deməkdir.