Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diotomit
Diatomit Diatomit — Torpaq, yosun, çöküntü, qaya, açıq boz və ya sarımtıl rəngli, adətən boş və ya zəif sementlənmiş müxtəlif miqdarda orqanik strukturları olan mineraldir. Kimyəvi diotomitin 96%-ni sulu silisium(opal)təşkil edir. Diotomit turşuları adsorbsiya etmək, aşağı istilik və səs keçiriciliyi yüksək olan məsaməliyə malikdir. == Xüsusiyyətlər == Diatomitlərdə çoxlu sayda məsamələr var. Xammal strukturunda mikroskopik hava boşluqları kərpicdə mükəmməl istilik izolyasiya xüsusiyyətlərini təmin edir. Kimyəvi tərkibi SiO2−76,6%, Al2O3−7,52%, Fe2O3−1,53%, CaO-1,4%, MgO-1,25%, SO3−0,13%. Diatomitden dərman preparatlarında dərman vasitələrinin tərkib hissəsi kimi istifadə olunur. Gözənəkli quruluşa, yuksək fiziki və mexaniki xüsusiyyətlərə malik olması, ucuz başa gəlməsi diatomiti geniş şəkildə istifadə etməyə imkan verir. Sorbent, katalizator və onların daşıyıcıları, eləcədə filtrasiya prosesində doldurucu kimi istifadə olunur. == Tətbiqi == Diatomitlərin kərpic istehsalı üçün xammal kimi istifadə edilməsi, həmşinin qida sənayesində təmizləmə üçün filtrlər kimi, tibbi kosmetika, dərman və dərman preparatlarında dərman vasitələrinin tərkib hissəsi kimi istifadə edilir.
Protodil
Linqvistikada ana dili və ya proto dil əsasən hipotetik və ya yenidən qurulan və çox vaxt sınaqdan keçirilməyən bir dildir; Bu dildən təkamül yolu ilə yeni dillərin meydana gəldiyi və dil ailəsi yaratdığı güman edilir. Tarixi linqvistikanın ağac modelində yerləşdirilmiş bir proto-dil, nəsil ağacı metaforasında proto-dil ana dil adlandırıla bilər. Başqa bir təriflə izah etsək, özündən başqa dillərin və ya ləhcələrin formalaşdığı dildir. Başqa sözlə, səs quruluşu, məna və forma baxımından bir-birindən az-çox fərqlənən dil və ya şivələrin kök etibarı ilə naməlum bir tarixdə birləşdiyi ümumi dillər bu anlayış altında cəmlənir. Məsələn, ana Altay dili, ana Monqol dili, ana türk dili, Latın dili kimi dillər ana dillər sırasındadır. Proto dil mövcud məlumatların birləşdirilməsi yolu ilə “yenidən formalaşdırılmış” dildir. Proto prefiksi “birinci” və “ən köhnə” deməkdir. Proto dil müəyyən bir dövrün danışıq dili ilə tam olaraq eyni olmaya bilər. Bu, müəyyən fərziyyələrə əsaslanan modeldir və dilin sonrakı variasiyaları arasındakı fərqləri daha yaxşı başa düşmək üçün düsturlar təqdim edir. Bütün insan dillərinin əcdadı olan proto insan dilinin olub-olmaması ilə bağlı mübahisələr davam edir.
Prototip
Prototip (ədəbiyyat)
Prototi
Prototi — skif sərkərdəsi, İşquz hökmdarı. Heredotun məlumatına görə Mannada yaşayan skiflərin başçısı olan Prototi e.ə. VII əsrdə Midiyaya hücum etmişdir. Aşşur mixi yazılarında Partatua kimi adı çəkilir. Prototi Midiyaya hücum zamanı Assuriyanın müttəfiqi olmuşdur. ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Protom
Protom (q.yun. προτομή, bədənin ön hissəsi) – Bir heyvanın (məsələn, bir öküz, at, maral) və ya mifoloji bir məxluqun (məsələn, bir sfinksin, qrifin) ön hissəsinin təsviri. Bəzən yarı fiqura protom deyilir, bir yarım fiqurun heykəltəraşlıq şəklidir, lakin bu şərh tarixən təsdiqlənmədiyi üçün şübhəlidir. Protoma arxaik sənət üçün tipik olan bədii bir tropdur: sinekdoxa prinsipinə əsasən formalaşdırma (bütöv bir hissənin əvəzinə bir hissəni təsvir etmək), lakin müxtəlif rəmzi mənalarla mürəkkəbləşmişdir. Heyvan protomları, bir ritonun fiqurlu şəkildə tamamlanmasının, sütun başlığının heykəltəraşlıq formasında bəzəyinin, mebel parçasının və ya zinət əşyasının ümumi bir formasıdır. Protom obrazları e.ə 7-6-cı əsrlərdə qədim Yunan sənətindən məlumdur. Fars memarlığında e.ə. VI-IV əsrin əvvəllərində döşəmə şüaları formasında qoyulmuş ikiqat protom şəklində başlıqlar ilə tamamlanmış sütunlar mövcuddur. Bu cür protomlar daşdan oyulmuş, parlaq formada boyanmış və qızılı rəngdə hazırlanmışdı. Fars kapitelləri beynəlxalq “heyvan tərzi”nin təzahürlərindən biri kimi qəbul edilə bilər.
Prototip (dəqiqləşdirmə)
Prototip (ədəbiyyat)
Prototip (ədəbiyyat)
Prototip – ədəbi obrazın konkret məkan və obyekt predmetinin mövcud olduğu halları göstərən termindir. Dini bioqrafiyaların hamısının prototipi var idi. Burada da müəllif subyektivizmi yox olmur, amma o fakta obyektiv yanaşma iddiasına nisbətən ikinci və üçüncü planda olur. Məkan prototiplərinin növlərindən həm də janrlar yaranıb. Bioqrafiyadan başqa bura qəhrəmanların həyatı janrını, səyahətnamə janrını, hətta tarix elmini də daxil etmək olar. Tarixçi alimlərin yaratdıqları əsərlər ədəbi əsərlərdir və onlar obrazlılıq qanunları ilə yaradılırlar. Ona görə, müəyyən mənada, tarix elmi də onun yaratdığı tarix kitabları da ədəbi əsər sayılmalıdır. Tarixi əsərlər də məkan və zaman prototiplərinə əsaslanır.