Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ustritsa
İstridyə — (Ostrea) molyusklar tipinin ikitaylılar sinifindən ilbiz. Çanaqlar bir-birinə bağlayıcı əzələlər ilə bağlanır. Substrata yapışdığına görə ayaq və bissus vəzisi reduksiya olunmuşdur. Suyu süzməklə qidalanır. Bir istridyə suyun temperaturundan asılı olaraq saatda 1-3 litr suyu süzür. Ayrıcinsiyyətli və hermafroditdir. İriləri bir neçə min yumurta verir. İstridyələrin çoxu tropik və subtropik dənizlərdə yaşayır. Vətəgə əhəmiyyəti var Qara dəniz və Yapon dənizində böyük ehtiyatı var. Yeyilir.
Kuştrim Muşitsa
Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur. == Karyerası == Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu. 2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu, lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.
Luştisa yarımadası
Luştisa (mont. Luštica, serb. Луштица) — Adriatik dənizinə daxil olan Kotor körfəzində, Monteneqro qərbində qərarlaşan yarımada. Maksimal hündürlüyü 582 m olan Obosnik dağıdır (mont. Obosnik / Обосник). == Coğrafiyası == Yarımada Adriatik dənizi ilə Tivat körfəzi arasında qərarlaşır. Yarımadada yerləşən meşəliklərdə çöl donuzu, manqust, Çaqqal, quşlardan Çay qaraquşu və bülbül yayılmışdır. Meşəliklərdə avropa zeytunu üstünlük təşkil edir. Burada bir necə iri yaşayış məntəqəsi vardır ki, onların da ən böyüyü Kraşiçidir. == Tarixi == Tarixi boyu yarımada böyük əhəmiyyət kəsb etmişdir.