Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Puştu
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dari dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.
Puştu dili
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dari dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.
Üstün Asutay
Üstün Asutay (1938, İstanbul - 4 avqust 2020, İstanbul) — Teatr, kino və serial aktyoru.
Dostdan üstün (film, 2011)
Dostdan üstün (ing. Friends with Benefits) — Mila Kunis və Castin Timberleykin baş rol aldığı, romantik-komadiya janrında məşhur film. Rollarda Patrisia Klarkson, Cenna Elfman, Brian Qrinberq, Nolan Qold, Riçard Cenkins və Vudi Harelson iştirak edib. Məzmun Nyu-Yorkda görüşən Dilan Harper (Timberlake) və Cemi Relis (Kunis) ətrafında baş verir və onlar dostluqlarına cinsi əlaqəni əlavə etməklə çətinliyə düşməyəcəklərinə inanırlar. Vaxt keçdikcə bir-birinə dərin qarşılıqlı duyğular inkişaf etdirməyə başlayırlar, ancaq hər dəfə birlikdə olduqlarını inkar edirlər. "Dostdan üstün" üçün əsas aktyor seçimi 2010-cu ilin aprelindən iyul ayına qədər, üç ay müddətində keçirilib. Qlak Timberleyk və Kunis-i yayımladıqdan sonra qısa müddətdə orijinal ssenarini yenidən işləmişdir. Filmin çəkilişləri 20 iyul 2010-cu ildə Nyu-Yorkda başlamış və 2010-cu ilin sentyabrında Los-Ancelesdə çəkilmişdir. Film "Screen Gems" tərəfindən paylanmış və 22 iyul 2011-ci ildə Şimali Amerikada nümayiş etdirilmişdir. "Dostdan üstün", ümumiyyətlə film tənqidçiləri tərəfindən qəbul edilmişdi.
Bustan
Bustan (fars. بوستان‎) — Sədi Şirazinin 1257-ci ildə yazdığı lirik əsəri. Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb.Sədi Şirazinin iki ən məşhur əsəri «Gülüstan» və «Bustan»dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. == Məzmun == "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. == Nəşr və tərcümə == Əsər Mirmehdi Seyidzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib və Bakıda nəşr olunub. "Bustan" 1964-cü ildə Bakıda, "Azərnəşr"də təkrar çap edilmişdir."Bustan" və "Gülüstan" 2004-cü ildə "Bustan" əsərinin 1964, "Gülüstan" əsərinin isə 1987 nəşri əsasında təkrar nəşrə hazırlanmış və Bakıda, Öndər nəşriyyatında 400 səhifədə, 25 min tirajla yenidən çap edilmişdir.Əsər 2017-ci ildə Bakı Kitab Klubunda 400 səhifədə yenidən çap edilib.
Düstur
Düstur və ya beynəlxalq aləmdə Formul (lat.
Kürtün
Kürtün Gümüşxanə ilinin bir ilçesidir. Mərkəz ilçe əhalisi 3000-dən. Əhalisi köyleriyle birlikdə 12.500 adamdır. 1991-ci ildə ilçe olmuşdur. Xalqının əhəmiyyətli bir hissəsini Türkmen, Çepniler meydana gətirər.
Pisten
Pistən - türk, tatar və altay xalq inancında meymun ruh. Pitsen, Pistin və ya Misten də deyilir. Monqollar Mesen olaraq adladırırlar. == Xüsusiyyətləri == Tatarlar, çirkin üzlü qır saçlı qadına bənzəyən meymun cildindəki meşə varlığına Matsın və ya Mitçin deyirlər. Donqar, uzun boylu, tüklü meymun cildindəki bu ruh ovçuların evində yaşayır, meşəyə tək gələn insanları uçuruma aparıb orada öldürürmüş. Uşaqları ana atalarından oğurlayıb, onları iztirab içində öldürər. Gənc qıza çevrilir və insanla əlaqəyə girir. Rəvayətə görə bir ovçu, meşənin içində gözəl bir gənc qız tapır və onunla evlənir. Bir dəfə evə gəldiyi zaman onu kərtənkələlər yeyərkən, uzun dişli bir canavar olaraq görər. Qorxuyla bağırınca yoldaşı və sərvəti yox olur.
Pistən
Pistən - türk, tatar və altay xalq inancında meymun ruh. Pitsen, Pistin və ya Misten də deyilir. Monqollar Mesen olaraq adladırırlar. == Xüsusiyyətləri == Tatarlar, çirkin üzlü qır saçlı qadına bənzəyən meymun cildindəki meşə varlığına Matsın və ya Mitçin deyirlər. Donqar, uzun boylu, tüklü meymun cildindəki bu ruh ovçuların evində yaşayır, meşəyə tək gələn insanları uçuruma aparıb orada öldürürmüş. Uşaqları ana atalarından oğurlayıb, onları iztirab içində öldürər. Gənc qıza çevrilir və insanla əlaqəyə girir. Rəvayətə görə bir ovçu, meşənin içində gözəl bir gənc qız tapır və onunla evlənir. Bir dəfə evə gəldiyi zaman onu kərtənkələlər yeyərkən, uzun dişli bir canavar olaraq görər. Qorxuyla bağırınca yoldaşı və sərvəti yox olur.
Puşkin
Puşkin — Rus soyadı. Bu soyadı olan tanınmış şəxslərAleksandr Puşkin — dahi rus şairi, dramaturq və nasiri, rus ədəbi dilinin reformatoru.Yaşayış məntəqələriPuşkino — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir. Puşkin rayonu — indiki Biləsuvar rayonunun əvvəlki adı.DigərPuşkin küçəsi (Bakı) — Bakı şəhərinin Nəsimi rayonunda Fikrət Əmirov və Rixard Zorqe küçələrinə paralel küçə.
Puştuca
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dari dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.
Püsyan
Püsyan (Şərur)
Taştun
Taştun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == Toponim türk dilində «daş, qaya, dağ, təpə» mənasında işlənən taş sözü ilə türk dilində, sərbəst keçidi, yolu, çıxacağı olmayan bağlı, dövrəyə alınmış, hasarlanmış yer mənasında işlənən tun sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Burada ermənilərlə yanaşı 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Xustup
Xustup — Qafan rayonu ərazisində yerləşən zirvə. Kiçik Qafqaz dağlarının Zəngəzur silsiləsində yerləşir. Hündürlüyü 3206 metrdir. Zəngəzurun Türk-Azərbaycan mənşəli toponimiyasında diqqəti çəkən coğrafi adlardan biri də Xustup dağıdır. Bu dağ Qafan/Qapan rayonunun Naxçıvanla həmsərhəd olduğu ərazisidir. "Oğuz təpə"si mənasını ifadə edən bu söz müəyyən morfoloji dəyişikliyə uğrayaraq Xustup şəklinə düşüb. Bunu da əlavə edək ki, lap qədim zamanlardan oğuzlarda dağ, təpə, hündür yerə tapınma olub. Təpəciklərə, təpə qəbirlərə "Oğuz kurqanı", "Oğuz təpəsi" deyilib. Bir çox əski türkdilli xalqlarda dağ, təpə ən böyük inamlardan biri olub. Hətta böyük dağları, təpələri bu və ya digər türkdilli xalq əcdad kimi qəbul edib.
Yustin
Yustín Filósof (Əzabkeş Yustin; q.yun. Ιουστίνος ὁ Φιλόσοφος; təq. 100[…], Nablus – təq. 165, Roma) — erkən xristian apologeti. İlk dəfə xristian ehkamlarını antik fəlsəfi kateqoriyalarla uyğunlaşdırmaq yolunu tutmuşdur. Tarixin ilahiyyat baxımından izah edilməsinin əsasını qoymuşdur. Müqəddəs kilsə atasıdır. == Bioqrafiyası == 100-cü ildə Flavia Neapolis (Fələstindəki Nəblusdur) şəhərində bütpərəst ailəsində doğulmuşdur. Ola bilsin onun ata-anası bura Yəhudu savaşlarından sonra şəhəri bərpa etməyə ezam olunmuşdurlar. "Yəhudi Trifonla dialoq" əsərində öz həyat yolunu təsvir etmişdir.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Hüşün Ağdaş rayonunun Kükəl inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. == İnfrastruktur == 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Pusqu
Pusqu — Bir yerdə gizlənib adamı vəya ovu pusma, güdmə, gözləmə deməkdir. Adamı və ya ovu güdmək, gözləmək, pusmaq üçün gizlənilən yer, marıq yeri, pusquyeri adlanır. == Hərbi pusqu == Düşməni və ya terror qruplaşmasının canlı qüvvəsini,texnikasının ələ keçirmək və ya məhv etmək üçün göstərilən fəlaliyyətdir.Pusqu düzlüşləri Xətt üzrə,L,Z,T,V hərfləri şəklində qurulur. Pusqunun məqsədi Terroristlərin,düşmənin,cinayətkarların pusquya düşən qüvvələrini məhv etmək yada ələ keçirmək. Cinayətkarların yaxşı silahlanmış qüvvələrini,silah və sursatı az olan kiçik qüvvələrlə məhv etmək. Terrorist qrupların sərbəst hərəkətlərini çətinləşdirmək. Cinayətkarların silah,sursat və yemək yollarını kəsərək onları möhtac qoymaq. Cinayətkarların əsas adamlarını yada liderlərini məhv etmək və ya ələ keçirmək. == Pusqunun növləri == Yerlərinə görə pusqular: Nöqtə pusqusu Bölgə pusqusuHədəfə olan məsafələrə görə pusqular: Yaxın pusqu Uzaq pusquHazırlıq müddətinə görə pusqular: Tələsik pusqu Hazırlıqlı pusqu == Digər mənaları == Pusqudan ov əldə etmək üçündə istifadə edilir.Əsasən ovçular meşəlik,dağlıq ərazilərdə ümumiyyətlə gizlənmək üçün əlverişli yerlərdə heyvanları ovlamaq üçün pusqu qurub gözləyirlər və ov hədəfə gələn kimi onu məhv edib ondan qida və ya müxtəlif məqsədlər üçün istifadə edirlər.
Putin
Vladimir Vladimiroviç Putin (rus. Владимир Владимирович Путин; 7 oktyabr 1952[…], Leninqrad, SSRİ[…]) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 2-ci və 4-cü Prezidenti (2000–2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999–2000; 2008–2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999). == Həyatı == Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib. === Ailəsi === 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Katerina (1986-cı ildə Drezdendə anadan olublar.) Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıblar (2003-cü ildə qəbul olunublar). V. Putinin qızları haqqında məlumat mətbuatda az verilir.
Püstə
Püstə — Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir. Sinonimi Terebinthus Mill. 10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilir. Püstə ağacı xüsusən, Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki, vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, məhsuldar və faydalı bitki kimi istifadə edilirdi. Yarpaqlarının üst hissəsi parlaqdır.
Sütun
Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər. == Tarixi == Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir. Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.
Tüstü
Tüstü
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Şüşün
Şüşün — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şüşün oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yerli məlumata görə, Kür çayının əmələ gətirdiyi lil üzərində bitən və dik qalxan söyüd va qovaq ağacları şüş, belə ağaclıq İsa şüşliik adlanır. Yaşayış məntəqəsi söyüdlük ərazisində Şüşün adlı yerdə salındığı üçün belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1245 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Aleksandr Puşkin
Aleksandr Sergeyeviç Puşkin (26 may (6 iyun) 1799, Moskva[…] – 29 yanvar (10 fevral) 1837, Sankt-Peterburq[…]) — rus realist istiqamətinin əsasını qoyan rus şairi, dramaturqu və nasiri, ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi, tarixçi, publisist, jurnalist; 19-cu əsrin birinci üçdəbirinin ən nüfuzlu ədəbi simalarından biri. Puşkin sağlığında ən böyük rus şairi kimi şöhrət qazandı. Puşkin müasir rus ədəbi dilinin banisi hesab olunur. == Həyatı == === Mənşəyi === Aleksandr Sergeyeviç Puşkinin mənşəyi, şəcərə əfsanəsinə görə, "vicdanlı ər" Ratşeyə qayıdan Puşkinlərin adsız nəcib ailəsindən gəlir. Puşkin öz şəcərəsi haqqında şeir və nəsrdə dəfələrlə yazıb; o, öz əcdadlarında əsl "aristokratiya" nümunəsini, vətənə vicdanla xidmət edən, lakin hökmdarların rəğbətini qazanmayan, "təqiblərə" məruz qalan qədim ailəni görürdü. O, dəfələrlə (o cümlədən bədii formada) I Pyotrun qulluqçusu və şagirdi, sonra isə hərbi mühəndis və general olmuş anası tərəfdən ulu babası — Afrikalı Abram Petroviç Hannibalın obrazına müraciət etdi. 17-ci əsrdə Puşkinin ata-babaları stüard rütbəsindən yuxarı qalxmadılar. I Pyotrun dövründə yaşamış ulu baba Aleksandr Petroviç Puşkin qarovulda çavuş idi və 1725-ci ildə dəlilik halında arvadını öldürdü; babası Lev Aleksandroviç artilleriya polkovniki, qvardiya kapitanı idi. Ata — Sergey Lvoviç Puşkin (1770–1848), dünyəvi ağıl və həvəskar şair. Puşkinin anası — Nadejda Osipovna (1775–1836), Hannibalın nəvəsi.
Austin Metro
Austin Metro British Leyland şirkətinin Austin Rover Group bölməsi tərəfindən istehsal edilən avtomobil modelidir. O, 1980-ci ildə Austin miniMetro adı ilə istifadəyə verilmişdir. Mini üçün tamamlayıcı bir nəqliyyat vasitəsi olması məqsədləri üçün hazırlanmışdır. Onun kod adı LC8-dir. 1980-1997-ci illər arasında 2.078.218 ədəd istehsal edilib İstehsal edildiyi 18 il ərzində avtomobil bir çox fərqli adlar altında satılıb: Austin Metro, MG Metro və Rover Metro. 1995-ci ilin yanvarında o, Rover 100 seriyası adlandırılmışdır. Avtomobilin panel furqon versiyaları da Morris Metro və Metrovan adları altında istehsal edilmişdir.
Dustan (Salmas)
Dustan (fars. دوستان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 609 nəfər. yaşayır (109 ailə).