MÜŞTÜK

is. [əsli alm. mundstuck]
1. Papiros gilizinin içində tütün olmayan, çəkərkən ağıza salınan bərk hissəsi, papiros kötüyü.
// Papiros və siqaretin keçirildiyi kiçik borucuq. Siqareti müştüyə keçirmək.
[Mehrəli] … gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı. Çəmənzəminli.
Molla uzun və qara müştüyün başına sancılmış eşmə papirosa qullab vuraraq ətrafına tüstü yayırdı. T.Ş.Simurq.

2. Nəfəsli musiqi alətlərinin ağıza salınan və ya dodağa söykənən hissəsi; ağızlıq. Klarnetin müştüyü. Fleytanın müştüyü.
MÜŞTƏRİGİR
MÜŞTÜKLÜ

Digər lüğətlərdə

бу́шель военнопромы́шленник загрязня́ть оже́чь окули́стка отова́рить рассмеши́ть Ягуа́р алла́х с ним льнокомба́йн насле́доваться патентова́ние полипло́идный происше́ствие свая chevin Hyades naive silencer skirmisher superordinate загрузить заштопать калитка химизация