Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mitsubishi Pajero
Mitsubishi Pajero — Mitsubishi şirkətinin model baxımından flaqmanı hesab olunur. Dakar rallisinin 12-qat çempionudur və son 6 ildə dalbadal bu yarışmanın qalibi olub. Hazırda bu maşınların 4-cü nəsli istehsal olunur. İlk dəfə Pajero 1976-cı ildə Tokio avtosalonunda nümayiş etdirilmişdir. O Mitsubishi Jeepin bazası əsasında yaradılmışdı. Pajero (pəˈhɛroʊ, pɑˈxɛroʊ) modeli Cənubi Argentinanın pataqoniya platosunda yaşayan pampas pişiyinin (Leopardus pajeros) şərəfinə belə adlandırılmışdır.
Pater familias
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Matera
Matera (it. Matera) — Cənubi İtaliyada Basilicata bölgəsində yerləşən özü ilə eyni adı olan Matera vilayətinin mərkəzi və 60.757 əhalisi olan bir şəhərdir. == Tarixi == Tuf dağlıq bölgəsində daşları oyaraq tikilən kilisələr ve evlər dünyaca məşhur "Matera Daşları (Sassi di Matera)" adlanır. Bu bölgə 1993'de UNESCO Ümumdünya irsinə salınmışdır. == Avropa mədəniyyət paytaxtı == 2014-cü il Matera və Plovdiv Avropanın mədəniyyət paytaxtı 2019 seçilmişdir. == Yerləşimi == İtaliyanın başqa şəhərlərinə maşın yolu ilə uzaqlığı Potenza (100 km); Bari (65 km); Taranto (75 km); Napoli (251 km); Roma (463 km); Reggio Calabria (391 km) ve Milano (943 km).
Palermo
Palermo (sicilyaca: Palermu, yunanca: Panormos) – İtaliyanın cənubunda tarixi şəhər. Avtonom bölgə olan Siciliya muxtar vilayətinin və Palermo əyalətinin paytaxtıdır. Şəhər 2700 illik müddətində zəngin tarixdə mədəniyyət və arxitekturası ilə tanınır. Palermo Siciliya adasının şimal-qərb hissəsində yerləşən və Tire dənizidəki Palermo körfəzinin sağındadır. Şəhər finikyalılar tərəfindən salınmış, lakin qədim yunanlar tərəfindən Panormus adlandırılmışdır (mənası "bütün liman"). Palermo əvvəlcə Roma Respublikasının, sonra isə min illərlə Bizans İmperiyasının tərkibində olmuşdur. Bu şəhər qısa bir dövrdə ərəb hökmdarının rəhbərlik etdiyi paytaxt olsa da, 1130–1816-cı illərdə yeni bir krallıq olan Siciliya Krallığının paytaxtı oldu. Ən sonunda 1860 İtalyan birləşməsinə qədər, Napoli Krallığı ilə birləşmişdi. Palermo bölgəsinin bələdiyyə sərhədləri içində əhalisinin 19. və 20.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Papuro
Arazı — Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı Papuro da adlanır. Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət bu yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə toy və bayram mərasimlərində folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Patent
Patent (lat. patere, patent – açıq qoymaq) — hər hansı bir ixtiraya verilmiş məhdud tətbiq hüququna malik olan ən yüksək hüquq qoruyucusudur. O edilmiş xeyirli ixtira və ya sənaye modelinə müəlliflik hüququnu göstərən sənəd.
Peters
Vilhelm Karl Qartviq Peters (alm. Wilhelm Carl Hartwig Peters‎) — alman təbiətçisi, zooloq və anatomu. Observationes ad anatomiam Cheloniorum, Dissertation, Berlin 1838 Naturwissenschaftliche Reise nach Mossambique, auf Befehl seiner Majestät des Königs Friedrich Wilhelm IV. in den Jahren 1842 bis 1848 ausgeführt, Berlin 1852-1868 s.a. http://edocs.ub.uni-frankfurt.de/volltexte/2008/10222/ Die Heidflächen Norddeutschlands, Hannover 1862 Handbuch der Zoologie (mit Julius Victor Carus und Carl Eduard Adolph Gerstäcker), Leipzig 1863-1875 Brigitte Hoppe: Peters, Wilhelm. In: Neue Deutsche Biographie (NDB). Band 20, Duncker & Humblot, Berlin 2001, S. 247–249. Kraig Adler, John S. Applegarth, Ronald Altig: Contributions to the History of Herpetology. Vol. 5.
Puçero
Puçero — əvvəlcə İspaniya, daha dəqiq Əndəlus, sonralar Argentina, Kolumbiya, Uruqvay, Filippin və Kanar adaları mətbəxlərinə aid şorbaya yaxın olan isti yemək. Puçeroya ən oxşar yemək kosido hesab olunur. Əvvəllər Əndəlusda puçero kəndli yeməyi hesab olunurdu. Onun tərkibinə noxud, düyü və ya makaron, konservləşdirilmiş ət, kartof, müxtəlif tərəvəzlər: kələm, kabaçok, çuğundur daxildir. Puçero bir neçə günə hazırlanır. Birinci gün onu düyü ilə, sonrakı günlər ənənəvi olaraq makaronla yeyilir. Puçerodan artıq qalan sous digər yeməklərin hazırlanmasında istifadə olunur. Artıq ət tikələri isə prinqa adlanan yeməklə birlikdə verilir. Пучеро. Мексиканская кухня.
Aterk
Aterk (Ağdərə) — Adı 29 dekabr 1992-ci ilə qədər Aterk olmuş Həsənriz kəndi. Aterk (qala) — Arsakda qala adı.
Paper
Paper (azərb. Kağız‎) — İslandiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnını ifa edən müğənni Svala eyni zamanda mahnının island dilində olan versiyasını da ("Ég veit það") təqdim etmişdir. Mahnı Svala, Svalanın həyat yoldaşı Einar Eqilsson və eyni zamanda Lester Mendes, Lili Elise tərəfindən bəstələnmişdir.
Eucalyptus patens
Eucalyptus patens (lat. Eucalyptus patens) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Euonymus patens
Euonymus fortunei (lat. Euonymus fortunei) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. == Sinonimləri == Cassine fortunei (Turcz.) Kuntze Elaeodendron fortunei Turcz. Euonymus austroliukiuensis Hatus. Euonymus carrierei Vauvel Euonymus fortunei var. acuminatus F.H.Chen & M.C.Wang Euonymus fortunei f. albifructus Murata Euonymus fortunei f. angustifolius (Graebn.) H.Hara Euonymus fortunei f. carrierei (Vauvel) Rehder Euonymus fortunei f. gracilis (Siebold) Rehder Euonymus fortunei f.
Gillermo Paçeko
Gillermo Paçeko (d. 23 dekabr 1954) — Perulu keçmiş üzgüçü. Gillermo Paçeko Perunu 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Gillermo Paçeko birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 17:36.36 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Indiana Pacers
İndiana Peysers — İndiana ştatının mərkəzi olan İndianapolisi təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır.
Inga aptera
Inga aptera (lat. Inga aptera) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Kataro monastırı
Katarovəng monastırı — Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri arasında, Ziyarət dağının zirvəsində yerləşən tarix-memarlıq abidəsi. Monastrın adı mənbələrdə Qafqaz Albaniyasında IV əsrə aid hadisələrlə bağlı xatırlansa da, dövrümüzə çatmış tikili XVII əsrə aiddir. Monastır, dəniz səviyyəsindən 2150 metr hündürlükdə yerləşir. Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. == Tarixi == Moisey Kalankatlı “Alban ölkəsinin tarixi”ndə Müqəddəs Qriqorisin fəaliyyətindən bəhs edərkən qeyd edir ki, xristianlığı təbliğ etməsi Massaget çarı Sanesanın xoşuna gəlmir. Çarın əmri ilə Müqəddəs Qriqoris Xəzər dənizi sahilindəki Vatnean düzündə vəhşi atın quyruğuna bağlanaraq şəhid edilir. Sanesanın xristianlığı qəbul etmiş oğlanları Massaget ölkəsinin digər xristianları ilə birlikdə müqəddəsin cəsədini götürərək Alban Katolikosluğunun mərkəzi Çolaya qaçırlar. Oğlanlarını təqib edən Saneasan Çolaya girərək şəhəri dağıdır, kilsələri və müqəddəs kitabları yandırır. Qaçqın xristianlar Qafqaz Albaniyasının içlərinə doğru irəliləyərək Haband vilayətində sığınırlar.
Leopardus pajeros
Pampass pişiyi (lat. Leopardus pajeros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Lui Paster
Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[…] – 28 sentyabr 1895[…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu adını Lui Pasterdən almışdır.Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi: “Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.. Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır. == Həyatı == Atası adı Jan Jozef Paster pərən-pərən salınmış Napoleon ordusunun keçmiş çavuşu idi.
Nissan Patrol
Nissan Patrol — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1951-ci ildən bu günə kimi istehsal olunan 4x4 təkər formullu yolsuzluq avtomobili. Yaponiyada Nissan Safari adı ilə satılır.
Palermo FK
"Palermo" — İtaliyanın futbol klubu.
Palermo Universiteti
Palermo Universiteti (it. Università degli Studi di Palermo) — İtaliyanın Palermo şəhərində yerləşən ali təhsil müəssisəsi. Palermo Universitetinin əsası 1806-cı ildə qoyulmuşdur.
Palezo (rayon)
Palezo (fr. Palaiseau) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Eson. Suprefektura — Palezo. Rayon əhalisi 2020-cı ildə 632 931 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1230 nəf / km². Rayon ərazisi — 459 km².
Pareto effektivliyi
Pareto effektivliyi — sistemi xarakterizə edən hər bir göstəricinin dəyərinin digərlərini pozmadan inkişaf etdirə bilmədiyi bir sistemin vəziyyətidir. Beləliklə, Paretonun özünün sözləri ilə desək: "Heç kimə zərər verməyən, ancaq bəzi insanlara fayda verən (öz qiymətləndirmələrinə görə) hər hansı bir dəyişiklik bir inkişafdır." Bu o deməkdir ki, heç kimə əlavə ziyan gətirməyən bütün dəyişikliklərə haqq tanınır. Sistemin Pareto optimal vəziyyət hallarına "Pareto çoxluğu", "Pareto mənasında optimal olan alternativlər toplusu" və ya "Pareto optimal alternativlər toplusu" deyilir. "Güzəşt", "düzəlməmiş" alternativ terminləri də istifadə olunur. İqtisadiyyatda Pareto səmərəliliyinin əldə edildiyi bir vəziyyət, tərəf mübadiləsindən əldə olunan bütün faydaların tükəndiyi bir vəziyyətdir. Pareto səmərəliliyi müasir iqtisadiyyat üçün mərkəzi anlayışlardan biridir. Birinci və ikinci rifah teoremləri bu konsepsiyaya əsaslanır. Pareto optimallığının tətbiqlərindən biri də sözdədir. Beynəlxalq iqtisadi inteqrasiyada, yəni iki və ya daha çox dövlətin iqtisadi birliyində qaynaqların (əmək və kapital) pareto bölgüsü. Maraqlıdır ki, beynəlxalq iqtisadi inteqrasiyadan əvvəl və sonra Pareto paylanması kifayət qədər riyazi şəkildə təsvir edilmişdir.