Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Massoia
Kriptokariya (lat. Cryptocarya) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Marina Raskova
Marina Mixaylovna Raskova (rus. Мари́на Миха́йловна Раско́ва; 15 (28) mart 1912, Moskva – 4 yanvar 1943, Saratov vilayəti) — Sovet Sosialist Respublikaları İttifaqında peşəkar aeronaviqator diplomunu almış ilk qadın. O, bir çox rekordun müəllifi, eləcə də rekord qıran uçuşların naviqatoru və onun şərəfinə adlandırılan 587-ci borbardmançı aviasiya alayının qurucusu və komandiri olub. Raskova hərbi xidmətdə olan 800 000-dən çox qadından biri idi. O, müharibənin gedişatında üç qadın aviasiya alayı yaratmış, onlardan biri 30 000 döyüş uçuşu keçirmiş və ən azı 30 Sovet İttifaqı Qəhrəmanı yetişdirmişdir. == Erkən həyatı == Marina Malinina orta sinifə məxsus ailədə anadan olmuşdu. Onun atası opera müğənnisi təlimatçısı Mixail Malinin (Михаил Дмитриевич Малинин), anası isə müəllimə idi. Gəmiqayırma ürə mütəxəssis Boris Malinin Raskovanın ögey qardaşı (atası vasitəsilə) idi. Digər qadın pilotların əksəriyyətindən fərqli olaraq Marina aviasiyaya erkən yaşlarından maraq göstərməmişdi. Pilot olmaq onun ikinci seçimi idi.
Rasşua adası
Rasşua — Kuril adaları Böyük Kuril cərgəsi mərkəz qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Ada Rasşua vulkanının su səthi hissəsini təşkil edir. Maksimal hündürlüyü 948 metrdir. Adanın cənubunda Serp dağı (495 m) yerləşir. Ada 13 km uzunluğa, eni 6 km, sahəsi 67 km² təşkil edir. Burada cırtdan tozağacı və qızılağac ağacları bitir. Ərazisində Uria, Fratercula, ağılsızlar quşları yuva qurur. Ərazidində tülkü, qütb tülküsü və kiçik gəmiricilər yaşayır.
Yaponiya i Rassiya
Yaponiya i Rassiya (rus. Япония и Россия; hərf. Yaponiya və Rusiya) – 1905–1906-cı illərdə Yaponiyanın Kobe şəhərində nəşr olunmuş rusdilli həftəlik qəzet. Yaponiyadakı Rus-yapon müharibəsi əsirləri üçün nəzərdə tutulmuş qəzetin 16 sayı nəşr olunmuşdur. Qəzet Sosialist İnqilabçılar Partiyası tərəfindən yaradılmış, baş redaktoru Tsuci İvao olmuşdur. "Yaponiya i Rassiya" qəzetinin ilk sayı 8 iyul 1905-ci ildə Kobedə çıxmışdır. Qəzet "Kobe Daily News" tərəfindən ayda 4 dəfə nəşr olunurdu. Abunəliyin qiyməti bir il üçün 20 yen, bir ay üçün 2 yen təşkil edirdi. Jurnalın redaktoru ABŞ jurnalisti Corc Kennanın dəvəti ilə Havay adalarından Yaponiyaya gəlmiş rus inqilabçı və siyasi mühacir Nikolay Sudzilovksi olmuşdur. Aleksey Novikov-Priboy qəzetin əməkdaşlarından biri olmuşdur. Qəzet Yaponiyadakı Rus-yapon müharibəsi əsirləri üçün nəzərdə tutulmuşdu və rus dilində nəşr olunurdu.