Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim NəbiyevRasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001)Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Raisa
Raisa — qadın adı. Raisa Atambayeva — Qırğızıstan Respublikasının birinci xanımı. Raisa Kudaşeva — Sovet şairi və yazıçısı. Raisa İsmayılova — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Əhmədova — çeçen xalq şairəsi. Raisa Nedaşkovskaya — Ukrayna aktrisası. Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi.
Ageratina lasia
Ageratina lasia (lat. Ageratina lasia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Arsia dağı
Arsia dağı — Marsda vulkan. Planetin ekvatora yaxınlığında Tharsis çöküntüsündə üç vulkan Tharsis cənubunda yerləşir. Şimalına Pavonis dağı , şimaldan isə Askraus dağı yerləşir. Günəş sistemindəki ən yüksək vulkan, Olmpus Dağı, şimal-qərbindədir. Onun adı Giyovanni Siparelli tərəfindən ardıcıl Roman Arsiya Silvanın meşəsindən sonra adını verdiyi bir xəritədə müvafiq albedo xüsusiyyətindən gəlir. == Quruluş == Arsia Dağı zirvəsində nisbətən aşağı yamacda və kütləvi olan bir qalxan vulkandır. Üç Tarsis dağı vulkanının cənub hissəsi ekvatorun cənubundakı yeganə böyük Tarsis vulkanıdır. Vulkan 435 kilometr (270 mil) diametri, təxminən 20 km (12 mil) yüksək (ətrafdakı ovalardan 9 kilometr (5,6 mil) yuxarıda) ) və zirvə 110 km (72 mil) geniş. Zirvədə 107 Paskaldan aşağı atmosfer təzyiqi aşağı olur. Olmpus dağı istisna olmaqla, həcm baxımından ən böyük bilinən volkan.
Jan Rasin
Jan Rasin (1639 - 1699) — XVI əsr Fransız ədəbiyyatının qabaqda gələn şairlərindən və faciə yazıçılarından olan Rasin yaxşı bir təhsil görmüşdür. Xüsusilə Yunan faciə şairi EURIPIDES (Öripid)dən təsirlənən Rasin, Fransız klassik tragediyasının inkişafında böyük rol oynamışdır. XIV Lui dövründə saray tarixçiliyi etmiş olan Rasin, əsərlərində Yunan mifologiyası, Fələstin tarixi və İngilis saraylarından seçilmiş mövzulara yer vermişdir. Rasin, əsərlərində ümumiyyətlə ehtiraslarına əsir olmuş kəslərə yer vermişdir. Tənzimat Dövründə yaşayan Türk ədəbiyyatçılar üzərində də əkili olan Racinenin, Andromaque (Andromak), Berenice (Berenis), Bajazet (Bayazıt), Iphigénie (İfijeni) və Phaidra (Fedra) adlı əsərləri məşhurdur.
Kasia Mos
Katarjina "Kasia" Mos (pol. Katarzyna "Kasia" Moś, d. 3 mart 1987, Ruda Slyoska, Polşa) — Polşa müğənnisi, bəstəkarı və rəqqasəsi. O, 2011-ci ildə Amerikanın məşhur The Pussycat Dolls qrupunun üzvü olmuşdur. 2012-ci ildə Kasia Polşanın Must Be the Music musiqi yarışmasında iştirak edərək, üçüncü yeri qazanmışdır. Müğənni "Flashlight" mahnısı ilə Polşanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kasia Mos 3 mart 1987-ci ildə Polşanın Ruda Slyoska şəhərində, Aukso orkestrinin dirijoru Marek Mosun ailəsində dünyaya göz açmışdır. Erkən yaşlarından musiqi ilə maraqlanan Kasia Polşanın Bıtom şəhərində yerləşən Frederik Şopen adına musiqi məktəbində təhsil almış və orada violonçel və pianoda ifa etməyi öyrənmişdir. O eyni zamanda Katovitse şəhərində yerləşən Karol Şımanovski adına musiqi akademiyasında caz və müasir musiqi janrında təhsil almışdır. Musiqi karyerasına başlamazdan öncə Kasia 15 yaşında ikən vokal dərsləri almağa başlamışdır.
Quram Kaşia
Quram Kaşia (gürc. გურამ კაშია; doğum 4 iyul 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Niderlandın "Vitess" klubunun və Gürcüstan milli futbol komandasının futbolçusu. == Klub karyerası == === Dinamo Tbilisi === Kaşia karyerasına "Dinamo Tbilisi" klubunda başlayıb. 2006-cı ildən 2010-cu ilədək olan dövrdə Quram klubun heyətində 91 oyun keçirib və 12 qol vurub. O, klubun heyətində iştirak etdiyi sonuncu mövsümdə Gürcüstan çempionatında 33 matçda oynayıb və 8 qol vurub. === Vitess === Kaşia 2010-cu il avqustun sonunda Niderlandın "Vitess" klubuna transfer olunub, o zaman klubun prezidenti milliyətcə gürcü olan Merab Jordaniya idi. O, klubun heyətində debüt oyununa sentyabrın 18-də "NAK Breda" ilə oynanılan görüşdə çıxıb. Bu oyunun əvvəlində klubun əsas heyət oyunçusu olan Frank van der Streyk isinmə hərəkətləri zamanı özünü pis hiss etdiyindən, Quram bu oyunda onun əvəzinə start heyətində çıxmışdır. 2011-ci il martın 29-da Kaşiya "Vitess" ilə olan müqaviləsinin müddətini 2013-cü ilədək artırmışdır. 2011-2012-ci illər mövsümü öncəsi Quram klubun kapitan sarğısını alıb.
Raisa Atambayeva
Raisa Atambayeva (qırğ. Раиса Атамбаева; d. RSFSR, SSRİ) — Qırğızıstan Respublikasının birinci xanımı. Tibb elmləri namizədi. == Həyatı == Raisa Minəhmədova Rusiya Federasiyasının Ural bölgəsi ərazisində dünyaya gəlmişdir. Milliyyətcə tatar olan Raisanın valideynləri sonradan Qırğızıstana köçərək orada məskunlaşıblar.Raisa xanım Oş şəhərində yerləşən Lomonosov adına orta məktəbi bitirmişdir. Orta təhsili başa vurduqdan sonra o, Qırğızıstan Dövlət Tibb Universitetinə daxil olmuş və oranı bitirmişdir. Tibb elmləri namizədidir.Ali həkimlik dərəcəsinə malik olmasına baxmayaraq, heç bir yerdə işləmir və evdar xanımdır. == Ailəsi == Raisa Minəhmədova 1988-ci ildə Qırğızıstan Respublikasının gələcək prezidenti Almazbek Atambayevla ailə həyatı qurmuşdur. O, Almazbek Atambayevun ikinci həyat yoldaşıdır.
Raisa Kudaşeva
Raisa Adamovna Kudaşeva (3 (15) avqust 1878, Moskva – 4 noyabr 1964, Moskva) — Sovet şairi və yazıçısı. Məşhur "В лесу родилась ёлочка" uşaqların Yeni il mahnısının sözlərinin müəllifidir. == Mənşəyi == Litvanın Gedroyts knyazlığı ailəsində anadan olub. Atası - Adam Gedroyts, məsləhətçi rütbəsinə yüksəlmiş Moskva Poçt İdarəsinin rəsmisi olub. == Həyatı == Həyatı haqqında az şey məlumdur. M. B. Pussel qadın gimnaziyasını bitirib. Qohumlarının dediyinə görə pedaqoji bacarığa sahib idi. Müəllim olaraq da, Sovet dövründə isə bir neçə onilliklər ərzində kitabxanaçı kimi də işləyib. Moskvada Pyatnitskoye qəbiristanlığının 11-ci hissənin ikinci məhəlləsində dəfn edilib. == Ədəbi fəaliyyəti == Uşaqlıqdan şeir yazırdı.
Raisa Nedaşkovskaya
Raisa Nedaşkovskaya (17 fevral 1943) — Ukrayna aktrisası. == Həyatı == O, 1943-cü il fevralın 17-də Ukraynanın Malin şəhərində anadan olmuşdur. Uşaqlıqdan rəqslə məşğul olmuş, xoreoqrafik ansamblın solisti olmuşdur. 1960-cı ildə Viktor İvçenkonun "Meşə mahnısı" filmində Mavka rolunu ifa etmişdir. 1965-ci ildə Kiyev Teatr İnstitutunu bitirmiş və A.Dovjenko adına Kiyev kinostudiyasının aktrisası olmuşdur. Onun ən yaxşı işlərindən biri "Telefonçu qız" filmində baş rolun ifası olmuşdur.
Raisa Sarbi
Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi. == Həyatı == 1998-1999-cu illərdə DGTYB-nin katibi olmuşdur. Çuvaşıstanın əməkdar incəsənət xadimidir.
Raisa İsmayılova
Raisa Hüseyn qızı İsmayılova (5 noyabr 1939, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). == Həyatı == Raisa Hüseyn qızı İsmayılova 5 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmiş, 1958–1960-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində təhsilini davam etdirmişdir.Raisa İsmayılova 1957-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış etməyə başlamışdır. Burada o, Məhmənə Banu ("Məhəbbət əfsanəsi"), Frigiya ("Spartak"), Odetta-Odilliya ("Qu gölü"), Gözəllər gözəli ("Yeddi gözəl") kimi partiyaları canlandırmışdır.1970–1979-cu illərdə Raisa İsmayılova Moskvadakı Böyük Teatrda fəaliyyətini davam etdirmişdir. Boyarınya ("İvan Qroznı"), ikinci həyat yoldaşı ("Baxçasaray fontanı"), tacirə ("Daş çiçək"), saray rəqqasəsi ("Məhəbbət əfsanəsi") partiyalarını və ispan ("Don Kixot"), macar, ispan ("Qu gölü") rəqslərini ifa etmişdir.Raisa İsmayılova 7 iyul 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüş və 21 may 1970-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.
Raisa Əhmədova
Raisa Soltanmuradovna Əhmədova (çeçencə:Раиса Солтамурадовна Ахматова, 30 dekabr 1928, Qroznı, RSFSR, SSRİ – 29 yanvar 1992, Qroznı) — çeçen xalq şairəsi. Əhmədovanın şerləri dünya miqyasında etnik çeçenlər və inquşlar arasında məşhur olmuşdur. Ancaq rus qüvvələri Birinci Çeçen müharibəsi zamanı Çeçen Milli Arxivlərini yandırıdğı zaman bütün arxivi (600-dən çox material daxildir) yox edilmişdir. Əhmədova Native Republic (1958), Strike me in the Face, Wind (1959), Im coming to You (1960), Difficult Love (1963) ve Revelation (1964) şer topluları ilə məşhurlaşmışdır. == Həyatı == 13 dekabr 1928-ci ildə işçi sinfinə aid ailənin övladı olaraq dünyaya gəlmişdir. 1943-cü ildə Qroznı Pedoqoji Məktəbindən məzul olmuşdur. 1946-cı ildən 1956-cı ilə qədər ailəsi ilə birlikdə sürgündə olmuşdur. Bu sürgün zamanı bütün çeçen xalqı Stalin rejimi tərəfindən sürgünə məruz qalmışdı. Sürgündə olduğu Qazaxıstanda məktəb müəllimi kimi çalışmışmağa başlamışdır. 1958-ci ildə - sürgündən geri qayıtdıqdan sonra Ədəbiyyat İnistitutunda Ali Ədəbiyyat Kurslarına qəbul olmuşdur.Xeyli sayda kitabı nəşr edilmiş və ya dəfələrlə nəşr edilmişdir.
Rasim Məmmədov
Rasim Məmmədov (fizik) — fizika-riyaziyyat elmləri doktoru (2004), Professor (2005). Rasim Məmmədov (mayor) — Azərbaycan mayoru. Aprel döyüşləri şəhidi.
Rasim Nəbiyev
Nəbiyev Rasim Nəsib oğlu (10 may 1957) – yerüstü komplekslər, start avadanlıqları, uçuş aparatları və onların sistemlərinin istismarı ixtisası üzrə Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001), == Həyatı == 1979-cu ildə Azərbaycan Politexnik İnstitunu bitirərək Elektronçu mühəndis ixtisasını almışdır. 1979-cu ildən SSRİ Müdafiə Sənayesi Nazirliyinin "Fotoelektronika" Elmi-tədqiqat İnstitunda mühəndis kimi fəaliyyətə başlayaraq Baş Elmi İşçi vəzifəsinə qədər yüksəlmişdir. Bu dövrdə gecə görmə qurğuları üçün fotohəssas elementlərin işlənməsi ilə məşğul olmuşdur.1987-ci ildə fizika-riyaziyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1994 – cü ildən Mill Aviasiya Akademiyasının Elmi-tədqiqat Aviasiya İnstitunitunda Aviasiya Elektronikası şöbəsinin rəisi və Aviasiya cihazları kafedrasında professoru, İnstitutun elmi şurasının elmi katibi, Elmi-tədqiqat sektorunun rəisi vəzifəsində işləmişdir. 200-dan çox elmi əsərin müəllifidir. O jümlədən 1 dərsliyin («Aviasiya elektronikası» azərbayjan, rus və ingilis dillərndə) və 9 monoqrafiyanın 16 ixtiranın müəllifidir. Onun rəhbərliyi və birbaşa iştirakı ilə Aviasiya sahəsində tətbiq olunan mühüm əhəmiyyətli layihələrin texniki-iqtisadi əsaslandırmaları aparılmış, yüklərin təhlükəsiz daşınmasına kompleks nəzarət sistemi layihələndirilmiş, aeroportların radiotexniki obyektlərinə kompleks nəzarət sistemi ASK-1, elektron idarəli birfazalı və üçfazalı gərginlik stabilizatorları BGS-4 və ÜGS-10, induksiya kabelaxtaranı İKİ-1, agrodrom elektrik qızdırıcısı AEQ-02-20000, təyyarələrin yüklənməsini ölçən qurğu İZS-110, radioaktiv yüklərə nəzarət quryusu RNQ-001 kimi cihazlar və sistemlər layihələndirilmiş, hazırlanmış və istehsalata tədbiq olunmuşdur. «Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusunun elmi redaktorudur. Milli Aviasiya Akademiyasının dissertasiya işlərinin müdafiəsi üzrə ixtisaslaşdırılmış Şurasının üzvüdür.
Rasim Ocaqov
Ocaqov Rasim Mirqasım oğlu (22 noyabr 1933, Nuxa – 11 iyul 2006, Bakı) — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı (1981), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980). == Həyatı == Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. 50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu.
Rasim Qaraca
Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist. == Həyatı == Rasim Qaraca 1960-cı ildə Şirvan şəhərində anadan olub. İxtisasca jurnalistdir, Azərbaycan Dövlət Universitetini bitirib. Öz ölkəsində çeşidli qəzetlərdə xəbər yazarı, reportyor kimi çalışıb, 1991-ci ildə SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra sərbəst fəaliyyətə başlayıb. Ölkəsinə İlk müstəqil ədəbiyyat dərnəyi “Baca”nı yaradıb, dərnəyin mətbuat orqanı “Yaşıl söz”ü buraxıb. Böhranlı keçid illərində Rusiyada yaşayıb, 2000-ci ildə Bakıya qayıdıb və “Azad Yazarlar Ocağı” ədəbiyyat qurumunu təşkil edib, “Alatoran” ədəbiyyat jurnalını təsis edib. Jurnal yeni nəsil yazarların yetişməsndə ciddi rol oynayıb. Rasim Qaraca hal-hazırda Alatoran nəşriyatının rəhbəridir. Nəşriyyat bu günədək 500-dən artıq kitab nəşr edib. Rasim Qaracanın 15 kitabı - şeir, hekayə və romanları nəşr olunub.
Rasim Qarayev
Rasim Şirin oğlu Qarayev - iqtisad elmləri namizədi, professor, Hacı İsmayıllılar nəsli == Həyatı == Rasim Qarayev 15 yanvar 1930-cu ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. İlk təhsilini Ağdam şəhər 2 nömrəli ibtidai məktəbdə almış, 1949-cu ildə Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirmişdir. O, 1949-1954 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin siyasi iqtisad şöbəsində ali təhsil almış, qırmızı diplomla qurtarmışdır. Rasim Qarayev müsabiqə yolu ilə siyasi iqtisad fənni üzrə Azərbaycan Qiyabi Dövlət Pedaqoji İnstitutuna baş müəllim təyin edilmişdir. Azərbaycan Qiyabi Dövlət Pedaqoji İnstitutu Azərbaycan Pedaqoji İnstitutuna (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) birləşdirildikdən sonra həmin təhsil ocağında baş müəllim ştatı ilə siyasi iqtisad fənnindən dərs demişdir. Rasim Qarayev 1967-ci ildə dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Rasim Qarayev Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim (1954-1970), dosent (1970-1986), professor (1986-2002) vəzifələrində çalışmışdır. O, kafedra müdirinin müavini (1969-1975), kafedra müdiri (1975-1999) vəzifələrində işləmişdir. Rasim Qarayev 9 fevral 2003-cü ildə vəfat etmişdir. == Elmi fəaliyyəti == Rasim Qarayev bır neçə elmi əsərin, tədris vəsaitinin müəllifidir.
Rasim Qasımov
Qasımov Rasim Mustafa oğlu (rus. Касимов Расим Мустафа оглы ; 1 yanvar 1935 – 30 may 2016, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan Alimi, Texnika Elmləri Doktoru, Professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasınin Akademiki [1] Arxivləşdirilib 2016-08-27 at the Wayback Machine, Nyü-York Akademiyasinin Həqiqi Üzvü. == Həyatı == Qasımov Rasim Mustafa oğlu 1 yanvar 1935-ci ildə Bakida həkim ailəsində anadan olmuşdur. 1957-ci ildə Moskva Energetika İnstitutunu bitirib. Qasımov namizədlik dissertasiyasını M. V. Lomonosov adına MDU-nun kimya fakultəsində müdafiə etmişdir, onun tərəfindən burada SSRİ-də ilk dəfə olaraq radiodalğaların millimetrlik diapazonunda məhlul və mayelərin eksperiment kəşfləri və ölçüləri təşkil olunmuşdur. Ilk dəfə olaraq maye və məhlulların fluktasiyon hadisələrinin onların dielektrik xassələrinə təsiri nəzəri və təcrübi cəhətdən öyrənilmişdir. Yuxarıda qeyd etdiyimiz işlərin əsasında Qasımov R. M. 1962-ci ildə V. İ. Lenin adına MDPS-n xüsusi şurasında "Radiodalğaların millimetrik diapazonunda həll olan məhlulların dielektrik xassələri va onların molekulyar quruluşu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. == Əsas elmi nailiyyətləri == Qasımov R. M. 1964-cü ildən Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. Bu illərdə O, SVK-ə olan qütb mayelərin dielektrik xassələrini ölçmək üçün bir çox metodlar tapmışdır. Ayrı-ayrı neftkimyəvi sintez məhsullarının analizi üçün kütlə-spektr analiz metodlarını yaratmışdır.
Rasim Quliyev
Rasim Quliyev (mühəndis)
Rasim Ramaldanov
Rasim Ramaldanov (ləzg. Рамалданрин Асадуллагьан хва Расим, d. 24.01.1986, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan futbolçusu. Qəbələ futbol klubunun və Azərbaycan milli futbol komandası müdafiəçisidir. Milliyətcə ləzgidir .
Rasim Ramazanov
Rasim İsmayıl oğlu Ramazanov (26 iyul 1998; Babək rayonu, Azərbaycan - 19 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Rasim Ramazanov 1998-ci il iyulun 26-da Babək rayonunun Babək qəsəbəsi anadan olub. == Hərbi xidməti == Rasim Ramzanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rasim Ramazanov oktyabr 19-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Ramazanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Ramazanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) • — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF).
Rasim Rufullayev
Rasim Yadigar oğlu Rufullayev (31 avqust 1997; Zevin, Yardımlı rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rasim Rufullayev 1997-ci il avqustun 31-də Yardımlı rayonunun Zevin kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Rasim Rufullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rasim Rufullayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Rufullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rasim Rufullayev ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Raşid Gezal
Rachid Ghezzal (ərəb. رشيد غزال‎; 9 may 1992[…]) Super Liqa klubu Beşiktaş və Əlcəzair milli komandasında cinah müdafiəçisi kimi çıxış edən peşəkar futbolçudur. Gezal, karyerasına 2012-ci ilin oktyabrında debüt etdiyi "Lion"da başlayıb. O, bütün yarışlarda 119 oyunda iştirak edib və 13 qol vurub. 2017-ci ilin avqustunda Gezal, pulsuz transferlə Monakoya keçdi. == Klub karyerası == === Lion === 2010-cu ilin iyulunda Lion Metropoliteninin Desines Şağpyu (fr. Decines-Charpieu) şəhərində anadan olmuş Gezal Lion ilə beş illik müqavilə imzaladı.Ardıcıl iki mövsüm "Championnat National 2" də klubun ehtiyat komandası ilə çıxış etdikdən sonra, 2012–13 mövsümündən əvvəl o, menecer Remi Qarde tərəfindən böyük komandaya yüksəldi və 31 nömrəli formaya sahib oldu. Gezal böyük komandada debütünü 4 oktyabr 2012-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində İsrailin İroni Kiryat Şmona klubu ilə səfər matçında etdi. 2013–14 mövsümündə Gezal Lionda ikən ilk altı ayda belindən zədə aldı və bu, onu 10 yanvar 2014-cü ilə qədər maça çıxmamağa məcbur etdi, bu müddət ərzində Lionun 32 oyununu buraxdı. Daha sonra heyətə qayıtdı, lakin mövsümün qalan hissəsində Lion üçün heç bir çıxış etmədi; ya oyun günü heyətlərdə adı çəkilmədi, ya da ehtiyat oyunçular skamyasında adı çəkildi.
Raşid Nəjmetdinov
Raşid Hibyatoviç Nəjmetdinov (tatar. Räşit Hibät ulı Näcmetdinov, Рәшит Һибәт улы Нәҗметдинов; 15 dekabr 1912, Aqtöbe, Turqay vilayəti, Rusiya imperiyası — 3 iyun 1974, Kazan, Tatarıstan MSSR, RSFSR, SSRİ) — beynəlxalq dərəcəli şahmat idman ustası, dama üzrə idman ustası, SSRİ-nin əməkdar məşqiçisi (1962), RSFSR-in beş qat çempionu, komanda yarışması üzrə üç qat SSRİ çempionu. == Bioqrafiyası == Aqtöbe şəhərində, kasıb kəndli ailəsində anadan olmuşdur. Beş yaşında valideynlərini itirmişdir. Raşidi uzaq qohumları saxlamış anca 1921-ci ildə baş verən aclıq zamanı yetimxanaya verilmişdir. Raşidin əcdadları əslən Nijni Novqorod vilayətinin Krasnıy Ostrov kəndindən gələmələrdi. Bu kənddən bir çox tanınmış ilahiyyatçılar çıxmışdır.1922-ci ildə Rəşidin böyük qardaşı - Kavi, gələcəyin məşhur tatar yazıçısı Kavi Najmi kiçik qardaşını Kazana, öz yanına gətizdirdi. 1930-cu ildə məktəbi bitirdikdən sonra Raşid Kazan Kimya Texnologiyaları İnstitutunun tədqiqat şöbəsinə daxil oldu. Lakin çox keçmədən işləməyə məcbur oldu. 1931-33-cü illərdə Odessada yaşamış və işləmişdir.