Rasam
Rasam (hind. रस्सम. kann. చారు) — Hind mətbəxində tərəvəz şorbası. Rasam şorbası Tamillər tərəfindən qəbul edilib. Həmçinin digər regional adları da vardır (teluquda çaaru, kannada da saaaru). Rassam şorbası Cənubi Hindistanda ən məşhur yeməklərdən biridir. Ənənəvi olaraq pomidor, çili bibəri, bibər, kemyon və digər ədviyyatlar tamarind suyuna əlavə edilərək hazırlanır. Buxarda bişirilmiş mərciməkdə yeməyə dad verməsi üçün əlavə edilə bilər. Əvvəlcədən bütün ədviyyatlar bişirilir.