RASİ

«rasih» sözündən düzəlmiş, «sağlam, möhkəm» deməkdir.
RASƏTDİN
RASİB
OBASTAN VİKİ
Rasi Abdullayev
Rasi Mahmud oğlu Abdullayev (6 iyul 1944, Bakı) — Azərbaycan violonçelçalanı, professor (1999), Azərbaycan Respublikasının xalq artisti (2005). Rasi Abdullayev 6 iyul 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur.1951–1962-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1962–1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə professor Sabir Əliyevin sinfində təhsil almışdır. Həmin il o, violonçel ixtisası üzrə konservatoriyada assistent kimi fəaliyyətə başlamışdır. 1968–1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında Mstislav Rostropoviçin sinfində violonçel ixtisası üzrə təhsilini davam etdirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının aspirantura-assistentliyini bitirmişdir. 1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solisti olmuşdur. Rasi Abdullayev Bakı Musiqi Akademiyasında dərs deyir. 1976–1979-cu illərdə Qahirə, 1987–1994-cü illərdə isə Dəməşq konservatoriyalarında pedaqoji fəaliyyət göstərmişdir.
Artur Rasi-zadə
Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan Respublikasının 6-cı Baş naziri; İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri (11.02.1999 — h. h.) == Həyatı == Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır. İş fəaliyyətinə 1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir. 1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur. 1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir. 2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.
Jan Rasin
Jan Rasin (dekabr 1639, La-Ferte-Milon[d] – 21 aprel 1699[…], Paris[…]) — XVI əsr Fransız ədəbiyyatının qabaqda gələn şairlərindən və faciə yazıçılarından olan Rasin yaxşı bir təhsil görmüşdür. Xüsusilə Yunan faciə şairi EURIPIDES (Öripid)dən təsirlənən Rasin, Fransız klassik tragediyasının inkişafında böyük rol oynamışdır. XIV Lui dövründə saray tarixçiliyi etmiş olan Rasin, əsərlərində Yunan mifologiyası, Fələstin tarixi və İngilis saraylarından seçilmiş mövzulara yer vermişdir. Rasin, əsərlərində ümumiyyətlə ehtiraslarına əsir olmuş kəslərə yer vermişdir. Tənzimat Dövründə yaşayan Türk ədəbiyyatçılar üzərində də əkili olan Racinenin, Andromaque (Andromak), Berenice (Berenis), Bajazet (Bayazıt), Iphigénie (İfijeni) və Phaidra (Fedra) adlı əsərləri məşhurdur.
Molla Abdulla Rasizadə
Rasizadə Abdulla Məşədi Qulu oğlu (1843, Şahtaxtı, Gürcüstan-İmeretiya quberniyası – 1900, Naxçıvan) — Rasizadə soyadının ilk daşıyıcısı. Naxçıvan ziyalısı və din xadimi. Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin atası. Ruhani ailəsində doğulmuşdur. Atası aşıq şerini və klassik şeri sevər, məclislərdə onları muğamat üstundə oxuyar, bəzən özü də bədahətən şer deyərmiş. Bu qabiliyyət irsən Abdullaya da sirayət etmişdi. Dövrünün tanınmış ruhanisi olan Hacı Molla Abdulla 1877 ildə ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. Şeri, musiqini yaxşı bildiyinə və məlahətli səsinə görə onu rövzəxan kimi tez-tez Bakı, Şamaxı, Gəncə, İrəvan və Nuxaya (Şəkiyə), habelə Güney Azərb. və İran şəhərlərinə dəvət etmişlər. S. Ə. Şirvanı "Hacı Molla Abdulla Şahtaxtılıya" adlı mənzum məktubunda onun rövzəxanlıq məharətini yüksək qiymətləndirmiş, "avazeyi-fəzli" nin "İraqü İsfahanı doldurduğunu" xüsusi vurğulamışdır.
Nəcəf Rasim
Nəcəfqulu Cavad oğlu Nəzərli və ya təxəllüsü ilə Nəcəf Rasim (20 mart 1890, Sayadlı, Xızı rayonu – 9 oktyabr 1929) — Azərbaycan rəssamı. Nəcəfqulu Nəzərli 20 mart 1890-cı ildə Xızı rayonunun Sayadlı kəndində anadan olmuşdur. Rəssam 9 oktyabr 1929-cu ildə vəfat etmişdir. Sonralar həyat yoldaşı da vəfat etmiş, yeganə oğlu isə itkin düşmüşdür. İlk təhsilini Bakıdakı "Üsuli cədid" məktəbində almış, kiçik yaşlarından rəssamlığa həvəs göstərmişdir. Rəssamlıq təhsilini Peterburqda almışdır. 1910-cu ilin ortalarında rəssamlığa həvəs göstərmişdir. 1910-cu ilin ortalarından Bakıda cə Xızıda rəsm müəllimi işləmişdir. Bakıda bir sıra binaların fasad və interyerlərinin bəzədilməsində iştirak etmiş, pedaqoji fəaliyyət göstərmişdir("Hökumət evi" binası, "Səadət Sarayı" binası və.s). Onun akvarel və yağlı boya ilə işlənmiş mənzərələri və rəsm əsərləri "R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi"ndə qorunur və nümayiş olunur: "Морской пейзаж" в.акв.
Phytoseius rasilis
Phytoseius rasilis (lat. Phytoseius rasilis) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius rasilis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Rasibuj
Rasibuj — Polşanın cənubunda şəhər və Racibórz rayonunun mərkəzi. 2014-cü ildə 55.818 nəfər əhalisi var idi.
Rasidlər
Yəmən imamları və daha sonra Yəmən kralları şiə İslamının Zeydiyyə qoluna mənsub dini cəhətdən təqdis edilmiş liderlər idi. Onlar 897-ci ildən Yəmənin bəzi yerlərində dini və siyasi hakimiyyətin qarışığı yaratdılar. Onların imamətləri 1962-ci ildə respublika inqilabına, sonra 1970-ci ildə monarxiyanın rəsmi ləğvinə qədər müxtəlif şəraitlərdə davam etdi. Onlar İmamın rəhbər kimi fəal görünən şəxs olmasını vurğulayır, dini elmlərdə məlumatlı olması, lazım gələrsə, döyüşdə belə özünü camaata layiqli başçı kimi göstərməsi gözlənilirdi. İmamət iddiaçısı “dəvət” edərdi və nadir hallarda birdən çox iddiaçı olurdu. Tarixçi İbn Xəldun (ö. 1406) adətən imamları təmin edən qəbiləni Banu Rasid və ya Rasidlər kimi qeyd edir. Əsl ərəb mənbələrində Rasidlər termini demək olar ki, istifadə olunmur. Qərb ədəbiyyatında adətən 16-cı əsrə qədər orta əsrlər dövrünün imamlarını nəzərdə tutur. İmam əl-Mənsur əl-Qasim (h.
Rasif Məmmədov
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim Nəbiyev Rasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001) Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rasim Başak — Azərbaycan-Türk peşəkar basketbolçusu Rasim Mövsümov — "Golden Foot" mükafatının jüri üzvü Rasim Quliyev Rasim Quliyev (mühəndis) Rasim Quliyev (jurnalist) — jurnalist.
Rasim Abbasov
Rasim Abdullayev
Rasim Abdullayev (polkovnik-leytenant)
Rasim Abuşev
Rasim Fərzi oğlu Abuşev (15 oktyabr, 1963, Azərbaycan SSR, SSRİ) — Sovet və Azərbaycan futbolçusu. Azərbaycan yığmasının heyətində 40 oyun keçirdmişdir. Bakı yaxınlığında anadan olub və orada böyüyüb. Hərbi xidmət zamanı respublika birinciliyində ordu komandasında oynayırdı. Buna görə böyük futbola artıq yetkin yaşda başladı. Əvvəlcə ikinci liqada çıxış edən Bakının "Gənclik" komandasında oynayırdı, yarım ildən sonra isə "Neftçi"də. Yuxarı liqada ilk oynunu Kiyevdə yerli "Dinamo" komandasına qarşı keçirtdi, oyun heç-heçə bitdi. 1997-ci ilin yazında həmin vaxt Ağdamın "Qarabağ" klubunun oyunçusu Rasim Azərbaycan yığması ilə birgə Kiprdə məşq edirdi. Onlardan başqa orada Dinamo Stavropol komandasının təmsilçiləri var idilər ki, onlar Azərbaycan futbol federasiyası ilə "ağ-mavilər"in düşərgəsinə keçmək barədə məsələni həll etdilər. Stavropol Dinamosunun heyətində uzun müddət ərzində oynadı və tez-tez kapitan sarğısı ilə meydana çıxırdı, sonradan "Jemçujina Budyonnovsk" klubunda çıxış etməyə başladı, xaricdə son klubu Kafkaztransqaz oldu.
Rasim Ağamirov
Rasim Rəşid oğlu Ağamirov (6 iyun 1967, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı və rusiyalı cüdoçu, əməkdar idman ustası, beynəlxalq dərəcəli SSRİ idman ustası, SSRİ sambo idman ustası, ustalar arasında 2 qat dünya çempionu, ustalar arasında 2 qat Avropa çempionu, ustalar arasında 3 qat rusiya çempionu, dəmiryolçular arasında dünya çempionu, IX SSRİ Xalqlar Spartakiadasının qalibi, SSRİ kubokunun qalibi, SSRİ silahlı qüvələrinin 2 qat sambo və cüdo üzrə çempiopnu, Rusiya əməkdar məşqçisi. 1980–1985-ci illərdə Bakıdakı Lokomativ idman klubunda cüdo və sambo üzrə məşqlərdə iştirak etmişdir. Azərbaycan SSR əməkdar idman məşqçisi Tərlan Həsənov və Nadir Qasımovunb tələbəsi olmuşdur. 1985-ci ildə SSRİ silahlı qüvvələrinə yolanmışdır. 1985–1989-cu illərdə Moskavanın MOİK çalışmışdır. 1990-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Наш "Локомотив" вперёд лети Результаты выступлений мастеров дзюдо России в 2010 году Чемпионат России по дзюдо среди ветеранов Заметка на сайте judo.az (az.) Чемпионат мира по дзюдо среди мастеров 2010 Arxivləşdirilib 2010-11-29 at the Wayback Machine EC Veterans 2010 IJF Grand Masters World Championships 2010 Judo klub Rijeka — Europsko prvenstvo za veterane Porec 2010. part 3 - International Judo Federation Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Чемпионат России по дзюдо среди ветеранов собрал рекордное количество участников Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Российские дзюдоисты в третий раз выиграли чемпионат мира среди ветеранов Arxivləşdirilib 2018-10-31 at the Wayback Machine Золотая феерия на татами: сборная Россия по дзюдо среди ветеранов – первая в Европе! Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Чемпионат России по дзюдо среди ветеранов завершился в Магнитогорске Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine Российские дзюдоисты в четвертый раз выиграли чемпионат мира среди ветеранов Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Итоги ветеранского чемпионата Европы по дзюдо (Польша, май 2012) Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine СБОРНАЯ РОССИИ ПО ДЗЮДО СРЕДИ ВЕТЕРАНОВ СТАЛА СИЛЬНЕЙШЕЙ В ЕВРОПЕ Arxivləşdirilib 2019-06-25 at the Wayback Machine Россияне выиграли чемпионат мира по дзюдо среди ветеранов Arxivləşdirilib 2018-08-21 at the Wayback Machine Результаты Чемпионата России 2011 года Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Азербайджанец – чемпион Москвы по дзюдо среди инвалидов по слуху – метит на Европу Arxivləşdirilib 2014-04-03 at the Wayback Machine В российском журнале "Мир дзюдо" вышло интервью с нашим земляком, одним из лучших представителей Московского союза ветеранов России Расимом Агамировым. Он завоевал "золото" в личном и командном зачетах на чемпионатах Европы и мира среди мастеров.
Rasim Ağayev
Rasim Ağayev (17 mart 1940) — Azərbaycan jurnalisti və politoloqu. Rasim Ağayev 17 mart 1940-cı ildə anadan olmuşdur. 1970-ci illərdə jurnalist kimi fəaliyyətə başlamış Ağayev müxtəlif illərdə "Mayak" radiosunda, "Trud" qəzetində, "RİA Novosti" agentliyində çalışmışdır. O, Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürəhman Vəzirovun və Azərbaycan Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində işləmişdir. Ağayev 1994-cü ildə həbs edilmişdir. Ağayev, Rasim; Əlizadə, Zərdüşt. Конец второй республики (rus). Moskva: Граница. 2006. ISBN 5-94691-207-0.
Rasim Babayev
Rasim Babayev Hənifə oğlu (31 dekabr 1927, Bakı – 24 aprel 2007, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1959), Azərbaycan SSR xalq rəssamı (1988), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1991). Rasim Babayev 31 dekabr 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1945–1949-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. Daha sonra təhsilini 1949–1956-cı illərdə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda davam etdirmişdir. Rasim Babayev Azərbaycan rəngkarlığının və qrafikasının inkişafında müstəsna xidmətləri olmuş rəssamdır. Müxtəlif janr və mövzularda, xüsusən boyakarlıq və dəzgah qrafikas ı janrlarında sahəsində yaratdığı rəsm əsərləri ilə tanınmışdır. Sənətkarın dəzgah qrafikasında yaratdığı linoqravür silsilələrinə və dəzgah rəsmlərinə "Sumqayıt", "Daşkəsən", "Abşeron", "Ağaclar", "Neft çənləri" (1958), "Neftin doldurulması" (1958), "Qız" (1958), "Qara şəhər" (1958), "Daşkəsən yollarında" (1961), "Fəhlənin portreti" (1962), "Almaniyada" (1963), "Qobustan" (1964), "Xınalıq" (1964), "Dəvələr" (1966), "Hamamlar" (1969), "Qaçaq Nəbi" (1969), "Köhnə Bakı" (1970), "Narlar" (1970), "Kənd" (1970), "Qədim qəbiristanlıq" (1970), "Rəssam Ə.Rzaquliyev" (1970) və başqa əsərlərini daxildir. Habelə rəssam "Ölüm Düşərgəsi", "Qardaş Xatirəsi", "Dağlar", "Yer" və "Göy", "Mənim bağım" kimi boyakarlıq əsərlərinin və "Qız", "Rəssam S.Bəhlulzadə" portretlərinin müəllifidir. Rasim Babayev 1980-ci illərin sonu 1990-cı illərdə baş vermiş hadisələrlə bağlı tablolaların müəllifidir. O, 20 Yanvar faciəsini əks etdirən "Qanlı general" tablosunu yaratmışdır.
Rasim Balayev
Rasim Balayev (8 avqust 1948, Ağsu rayonu) — Azərbaycan kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı lauratı (1986), Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri (2022-ci ildən) və keçmiş katibi (1990–2013). Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilmişdir.
Rasim Başak
Rasim Başak (17 fevral 1980, Bakı) — Azərbaycan-Türk peşəkar basketbolçusu Başak 1980-ci ildə Bakıda anadan olub. Atası azərbaycanlı, anasının isə rus olmasına baxmayaraq türk vətəndaşlığını qəbul edən Rasim uzun müddət qardaş ölkənin əsas basketbol millisində çıxış edib.
Rasim Cabbarov
Rasim Baba oğlu Cabbarov (06 oktyabr, 1969) — fizika elmləri doktoru, dosent, AMEA-nın fizika İnstitutunun əməkdaşı 1969-cu il, oktyabrın 6-da Masallı rayon Ərkivan kəndində anadan olmuş, 1987-ci ildə kənd orta məktəbi bitirdikdən sonra elə həmin il, M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1993-cü ildə oranı "fizik və fizikşünas" ixtisası üzrə bitirmişdir. 1988–1989 il ərzində Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İnistutu bitirdikdən sonra, 1993-cü ildə AMEA Fizika İnstitunda "Yarımkeçiricilər fizikası" ixtisası üzrə əyani aspiranturaya daxil olmuş və 1996-ci ildə aspiranturanı bitirərək, institutun "yarımkeçiricilərdə tarazlıqda olmayan elektron prosesləri" laboratoriyasında kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətimə başlamışdır. 1996-cu ildə böyük elmi işçi, 2003-cu ildə isə aparıcı elmi işçi vəzifəsinə seçilmişdir. Hal-hazırda AMEA Fizika institinun bionanostrukturlar fizikası laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır. 1996-cu ildə, Fizika İnstitunun ixtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik dissertasiyasını müdafıə etmiş və 1996-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən fizika-riyaziyyat elmləri namizədi elmi adına layiq görülmüşdür. 2006-ci il Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adına layıq görülmüşdür. 2007-ci il Fizika İnstitunun ixtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiya müdafiə etmiş və 2008-ci il Ali Attestasiya Komissiyası tərəfindən fizika-riyaziyyat elmlər doktoru elmi adına layiq görülmüşdür. R.Cabbarov yarımkeçiriciler fizikası və bərk cisim elektronikası sahəsinin inkişafında хidmətləri olan və bu elmi istiqaməti tədqiqatları ilə zənginləşdirən tanınmış fizik alim və mütəхəssisdir. Innovativ GaN tipli çoxqat kvant çuxurlarının alınma texnologiyası və onlar əsasında fosfor çevirici ağ LED işıqlarının yaradılması və inkişaf etdirilməsi, onların işıq parametirlərin artırılması istiqamətində apardığı elmi araşdırmaların nəticələri nüfuzlu xarici elmi jurnallarda dərc olunmuşdur.
Rasim Cəfər
Rasim Valeh oğlu Cəfərov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2016). Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000). 1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb. İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub. Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. "Şəngülüm, Şüngülüm, Məngülüm" "Şərqə səyahət" "Pantomim buketi" "Zibillik pərvanələri" "Eşq" "Pəri-Cadu" — Təlxək əcinnə "Çəkməli pişik" "Tıq-tıq xanım" — Siçan bəy, keçi "Şelkunçik" "Pələng ili" — Ağa "Oliver Tvistin macəraları" "Məhv olmuş gündəliklər" — Qənimət "Mən gəldim, qızlar" ("Müharibə") — əmi "Yalqız qərb" — Balin qerbor Salur Qazanın evi talandığı boy (film, 2001) Epizod (film, 2002) Manqurt (film, 2003) Oyun (film, 2003) Ana qaz (film, 2005) Üç qız (film, 2005) (tammetrajlı bədii film) Ev (film, 2007) Qala (film, 2008) Yalançılar (film, 2008) Ölüm növbəsi (film, 2009) Teatral həyat (film, 2009) Podpiska o neviezde (2009) Kuklalar (film, 2009) Sahə (film, 2010) Əzizim Fellini (film, 2010) Səhərə inan... (film, 2011) Tabutçunun yelləncəyi (film, 2012) Sirr (serial, 2012) Döngələr (teleserial, 2012) Çaqqal nəfəsi (film, 2013) Ayrı (Torn) (film, 2014) Arzuların ardınca...
Rasim Cəfərov
Rasim Valeh oğlu Cəfərov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2016). Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000). 1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb. İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub. Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. "Şəngülüm, Şüngülüm, Məngülüm" "Şərqə səyahət" "Pantomim buketi" "Zibillik pərvanələri" "Eşq" "Pəri-Cadu" — Təlxək əcinnə "Çəkməli pişik" "Tıq-tıq xanım" — Siçan bəy, keçi "Şelkunçik" "Pələng ili" — Ağa "Oliver Tvistin macəraları" "Məhv olmuş gündəliklər" — Qənimət "Mən gəldim, qızlar" ("Müharibə") — əmi "Yalqız qərb" — Balin qerbor Salur Qazanın evi talandığı boy (film, 2001) Epizod (film, 2002) Manqurt (film, 2003) Oyun (film, 2003) Ana qaz (film, 2005) Üç qız (film, 2005) (tammetrajlı bədii film) Ev (film, 2007) Qala (film, 2008) Yalançılar (film, 2008) Ölüm növbəsi (film, 2009) Teatral həyat (film, 2009) Podpiska o neviezde (2009) Kuklalar (film, 2009) Sahə (film, 2010) Əzizim Fellini (film, 2010) Səhərə inan... (film, 2011) Tabutçunun yelləncəyi (film, 2012) Sirr (serial, 2012) Döngələr (teleserial, 2012) Çaqqal nəfəsi (film, 2013) Ayrı (Torn) (film, 2014) Arzuların ardınca...
Rasim Gənzəli
Rasim Gənzəli (tam adı: Rasim Qulu oğlu Məmmədli; 9 fevral 1962, Gənzə, Ordubad rayonu – 12 avqust 2018, Bakı) — Azərbaycan yazıçısı, jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinin humanitar məsələlər üzrə müşaviri, “Beynəlxalq Əlillər Cəmiyyəti”nin İdarə Heyəti üzvü Rasim Qulu oğlu Məmmədli 9 fevral 1962-ci ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Gənzə kəndində anadan olmuşdur. Uşaqlıqdan əlildir, yeriyə bilmir. Evdə fərdi surətdə orta, daha sonra isə ali təhsil almışdır. Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakultəsinin kitabxanaçılıq və biblioqrafiya ixtisasını bitirmişdir. Gənc yaşlarından publisistik və bədii yaradıcılıqla məşğul olmuşdur. Ordubadda çap olunan "Yeni Ordubad" və "El həyatı" qəzetlərində ştatdankənar müxbir kimi fəaliyyət göstərib. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bütün kitablarının adları “Q” hərfi ilə başlayır. Səbəbini özündən soruşduqda belə cavab verib: “İki kitabım nəşr olunmuşdu. Bir gün qardaşım qızı gəldi ki, əmi, bəs fikir vermisənmi, sənin kitablarının adı “Q” hərfi ilə başlayır?
Rasim Hacı
Rasim Hacı və ya Rasim Hacıyev (10 iyun 1941 – 7 yanvar 2008, Mahaçqala) — Sovet və rus yazıçısı. Dağıstan Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1974). Əsərlərində dağlıq Dağıstan sakinlərinin təbiəti və xarakterləri sevgi ilə təsvir olunur. Rasim Hacıyev 1941-ci ildə Azərbaycanın Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Milliyyətcə ləzgidir. Rasim Hacı gənc yaşlarından neft yataqlarında qazmaçı işləyir. Sovet ordusu sıralarında xidmət edir. Sonradan Mahaçqalaya köçür, limanda fəhlə, ayırıcı qurğu zavodunun inşaatında betonçu, sonra Dağıstan kitab nəşriyyatında korrektor işləyir. Respublika "Kommunist" qəzetində və "Dostluq" almanaxının ləzgi nəşrində nəşr olunur. Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirir, "Sokolenok" jurnalının ləzgi dili üzrə sayının redaktoru işləyir.
Rasim Hacıyev
Rasim Hacıyev (10 may 1926-cı il — 23 noyabr 1999-cu il) — tibb elmləri doktoru, professor. Azərbaycan tibb elminin görkəmli nümayəndələrindən biri Rasim Hacıyevin dəri-zöhrəvi xəstəlilklərinin öyrənilməsi və müalicəsi sahəsində göstərdiyi xidmət və fəaliyyətləri tibb sahəsində onu öz dövrünün novator həkimi kimi tanıtmışdır. Rasim Hacı oğlu Hacıyev 1926-cı il may ayının 10-u Şuşanın Malıbəyli kəndində anadan olmuşdur. Malıbəyli orta məktəbində orta təhsil almışdır. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun "Müalicə-profilaktika" fakültəsinə daxil olmuşdur. 1947-ci ildə R. Hacıyev Tibb institutunu əla qiymətlərlə başa vuraraq 3 il respublikanın müxtəlif tibb müəssisələrində çalışır. Rayonlarda həkimlərə daha çox ehtiyac olduğundan o, Salyana dermatoveneroloq göndərilir. 1950-ci ildə Moskva şəhərində müsabiqə yolu ilə Mərkəzi Dəri-Zöhrəvi Elmi-Tədqiqat İnstitutunun ordinaturasına qəbul olunur. Bu elm ocağında dünyanın ən məşhur mütəxəssislərindən olan Ovçinnikov, Rezontul, Maşgilleyson kimi tibb korifeylərindən təcrübə üsullarını öyrənir. Rasim Hacıyev Moskvada professor İ. M. Porudaminskinin rəhbərliyi altında namizədlik dissertasiya mövzusu götürür.
Rasim Hüseynov (rəssam)
Rasim Hüseynov (3 yanvar 1964, Zirə) — azərbaycanlı rəssam. Rasim Hüseynov 1964-cü ildə Bakının Zirə qəsəbəsində anadan olub. 1984-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1992-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. 1999-cu ildən ailəsi ilə Hollandiyaya köçüb. Həyat yoldaşı Vəfa Rüstəmova da rəssamdır. Onlar bir yerdə təhsil alıb və eyni vaxtda sərgilərdə iştirak etməyə başlayıblar. 2000-ci ildən isə Hollandiyada 70-dən çox fərdi və birgə sərgilərdə iştirak ediblər. Əsərləri maraqla qarşılanıb, yaratdıqları milli obrazlar xarici sənətsevərləri heyrətləndirib. Rasim Hüseynov həyat yoldaşı ilə birgə Hollandiyada rəsm sərgiləri keçirərək, Azərbaycan mədəniyyətini, tarixini az da olsa əsərlərində əks etdirməyə çalışmış və 1988-ci ildən bəri 100-dən çox beynəlxalq sərgidə iştirak etmişlər. Təkcə Hollandiyanın Amsterdam, Utrext və Haaqa şəhərlərində, eləcə də qonşu Almaniyada onların əsərləri 30 dəfə müxtəlif sərgilərdə nümayiş etdirilmişdir.