Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Magistratura
Magistr (lat. magister — müəllim, usta) — bəzi ölkələrdə magistraturanı başa vurduqdan sonra tələbələrin əldə etdikləri ali ixtisas dərəcəsi, ilkin elmi dərəcə. Magistratura — ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir. Avropanın "Bolonya prosesinə" qoşulmuş ölkələri, o cümlədən Azərbaycan ümumi Avropa təhsil çərçivəsi yaratmaq məqsədilə magistr təhsil pilləsini daxil etmişlər. Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət edə bilər. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılır. Magistraturada təhsilə məhdudiyyət vardır. Azərbaycanda magistr təhsilinin əsasları "Azərbaycan Respublikasının təhsil qanununda" ətraflı verilir.
Magistratura (Qədim Roma)
Magistratura (lat. magistratus, lat. magister) — Roma Respublikası dövründə ali hakimiyyət orqanı. Bu ali hakimiyyət orqanı nümayəndəsi Magistrat adlandırılırdı. Bu ali orqana yol ənənəvi olaraq Cursus honorum (az. Fərqlənmə yolu)ndan keçirdi. Magistraturalar: Ordinar (seçkili) Ali Konsullar, Pretorlar, senzorlar. Aşağı Kurullu Edillər, Kvestorlar, Xalq tribunları (bəzi tədqiqatçılar bu vəzifəni magistratlara aid etmirlər). Fövqaladə (təyinatlı) Ali Diktator, Suvarilər rəisi, İnterreks, Desemvirlər, (qanun yazanlar) Hərbi tribun (konsul səlahiyyətli), Triumvirat (II Triumvirat).