Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Replika
Replika – müəllifin dialoqda birinci, ikinci və üçüncü şəxs şəklində ola bilən danışığı, ifadələri və sözləridir. Replika müəllif sözünün təsviri formalarından biridir, lakin bu təsvir vasitəlidir, müəllifin birbaşa səsi kimi deyil, obrazın sözü kimi verilir. Replikalar, müxtəlif surətlərin sözləri ilə müəllif canlı danışığın yazılı sözlə verilən obrazını yaradır. Bu mənada replikalardan təşkil olunan dialoqlar obrazlılıq forması sayıla bilər. Süjet hadisənin, surət insanın, dialoq insanların canlı ünsiyyətinin, replika isə canlı danışıq sözünün ya söz sırasının obrazıdır. Ədəbi yaradıcılıqda replika ilə dünyanı və insanları, onların konflikt və problemlərini təsvir etmək ən çətin yaradıcılıq işi sayılır. Məsələn, Hollivud filmlərində süjeti bir ya iki müəllif işləyir, amma dialoqların yazılmasına dörd-altı ssenarist cəlb olunur. Replika mətnin ayrılmaz hissəsi olsa da, o iki və daha çox adam arasında olan danışıq, nitq, ünsiyyət parçası sayılır. Birinci və ikinci şəxs arasındakı danışıq isə real həyatda həmişə şifahi mətnyaratmadır, şifahi nitqdir. Yazılı və şifahi nitqlər (mətnyaratma) isə bir-birindən köklü fərqlərə malikdir.
Relikt
Relikt (lat. relictum - qalıq) - relikt bitki və heyvanlar — keçmiş geoloji dövrlərin müasir biosenozun tərkibinə daxil olan bitki və heyvan növləri, kiçik və geniş ərazini tuta bilər. Üçüncü dövr, pleystosen, postpleytosen reliktləri ayırırlar. Azərbaycan Respublikasında (əsasən Talış zonasında), yalanqoz, şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat ağacı, bigəvər kolu, şümşad kolu üçüncü dövr reliktidir. Relikt endemlər (lat. relictum - qalıq) – keçmiş geoloji dövrlərdən indiyə kimi qalmış növlər. Relikt növlər olduqca məhdud sahədə qala bilər (məs., gingqo, eldar şamı, saqovnik, sekvoya və b.) həm də nisbətən məhdud ərazilərdə yayıla bilər (məs., üçüncü dövr reliktləri – azaliya, andromeda, budaqlı danaya, dəmirağac, şabalıdyarpaq palıd və s.) Əlverişli yaşama şəraitində (refiqiumlarda) qalan keçmiş fauna. Əlverişli şəraitlərdə fraqmentlər şəklində qalan qədim flora növlərinin məcmusu.
Relik
Relik (Latınca reliquiae "geri qalan, qalıq") Xristianlıqda Məsih, müqəddəslər və digər əziz insanlarla əlaqəli və ya onlardan qalmış müqəddəs əşyalara və ya parçalara verilən addır. Məsələn, müqəddəslərin sümükləri və ya bu insanın sahibi olduqları mallar relikdir. Reliklər bəzən reliker adlanan xüsusi mühafizə qablarında saxlanılır.
Republika Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Relikt minerallar
Relikt minerallar — tapıldığı çökmə süxurlardan daha əvvəl əmələ gəlmiş minerallar. Buraya ekzogen proseslərə davamlı minerallar aiddir: kvars, maqnetit, sirkon, qranat, bəzən çöl şpatları, mikalar və dəmir-maqnezium silikatları. Süxur daha dərin dəyişilmə mərhələsində, yaxud əksinə (məsələn, metogenez mərhələsində mühafizə olunub qalmış sedimentasion və ya diagenetik kaolinit), rast gələn çöküntü süxurların zəif dəyişkənlik pilləsinin mineralları, habela metamorfik süxurlarda ilkin süxurdan (metamorfizmdən sonra) qalmış minerallar da relikt minerallar aiddir. Regional metamorfizmin hər hansı bir fatsial şəraitində əmələ gəlmiş və sonrakı fatsiyalarda dayanıqlı qalan minerallar da relikt minerallar sayılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Relikt relyef
Relikt relyef (rus. реликтовый рельеф, ing. relief landforms, past forms) — keçmiş geoloji dövrlərdə, başqa şəraitdə əmələ gəlmiş, relyef formaları. Məs: Şərqi- Avropa düzənliyində buzlaq relyef formaları.
Velika Planina
Velika Planina (sloven. Velika planina) ― Sloveniyada, paytaxt Lyublyana şəhərindən 50 km şimal-şərqdə yerləşən dağlıq karst yaylası. Yayla 5,8 kvadrat kilometr ərazini əhatə edir və dəniz səviyyəsindən orta hesabla 1,500 metr (4,900 ft) yüksəkdə yerləşir. Ən yüksək nöqtəsi 1,666 metr (5,466 ft) hündürlüyündəki Qradişçe dağıdır. Velika Planina yaylası qışda xizək kurortu, yayda isə istirahət yeri kimi turizm mərkəzidir. Velika Planina hərfi mənada "dağ otlağı" deməkdir. Ərazidə 300 baş mal-qara otlaya bilər. Bu gün Velika planina seyrək küknar meşələri və cırtdan şam ilə əhatə olunmuş və tipik karst çuxurları ilə səciyyələnir. İnsanın Velika Planinada erkən tarixlərdən bəri mövcud olduğuna dair dəlillər mövcuddur. Yayla orta əsrlərdə otlaq kimi istifadə edilmişdir.
Zbiqnev Reliqa
Zbiqnev Yevgeni Reliqa (pol. Zbigniew Eugeniusz Religa, 16 dekabr 1938 – 8 mart 2009, Varşava) — Polşanın görkəmli kardioloji cərrahı və siyasətçisi. Reliqa, 1963-cü ildə Varşava Tibb Universitetində təhsilini bitirdi. 1966-cı ildən 1980-ci ilə qədər Varşavada Szpital Wolskiʼdə cərrahiyə şöbəsində çalışmışdır. 1973-cü ildə Nyu-York şəhərində damar cərrahiyyəsi üzrə və 1975-ci ildə Detroytda kardioloji cərrahiyyə üzrə təlim keçmişdir. 1973-cü ildə Ph.D. dərəcəsini aldı. 1980-ci ildən 1984-cü ilədək, Varşava Kardiologiya İnstitutunda dərs deyirdi. 1984-cı ildə Zabrze şəhərində Kardiocərrahiyə klinikasını idarə etdi. 1990-cı ildə Katowice Silesian Tibb Universitetində tam professor və 1997-ci ildən 1999-cu ilədək onun rektoru olmuşdur. 2001-ci ildə Varşava'ya qayıtdı, həm 2 saylı Kardioloji Cərrahiyyə Klinikası, həm də Kardiologiya İnstitutunun direktoru oldu.
Velika Plana
Velika Plana (serbcə: Велика Плана) — Serbiyanın Podunavlye rayonunda yerləşən qəsəbə və bələdiyyədir. Bələdiyyə Morava çayının sol sahilində yerləşir. Ərazisi 345 km² olan bələdiyyənin əhalisi 2011-ci ildəki statistik məlumatlara əsasən 40,578 nəfər təşkil edir. Velika Plananın iqtisadiyyatı sənayeyə əsaslanır və şəhərdə dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələrinin istehsalçısı olan Goša FOM-un bir filialı və müdafiə sənayesi üçün detallar tədarük edən fabrik yerləşir.
Republika Srpska (1992–1995)
Srpska Respublikası (Serb kiril əlifbası: Република Српска) Bosniya müharibəsi illərində Srpska Respublikası Ordusunun nəzarəti altında olan cənub-şərqi Avropada proto dövlət idi. Özünü müstəqil elan etməsinə baxmayaraq, bu iddia Bosniya hökuməti (ərazisi Srpska-nın bir hissəsi kimi tanınan), Birləşmiş Millətlər Təşkilatı və ya hər hansı digər tanınmış dövlət tərəfindən qəbul edilmədi. Yarandığı ilk aydalarda Serbiya Bosniya və Herseqovina Respublikası (Serb kiril əlifbası: Српска Република Босна и Герцеговина) kimi tanınırdı.