Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reptilia
Sürünənlər (lat. Reptilia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Sürünənlər onurğalıların əsl quru həyatı keçirən ilk sinfidir. Bədən temperaturu dəyişkəndir. Mayalanma daxilidir. Hərəkət qaydalarının xeyli mürəkkəb və müxtəlif olması ilə əlaqədar sürünənlərin də bədən formaları müxtəlifdir. Bədəni yığcamdır, boyun hissə gövdədən yaxşı fərqlənir, quyruq nazikdir, ətraflar daha güclüdür, ətrafları vasitəsilə gövdəni yerdən qaldıraraq hərəkət etdirirlər. Sürünənlərin ağacda yaşayan formaları da vardır. Belə sürünənlərin arxa ətrafları daha uzun olur, gövdənin yanında dəri çıxıntıları əmələ gəlir ki, bunun sayəsində süzmə hərəkəti edərək ağacdan-ağaca düşürlər. Sürünənlərdə hərəkətin təkamülü manevretmənin güclənməsi istiqamətində getmişdir ki, bu, yemlənmə, yırtıcıdan qorunma və optimal sığınacaq şəraiti tapmaq imkanlarını genişləndirir.
Sürünənlər (Reptilia)
Reptilian insanlar
Sürünən humanoidlər və ya antropomorfik sürünənlər folklor, bədii ədəbiyyat və sui-qəsd nəzəriyyələrində görünür. Bir çox mədəniyyətdə bir hissəsi insan və bir hissəsi sürünən olan canlılar haqqında əfsanələr vardır. Sürünən humanoidinin insan formasında ilk tarixi təsvirlərindən biri başı timsah başı formasında olan Qədim Misir tanrısı Sobek idi. Təcavüzkarlıq və heyvansevərlik kimi oxşar xüsusiyyətlərlə təsvir edilmişdir. Cənubi Asiya və Cənub-Şərqi Asiya mifologiyasında mövcud olan Naqalar yarı insan və yarı ilan olan yarı ilahi məxluqlardırlar. İnsani sürünən kriptidlərin görünməsi bataqlıqların çox olduğu Amerika Birləşmiş Ştatlarının cənub hissəsində çoxdur. 1980-ci illərin sonunda Cənubi Karolina əyalətinin Bishopville şəhərində yüzlərlə "Kərtənkələ adamı" görülmüşdür.
Repçilik
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.