Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marina Raskova
Marina Mixaylovna Raskova (rus. Мари́на Миха́йловна Раско́ва; 15 (28) mart 1912, Moskva – 4 yanvar 1943, Saratov vilayəti) — Sovet Sosialist Respublikaları İttifaqında peşəkar aeronaviqator diplomunu almış ilk qadın. O, bir çox rekordun müəllifi, eləcə də rekord qıran uçuşların naviqatoru və onun şərəfinə adlandırılan 587-ci borbardmançı aviasiya alayının qurucusu və komandiri olub. Raskova hərbi xidmətdə olan 800 000-dən çox qadından biri idi. O, müharibənin gedişatında üç qadın aviasiya alayı yaratmış, onlardan biri 30 000 döyüş uçuşu keçirmiş və ən azı 30 Sovet İttifaqı Qəhrəmanı yetişdirmişdir. == Erkən həyatı == Marina Malinina orta sinifə məxsus ailədə anadan olmuşdu. Onun atası opera müğənnisi təlimatçısı Mixail Malinin (Михаил Дмитриевич Малинин), anası isə müəllimə idi. Gəmiqayırma ürə mütəxəssis Boris Malinin Raskovanın ögey qardaşı (atası vasitəsilə) idi. Digər qadın pilotların əksəriyyətindən fərqli olaraq Marina aviasiyaya erkən yaşlarından maraq göstərməmişdi. Pilot olmaq onun ikinci seçimi idi.
Oksana Şişkova
Oksana Valerivna Şişkova (ukr. Оксана Валеріївна Шишкова; d. 10 iyun 1991, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna xizəkçisi, biatleti. == Bioqrafiya == Oksana Şişkova 1991-ci il iyunun 10-da Xarkov şəhərində anadan olmuşdur. Üç il akrobatik gimnastika bölməsində oxuyub. Yeddi yaşında kunq-fu öyrənməyə başlayıb. On yaşlarında onun görməsi pisləşməyə başladı və gözdən əlil oldu. On üç yaşında Paralimpiya idmanı və atletika (100 m və 200 m) məşqlərinə başlamış, «Ukrayna idman ustası» adını almışdır. 2003-cü ildə Ukrayna Atletizm çempionatına qatıldı. 2004-cü ildə, gözdən əlil uşaqlar üçün olan internat məktəbində təhsil alarkən xizək və biatlona başladı.