Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Blake Ross
Blake Aaron Ross (12 iyun 1985, Mayami, Florida) — Dave Hyatt ilə birlikdə Mozilla Firefoxun yaradıcısı kimi tanınan, Amerikalı proqramçı. 2005-ci ildə Sergey Brin, Lary Peyc kimi məşhurları geridə qoyaraq, Wired jurnalının verdiyi Rave mükafatına layiq görülüb. 2007-ci ildən 2013-cü ilə qədər Facebookda işləyib.
Bob Ross
Bob Norman Ross (d. 29 oktyabr 1942, Daytona Sahili, Florida, ABŞ - ö. 4 iyul 1995, Orlando, Florida, ABŞ) — ABŞ rəssam və televiziyaçısı. == Həyat == Bob Ross, yarım saat ərzində təbiət rəsmlərinin yaradıldığı uzun illər davam edən "Şəkil Sevinci" proqramıyla tanınmışdır. Orijinal adı "The Joy of Painting" olan proqram çox populyar olmuşdur. Rəssam tutulduğu limfa bezi xərçəngi səbəbiylə 1995-ci ildə həyatını itirmişdir. Hazırladığı televiziya proqramları hələ də bir çox ölkənin TV kanallarında yayımlanmaqdadır.
Ceyms Ross
Ceyms Klark Ross (ing. James Clark Ross; 15 aprel 1800[…] – 3 aprel 1862[…]) — britaniyalı hərbi dənizçi, qütb rayonlarının araşdırmaçısı, Kral Coğrafiya Cəmiyyətinin (ing. Fellow of the Royal Society) üzvü. == Bioqrafiya == Ceyms Ross 15 aprel 1800-cü ildə Londonda anadan olmuşdur. Milliyyətcə şotland olmuşdur. Donanmaya hələ 12 yaşında daxil olmuşdur. O, ilk dəfə əmisi Con Rossun gəmisinə minmişdir. 18 yaşında əmisinin "İzabela" gəmisində Baffin Torpağına səfər etmişdir. 1820-ci illərdə Şimal-Qərb keçidini tapmaq məqsədi ilə Vilyam Parrinin təşkil etdiyi üç ekspedisiyada iştirak etmişdir. 1829–1833 illərdə isə Arktika rayonununa əmisinin təşkil etdiyi ekspedisiyada olmuşdur.
Dayana Ross
Dayana Ross (26 mart 1944[…], Detroyt, Miçiqan), Amerikalı müğənni və aktrisa. == Həyatı == Fəhlə bir ata ilə müəllim bir ananın uşağı olaraq dünyaya gələn Dayana Ross uşaqlığını Alabamada keçirdi. 14 yaşındaykən ailəsiylə birlikdə Detroyta köçdülər. Yanvar 1962-ci ildə Ross, "Cass Technical High School"dan məzun oldu. Eyni illərdə musiqi karyerasını da cəmləşdirməyə başlayan sənətçi qonşuları olan Mary Vilson, Florens Ballard, və sonradan Supreyms və The Temptations adlarını alacaq olan Betti McGlovn ilə yerli icmaların meydana gətirib soul üslubunda sıxlaşan bir çox musiqi işlərinə imza atdı. Albomları The Beatlesdan sonra ən çox satan ikinci albom oldu. 1959-cu ildə başlayan Supremes macərasından sonra 1970-ci illərdə solo işlərinə başladı. 1972-ci ildə özünə Oskar namizədliyi gətirən Lady Sings the Blues adlı filmdə rol aldı. Yayımladığı bir çox albom və bir çox mahnı həftələrcə siyahı başında qaldı. İşləriylə müxtəlif mükafatlar qazanan Ross, 1971-ci ilin avqustunda meneceri Robert Ellis Silberstein ilə evləndi.
Lian Ross
Lian Ross (almanca: Josephine Hiebel, 8 dekabr 1962, Hamburq) — Alman İtalo Disko stilində ifa edən müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Ən məşhur mahnıları "Fantasy" və "Say You'll Never" mahnılarıdır. 2005-ci ildə "Ən yaxşı və daha çoxu" adlı hit sinqllarının və seçim mahnılarının bir tərtibatı çıxmışdır.
Mont-Ross
|Şəkil = Kerguelen MontRoss.JPG |Şəklin izahı = |lat_dir = S|lat_deg = 49|lat_min = 36|lat_sec = |lon_dir = E|lon_deg = 69|lon_min =30 |lon_sec = |CoordScale = |Ölkə = Fransa |Vilayət = |Ada = |Dağ sistemi = |Dağ silsiləsi = |Vulkan forması = |Növü = Startovulkan |Püskürmə tipi = |Kraterin diametri = |Kraterin dərinliyi = |Əmələgəlmə dövrü = |Yaşı = |İlk püskürmə = |Son püskürmə = |Tərkibi = |Mütləq hündürlüyü = 1840 |Yer xəritəsi = Fransa Kergelen |Yer xəritəsi 1 = }} Ross vulkanı (fr. Mont Ross) — Kergelen adasında yerləşən vulkan. Vulkanın hündürlüyü 1840 metrdir. Vulkan adanın cənubunda, Qaleni yarımadasında yerləşir. Mont-Ross iki zirvəyə sahibdir - Qran-Ross və Peti-Ross (1721 m). Vulkan Kuk buzlağı ilə örtülmüşdür. O, 1840-cı ildə Kergelen adasını ziyarət etmiş Ceyms Klark Rossun şərəfinə adlandırılmışdır. Zirvə ilkdəfə 1975-ci ildə fəth edilmişdir. Vulkanın hər iki zirvəsinə isə eyni anda 2006-cı ilin dekabrında çıxılır.
Ronald Ross
Ronald Ross (13 may 1857[…], Almora[d], Britaniya Hindistanı – 16 sentyabr 1932[…], London) — Fiziologiya və ya tibb sahəsində 1902-ci ildə Nobel mükafatı laureatı == Həyatı == Ronald Ross 1857-ci ildə Hindistanda zabit ailəsində doğulmuşdur. 8 yaşında ikən təhsil almaq üçün İngiltərəyə yola düşən Ross atasının təkidilə Tibb Kollecinə daxil olmuş və 1881-ci ildə "Hindistan Tibb Xidməti" adlı təşkilatda çalışmağa başlamışdır. Burada işlədiyi ilk dövrlərdə ədəbiyyatla da məşğul olmuş, hekayə və romanlar yazmışdır. Bununla yanaşı, malyariya xəstəliyinin törədiciləri barədə tədqiqatlar aparmışdır. Bu məqsədlə İngiltərədə bakteriologiya kurslarına daxil olan Ross, daha sonra Hindistana qayıdaraq tədqiqatlarını davam etdirmişdir. == Fəaliyyəti == 1880-ci ildə Şarl Levran malyariya törədicisinin plazmodiya adlı birhüceyrəli parazit olduğunu aşkara çıxarmışdı. Müasir elmi məlumatlara əsasən, plazmodiyalar insanın eritrositlərinə (qırmızı qan hüceyrələri) toplanır və orada cinsiyyətsiz çoxalır. Daha sonra isə bu plazmodiyalar çoxalaraq aypara şəkilli forma alırlar. Yoluxdurucular xəstələnmiş şəxslərdən ağcaqanadlar vasitəsilə sağlam insanlara keçir. Plazmoidlərin cinsi inkişafı ağcaqanadlarda həyata keçdiyindən, insan onlar üçün aralıq sahib hesab edilir.1880-ci illərdə Kamillo Qolcinin tədqiqatları əsasında plazmodiyaların insanda cinsiyyətsiz çoxalmasının mərhələləri müəyyən edilmişdi.
Ross 154
Ross 154 (lat. Ross 154) — Oxatan bürcündə yerləşən tək ulduz. Günəşdən 9.69 işıq ili məsafədə yerləşir, yəni bizə ən yaxın olan ulduzlardan biridir. == Xarakteristikası == Ross 154, M3.5 V spektral təsnifatının sönük və nisbətən soyuq ulduzudur (qırmızı cırtdan). Əsas ardıcıllıq adlı ulduz zolağına aiddir. Onun parlaqlığı 0,0038 günəş parlaqlığına bərabərdir, kütləsi günəş kütləsinin 17%-ini təşkil edir, diametri günəşin diametrinin 24%-ı edir, səth istiliyi 3105 K bərabərdir. Ulduzun yaşı bir milyard ildən az qiymətləndirilir. Ross 154, UV balina tipli alışan ulduzdur. Chandra kosmik teleskopundan edilən müşahidələr göstərdi ki, Ross 154-ün rentgen diapazonundakı şüa intensivliyi günəşə bərabər və ya daha da çoxdur. Dəyişən ulduzların kataloğunda əlavə olaraq V1216 Oxatan kimi də göstərilir.
Ross Uilson
Ross Vilson (22 avqust 1955, Minneapolis, Minnesota) — ABŞ-nin Azərbaycandakı keçmiş səfiri (2000–2003), hazırda ABŞ-nin Türkiyədəki səfiridir. == Həyatı == Ross Vilson 1955-ci ildə Minneapolis ştatında doğulub. 1977-ci ildə Minnesota Universitetinin bakalavr pilləsini bitirib. 1979-cu ildə Kolumbiya Universitetində magistr dərəcəsi alıb. 1995-ci ildə ABŞ Müharibə Kollecini bitirib. Diplomatik karyerasının əvvəlində ABŞ Dövlət Departamentində Sovet İttifaqı və Misir məsələləri üzrə müşavir vəzifəsində çalışıb. 1980–1982-ci və 1987–1990-cı illərdə ABŞ-nin SSRİ-dəki, 1985–1987-ci illərdə Çexiyadakı səfirliyində işləyib. 1990–1992-ci illərdə ABŞ dövlət katibi müavininin iqtisadi məsələlər üzrə xüsusi köməkçisi, 1992–1994-cü illərdə Dövlət Departamentində icraçı katibin müavini vəzifələrində çalışıb. 1995–1997-ci illərdə ABŞ-nin Avstraliyanın Melburn şəhərində baş konsulu olub. 1997–2000-ci illərdə dövlət katibinin MDB üzrə xüsusi müşaviri vəzifəsini daşıyıb.
Ross Vilson
Ross Vilson (22 avqust 1955, Minneapolis, Minnesota) — ABŞ-nin Azərbaycandakı keçmiş səfiri (2000–2003), hazırda ABŞ-nin Türkiyədəki səfiridir. == Həyatı == Ross Vilson 1955-ci ildə Minneapolis ştatında doğulub. 1977-ci ildə Minnesota Universitetinin bakalavr pilləsini bitirib. 1979-cu ildə Kolumbiya Universitetində magistr dərəcəsi alıb. 1995-ci ildə ABŞ Müharibə Kollecini bitirib. Diplomatik karyerasının əvvəlində ABŞ Dövlət Departamentində Sovet İttifaqı və Misir məsələləri üzrə müşavir vəzifəsində çalışıb. 1980–1982-ci və 1987–1990-cı illərdə ABŞ-nin SSRİ-dəki, 1985–1987-ci illərdə Çexiyadakı səfirliyində işləyib. 1990–1992-ci illərdə ABŞ dövlət katibi müavininin iqtisadi məsələlər üzrə xüsusi köməkçisi, 1992–1994-cü illərdə Dövlət Departamentində icraçı katibin müavini vəzifələrində çalışıb. 1995–1997-ci illərdə ABŞ-nin Avstraliyanın Melburn şəhərində baş konsulu olub. 1997–2000-ci illərdə dövlət katibinin MDB üzrə xüsusi müşaviri vəzifəsini daşıyıb.
Ross adası
Ross adası — Ross dənizi sularında yerləşən, cənub qütbünə ən yaxın adalardan birdir. Ada Viktoriya Torpağına yaxın yerləşir 77°40′ c. e. 168°00′ ş. u.. == Coğrafiya == Adanın sahəsi 2460 km² təşkil edir. Ada bütünlüklə qar və buzla örtülüdür. Ən hündür nöqtələri Erebus (3794 m) və Terror (3230 m) dağlarıdır. Ümumilikdə Erebus ən cənubda yerləşən aktiv vulkandır. == Tarixi == Məşhur Antraktika araşdırmaçısı Ceys Ross 1841-ci ildə Erebus vulkanını və Terror dağını kəşf edir.
Ross dənizi
Ross dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində, Viktoriya Torpağı və Meri Berd adlı ərazilər sahilində, Ader və Kolbek burunlara arasında yerləşir. 0-cı meredian, birinci saat qurşağı onun ərazisindən keçir. Sahəsi 439,000 km², ən dərin yeri 2972 m təşkil edir. Sahilləri sıldırımdır. Dənizin sahilində Ross buzlağı vardır ki, həmin buzlaqla onun sahəsi 960,000 km² təşkil edir. Dənizin acıq hissəsində il boyu hərəkət edən buzlarla örtülü olur. Burada çoxlu Aysberqlər vardır ki , onların uzunluğu 10 bəzən 100 kilometrlərlə uzanır. Yayda dənizdə buzlar arasında boğazlar əmələ gəlir. Bunun sayəsində gəmilər sərbəst üzməsi mümkün olur. Suyun səthində temperatur -1 °C, yayda isə bəzən 2 °C qədər yüksəlir.
Ross suitisi
Ross suitisi (lat. Ommatophoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Ross ərazisi
Ross ərazisi (ing. Ross Dependency) — Antarktidada yerləşən Yeni Zelandiyaya mənsub olan ərazi. Departament 60 °C.e., 160° ş.u. və 150° q.u. arasında yerləşir. Ərazi öz adını britaniyalı dənizçi, Ross dənizini açılışını edən Ceyms Rossun şərəfinə adlandırılmışdır. Əraziyə Viktoriya Torpağı, Ross şelf buzlağı, Ross adası, Balleni adaları, Skott adası və Ruzvelt adası daxildir. == Elmi stansiya == Skott (Yeni Zelandiya) və Mak-Merdo (ABŞ) qütb stansiyaları fəaliyyət göstərir. Bu ərazidə yeganə daimi fəaliyyət göstərən stansiya Mak-Merdodur. Burada hava limanı fəaliyyət göstərir.
Stiven Ross
Stiven Alan Ross (ing. Stephen Alan Ross; 3 fevral 1944, Boston – 3 mart 2017) — amerikalı iqtisadçı, MIT Sloan İdarəetmə Məktəbinin Franco Modigliani şöbəsinin maliyyə iqtisadiyyatı professoru, Koks-Ross-Rubinşteyn modelinin və Koks-İnqersoll-Ross modelinin həmmüəllifi. == Bioqrafiyası == Stiven Ross Rusiyadan gələn yəhudi mühacir ailəsindəndir: ata tərəfdən babası 1897-ci ildə Kurlanddan, nənəsi 1885-ci ildə, ana tərəfdən əcdadları 1905-ci ildə ABŞ-yə mühacirət edib. Atası Artur İsidore Ross (1905-1992) mühəndis, anası isə Yunanlı Bessie (1910-2002) evdar qadın idi. 1965-ci ildə Kaliforniya Texnologiya İnstitutunu fizika üzrə bakalavr dərəcəsi ilə fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Harvard Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır.1975-1977-ci illərdə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində iqtisadiyyat və maliyyə professoru olub. 1977-1979-cu illərdə Yel Universitetində təşkilat, idarəetmə və iqtisadiyyat professoru, 1979-1983-cü illərdə Edwin J.Beinecke kafedrasında iqtisadiyyat və maliyyə professoru, 1984-1985-ci illərdə kafedranın professoru olub. Adriana E. İsrail kafedrasında beynəlxalq ticarət və maliyyə, 1985-1998-ci illərdə Yale Universitetində İqtisadiyyat və Maliyyə Sterlinq Professoru. 1997-1998-ci illərdə o, MIT Sloan İdarəetmə Məktəbində Fisher Black tərəfindən qonaq olan Maliyyə Professoru, 1998-ci ildən isə MIT Sloan İdarəetmə Məktəbində Franko Modilliani Maliyyə İqtisadiyyatı professoru olub. == Təltif və mükafatları == == Biblioqrafiya == Росс С. А., Уэстерфилд Р. У., Джаффи Дж.
Şaun Ross
Şon Ross (ing. Shaun Ross; 10 may 1991, Bronks, Nyu-York ştatı) — ABŞ model, müğənni və aktyoru. Şon Ross anadangəlmə albinos olan ilk peşəkar kişi modeli kimi moda dünyasında tanınır. Ross müxtəlif moda dizaynerləri, jurnalları və kampaniyaları ilə, o cümlədən Givenchy, Alexander Makkuin, Vogue, GQ, Neylon və başqaları ilə çalışmışdır. 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir. O, həmçinin bir sıra müğənninin bir neçə videosunda, o cümlədən Beyonsenin "Pretty Hurts", Lana Del Reyin qısametrajlı "Tropico" filmində və Keti Perrinin "E. T" rolikində çəkilmişdir. Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır. Onun 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir.
Bell & Ross
Bell & Ross — İsveçrəli dizaynerlərin, Bruno Belamişin rəhbərlik etdiyi fransız saat markası. == Tarixi == Bell & Ross 1992-ci ildə yaradılıb. Onun əsasını çoxdankı dostlar — dizayner Bruno Belamiş və iş adamı Karlos Rosillo qoyub. Təsisçilərin adlarının ilk hecaları yeni brendin adı üçün əsas olub. Onların yaratdığı saat modeli öz spesifikliyinə görə dərhal NATO və şirkətin gələcək taleyini təyin edən xüsusi xidmət orqanlarını maraqlandırdı. Brendin Əhəmiyyətinin artmasına səbəb olan hadisə 1997-ci ildə şirkətdə böyük bir pay alan və onun kütləvi bazara çıxmasına imkan verən Chanel ilə bağlanmış müqavilə idi.
Şon Ross
Şon Ross (ing. Shaun Ross; 10 may 1991, Bronks, Nyu-York ştatı) — ABŞ model, müğənni və aktyoru. Şon Ross anadangəlmə albinos olan ilk peşəkar kişi modeli kimi moda dünyasında tanınır. Ross müxtəlif moda dizaynerləri, jurnalları və kampaniyaları ilə, o cümlədən Givenchy, Alexander Makkuin, Vogue, GQ, Neylon və başqaları ilə çalışmışdır. 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir. O, həmçinin bir sıra müğənninin bir neçə videosunda, o cümlədən Beyonsenin "Pretty Hurts", Lana Del Reyin qısametrajlı "Tropico" filmində və Keti Perrinin "E. T" rolikində çəkilmişdir. Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır. Onun 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir.
Rosa
İtburnu (lat. Rosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin 300 növündən Azərbaycanda 42 növünə rast gəlinir ki, bunların 36-sı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır. == Botanik xüsusiyyətləri == Təbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkillidir və sarımtıl tikanlıdır. Bitkinin yarpaqları 3-5 cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür. Yarpaqcıqları enli, qaidəsi ürəkvarı, ucu isə əyilmiş sivridir. Yarpaqcıqların uzunluğu 12-15 sm, eni isə 7-10 sm arasında olur.
Rose
Cozef Nelson Rouz (ing. Joseph Nelson Rose; 11 yanvar 1862 və ya 1862 – 4 may 1928 və ya 1928, Vaşinqton) — Amerika botaniki, bir neçə botaniki bioloji cəmiyyətin üzvü, kaktuskimilər fəsiləsindən çoxlu yeni taksonların müəllifi. == Təsnif etdiyi taksonlar == Carnegiea Britton & Rose — Karnegiya Dendrocereus Britton & Rose Denmoza Britton & Rose Espostoa Britton & Rose — Espostoya Frailea Britton & Rose — Fraleya Mila Britton & Rose — Mila Neoporteria Britton & Rose Pereskiopsis Britton & Rose Quiabentia Britton & Rose Selenicereus (A.Berger) Britton & Rose Tacinga Britton & Rose Thelocactus (K.Schum.) Britton & Rose — Telokaktus == Rouzun şərəfinə adlandırılan taksonlar == Roseanthus Cogn. (1896) = Polyclathra Bertol. Roseocactus A.Berger (1925) = Ariocarpus Scheidw. Roseocereus Backeb. (1938) = Harrisia Britton == Əsərləri == Plants collected in 1889 at Socorro and Clarion Islands, Pacific Ocean, 1890 (совместно с ing.
Ceyms Klark Ross
Ceyms Klark Ross (ing. James Clark Ross; 15 aprel 1800[…] – 3 aprel 1862[…]) — britaniyalı hərbi dənizçi, qütb rayonlarının araşdırmaçısı, Kral Coğrafiya Cəmiyyətinin (ing. Fellow of the Royal Society) üzvü. == Bioqrafiya == Ceyms Ross 15 aprel 1800-cü ildə Londonda anadan olmuşdur. Milliyyətcə şotland olmuşdur. Donanmaya hələ 12 yaşında daxil olmuşdur. O, ilk dəfə əmisi Con Rossun gəmisinə minmişdir. 18 yaşında əmisinin "İzabela" gəmisində Baffin Torpağına səfər etmişdir. 1820-ci illərdə Şimal-Qərb keçidini tapmaq məqsədi ilə Vilyam Parrinin təşkil etdiyi üç ekspedisiyada iştirak etmişdir. 1829–1833 illərdə isə Arktika rayonununa əmisinin təşkil etdiyi ekspedisiyada olmuşdur.
Con Ross (çeroki)
Con Ross (3 oktyabr 1790 — 1 avqust 1866), Quvisqyvi (mifoloji, və yaxud nadir quş) kimi də tanınırdı — Çerokilərin 1828—1860-cı illərdə başçısı.
Kübler-Ross modeli
Kübler-Ross modeli və ya qəmin beş mərhələsi, ölməktə olan insanların davranış ve düşünmə mərhələləri. == Mərhələlələr == İnkar – ilk reaksiya inkar olur. Bu mərhələdə fiziki diaqnoz səhv hesab oluna bilər, və saxtalıq reallığa üstünlük verilir. Qəhər – Şəxs inkarın davam etməsinin mümkün olmasının aşkar etməsi. Dövrəyə girməyən sorğuların dövrəyə girməsi ile başlayır, üst üstə gələn sorğular nəticəsində hirsli emosiyalar vücudu ələ keçirir. Bazarlıq – Üçüncü mərhələ şəxsin qəmin səbəb qarşısını almaq üçün ümid yaradır. Depressiya – "Mən qəmginəm, nəiləsə niyə məşqul olum?"; "Mən tezliklə öləcəm, nə xəyri?" Dördüncü mərhələdə şəxs ölümün tanınması ümidi ilə üzləşir. Həyatdan soyuqlaşma, heç bir şey etmək istəməmə, qeydsizlik halı kimi ifadələr qeyd olunur. Qəbul – "Hər şey yaxşı olacaq". Durumun başa düşülməsi ve həyatın normal axarına dönməsi durumu gerçəkləşir.
Ross 128 b
Ross 128 b – 15 noyabr 2017-ci ildə kəşf edilmiş Yerə bənzər planet. == Haqqında == Günəş sistemidən 11 işıq ili məsafəsində yerləşir. Ross 128 ulduzunun ətrafında fırlanan planetin iqlimi mülayimdir. Aşağı kütləli planetin dövr müddəti təqribən 10 günə bərabərdir. Planet Proksima b-dən sonra bu mülayim iqlimi ilə bizə yaxın ikinci Yerə bənzər planetdir. Planetdə həyatın ola bilməsi mümkündür.Bu, qeyri-aktiv qırmızı cırtdan planet ulduzun ətrafında fırlanan Yerə ən yaxın planetdir. Bu isə planetdə həyatın aşkar edilməsi ehtimallarını daha da artırır.Ross 128 b planetini Çilidə ESO HARPS (High Accuracy Radial velocity Planet Searcher) qəbuledicisi ilə işləyən astronomlar kəşf edib. Planetin səthində dərəcə təqribən -60 və 20 °C arasında olmalıdır.Ross 128 b-nin yaşayış zonasının daxilində, xaricində və ya hüdudlarından kənarda olduğunu müəyyən edilməyib.Ross 128 b Yerə doğru hərəkət edir və cəmi 79 min il sonra (kosmik miqyasda bu sadəcə bir andır) məhz bu planet Yerə ən yaxın kosmik qonşu olacaq.
Ross adası (Şpitsbergen)
Ross (norv. Rossøya) — Şpitsbergen arxipelaqına daxil olan qayalıqdan təşkil olunmuş adalardan biri. Sjuoyane adaları qrupuna daxildir. Şimal-Şərq Torpağından şimalda yerləşir. Barens dənizi akvatoriyasına daxildir. == Coğrafiyası == Şimal qütbü ilə ada arasında 1024,3 km, Lonqyirbyuen arasında 350 km, Şimal-Şərq Torpağı arasında məsafə isə 50 km-dir. Vesle Tavleoya adasından .imal-qərbdə yereləşir. Adanın ən ucqar şimal nöqtəsi 80° 49′ 44.41″ş.e ərazisində yerləşir və həm Şpitsbergen həmdə Noerveçin ən ucqar nöqtəsidir. Bəzən bu nöqtəni Avropanın ən ucqar nöqtəsi hesab edirlər. Ancaq bu o zaman mümkün ola bilər ki, Frans-İosif Torpağı hesaba alınmasın.