Relslər üzərinə uzanmış adam (roman)
Relslər üzərinə uzanmış adam — azərbaycanlı yazıçı Rövşən Abdullaoğlunun ilk dəfə 2017-ci ildə nəşr edilmiş psixoloji romanı.
Müəllif bu kitabı yazmaq üçün 2016-cı ildə Bosniya və Herseqovinaya səyahət etmişdir. Ölkənin müxtəlif şəhərlərində, həmçinin, Srebrenitsada olmuş, Srebrenitsa qətliamının qurbanlarının məzarları olan qəbiristanlığı ziyarət etmiş, o hadisənin canlı şahidləri ilə görüşüb danışdıqdan sonra bu əsəri qələmə almışdır.
Rövşən Abdullaoğlu eyni zamanda 2016-2018-ci illərin ən çox satılan kitabı olan “Bu Şəhərdə Kimsə Yoxdur” və digər bestseller romanların müəllifidir. Ümumilikdə yazarın bu günə kimi 27 kitabı işıq üzü görmüşdür.
Bu əsərinə görə müəllif Rövşən Abdullaoğluna 2022-ci ilin 18-19 noyabr tarixlərində ABŞ-nin Mayami şəhərində keçirilən “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub.
== Beynəlxalq uğurları ==
Əsər 2020-ci ildə “Readers` Favorite” beynəlxalq ədəbi tənqid qurumu tərəfindən keçirilən kitab yarışmasında “bədii ədəbiyyat/mədəniyyət” janrında qızıl medal mükafatçısı olmuşdur.
“Readers’ Favorite” ədəbi qurumu tərəfindən 5 kateqoriya (estetik görünüş, süjet, inkişaf, şəkilləndirmə, oxucu tələbatı) üzrə dəyərləndirilmiş və hər birindən maksimal 5 bal toplayaraq “beş ulduz” nişanı ilə təltif olunmuşdur.
“IndieReader” ədəbi qurumu tərəfindən 5 baldan 4,9 balla dəyərləndirilərək “IR Approved” nişanı ilə təltif edilmiş və 2020-ci il sentyabr ayının “Ən yaxşı rəy almış kitablar” siyahısına daxil edilmişdir.
“Kirkus” ədəbi qurumu “Relslər üzərinə uzanmış adam” romanı haqqında yüksək rəy yazaraq 1 iyul 2020 tarixli 13-cü sayında, xüsusi buraxılışda əsərin resenziyasını dərc etmişdir.