Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rosto
Rosto 500 gr qıyma 1 ədəd soğan 5–6 cəfəri 3 dilim çörək içi 1 ədəd yumurta 2 yemək qaşığı qırmızı şərab Duz, qara bibər Sous üçün : 1 yemək qaşığı ərinmiş şit yağı 1 ədəd soğan 2 diş sarımsaq 3–4 ədəd pomidor Yarım su stəkanı ət suyu 5–6 cəfəri Duz, qara bibər == Hazırlanması == Soğan və cəfərini nazik-nazik doğrayın, çörək içini didin. Yumurtaları kiçik bir kasaya çırpıb yaxşıca qarışdırın. Qıyma, soğan, cəfəri, çörək içi, yumurta, qırmızı şərab, duz və qara bibəri yaxşıca qarışdırıb, yoğurun. Yastı bir tavanın dibini yağlı kağızla örtün. Qıymalı qarışığı tavaya tökün, 180 dərəcədə 1 saat 15 dəqiqə bişirin. Sousu hazırlamaq üçün ; 1 yemək qaşığı ərinmiş şit yağını qazanda qızdırın. Soğan və sarımsaqları çox incə doğrayıb yağda qovurun. Dilimlənmiş pomidor, ət suyu, cəfəri, duz və qara bibəri əlavə edib qarışdıraraq qızardın. Arada atəşi azaldın və qarışdıraraq 15 dəqiqə daha bişirin. Peçdən çıxarandan sonra hazırladığınızi dərin qaba tərs çevirərək qoyun.
Röşti
Röşti (alm. Rösti‎, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü. Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Roser Tarraqo
Roser Tarraqo (d. 25 mart 1993) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Roser Tarraqo, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Roser Tarraqo, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Rosir Kalderon
Rosir Kalderon — kubalı qadın voleybolçu. 1984-cü ildə dekabrın 28-i paytaxt Havanada anadan olmuşdu. 1978-ci il dünya çempionatında çempionluq yaşamış Erenia Diazın qızıdır. Hal-hazırda Dinamo Krasnodarın şərəfini qoruyur. == Karyerası == Rosir 2002-ci ildən etibarən Kuba millisinə düzənli olaraq çağrılır. 2009-cu ildən etibarən isə milli komanda ilə demək olar ki, heç bir matça çıxmır. Voleybolçu bu müddətdə 65 dəfədən çox milli komandasının formasını tərlətmişdi. Onun millidəki ən böyük uğuru 2004 Yay Olimpiya Oyunlarında olmuşdu. Afinada keçirilən turnirdə komandasının yaşadığı üçüncülük sayəsində olimpiya bürüncünü boynundan asmışdı. 2011-ci ildə Qalatasaray ilə anlaşan voleybolçu karyerasında ilk dəfə olaraq Türkiyədə legioner həyatı yaşamışdı.
Vilhelm Roşer
Vilhelm Roşer(alm. Georg Friedrich Wilhelm Roscher‎; 21 oktyabr 1817, Hannover — 4 iyun 1894, Leypsiq) — Almaniya iqtisadçısı. == Həyatı == == Fəaliyyəti == Köhnə tarix məktəbinin banilərindən biri də Vilhelm Roşer (1817–1894-cü illər) idi. Roşer 1843-cü ildə buraxılmış "Tarixi metod" nöqteyi-nəzərindən siyasi iqtisad kursunun qısa əsasları" əsərində ilk dəfə tarixi metodun ümumi cizgilərini vermişdir. Roşerin "Xalq təsərrüfatının əsasları" (1854–1894) kitabı da maraq doğurur. Burada o, tarixi metoda müvafiq olaraq, hər bir millətin inkişafını aşağıdakı amillərin: təbiətin, əməyin və kapitalın, dəyişən hökmranlığı ilə əlaqələndirərək, J. B. Seyin üç istehsal amili nəzəriyyəsini şərh edir. Fridrix Listin ardınca Roşer müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını və deməli, iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi. Roşer xalqların təbii fərqlərini, həmçinin onun rəyincə müxtəlif millətlərdə ümumi təsərrüfat tipinin mümkünlüyünü istisna edən qabiliyyətlərinin və inkişaf dərəcələrinin fərqlərini ön plana çəkirdi. Roşer belə hesab edirdi ki, "donun eyni ölçü üzrə tikilmədiyi kimi, bütün xalqlar üçün də eyni iqtisadi ideal ola bilməz". Roşer cəmiyyətin inkişafının inqilabi yolunu rədd edərək, inkişafın yalnız təkamül formasını qəbul edirdi.
Qayıdış – rastr displeyində
Retrace ~ обратный ход ~ geri akma ~ qayıdış – rastr displeyində: elektron şüasının ekranda sağdan sol qırağa, yaxud aşağıdan yuxarı qırağa qayıdarkən getdiyi yol. Qayıdış elektron şüasını eninə daramanın yeni dövrəsi üçün başlanğıca, yaxud ekranın aşağısına yerləşdirir; bu müddətdə şüa ani olaraq sönür ki, onun ekranda izi görünməsin. Qayıdış hər saniyədə dəfələrlə yerinə yetirilir və həm də ciddi sinxronlaşdırılmış siqnallardan istifadə olunur ki, qaydış zamanı elektron şüasının sönməsi təmin edilsin. Bax: HORIZONTAL RETRACE, VERTICAL RETRACE. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aosta
Aosta — İtaliyanın Aosta Valley muxtar vilayətinin paytaxtı.
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir. Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Lüstr
Lüstr, çilçıraq , qəndil və ya avizə — şaxələnmiş, dekorativ tavandan quraşdırılmış işıq qurğu. Çilçıraqlar ümumiyyətlə təmtəraqlıdırlar və onlarla lampa, kompleks şüşə serialları və ya kristal prizmalardan istifadə edərək işığın sınması ilə otağı işıqlandırırlar.
Mostar
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. == Tarix == XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Poştə
Poştə (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Nəhre Poştə — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd.
Reestr
Windows Reestr (Windows Registry) – Kompüterdə sistemin bütün sazlanmalarını, quruluşunu özündə saxlayan bazadır. Burada işləyərkən çox ehtiyatlı olmaq lazımdır. Reestri görmək üçün Start – Run sətrində regedit yazıb Enter vurmaq lazımdır. Reestr 6 bölmədən ibarətdir: HKEY_CLASSES_ROOT – fayl genişlənmələri haqqında məlumatları özündə saxlayır, HKEY_CURRENT_USER – müəyyən istifadəçinin sazlanmaları, HKEY_LOCAL_MACHINE – kompüterdə olan proqramlar, drayverlər haqqında və digər əsas sazlanmalar, HKEY_USERS – bütün istifadəçilər haqqında məlumatlar, HKEY_CURRENT_CONFIG – kompüterin konfiqurasiyası. Reestrdə hər hansı dəyişiklik sistemin işinə təsir edir, buna görə də öz işində arxayın olmayanlara reestrdə işləmək məsləhət görülmür. Ehtiyat üçün reestrin kopyasını götürmək olar. Bunun üçün Start – Run sətrində regedit yazıb Enter vurmaq, File menyusundan Export seçmək, ad yazmaq və Save vurmaq lazımdır.
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.
Quercus robur subsp. robur
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Aosta Valley
Valle d'Aosta (it. Valle d'Aosta, fr. Vallée d'Aoste, Arpitanca: Val d'Outa) — İtaliyanın muxtar vilayətlərindən biri. İsveçrə]], Fransa və Pyemont ilə sərhədə sahib vilayətin paytaxtı Aosta şəhəridir. Sahəsi 3.263 km²-dir. Əhalisi təxmini olaraq 127.836 min nəfərdir. Aosta Valley regionunda italyan dilində danışmırlar. Əsas dil orada alman dilidi.
Bananlı foster
Bananlı foster- Dondurmalı desert. == Hazırlanması == Banan,vanilli dondurma, sous, kərə yağı,qəhvəyi şəkər tozu, darçın, tünd romdan və bananlı likördan hazırlanır.Bananla yüngülcə kərə yağında qızardılır, biraz şəkər tozu əlavə edilir daha sonra alkoqollu içki əlavə edilib yandırılır. Bananlar hazır olandan sonra üzərinə dondurma əlavə edilir. == Yaranma tarixi == Desert 1951-ci ildə hazırlanıb. ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində Brennan restoranında Polem Blonje tərəfindən hazırlanıb. Desert Ouena Brennanın dostu Riçard Fosterin şərəfinə adlandırılıb.O Yeni Orleanın dustaqlar üzrə komisiyanın rəhbəri idi.İndiyə kimi bu desert Yeni Orleanın ən bahalı restoranlarında təqdim olunur. Dünyanın bir çox ölkələrində də geniş yayılmaqdadır.
Banksia robur
Banksia robur (lat. Banksia robur) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Cefri Çoser
Cefri Çoser (ing. Geoffrey Chaucer; təq. 1343, London, İngiltərə krallığı – təq. 25 oktyabr 1400, London, İngiltərə krallığı) — İngiltərənin və İngilis ədəbiyyatının ilk böyük şairi. == Həyatı == Gənc yaşlarından(17) İngiltərə sarayında qulluğa başladı. Kralın oğullarından John of Gaunt onu himayəsinə aldı. 1359-cu ildə Fransaya hərbi səfərdə iştirak etdi və fransızlara əsir düşdü. Lakin kral onu pul ilə geri aldı. Müxtəlif tapşırıqlarla əlaqədar olaraq Fransa və İtaliya şəhər dövlətlərinə səfər etdi. Həyatının sonunda kral tərəfindən Çoserə yüksək miqdarda təqaüd təyin olundu.
Codi Foster
Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Hollywood-un məşhur aktrisalarından olan Alicia Christian Jodie Foster 1962-ci ilin 19 noyabrında ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində dünyaya göz açıb. Jodie aktrisalıq fəliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə “Walt Disney” studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu “Napoleon and Samantha” (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Scorsesenin“Alice Doesn't Live Here Anymore” filmində rol alır. Daha sonra isə elə bu rejissorun “Taxi Driver” (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oscar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən John Hinckley adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reaganı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Jodie Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir.
Corc Rocer
Corc Rocer (19 Mart 1908 - 24 İyul 1995) — Afrikadakı işləri və İkinci Dünya Müharibəsinin sonundakı Bergen-Belsen düşərgəsindəki kütləvi ölüm hadisələrinin fotoşəkillərini çəkməsi ilə məşhur olan ingilis fotojurnalist idi. == Həyatı və Kariyerası == Hale, Cheshire adlı ərazidə anadan olan Corc, əslən alman və şotlandiya mənşəlidir. O, məktəbi bitirdikdən sonra Britaniya tacir donanmasına qoşulur və beləcə dünyanı gəzir. Bu illər ərzində, Rocer səyahətlərinin hesabatını aparır və onları sənədləşdirmək üçün öz-özünə fotoqrafiyanı öyrənir. Lakin səyahət haqqında yazılarını çap etdirə bilməyən Rocer, Böyük Depressiya dövründə iş tapa bilmir və 1936-cı ildə Britaniyaya qayıdır. Londonda o, BBC-nin "Listener" adlı jurnalında fotoqraf olaraq iş tapır. 1938-ci ildə "Black Star Agency" adlı yerdə qısamüddətli bir işə də olur. İkinci Dünya müharibəsi başladıqdan sonra Rocer müharibəni fotolar çəkərək sənədləşdirmək istəyir. Alman düşərgəsi olan The Blitz ərazisində çəkdiyi fotolar ona Amerikanın "Life" jurnalında müharibə fotoqrafı işi qazandırır. Rocer Qərbi Afrikadakı müharibəni geniş şəkildə əhatə etdi və müharibənin sonuna qədər müttəfiqlərin Fransa, Belçika və Hollandiyadan azad edilməsi prosesini yaxından izlədi.
Coser ehramı
Coser ehramı — pilləli ehram olub, günümüzədək gəlib çatan ən qədim daş tikilidir. Doqquz ən hündür ehramdan biri sayılır. Eramızdan əvvəl təqribən 2650-ci ildə memar və vəzir İmhotep tərəfindən Sakkarada məqbərə məqsədilə firon Coserin şərəfinə tikdirilmişdir. Ehram Coserin şərəfinə tikilsə də burada onun bütün ailə üzvləri -arvadları və uşaqları dəfn edilmişdir. == Tədqiqatı == Coser ehram kompleksi ilk dəfə 1821-ci ildə Prussiya baş konsulu Haynrix Menu Frayher fon Minutoli və italyan mühəndisi Cirolanio Seqato tərəfindən tədqiq edilmişdir. Bu zaman ehram kompleksinin giriş hissəsi aşkar edilmiş, həmin giriş hissəsində bir küncdə mumiya qalıqları: qızıla tutulmuş kəllə və ayaq pəncəsi tapılmışdır. Firona məxsusluğu təxmin edilən mumiya qalıqları fon Minutoli tərəfindən gəmi ilə Hamburqa aparılarkən gəminin batması nəticəsində itirilmişdir. 1837-ci ildə Con Şae Perrinq sonrakı dövrlərə aid olan məzarlıqları və ehram qalereyasını aşkar etmişdir. 1926-cı ildə Sesil M. Förs sistematik tədqiqatlar aparsa da onun ölümündən sonra bu iş yarımçıq qalır. Ceyms Edvard Kuibel bu işi davam etdirir, lakin o da 1935-ci ildə vəfat edir.
Cudi Foster
Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Hollywood-un məşhur aktrisalarından olan Alicia Christian Jodie Foster 1962-ci ilin 19 noyabrında ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində dünyaya göz açıb. Jodie aktrisalıq fəliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə “Walt Disney” studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu “Napoleon and Samantha” (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Scorsesenin“Alice Doesn't Live Here Anymore” filmində rol alır. Daha sonra isə elə bu rejissorun “Taxi Driver” (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oscar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən John Hinckley adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reaganı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Jodie Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir.