Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Realnı məktəb binası
Realnıy məktəb binası — Azərbaycanın Gəncə şəhərində tarixi bina. 1883-cü ildə tikilmişdir. Hazırda Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 64.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний) — Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.
Gəncə Realnı məktəbinin binası
Realnıy məktəb binası — Azərbaycanın Gəncə şəhərində yerləşən 1883-cü ildə tikilmiş tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Gəncə Realnı məktəbinin binası 1883-cü ildə tikilib və Adil İsgəndərov küçəsi 64 ünvanında yerləşir. Çar Rusiyasının dövründə binada məktəb fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda binadan Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur.
S. Y. Yaqubyansın xüsusi kişi realnı gimnaziyasının binası
S. Y. Yaqubyansın xüsusu kişi realını gimnaziyasının binası - Rostov vilayəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Bina xüsusi kişi realnı gimnaziyası üçün inşa edilmişdir. Rostov-na-Donu şəhəri, 1 may küçəsi ev 34 ünvanında yerləşir. Binanın Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Sarkis Arutyonoviç Yaqubyans coğrafiya müəllimi olmuşdur. 1908-ci ildə onun vəsaiti hesabına şəhərdə ilk kişi orta təhsil mərkəzi açılmışdır. Təhsil ocağı 14 sentyabr 1908-ci ildə açılır. Onun açılışında şəhər sakinləri, pedaqoqlar, Rostov-na-Donu və Naxçıvan-na-Donu şəhərlərinin rəhbəri iştirak etmişdir. Təhsil ocağınln binası şəhır kilsələrinin birinə yaxın yerləşir. Binanln icarəsi ilə əlaqədar olaraq valideynlər komitəsi şəhır rəhbərliyinə müraciət edərək uçilişin ehtiyaclarının ödəlinmədi məqsədi ilə təhsil ocağına yardım göstərməyi xahiş edir.