Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Canis rufus
Kürən canavar (lat. Canis lupus rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Felis rufus
Kürən vaşaq (lat. Lynx rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinə aid heyvan növü. Şimali Amerikada yaşayırlar. == Xarici görünüşü == Kürən vaşaq xarici görünüşcə tipik vaşaqdır, ancaq ölçüsü adi vaşaqdan iki dəfə kiçikdir. Ayaqları o qədər də uzun, pəncələri isə enli deyil. Quyruğu qısa olur. Bədəninin uzunluğu 60-80 sm, süysününün hündürlüyü 30-35 sm, kütləsi isə 6-11 kq olur.
Holocentrus rufus
Sarı-qırmızı holosentr (lat. Holocentrus rufus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin holosentr cinsinə aid heyvan növü.
Lynx rufus
Kürən vaşaq (lat. Lynx rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinə aid heyvan növü. Şimali Amerikada yaşayırlar. == Xarici görünüşü == Kürən vaşaq xarici görünüşcə tipik vaşaqdır, ancaq ölçüsü adi vaşaqdan iki dəfə kiçikdir. Ayaqları o qədər də uzun, pəncələri isə enli deyil. Quyruğu qısa olur. Bədəninin uzunluğu 60-80 sm, süysününün hündürlüyü 30-35 sm, kütləsi isə 6-11 kq olur.
Macropus rufus
Böyük sarı kenquru (lat. Macropus rufus) — kenquru cinsinə aid heyvan növü. Avstraliyanın cənubunda, şərq sahillərindəki eləcə də şimaldakı tropik meşələrin məhsuldar torpaqları istisna olmaqla, materikinin hər yerinə yayılıb.
Neoseiulus rufus
Ornithorhynchus rufus
Ördəkburun (lat. Ornithorhynchus anatinus) — məməlilər sinfinin birdəliklilər dəstəsinin ördəkburunlar fəsiləsinə aid yeganə növ. Bədəninin uzunluğu 30-45 sm, quyruğu 10-15 sm, kütləsi 0,5-2 kq-dır. Üst tərəfdən qonur, alt tərəfi bozumtul sıx xəzlə örtülüdür. Başı uzun yastı dimdiyə oxşayır, üzəri çılpaq yumşaq dəri ilə örtülüdür. Barmaqlarında caynaq və üzmə pərdəsi var. Dişləri yoxdur. Şərqi Avstraliyada və Tasmaniyada su sahillərində yayılmışdır. 10 m-dək dərinlikdə qazdığı yeraltı yuvada gizlənir. 1-2 yumurta qoyur.
Rufan Əkbərli
Rufan Elzabit oğlu Əkbərli (6 yanvar 1998; Çaparlı, Şəmkir rayonu — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rufan Əkbərli 1998-ci il yanvarın 6-da Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 2005–2015-ci illərdə Ə. Həsənov adına Keçili kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rufan Əkbərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rufan Əkbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Rufan Əkbərli oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufan Əkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufan Əkbərli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufan Əkbərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rufus (personaj)
Rufus (ing. Rufus) - Kim Possibl serialının baş qəhrəmanlarından biridir. == Xarakteristika == Rufus tüksüz köstəbəkdir. Meqa Maqada yaşayırdı. Ronun atasının tüklərə qarşı allergiyası var idi. Bu səbəbdən Ron Rufusu özünə götürür. Rufus adi köstəbək deyildir. Rufusun beyni insanın beyninə çox yaxındır. İnsan kimi 2 ayaqları üzərində dayana bilir. Rufusun boyu 30 sm-dir.
Rufuz Sevell
Rufuz Frederix Sevell (d. 29 oktyabr 1967, Twickenham, Middlesex, İngiltərə)— ingilis aktyoru. == Həyatı == 2007-ci ildə Rock 'N' Roll oyunundaki rolu ilə ən yaxşı kişi aktyor kateqoriyasında Laurens Olivier teatr mükafatını almış və 62 Toni mükafatında ən yaxşı kişi aktyor kateqoriyasında mükafata namizəd göstərilmişdi.
Ruhun arzuları
Ruhun arzuları (fr. Les Passions de l’Ame”) — 1969-cu ildə Dekartın qələmə aldığı esse. Düşüncə tarixində Dekartın son əsəri olaraq da xüsusi yeri olan Ruhun arzuları, filosofun Utrext Universitetində tibb professoru olan Henricus Regius ve Şahzadə Elizabetlə məktublaşmaları sırasında onların ruh barədə soruşduqları suallarla şəkil almış; Elizabetin, ruhun, yəni cisimsiz olan bir şeyin nə cür bir hərəkət qabiliyyətinə sahib olduğu və bədən tərəfindən necə hərəkət etdirilə bildiyinə əlaqəli maraqlı sorğu-suallarıyla get-gedə genişləyərək üç kitablıq əhatəli bir əsərə dönüşmüşdür. == Yazılma tarixi == Ruhun arzularının yazılma tarixi, Elizabetin filosofdan duyğuların tam tərifini istəməsi səbəbindən 1646-cı ildə başlayır. Dekart ilkin mövzuyla əlaqəli kiçik bir cəhdi qələmə alır və oxuması üçün Şahzadəyə göndərir. Şahzadə Elizabet bu cəhdi oxuyur və içərisindəki məlumatların olduqca qarmaqarışıq yazıldığını görür. Buna görə də Dekarta yenidən bir məktub yollayır və mövzuyla bağlı daha detallı və dəqiq məlumatlar yazmasını xahiş edir. Dekart bir neçə rəyləri diqqətə alaraq daha detallı və daha müntəzəm şəkildə 1649-cu ildə yenidən yazır. Ona görə bu çalışma üç kitabdan formalaşacaq, ilk kitab duyğuları ümumi olaraq ələ alacaq və xüsusilə ruh-bədən əlaqəsi üzərində duracaqdır. Digər kitablar isə altı əsas duyğu və bu əsas duyğulardan törəmə digər duyğulardan bəhs ediləcəkdir.
Ruhun fenomenologiyası
"Ruhun feonomenologiyası" (alm. Phänomenologie des Geistes‎) — Alman filosofu Hegelin ən böyük əsərlərindən birincisi. Ruh sözün geniş mənasında ideal olanla , şüurla maddi başlanğıcdan fərqli olaraq qeyri-cismani başlanğıcla eyniyyət təşkil edən anlayış; sözün dar mənasında təfəkkür anlayışı ilə eyni mənalıdır. Fəlsəfənin müxtəlif cərəyanlarının nümayəndələri mütləqləşdirilməsi subyektiv-idealizmə gətirib çıxarır, obyektiv ruhun (subyekt, şəxsiyyət,fərd) və birinciliyinin qəbul edilməsi obyektiv idealizmə gətirib çıxaran obyektiv Ruhun (insandan ayrılmış və müstəqil qüvvə kimi mistikləşdirilmiş şüur) olduğunu göstərirlər. Antik fəlsəfə ruhu nəzəri fəaliyyət hesab etmişdir (Məs; Aristotel üçün ruhun fəaliyyətinin ən yüksək forması təfəkkür haqqında təfəkkürdür, nəzəriyyədən həzz almaqdır). Lakin ruh bilavasitə, intuitiv (Platon) dərk olunan fövqəlağıllı başlanğıc kimi də başa düşülmüşdür.Belə nöqteyi-nəzər zahirən dini idealogiyaya bənzəyir. Həmin idealogiyaya görə ruh allahdır, yalnız dini etiqadın bir hissəsi kimi olacaq fövqəltəbii mahiyyətdir. Alman klassik fəlsəfi idealizmin nümayəndələri ruhun fəallığını xüsusilə qeyd etmiş, onu hər şeydən əvvəl mənlik şüurunun fəaliyyəti baxımından nəzərdən keçirmişlər.Məs; Hegel ruhu mənlik şüurunun və şüurun zəkada həyata keçirilən vəhdəti. əməli və nəzəri fəaliyyətin vəhdəti kimi başa düşmüşdür. Ruhun varlığı onun əməlidir, lakin bu əməl idrak kimi başa düşülür.
Trogon rufus
Trogon rufus (lat. Trogon rufus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin troqon cinsinə aid heyvan növü.
Canis lupus rufus
Kürən canavar (lat. Canis lupus rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Milli ruhun bahadırları (film, 2010)
== MƏZMUN == Xalqın mənəvi mədəniyyət tarixində ilk növbədə, çox geniş yayılan xalq oyunları, Milli idman növləri hesab edilən: çövkan, zorxana mühüm yer tutub. Nağıllarımızda məharətlə at sürənlər, ox atanlar, güləşənlər haqqında çox deyilib. Dahi Nizami Gəncəvinin tarixi "Şərəfnamə" əsərində çövkan oyunundan, "Xosrov və Şirin" poemasmda Şirinin çövkan meydanında Sasani hökmdarı Xosrovdan geri qalmaması, Şirin ilə oynayan qızların da məharətli çövkan oyunçusu olması kimi məlumatlar var. İnsan cəmiyyətinin mövqeyinin fiziki qüvvəyə görə müəyyənləşdiyi bir dövrdə at çapmaq, ox atmaq, qılınc oynatmaq, güləşmək məharətinə malik olmaq böyük əhəmiyyət kəsb edirdi...Bu kəlmələr Milli idman tariximizdən və idman növlərimizdən bəhs edən Milli ruhun bahadırları adlı sənədli filmdən götürülüb. Film İdman Azərbaycan kanalının təqdim etdiyi sayca üçüncü filmdir. Tarixi xronoloji ardıcıllıqla verilən, bu günümüzdə sürətlə inkişaf edib böyük uğurlara imza atan zorxana idman növü haqqında filmdə ətraflı məlumatlar verilir. Film dərin tamaşaçı rəğbəti qazanmış və Novruz bayramı ərəfəsində həm İdman Azərbaycan kanalı ilə, həm də, AzTv ilə nümayiş etdirilib. == Filmin yaradıcı heyəti == Ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Mahir Cahagirov Musiqi tərtibatçısı: Ceyhun Ağayev Filmi səsləndirdi: Əli Məmmədov Montaj: Rasim Baxşəliyev; Elmar Vəliyev İnzibatçı: Elşən Qarayev Proqramın rəhbəri və redaktor: Elsevər Dünyamalıyev == FİLMDƏ İŞTİRAK EDƏNLƏR == X.Qurbanov-AZF-nin və Milli İdman Növləri Assosiasiyasının prezidenti. Hadi Ərəbi- AZF-nin baş katibi,məşqçi. Zorxana pəhləvanları,dünya və Avropa çempionları.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir.Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir. Nazik damarlar sayəsində hava isidilir.
Düyün
Düyün - hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2.Düyün - nikah mənasında.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Hüşün Ağdaş rayonunun Kükəl inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. == İnfrastruktur == 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin yaranma tarixi bəlli deyil. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. == Tarixi == Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Rafin
Rafin (q.yun. Ραθiνηs lat. Rathínēs или Rathánēs) — kadusilərin başçısı və III Farnabazın generalı. == Tarixi == Ksenofon öz yazılarında eramızdan əvvəl 396-cı ildə Daskileionda baş vermiş atışmanın timsalında fars süvari sütunlarının taktiki istifadəsinin tam təsvirini belə vermişdi: Sparta kralı Agesilaus Daskileionun yaxınlığında olanda,qarşıda bir şey olub olmadığını görmək üçün önündəki atlıları təpənin başına çapdılar. Və təsadüfən III Farnabazın generalı, Rafin öz qeyri-qanuni qardaşı Baqoy ilə iş üstündə olduğu zaman Farnabazın tərəfindən və eyni təpəyə göndərildi. Hər iki dəstə bir-birini 120 m-dən çox olmayan məsafədə görəndən sonra əvvəlcə dayanıb, daha sonra isə hücuma keçdilər. Döyüş başlayandan sonra yunanlar döyüşdə uduzmağa və zəifləməyə başladılar və qaçıb canını xilas etməyə hərəkət etdilər. Lakin Agesilaus hoplitlərlə birlikdə köməyə gələndə barbarlar yenidən geri çəkildilər və onlardan biri öldürüldü.
Rubus
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Rudan
Rudan — İranın Hörmüzgan ostanının şəhərlərindən və Rudan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,060 nəfər və 6,302 ailədən ibarət idi.
Ruçuq
Ruçuq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Ruçuq oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Keçmiş adı Ruçuqqışlaq olmuşdur. Sonralar oykonimin ikinci komponenti düşmüşdür. Yaşayış məntəqəsi Afurca kəndinə məxsus Ruçuq adlı qışlaq yerində salınmışdır. Güman etmək olar ki, oykonim tat dilindəki ruçuq (ru-üz, çuq-açıq; Üzüaçıq) sözündəndir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 25 nəfər əhali yaşayır.
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Hüzün
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.