Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ammonium salisilat
Ammonium salisilat – üzvi birləşmədir, rəngsiz kristal, suda həll olan, rasional formulu NH4C6H4(OH)COO olan ammonium və salisil turşusunun duzudur. == Alınması == Ammonyak məhlulunun salisil turşusuna inert atmosfer mühitində təsiri ilə. N H 3 + C 6 H 4 ( O H ) C O O H → N H 4 C 6 H 4 ( O H ) C O O {\displaystyle {\mathsf {NH_{3}+C_{6}H_{4}(OH)COOH\ {\xrightarrow {}}\ NH_{4}C_{6}H_{4}(OH)COO}}} == Fiziki xassələri == Ammonium salisilat suda və etanolda həll olan rəngsiz kristallar əmələ gətirir. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2.
Natrium salisilat
Natrium salisilat — salisil turşusu törəmələri qrupuna aid olan ağrıkəsici və antipiretik dərman vasitəsidir. Ağrıkəsici və qızdırmasalıcı dərman kimi vasitə, onun əsas tətbiq sahəsidir. Asetilsalisil turşusuna həssas olan insanlar üçün mümkün olan əvəzedicilərə aid edilir. Həmçinin, steroid olmayan dərman kimi iltihab əleyhinə istifadə oluna bilər. Əlavə olaraq, natrium salisilatın xərçəng hüceyrələrində apoptoz əmələ gətirdiyinə dair dəlillər mövcuddur. [1] Natrium salisilat salisil turşusunun natrium duzudur. Fiziki xüsusiyyətlərinə görə: şirin-duzlu dada malik, qoxusuz, ağ kristal toz və ya xırda lopa şəklindədir. Çox asanlıqla suda (1: 1), spirtdə (1: 6) həll olur. Məhlulları (pH 6.0–7.0) +100 ° C-də 30 dəqiqə müddətində sterilizə edir. ↑ Lee E. J., Park H. G., Kang H. S. Sodium salicylate induces apoptosis in HCT116 colorectal cancer cells through activation of p38MAPK // International journal of oncology.
Salisil aldehidi
Salisil aldehidi (orto-hidroksibenzaldehid, 2-hidroksibenzaldehid) o-НОС6H4CHO – fenolun iyinə bənzər kəskin iyli, yandırıcı dada malik rəngsiz mayedir. 3-Hidroksibenzaldehid və 4-hidroksibenzaldehidlərlə birlikdə sadə aromatik oksialdehidlərə aiddir. Salisil aldehidi müxtəlif xelat agentləri üşün kimyəvi reagentdir. Suda (100 ml, 8°С-də 1,72 q), benzolda (100 ml, 12°С-də 64,6 q), dietil efirində, etanolda həll olur. Su buxarı ilə qovulur[1]. Dielektrik keçiriciliyi 17,09-dur. Salisil aldehidi qələvi mühitində fenol və xloroformdan alınır. Bu proses Raymer-Timan reaksiyası adlanır. Salisil turşusunun elektrolitik bərpası ilə; O-krezolun POCl3 və ya fosgen ilə 120–150 °C-də qarşılıqlı təsirindən əmələ gələn fosfatın və ya karbonatın hidrolizi ilə; Bor turşusunun iştirakı ilə fenolun urotropinlə reaksiyası ilə (Daff reaksiyası); Salisil aldehidinin alternativ üsulla alınması fenolun formaldehid ilə kondensləşməsindən alınan hidroksibenzil spirtinin oksidləşməsi reaksiyasıdır. Texnikada salisil aldehidi sulfat turşusu məhlulunda manqandioksiddən istifadə etməklə ortokrezol-sulfoturşuların aril efirlərinin müvafiq salisil aldehidinin efirləırinə oksidləşməsindən alınır.